Fəlsəfə terminləri (S - Z)

Fəlsəfə terminləri (S - Z)

S


SABİT fikir [alm. Fixe idee; fr. Idèe; ing. Fixed idea; lat. Fixus – sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] – şüurun taxılıb qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.
SAF [alm. Rein; fr. Pur; ing. Pure; lat. Purus; osm. tr. sırf, saf, mahz] – içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari. Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine Anschauung; fr. Intuition pure; ing. Pur intuition] isə Kantın fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama gir- dikləri sağ hiss, biliyin ilkin şərtidir.
Saf əql [alm. Reine Vernuft] – ilkin bilik qabiliyyəti, təcrübə- dən asılı olmayan qabiliyyəti üçün Kantın istifadə etdiyi termin. İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.
SANSÜALİZM [sensualisme] – Duyumculuk: Sahib olduğu- muz bütün məluatların əslində bir duyğunun nəticəsi olduğunu, ağıl qanunlarının və fikirlərinin duyğularla əldə edildiyini irəli sürən görüş.
SAXTALAŞDIRMA – Nəzəri müddəaların [hipotezlərin, nəzəriyyələırin] təcrübə nəticəsində alınmış emprik dəlillərə tutuşdurulması yolu ilə təkzib edilmələri vasitəsilə onların həqiqi- liyinin yoxlanılması üsullarından biri.
SAY [alm. Zahl; fr. Nomre; ing. Number; lat. Numerous; yun. Arithmas; osm. tr. adet; ər. دذع] – bir çoxluğun bir qrupla təyini. Saymaq zamanla əlaqədar bir hadisədir, halbuki sayın özü heç bir xarakterik təyinatı olmadığı halda zaman təyinindən sıyrılmışdır, zamanın xaricindədir.
SAHƏ [ər. خدبع] – Məkanın ölçülərini ifadə edən xarakteris- tikalardan biri.
SENTİMENTAL [alm. Sentimental; epmfindsam; fr. = ing. Sentimental; ər. ًغذٌأ; tr. Duygusal] – duyğuların və hisslərin ağır gəlməsi, həddindən artıq bir formada insana təsir etməsi halı.
SENTİMENTALİZM [santi + mental  + ism alm. Emöfindsamket; sentimentalität; fr. Sentimentalitè, sensibilitè; ing. Sensibility, feeling; tr. duygusallık].
SEPTİSİZİM [scepticisme] – Şüphecilik: Həqiqətin yoxluğu- nu, ağlın qəti bir məlumatı əldə edə bilməyəcəyini, həqiqətin tapılsa belə tam və davamlı bir şübhə içində qalınacağını, mütləq çata bilməyəcəyini iddia edən fəlsəfi görüşdür.
SEMANTİKA – [yun. semanticos – anladan] Dilçilikdə işlənən termindir. Sözün, ifadənin, qrammatik formanın mənası. Semiotikanın bölməsi.
SEMİOTİKA [alm. Semiotik; fr. Sèmiotique, sèmiologie; ing. Semiotic; yun. Semeion – işarə, əlamət] – bildirmək, xəbər ver- mək məqsədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət prosesini tədqiq edən elm. Ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formallaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn.
SENSUALİZM [alm. Sensualismus; ing. Sensualism; osm. tr. ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər. حُّغح] – Bütün məlumatların sadəcə hisslərdən qaynaqlandığını, duyğu  qavramalarına  əsaslandığını  irəli  sürən  təlim.  Duyğunu idrakın yeganə mənbəyi kimi qəbul edən qnoseoloji təlim. Sensualizm təlimini əsaslandıran filosof Lokk olmuşdur. Lokk iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2. Bütün ruhi hadisələri duyğulara geri qaytaran anlayış. 3. Əxlaq fəlsəfəsi baxımından həyatın anlam və mühtəvasını hiss orqan- larında tapan təlimlər. Hissiyyatın ilk dönəmdə nümayəndələri, Kirene məktəbi və epikürçülərdir. Yeni dönəmdə isə xüsusilə Lokk və Kondillkdır.
SEVGİ [alm. Libe; fr. Amour; ing. Love; lat. Amor, caritas; yun. Philia, eros, agape; osm. tr. aşk] – ümumi olaraq xoşagələn bir şeyə münasibət, ehtirasa qədər vara bilən bur ruh vəziyyəti. Fərqli növləri vardır: qarşı cinsə duyulan sevgi, uşağa-ailəyə qarşı duyulan sevgi, hansısa liderə, cəmiyyətə qarşı hiss edilən sevgi və s.
SƏBƏB [alm. Ursache, grund; fr. Cause, raison; ing. Cause, reason; lat. Causa, ration; osm. tr. illet, sebep; ər. تجع] — həqiqi səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nəyəsə təsir edən, onu əmələ gətirən şey.
SƏBƏBİYYƏT [alm. Kausalität; fr. Causalitè; ing. Causality; lat. Causalitas; osm. tr. illiyyet] – səbəblə təsir arasındakı əlaqə. Bu baxışa görə hər hadisənin bir səbəbi vardır ki, bu da səbəbiyyət məsələsidir. Bu düşüncə tərzinə görə səbəblə təsir arasında əlaqənin vacibliyini dilə gətirir.
SƏHV – Səhv halı səkr halının ziddidir. Mənəvi sərxoşluq halından uzaq olmaq, yaxud belə bir sərxoşluğa düşmədən daima ayıq olmaq, təmkin və şüurlu olmaq.
SƏHİH [alm. Exakt; fr.ing. exact; lat. Exigere – bir şeyi tam olaraq həyata keçirmək, bir mizana, ölçüyə görə etmək; osm. tr. səhih; ər. خٍذص] – sözün anlatmaq istəyilənə tam qarşılıq olması, tam uyğun düşməsi forması. Ölçünün ölçülənə çox az da olsa bir bölgü aparmadan birəbir uyğun gəlmə forması. səhih: sif. [ər.] Düzgün, doğru, gerçək, əsaslı, yalan olmayan. Səhih məlumat. Səhih söz.
SƏKR – mənəvi sərxoşluq halıdır. Mənəvi ayıqlıq və ağıllılıq halı olan səhv halından fərqli olaraq səkr halında sufidə müvəqqəti olaraq özündən keçmə halı müşayiət olunur. Hətta bəzən sufi bu vəziyyətdə özündən asılı olmayaraq bəzi  sözlər deyə bilər.
SƏMA – eşitmək, dinləmək deməkdir təsəvvüf terminlərindən biri olan səma şer və ilahilərə qulaq asmaq surəti ilə vəcdə gələrək bəzi hərəkətlər etmək, rəqs eləməkdir.
SƏMA – hədis elmində müəllimin, yaxud təriqət başçısı olan şeyxin öz müridlərinə hədis öyərtdiyi zaman, hədisləri öz yad- daşından, yaxud yazılı bir mənbədən rəvayət edərək oxuması və tələbələri də bu hədisləri yazmayaraq, eşitdikləri şəkildə rəvayət etmələrinə səma deyilir. Hədis təhsilində imla yolundan fərqli olaraq səma yolu daha qədim olsa da etibarlılığı baxımından daha zəyifdir. Bu səbəbdən hədis tənqidçiləri səma yolu ilə rəvayət edən raviləri araşdırmış, onları şəxsiyyət baxımından tədqiq et- miş, yalançı hədislərin ortaya çıxmaması üçün ən xırda detallarına qədər araşdırmışlar.
SƏNƏT  [alm.  Kunst;  fr.=ing.  Art;  lat.  Ars;  ər.ٌٍف]  -  yun.Tekhne ilə eyni mənalı yunan dilində tekhne kəlməsi, məqsədi bir şey ortaya qoyma olan, yaratma olan, doğru bir plana görə istiqamətləndirilmiş bir davranış məqsədinə gəlir. Sənətin əsas növləri: memarlıq, rəsm, plastik sənətlər, musiqi, söz-yazı sənəti, teatr, kino və s.
SƏNƏT fəlsəfəsi [alm. Kunstphilosophie; fr. Philosophie del`art; ing. Philosophy of art; osm. tr. felsefe-i sanat] – sənəti, sənət incilərini və mənasını fəlsəfi yöndən problem kimi qarşısına qoyan fəlsəfi təlim. Estetikadan fərqi odur ki, sənət fəlsəfəsi daha geniş miqyaslıdır.
SƏBƏBİYYƏT [ər. خٍججش] –biri [səbəb] digərinin [nəticə və ya təsir] şərti olan hadisələrin zəruri genetik əlaqəsini ifadə edən fəlsəfi kateqoriya.
SKEPTİSİZM [alm. Skeptizismus; fr. Scepticisme; ing. Scepticism; yun. Skeptesthal – gözləmək, incələmək; osm. tr. hisbaniye, reybiye; ər. خٍّجٌس] – dəqiq bir vəziyyətdə olmamaq, qərar verməmək, qərarsız davranmaq.
SKOLASTİK [scolastique]: Birsifət olaraq, xüsusilə ruhani məktəblərində və Avropa universitetlərində təxminən XIII-XVII – illər arası oxunan xristian fəlsəfəsinə verilən ad.
SPEKÜLATİF [speculatif] – Nəzəri olan: Təcrübə edilməsi mümkün olmayan şeylərlə əlaqəli olan.
SOFİZM [sophisme] – Mugalata, safsatacılık: Başqalarını aldatmaq ucun irəli sürülən, ilk baxışda doğru, lakin əslındə doğru olmayan dəlil və ağıl iddiasıdır.
SPİRİTÜALİZM [spiritualisme] – Ruhçuluq — Tinselcilik: İnsanda onun orqanik quruluşundan ayrı mənəvi bir prinsipin yəni, ruhun öz-özünə bir gərçək olduğunu, maddəyə icra edilməyəcəyini, əksinə onun maddəyə hakim olduğunu qəbul edən doktrina.
SUFLİ ərz [ər. ٍهفع] – yerə  Aydan  fərqli  olaraq  sufli,  yəni aşağı olan, alçaq.
SUFLİ aləm – Ay altı aləmdir. Ruhani varlıqlara görə aparılan bu bölgüyə görə, ay altı aləm maddi varlıqların yaşadıqları mə- kandır. Ay üstü aləm isə ruhani və mələki varlıqların olduğu məkandır.
SƏBƏBİYYƏT [ər. خٍججش] –biri [səbəb] digərinin [nəticə və ya təsir] şərti olan hadisələrin zəruri genetik əlaqəsiniifadə edən fəlsəfi kateqoriya.
SİVİLİZASİYA [lat. civilis – mülki, dövlət] – cəmiyyətin maddi və mənəvi nailiyyətlərinin məcmusu.
SİENTİZM = sayəntizm [alm. Scientismus; fr. Scientisme; osm. tr. ilimcilik; ər. حًُهػ lat. scientia və ing. Science – bilik, elm] - elmlə bağlı olan  dünyagörüşü  yaxud  da  elmi   düşüncənin təktərəfli dəyərləndirilməsinə deyilir. Mədəniyyət sistemində, cəmiyyətin ideya həyatında elmin rolunun mütləqləşdirilməsindən ibarət konsepsiya.
SİYASƏT [ər. حعؤُع] –siniflər, millətlər və digər sosial qruplar arasındakı münasibətlərlə bağlı, əsas məqsədi dövlət hakimiyyəti- nin ələ keçirilməsindən, əldə saxlanılmasından və istifadə olun- masından ibarət fəaliyyət.
SİLLOGİZM [alm. Syllogismus; fr. Syllogisme; ing. Syllogism; yun. Syllogismos; osm. tr. Kıyas; ər. طاُل] ortaq bir terminlə bir-birinə bağlanan iki prinsipdən [iki prinsipdə müştərək bir  terminin  ortaya  çıxması  ilə]  çıxarılan  nəticə.  Verilmiş  iki təklifdən bu təkliflərin ehtiva etdiyini daxilində mövcud olan daha bir üçüncü prinsipi çıxarma prosesi.
SİLLOGİSTİKA – sillogistik əqli nəticə haqqında təlim. Aristotel tərəfindən formulə edilmiş tarixən birinci məntiqi deduksiya sistemidir.
SİMVOL [alm.=ing. Symbol; fr. Symbole; yun. Symbolon; osm. tr. remz; ər. ضِس; tr. simge] – hər hansı bir insan təbəqəsinin uzlaşma yolu ilə özünə müəyyən bir məna verdiyi işarə. Yaxud da bir şeyi göstərən, bir mənanı bir düşüncəni müşahidə edilə bilən qılan işarə.
SİMVOLİK [alm. Symbolisch; fr. Symbolique; ing. Symbolic; osm. tr. remzi; ər. يضِس] – bir simvol ilə dilə gətirilən, simvollarla istifadə edən yaxud simvollar qoyan. Simvolika [alm. Symbolik; fr. Symbolique; ing. Symbolic] – simvolların istifadə edilməsi, işarələr elmi. Simvolların mənası haqqında təlim elmi.
SİMPATİYA [alm. = fr. Sympathie; ing. Sympathy; yun. Sympateia; osm. tr. tecazüp; tr. Duygudaşlık; ər. ةصؤجر]. 1. Birgə hiss etmə, nəyisə birgə yaşama, kiminsə hisslərini paylaşmaq; 2. Kiminsə kiməsə özündə birbaşa, vasitəsiz olaraq bir təmayül hiss etməsi, ona qarşı yüksək etimad hiss etməsi.
SİNİF [alm. Klasse; fr. Classe; ing. Class; lat. classis] – müəy- yən müştərək əlamətləri olan tək-tək obyektlərin daxil olduğu.
SİNİFLƏR [ər. فٕع] – tarixən müəyyən ictimai istehsal siste- mində tutduqları mövqeyə görə, istehsal vasitələrinə olan [çox vaxt qanunlarda möhkəmləndirilib rəsmiləşdirilən] münasibət- lərinə  görə, ictimai  əməyin  təşkilindəki  rollarına görə, deməli, ictimai sərvətdən malik olduqları payı almaq üsuluna və bu payın miqdarına görə fərqlənən böyük insan qrupları.
SİNİFLƏNDİRMƏ [alm. Klassifikation; fr.=ing. Classifi- cation; əs.t. tasnif] – mövzuları və anlamları nizamlı olaraq təsnif etmə və sıraya düzmə. Dilimizdə daha çox təsnifat sözü işlədilir.
SİNTEZ [Alm. Synthese, sinthesis; fr. Synthese; ing. Synthesis; yun. Synthesis; osm. tr. terkip; ər. تٍوشر]. Nələrisə bir yerə cəm edib toplama, birləşdirmə, bir araya gətirmə. Müəyyən prinsiplərdən qaynaqlanaraq onların məntiqi nəticəsi olaraq digər prinsiplərə varma metoduna sintetik metod deyilir.
SİNTETİK [yun. Synthesis – birləşmə, uyğunlaşma] – təklif- lərin [mülahizələrin] həqiqiliyinin müəyyənləşdirilməsinin müxtə- lif üsullarını ifadə edən anlayışlar.
SİNTOİZM [yaponca sinto, hərfi mənası – allahların yolu] — ibtidai icma quruluşunda Yaponiyada meydana gəlmiş və öz inkişafında xeyli dəyişikliklərə uğramış din.
SİRR [alm. Mysterium, Geheimnis; fr. Mystère; ing. Mystery; yun.  Mysterion;  osm.  tr.  sırr;  ər.  ش عِٔ] – hisslərin xaricində olan, əqlin təbii seyrinı tabe olmayan, varlığı və özü bizə qapalı olan, gizli-saxlı olan şey. Fövqəltəbii inamın həqiqətləri [əslində olma- yan həqiqətlər].
SİSTEM [alm. System; fr. Systeme; ing. System; osm. tr. manzume, meslek, tr. Dizge; ər. حيىظُي yun. Systema – synestanai -birlikdə yerləşdirmək, bir yerə topla Cəm etmək. yun. System – bütöv, tam hissələrdən təşkil olunmuş, birləşdirilmiş] – öz aralarında müəyyən münasibətdə və əlaqədə olan, müəyyən bütövlük,  vəhdət  əmələ  gətirən  ünsürlərin  məcmusu  yaxud  öz daxilinə qapalı, sistemli formada olan tam. Bir ideyaya yaxud da dünyagörüşünə görə sistemlənmiş fikirlər, məlumatlar, təlimatlara da sistem deyilir. Bir-biri ilə əlaqəli, bağlı olan elmi yaxud fəl-səfi ideyalara və fikirlərə də sistem deyirlər.
SİYASƏT ―Siyasət‖ termini ilk dəfə qədim yunan mütə- fəkkiri Aristotel istifadə etmişdir. O, bu termini dövləti idarə etmək sənəti kimi müəyyən edirdi. Hələ qədim zamanlarda siyasət haqqında belə bir fikir formalaşmışdır ki, ―onun haqqında hamı düşünə bilər, lakin onu yaratmaq seçmə  insanlara məxsusdur‖. Müasir elmdə ―siyasət‖ anlayışı hələ də birmənalı qəbul edilmir. – siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu. insan üçün insani şərait yaratmaq deməkdir.
Siyasi sistem – siyasi təsisatların, birliklərin və onlar arasında qarşılıqlı əlaqə formalarının məcmusu. Sosial siyasət insan üçün insani şərait yaratmaq deməkdir.
Stereotip – Sosial psixologiyadan stereotip anlayışı da qəbul edilmişdir (yunanca ―stereos‖-möhkəm, ―tipos‖-iz,şəkil). Bu anlayış etnoqrafiyada, etnik birlik daxilində nəsildən-nəslə keçirilərək saxlanılan, gündəlik həyat təcrübəsi ilə möhkəm- ləndirilən davranış normalarını xarakterizə edərkən işlədilir. Traybalizm – Müasir siyasi mətbuatdan etnoqrafiyaya traybalizm termini də keçmişdir (ingiliscə ―trayb‖- qəbilə deməkdir). Traybalizm gənc Asiya və Afrika dövlətlərində müasir dövrdə qəbilə xüsusiyyətlərinin saxlanılmasına deyilir ki, bu qalıqlar qəbilələr arasındakı münasibətlərə mənfi təsir göstərir. Siyasi ədəbiyyatda traybalizm millətçiliyin sinonimi kimi işlədilir.
SİVİLİZASİYA [alm. Zivilisation; fr. Civilisation; ing. Civilization; lat.  Civis – yurddaş,  kəndçi; osm. tr. medeniyet; ər. حفامث; tr. uygarlık] – barbarlıq halından çıxıb ənənələrə bağlı olaraq müəyyən bir yurd daxilində yaşamaq. Böyük bir cəmiyyətin bütün fəsillərində müştərək olan, dini, əxlaqi, etstetik, texnik və elmi xarakterdəki sosial hadisələrin bir bütünü.
SIÇRAYIŞ – predmetin və ya hadisənin əsaslı keyfiyyət dəyişməsi, kəmiyyət dəyişmələrinin nəticəsində köhnə keyfiy- yətin yeni keyfiyyətə çevrilməsi [ Kəmiyyət dəyişmələrinin key- fiyyət dəyişmələrinə keçməsi qanunu].
SKEPTİSİZM [alm. Skeptizismus; fr. Scepticisme; ing. Scepticism; yun. Skeptesthai; yun. Skeptihos – nəzərdən keçirən, tədqiq edən, tənqid edən] – obyektiv gerçəkliyin dərki imkanını şüphə altına alan fəlsəfi konsepsiya. Dəqiq bir mövqedə olmamaq, qərarsız qalmaq, şübhələnmək, şübhə ilə yaxınlaşmaq.
SOLİPSİZM [lat. solus – tək, yeganə və ipse – özüm] – subyektiv idealist təlim. Təlimə görə ancaq insan və onun şüuru mövcuddur, obyektiv aləm isə, o cümlədən insanlar yalnız fərdin şüurunda mövcuddurlar.
SONSUZ [alm. Unendlich; fr. Infini; ing. Infinite; lat. Infinitus; osm. tr. namütenahi; ər. يذثأ] – sonunun düşünülməsi çətin olan. Sərhədləri qoyulmayan, verilmiş olan hər böyüklükdən daha böyük olan.
SORİT [yun. Soros – topa, dəstə] — əvvəlki solligizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizimlər zənciri.
SOSİALİZM [alm. Sozialismus; ing. Socialism; osm. tr. iştirakiyun mezhebi; ər. ٌىُكآشرشإ fr. Socialisme, lat. socialis – ictimai] – ictimai iqtisadi formasiya. Geniş mənada insanların birlikdə yaşayışlarında sosial ədalətin təmin edilməsi üçün göstərdikləri hər növ fəaliyyət. Nəzəri mənada isə insana yaraşan bir həyat təmin etmək barəsində insanlaar və siniflər qarşısında cəmiyyətə üstünlük tanıyan görüşlər. İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanır.
SOSİALLAŞMA – fərd tərəfindən sosial-mədəni təcrübənin toplanılan və nəsildən nəslə verilən əmək vərdişlərinin, biliklərinin, normaların, dəyərlərin, ənənələrin mənimsənilməsi və daha da inkişaf etdirilməsi, fərdin ictimai münasibətlər sisteminə daxil olması və sosial keyfiyyətlərin formalaşması prosesi.
SOSİAL FƏLSƏFƏ [alm. Sozialphilosophie; fr. Philosophie sociale; ing. Social philosophy; osm. tr. cemiyet felsefesi; tr. Toplum felsefesi; ər. حًُّجنأ حفغهف] -
Sosial Stereotip – şüurda istər şəxsi həyati təcrübə əsasında və istərsə  də  müxtəlif  informasiya  mənbələrinin  köməyilə  əmələ gələn təsəvvürlərin sabit məcmusu.
Sosial Stratifikasiya – cəmiyyətin strukturu haqqında sosioloji nəzəriyyə. Nəzəriyyəyə görə cəmiyyət sosial təbəqələrə və ya stratlara [lay, pillə] bölünür. 
Sosial Struktur – biliklər və onlar arasındakı məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafının müvafiq səviyyəsi, ictimai əmək bölgüsü ilə şərtlənən sabit münasibətlərin məcmusu.
SOSİOLOGİYA [lat.societas – cəmiyyət və yun.logos – təlim, söz] – istər qlobal [bütövlükdə cəmiyyət] və istərsə də xüsusi sosial sistemlərin inkişafı və fəaliyyət qanunauyğunluqları haqqında elm.
SOSİOBİOLOGİYA – insan da daxil olmaqla bütün canlı varlıqların davranışının bioloji əsaslarının elmi tədqiqi ilə məşğul olan istiqamət, insanın həyat fəaliyyətində bioloji amillərin əhə- miyyətini şişirdən və ya mütləqləşdirən müasir sosial biologizmin növlərindən biri.
SOFİZM [yun. Sophisma – fənd, yalan, başsındırma] – ümumi qəbul olunmuş təsəvvürlərə zidd hər hansı cəfəngiyyatı, yaxud paradoksal müddəanı əsaslandıran mühakimə və ya nəticə.
SOFİSTİKA [yun. Sophistike – mübahisəni fəndgirliklə aparmaq bacarığı] – mübahisədə və ya sübutlarda səhv dəlillərin, sofizmlərin, yəni xarici, formal düzgünlüklə pərdələnmiş hər cür fəndlərin şüurlu tətbiqi.
SOFİSTLƏR [yun. Sophistes – mahir, aqil, müdrik adam] – ―müdriklik‖ və ―natiqlik‖ sahəsində peşəkar müəllimlər rolunda çıxış etmiş qədim yunan filosoflarını belə adlandırmışlar [e.ə. 5 əsr].
SOLLİPSİZM [alm. Sollipsismus; fr. Sollipsisme; ing. Solipsisç; lat. Solipsism; lat. Solus – yalnız, tək. Ipse — ben] – ―Yalnız  mən  varam,  məndən  başqa  hər  şey  ancaq  mənim ideyamdır‖  deyən  obyektiv  məni  şüurlu  mahiyyəti  ilə  birlikdə ancaq bir reallığı, yeganə varlıq olaraq qəbul edən fəlsəfi görüş.
SPEKULYATİV Fəlsəfə [lat. speculativus, lat. speculor – seyr edirəm, mübahisə edirəm] – biliyin qurulmasının, təşkilinin spekulyativ tipinə, yəni praktikaya müraciət etmədən refleksiya- nın köməyi ilə yaradılmış fəlsəfi sistemlər.
SPİRİTUALİZM [alm. Spiritualismus; fr. Spiritualisme; ing. Spiritualism; lat. Spiritus – ruh; ər. خٍّدٚس; lat. spiritus – ruh] – bütün reallığın və həqiqətlərin əsasının ruhun təşkil etdiyini, hər bir gerçək olanın ruhi olduğunu və maddi olanın ancaq ruhi reallığın təzahürü olduğunu yaxud da saf bir ideyadan ibarət olduğunu irəli sürən metafizik təlim. Dünyanın mənəvi ilk əsası haqqında idealist təlim. Spiritualistlərin bəzilərinin nəzərində maddi aləm allahın və onun qabiliyyətlərinin təzahür üsuludur, digərlərinə görə insan şüurunun illuziyasıdır.
SPONTANLIQ [lat. spontaneus – öz-özünə baş verən] – öz- özünə baş verməklik; xarici təsirlərlə deyil, daxili səbəblər nəticəsində meydana gələn proseslərin xarakteristikasıdır; həmçinin özfəaliyyətdir, daxili meyllərin təsiri altında fəal təsir göstərmək qabiliyyəti, bacarığı.
STOASİZM [alm. Stoizismus; fr. Stoicisme; ing. Stoicism; osm. tr. revakiye] — əqlin hökmranlığını, təbiətə uyğun yaşamağı, ruhun sarsılmazlığını hissiyyatsızlığı və dünya yurddaşlığı ideyasını qayə olaraq qoyan Kipirli Zenonun fəlsəfi məktəbi.
STOİKLƏR – e.ə. IV əsrin sonunda Ellin mədəniyyəti zəmnində  kosmopolit  və  fərdiyyətçilik  ideyalarının  və  riyazi biliklər əsasında texnikanın inkişafı ilə əlaqədər meydana gəlmiş fəlsəfi təlimin nümayəndələri.
STRUKTUR [os. Tr. Bünye; lat. struktura – quruluş; ər. حُُت] – sistemin təşkilinin ünsürləri arasındakı  sabit  qarşılıqlı  əlaqələrin, bu əlaqələrin qanunlarının vəhdəti kimi çıxış edən quruluşu və daxili  forması.
STRUKTURALİZM [alm. Sturkturalismus; fr. Structura- lisme; ing. Structuralism; lat. Structura – struktur, bünövrə] – Son illərdə xüsusilə də Fransada inkişaf edən, əsas bir həqiqət olaraq sturktura əsaslanan struktur üzərində qurulan elm qaydası. Ob- yektlərin strukturun aşkara çıxarılmasını elmi tədqiqatın vəzifəsi kimi irəli sürən konkret elmi-metodoloji istiqamət.
SXOLASTİKA [alm. Scholastik; fr. Scolastique; ing. Scholastic] – iman ilə elmi, kilsə təlimi ilə Aristotel fəlsəfəsini bir-birinə uyğun formada birləşdirməyə çalışan orta əsrlər fəlsəfəsi. Sxolastika tərəfdarları bir tezisdən çıxış edirlər ki, inam ağıldan üstündür. [yun. Scholasticos – məktəb, məktəbə aid] orta əsr ―məktəb fəlsəfəsi‖. Sxolastlar xristianlıq dini etiqadını rasio- nallıqla əsaslandırmağa və sistemləşdirməyə çalışmışlar.
SUBYEKT [alm. Subjekt; fr. Sujet; ing. Sunject; lat. Subjectum; yun. Hypokeimenon; osm. tr. fail, mevzu; ər. شهىﺟ] – Subyekt termini Aristotelə görə sonra da Orta əsrlərdə cövhər mənasında işlədilirdi. Bugünkü mənasında isə XVII əsrdən sonra işlədilir. Fəlsəfi kateqoriya. Subyekt anlayışı ilk əvvəl [məs., Aristoteldə] xassələrin, vəziyyətlərin, hərəkətlərin daşıyıcısını bildirmişdir və bu mənada substansiya anlayışı ilə eyniyyət təşkil etmişdir.
SUBYEKTİV – [alm. Subjektiv; fr. Subjektif; ing. Subjective; lat. Subjectivus; osm. tr. enfusi] – subyektlə bağlı olan, subyektdə əsaslandırıla bilən, subyektlə müəyyənləşmiş olan, subyektə bağlı olan. Antonimi obyektivdir.
SUBLİMASİYA [lat. sublimo – yüksəldirəm, ucaldıram] – enerjinin sosial cəhətdən əlverişli olmayan [aşağı] məqsədlərdən və obyektlərdən [yüksək, ülvi] məqsəd və obyektlərə keçirilməsi.
SUBSTANSİYA [alm. Substanz; fr.=ing. Substance; lat. Substancia; yun. Hypostasis, hypokeimenon – aşağıda olan; osm. cevher; tr. Töz; ər. شٌ  هىﺟ; lat. substantia – mahiyyət] – bax:cövhər; özünün bütün formalarının, insan və onun şüuru da daxil olmaqla təbiət və tarix hadisələrinin daxili vəhdətində götürülmüş obyektiv reallıq və buna görə də elmi idrakın, konkretin nəzəri inikasının əsaslı kateqoriyası [Mücərrəd və konkret].
SUBSTANSİALİZM [alm. Tözçülük; fr. Substantialisme; ing.Substantializm; osm. tr. cevheriye; ər.حَشهىﺟ]  –  bir  ya  da  çox substansiyanın varlığını qəbul edən təlimlər. Ruhun bir substan- siyası olduğunu qəbul edən təlim.
SUBSTRAT [lat. sub – altında və stratum – tikinti, tikili, qurğu] – müxtəlif predmetlərin və ayrıca, təkcə predmetin, şeyin müxtəlif xassələrinin və onların məcmusunun vəhdətinin, eyniyyətinin əsası [bax həmçinin Substansiya].
SÜBUT [خىثث] – Sübutun tezisi olan hər  hansı fikrin həqiqiliyini [yaxud yalanlığını] əsaslandırmaq məqsədi daşıyan mühakimə. Kökü ərəbcədəki səbutə-dən [دثث] götürülmüşdür.
SÜNNƏ [ər. خٕع] – [ər. Adət, ənənə, qanun] – Məhəmməd Peyğəmbər və onun kəlamları haqqındakı hədisləri təşkil edən ―müqəddəs rəvayətlər‖ məcmusu, sünnilik məzhəbinə etiqad edən müsəlmanların müqəddəs kitabları.
SÜNNİLİK – islam dinində ən geniş yayılmış ortodoksal təriqət. VII-VIII əsrlərdə xilafət daxilində gedən dini-siyasi mübarizə şəraitində meydana gəlmiş, IX əsrdə tam formalaş- mışdır.
 

Ş


 
ŞAMANİZM – ibtidai-icma quruluşunda bəzi xalqlarda yaran- mış erkən din. Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsas- lanır.
ŞAFİLİK – sünni məzhəblərindən biri; banisi islam hüququ- nun dərin bilicisi, fakih və mühəddisi, Fələstinin Qəzzə şəhərində anadan olmuş Məhəmməd bin İdris əş-Şafildir.
ŞEY [alm. Ding; fr. Chose; ing. Thing; lat. Res, ens; ər. ءٍش] – hər hansı bir düşüncəni dilə gətirən naməlum termin. Həqiqi olan, şüurun xaricində öz başına var olan yeganə obyekt [ens reale]. Nesne-Obje: Ümumiyyətlə qarşımızda olan, şüurun özünə yönəldiyi, özünə yönəldilən, düşünülüb hazırlanan şey. Şey – maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir şey o biri şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir.
ŞEYXİLİK – XIX əsrin birinci yarısında şiəlik əsasında yaranmış dini-siyasi cərəyan. Şeyx Əhməd Əhsai [1744-1827] yaratmışdır.
ŞƏRAİT [ذئاشش] – predmeti əhatə edən və predmetin onlarsız mövcud ola bilmədiyi xarici hadisələrə münasibətini ifadə edən fəlsəfi kateqoriya. Predmet özü şərtlənmiş bir şey kimi, şərait isə obyektiv aləmin predmet üçün nisbi xarici olan rəngarəngliyidir.
ŞƏRƏF [alm. Würde, menschenwürde; fr. Dignitè, humaine; ing. Dignity; dignitas; osm. tr. haysiyet; tr. Onur; ər. فشش]  – insanın duyan, düşünən və azad bir varlıq olaraq özündə daşıdığı dəyər, insaniyyətinin dəyəri. Kant belə düşünürdü ki, şərəfli bir varlıq olması səbəbilə insan heç bir zaman vasitə kimi istifadə edilməməlidir. Əxlaqi-şüur anlayışı və etik kateqoriya; məzmu- nuna görə ləyaqət anlayışına oxşardır. Fərdin özünün-özünə və cəmiyyətin fərdə münasibətinin təzahür forması olan şərəf [eləcə də ləyaqət] insanın davranışının və başqalarının ona münasibətini münasib şəkildə tənzimləyir.
ŞƏRİƏT [ər. ―yönəltmək‖ qanun vermək] – müsəlman qanunlarının sistemləşdirilmiş toplusu. Şəriətdə bütün qeyri-dini və dini problemlər islam baxımından işıqlandırılır; təsərrüfat həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar, qadağan olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın həyatının ən intim sahələrini də əhatə edən qayda və qanunlar islam dini baxımından vahid sistem şəklində birləşdirilmişdir.
ŞƏRT [alm. Bedingung; fr.=ing. Condition; lat. Conditio; osm. tr. şart; ər. خشش] – bir başqa şeyin özünə bağlı olduğu, bir başqa şeyi imkanlı qılan şey. Şərtli imperativ [alm. Hyporthotischer imperativ; fr. Impèratif hyporthètique]
ŞƏXS [ər. ضخش; alm. Individium; fr. Individu; ing. Individual; lat. Individium; tr. Birey; osm. tr. şahıs, fert] mənası bölünməyən, parçalanmayan deməkdir. Latıncadakı devidere sözündən törə- mişdir = a-tomon – bölünməyən, özlüyündə hissələrə ayrılmaz olan varlıq. Ümumiyyətlə götürdükdə isə hər var olan bir şəxs olduğu kimi, müstəqil olaraq hər hansı bir insan da bir şəxsdir. Azərbaycan dilində bu termin latın dilindəki ifadə variantından daha çox ərəbcədəki versiyası işlənir. Ərəbcədə bu sözün cəmi əşxas-dır [صاخشأ]. Müşəxxəs, təşxis və s.kimi eyni kökdən olan bu qəbil sözlər də dilimizdə işlənməkdədir. Şəxsiyyət [حُّظخش] – tarixən konkret fəaliyyət növləri və ictimai münasibətlər prose- sində formalaşan sosial keyfiyyətlər aspektində götürülmüş insan fərdi.
ŞOVİNİZM [fr. Chauvinisme] – millətçiliyin ifrat, mürtəce formalarından biri. Başqa millət və xalqlara nifrət və ədavəti qızışdırmağa yönəldilmiş şovinizm siyasəti guya ―ikinci dərəcəli‖ millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli müstəsnalığını təbliğ edir.
ŞÜUR [alm. Bewusstsein; fr. Conscience; ing. Consciousness; lat. Conscientia; yun. Syn-eidesis = birlikdə bilmə; osm. tr. şüur; ər. سىؼش] – 1. Insanın özü, yaşadıqları və dünya haqqındakı məlumatı. Bundan başqa düşünmək və özünü tanımaq qabiliyyəti. Fəlsəfi ensiklopediyada qeyd olunur ki, şüur obyektiv gerçəkliyin yalnız insana xas yüksək formasıdır və insan tərəfindən obyektiv aləmin və öz xüsusi varlığının başa düşülməsində, dərk edilmə- sində fəal iştirak edən psixi proseslərin vəhdətindən ibarətdir. Şüursuzluq – Səbəbi şüura hələ gəlib çatmamış [məs. müdafiə reaksiyası və s.] həmçinin şüur təbii və ya süni olaraq dayandırıldıqda [yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, lunatizm zamanında və s. hallarda] avtomatik, qeyri-ixtiyari baş verən fəaliyyət.
 

T


TABU [polineziya dilində] Qeyri-normal gücə sahib olan bir nəsnə, insan və ya söz tabu sayıla bilər. İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvürvə – zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab edilən söz.
TALE – insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış.
TANRI [alm. Gott; fr. Dieu; ing. God; lat. Deus; yun. Theos; osm. tr. Allah; ər. للهأ] – Dini iman sistemində fövqəltəbii və fövqəladə xüsusiyyətləri, yetişkin bir əsas olaraq ən yüksək varlıq. Tanrı haqqında elm – [alm. Theologie; fr. Thèologie; ing. Theology; osm. tr. ilahiyat; ər. ذٍَّ٘إ] – ümumiyyətlə Tanrı  və tanrılar haqqında, dini olan haqqında təlimlər. Konkret anlamda isə dini təfsirlərə əsaslanan Tanrı haqqında təlim. Bax:Allah maddəsi.
TANTRİZM – Qədim Hindistanın dini-fəlsəfi təlim. İlk əvvəl qadın allahlar ayini ilə və məhsuldarlığın təmin edilməsinə yönəl- dilmiş cadu mərasimləri ilə bağlı olmuşdur.
TEİZM [alm. Theismus; fr. Thèisme; ing. Theism; yun. Theos - Tanrı; tr. ilahiye; ər. حُّهآإ] – Bir Tanrıya iman gətirmək
TELEOLOGİYA [yun. Teleos – məqsəd, logos – təlim, söz] - aləmdə obyektiv, insan fövqündə duran məqsədlərin və məqsə- dəuyğunluğun mövcudluğu haqqında dini-fəlsəfi tə
TEOQONİYA [yun. Thheos – allah və goneia – anadan olma, doğulma] – allahların mənşəyi haqqında dini miflər sistemi; allahların şəcərəsi.
TEODİSEYA [yun. Theos – allah və dike – hüquq, ədalət] – Allaha haqq qazandırılması; nəyin hesabına olursa olsun qüdrətli, aqil və adil allaha etiqadla dünyada şər və ədalətsizliyin mövcud- luğu arasındakı aşkar və barışmaz ziddiyyətə haqq qazandırmaq məqsədi güdən dini fəlsəfi traktatların adı.
Teoloji etika – hər hansı teoloji sistemə əsaslanan etika. Teoloji etikanın nüfuzlu-təsirli cərəyanları üç əsas dinin; xristianlığın, islamın, buddizmin etik təlimləridir.
TEORİYA [alm. Theorie; fr. Thèorie; ing. Theory; yun. Theoria, theorin – gözləmək, baxmaq; osm. tr. nazeriye] – faydalanmağı yaxud da tətbiq etməyi məqsəd güdən sırf bilik. Müəyyən həqiqətləri açıqlamaq, izah etmək yaxud da müəyyən etmə formasında ortaya çıxan, təcrübələri sınaqdan çıxmamış, yalnız düşüncə ilə qurulmuş əsaslar üzərində otuzduran, amma hadisələrə sahib olaraq yeni faktları tapıb ortaya çıxarmaq yolunu göstərən elmi təlim.
TEOSOFİYA [yun. Theos – allah və sophia – müdriklik, bilik; hərfən – allahın dərk edilməsi] – teologiya ilə [məs. ―Areo- pagitiklərdə] və ya mistikanın dini etiqaddan kənar formaları ilə eyniləşdirilən anlayış.
TEXNOKRATİYA [ yun. Techne – sənət, peşə, kratos – haki- miyyət, dövlət] Müasir cəmiyyətlərdə hakim sinfə mənsub dövlət inhisarçı istehsalın yüksək rəhbərlərindən ibarət sosial təbəqə.
TEİZM [heisme] – Tanrıcılık: Aləmin səbəbi olan lakin, aləmdən ayrı olan bir Alahın varlığına inanan fəlsəfi doktriya.
TEOLOGİYA [alm. Teleologie; fr. Tèlèologie; ing. Teleology; osm. tr. mebhas-i gayat; ər. زاحثي خاُح] – 1. Kainatı, bütün mövcudatı qayələrlə vasitələr arasında əlaqələr bütünü olaraq görən fəlsəfi təlim. 2. Ancaq insan fəaliyyətinin deyil, tarix və təbiət hadisələrinin də, tamamının olduğu kimi tək-tək hadisələrin də məqsədlərlə təyin edilmiş və istiqamətlənmiş olduğunu qəbul edən təlim.
TEZİS [alm. These, thesis; fr. Thèse; ing. Thesis; yun. Thesis] - ortaya qoyulan müddəa, hökmlər, qaydalar, önə sürülən prinsip.
TƏBİƏT [ər. ؾؼُثؽ] – bax: natura. Azərbaycan dilində çox işlənən bu söz مؼف [fə`ələ] modelində b [tabə`a] felinin مُؼف [fə`iilun] modelində غُثؽ məsdərinin müənnəs [qadın cinsində] cinsdə  ifadəsidir.  Müənnəs  cinsdə  ətun  [ ح]  şəkilçisi   artırılır. Təbiət elmləri [alm. Naturwissenschaften; fr. Sciences naturalies; osm. tr. tabii ilimler; tabiat ilimleri; ər. حؼُثؽ وىهػ] –  obyektivlik qaydasına əsaslanmaları, məntiqi quruluşları,     dəyərləmə aparmayan ümumiləşdirici metodu ilə mədəni elmlərdən ayrılan, təbiəti  tədqiq  etməyə  istiqamətlənmiş   elmlərə deyilir. Təbiət elmləri: 1.Üstünə götürdüyü vəzifəsinə  görə; sırf tətbiqi təbiət elmləri; 2.Metodlarına görə; riyazi və eksperimental araşdırmalar; 3.Mövzularına  görə;  canlı  və   cansız təbiətin elmləri. Təbiət fəlsəfəsi = naturfəlsəfə [alm.  Naturphilosophie; fr. Philosophie de la nature; osm. tr. tabiat felsefesi; ər. حؼُثطنأ حفغهف] – Təbiət üzə- rində: təbiətin özü, formaları və  reallıqlarını  tədqiq  edən  fəlsəfə- nin  bir  qolu.
TƏCƏLLİ [ٍهجذ] – ortaya çıxmaq, görünmək, təzahür etmək. Təsəvüf istilahı olan təcəlli Allahın ilahi qüdrətinin hər şeydə ortaya çıxması, görünməsi deməkdir. Təbii ki, bunu görmək, sezmək və müşahidə etmək yalnız haqqın istəkli qullarına nəsib olur. Qeybdən gələn, qəlbdə zahir olan nurlara da haqqın təcəlisi deyilir. Təcəlli necə olduğunu yəni Onun mahiyyətini Tanrıdan başqa heç bir varlıq bilə bilməz. Təcəlli iki cürdür. Ruhani təcəlli - Tanrının hüdus sifəti ilə təzahür edən təcə Rəbbani təcəlli isə fani olan varlığın fəsad aləminə transfer etməsidir. Tanrının zati təcəllisi isə ilahi zatının təcəllisi deməkdir.
TƏFSİR [alm.=ing. – interpretasiya; fr. Interprètation; lat. Interpretare – izah etmək; ər. شُغفذ; tr. tefsir] – bir mətnin anlamı haqqında açıqlama.
TƏHSİL [alm. Erziehung; fr.=ing. Education; osm. tr. terbiye; tr. Eğitim; ər. مُظحرنأ]. Ümumi mənada insanın qabiliyyətlərinin xüsusilədə əxlaqi vəsflərinin inkişaf etdirilməsi üçün yön və istiqamət verilməsi, metod öyrədilməsi, bilik və bacarığın aşılan- ması və bu sahədə aparılan şüurulu yaxud şüursuz bütün təsirlərə verilən addır. Məhdud anlamda isə insanın inkişafının sistemli, şüurlu olaraq istiqamətlədirilməsi və təsirlənməsi. Təhsil elmi [alm. Erziehungwissenschaft; fr. Science de l`education; osm. tr. ilm-i terbiye; ər. خٍثشزٌآ ٍُع; tr. Eğitimbilim.] Bilavasitə təhsili və onun əsaslarını, metodlarını, prosesini və istiqamətlərini tədqiq edən elm sahəsidir. Ümumiyyətlə, müəyyən bir sistem içərisində şüurlu təhsilin elmi olan təhsil elmindən [pedaqogikadan] daha çox ehtivaedicidir.
TƏKAMÜL [alm. Enwicklung; evolution; fr. Evolution; ing. evolution ər. ميؤكذ; tr. Evrim] –geniş mənada varlıq və şüurun istər kəmiyyət və istərsə də keyfiyyət dəyişmələrini özündə birləşdirən dəyişmə kimi başa düşülür. [bu mənada Təkamül anlayışı məzmunca inkişaf anlayışına yaxındır].
TƏKAMÜLÇÜLÜK [alm. Evolutionismus; fr. Èvolutionis- me; ing. Evolutionism; ər. حُهياكذ] –Təkamül nəzəriyyəsi. Hər şeyi, bütün yaradılışı təkamül baxımından dəyərləndirən dünyagörüşü.
TƏKLİF [alm. Satz; fr.=ing. Proposition; lat. Propositio; osm. tr. kaziye; ər. حُػآل] ittihamın sözlərlə dilə gəlməsi, doğru yaxud da yalnış ola bilən bir izah.
TƏLƏBAT [ər. خؤثهؽ] –orqanizmin normal həyat fəaliyyəti üçün lazım olan zəruri tələblərin ödənilməsi ilə bağlı və bu ödənilmənin aradan qaldırılmasına yönəldilmiş vəziyyət.
TƏƏSSÜRAT [alm. Eindruck; fr.=ing. Impression; lat. Impressio; osm. tr. intiba] – vasitəsiz olaraq alınan şüur.
TƏMAYÜL [alm. Neigung; fr. = ing. Inclination; lat. Inclinatio; osm. tr. temayül]. Bir obyektə bir varlığa qarşı hiss edilən duyğuların təyin etdiyi vəziyyət. Hisslərin təsiri altında müəyyən bir məqsədə yönəlmə.
TƏNQİD [alm. Kritik; osm. tr. tenkit; ər. ذُمُذ; fr. Critique; ing. Critical; yun. Kritike[tekhne] ayırd etmək, qanun qarşısına çıxarmaq, tənqid etmək, günahlandırmaq]. Ümumi mənada kimisə, nəyisə, hər hansı bir mövzuda doğru və yaxud səhv tərəflərini  araşdırıb  ortaya  çıxartmaq.  Fəlsəfədə  isə  xüsusilə biliyin əsaslarını və doğruluq dərəcəsini tədqiq edib araşdırmaq, sınamaq, günahlandırmaq. Kanta görə isə əqlin günahlandırıl- masıdır. Ərəb dilində olan bu kəlmə fə`ələ مؼف modelində nəqədə ذمَ felinin II babda fə`ələ مؼّ ف modelində nəqqədə ذّمَ felinin məsdəridir.
TƏRİF [alm.=ing. Defintion; fr. Dèfinition; lat. Defintio; yun. Horos, horismos; osm. tr. tarif; ər. فَشؼذ] – [definisiya] – bir anlamın yaxud da bir şeyin məhdudlaşdırılması, müəyyənləşməsi, anlamın ehtivasını təşkil edən təyinlərin göstərilməsi. Müəyyən obyektiv fərqləndirməyə, axtarıb tapmağa, təşkil etməyə, elmə yeni gətirilən terminin mənasını formulə etməyə və ya mövcud olan terminin mənasını dəqiqləşdirməyə imkan verən məntiqi üsul.
TƏSADÜF [alm. Zufail; fr. Hasard; ing. Chance, hazard; osm. tr. tesadüf; tr. Raslantı; ər. فدؤظذ] – gözlənilməyən, planda olmayan, əvvəlcədən proqnozlasşdırılması mümkün olmayan hal və hərəkətlər. Təsadüfi [alm. Akzidentell; fr. Accidental; ing. Accidental; osm. tr. arazi; ər. فدؤظذ] – dəyişən, rastlanmış olan, təsadüflə bağlı olan, özlə əlaqəsi olmayan.
TƏSVİR [Alm. Beschreibung; fr., ing. Description; lat. Des- criptio; osm. tr. tasvir ər. شَىظذ] – tədqiqatın elmdə qəbul olun- muş müəyyən işarələr sisteminin köməyilə eksperimentin və ya müşahidənin məlumatlarının qeyd edilməsindən ibarət mərhələsi.
TƏSƏVVÜR [ər. Vorstellung; fr. Reprèsentation; ing. Repre- sentation; lat. Repreaesentio; osm. tr. tasavvur; tr. Tasarım; ərسىظذ] gerçəkliyin predmet və hadisələrinin predmet və hadisə- lərin özlərinin hiss orqanlarına bilavasitə təsiri olmadan da şüurda saxlanılan və yenidən canlandırılan hissi-əyani, ümumiləşdirilmiş obrazı.
TƏSƏVVUF [ər. فىظؽ] –bax Sufilik.
TƏFƏKKÜR [alm. Denken; fr. Pensèe; ing. Thought; lat. Co- gitare, cogitatio; yun. Noein, diaonoia; osm. tr. tefekkür, fikir; ər. شٌ كْ فذ] yaxud düşünmə, fikrə dalmaq – obyektiv aləmin anlayışlar- da, mühakimələrdə, nəzəriyələrdə və  s.  əks  olunmasından  ibarət, bu və ya digər məsələlərin həlli ilə bağlı fəal proses, xüsusi qay- dada təşkil olunmuş materiyanın – beynin ən yüksək məhsulu. Tə- fəkkür insanı digər canlılardan fərqləndirən ən birinci xarakterik xüsusiyyətdir. İnsan bu qabiliyyəti vasitəsilə hər hansı bir şey haqqında mühakimə yürüdür, müqayisələr aparır, bir-birindən fərqləndirir, ayırır, bölür, bağlantı qurur və s. bütün bu proses şüurun məhsuludur. Təfəkkür kəlmə etibarı ilə dilimizə ərəbcədən keçmişdir.
TƏXƏYYÜL [tr. Imgelem; alm. Einbildungskraft; fr.=ing. Imagination; lat. Imaginatio; yun. Öhantasia; osm. tr. mühayyile; ər. مُخذ] – bir obyekti, o obyekt qarşımızda olmadan proqramlaş- dırmaq bacarığı. Gerçəklikdən alınmış təəssüratların yenidən də- yişdirilməsi əsasında insan şüurunda yeni hissi və ya fikri obrazlar yaratmaq qabiliyyəti.
TƏHTƏLŞÜUR  [ər.سىؼشنآ   دحذ]  –– müəyyən anda şüurun məna fəaliyyətinin mərkəzi olmasa da, şüurlu proseslərin gedişinə təsir göstərən fəal psixi proseslərin xarakteristikası. Ərəb dilindən hərfi mənada şüurun altındakı deməkdir.
TƏCRÜBƏ [ing. Experiment; fr. Expérience; ru. Опыт; ər. حتشجذ]  –fəlsəfədə ənənəvi mənada xarici aləmin hissi empirik inikası. Təcrübə hər cür biliyin yeganə məmbəyidir [Empirizm, Sensualizm]. Təcrübə, sınaq və türkiyə türkcəsindən yeni daxil olan deneyim kəlmələri dilimizdə demək olar ki, eynihüquqlu sözlərdir. Təcrübə sözünün fəlsəfi terminologiyada eksperiment kimi xarici ekvivalenti də mövcuddur.
TƏQLİD [alm. Nachahmung; fr.=ing. Imitation; lat. Imitatio; yun. Mimesis; osm. tr. taklit; ər. ذُهمذ] – Nəyinsə, kiminsə roluna, obrazına girmək. Yaxud onun izindən getmək, özünü ona bənzət- mək. Təqlid sadəcə bir kəsin xarakterik xüsusiyyətlərini və mimi- kasını deyil, eləcə də hansısa şəxsiyyətin yolunu, filosofun məktə- binin və ideyalarını davam etdirməyə də deyilir. Bu anlamda təqlid edən şəxs müqəlləd adlanır.
TƏVİL – xüsusi izah yoludur. İslam məzhəblərində və Şərq peripatetik fəlsəfəsində Quran ayələrini əqlin prinsiplərinə əsas- lanaraq izah etməkdir. Təfsir və şərh anlamlarını da verir, yalnız bir xüsusiyyəti vardır ki, təvil adətən məhz Quran ayələri üçün işlədilir, təfsir və şərh isə hər hansı bir məsələ üçün işlədilə bilər.
TƏŞƏKKÜL [alm. Bildung; fr.=ing. Formation; osm. tr. oluşum; tr. Oluşum; ər. ًىشر] – insan ruhu və fikrinin mədəni də- yərlərə böyük bir məna verərək qoşulacaq formada mənəvi inkişa- fı  və  formalaşması.  şeylərin  və  hadisələrin  öz-özünə  dəyişməsini - onların digər şeylərə və hadisələrə fasiləsiz çevrilməsini ifadə edən fəlsəfi kateqoriya. Təşəkkül sözündən düzəlmiş mütəşəkkil sözü də dilimizdə işlə Təşəkkkül hərfi mənada əslində yaran- maq, ortaya çıxmaqdan daha çox təşkilatlanmaq kimi də başa düşülə bilər. Mütəşəkkil sözü də bu anlamda təşkilatlanmış kimi hərfi tərcümə olunur.
TƏZAD [alm. Gegansatz, opposition; fr.=ing. Opposition; lat. Oppositio; osm. tr. tezat, tekabül, mühalefet] – bir-birinin qarşısında olan, bir-birini qarşılıqlı olaraq bayıra atan iki kəlmə, yaxud da qərar arasındakı bağlantı. Təzadlar fəlsəfədə mühim hesab olunur. Təzad və ziddiyyətin dialektik materialimzdə inkişafın əsas qanunauyğunluqlarından hesab olunurdu.
TOVHİD [ər. ذُحىذ] – [birləşdirmə, birləşmə, təkalllahlılıq, monteizm mənasındadır] – islam dinində allahın yeganəliyi və təkliyini [―La ilahə illəllah‖] təbliğ edən dini-siyasi təlim. Tövhid islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din kimi tövhid dini də deyirlər. Tövhid həm də bu dini qəbul etmənin əsasını təşkil edir, çünki onun ziddi Tanrıya şərik qoşmaqdır ki, bu da əsla qəbul olunmur və dindən çıxmış hesab olunur.
TOMİZM [alm. Thomismus; fr. Thomisme; ing. Thomizm tr. Thomasçilik] – katolik fəlsəfsində Foma Akvinalının əsaslandır- dığı və onun ardıcıllarının əsaslandırdığı aparıcı cərəyan. Tomizm dominikan ordeninin müxtəlif məktəblərində məşhur idi. Tomiz- mə görə insan iradəsi ilə Tanrının əvvəldən təyinatını təbii-fövqə- ladə bir varlıq sistemi içərisində birləşdirən, əqlin üstünlüyünü istək və və iradə üzərindəki suverenliyini önə sürən bir təlimdir.
TOTALİTARİZM [lat. totalis – bütün, tam, bütöv] – avtoritar bürokratik dövlətin ictimai orqanizmin bütün həyat fəaliyyəti sahələrinə və ayrı-ayrı şəxsiyyətlərin həyatına hər şeyi əhatə edən despotik müdaxiləsilə səciyyələnən ictimai-siyasi quruluş.
TOTEMİZM [alm. Totemismus; fr. Totèmisme; ing. Tote- mism; tr. Totemcilik; ―ototeman‖ sözündən olub Şimali Amerika hindi  tayfası  olan  ocivelərin  dilində  –  onun  tayfası,  qəbiləsi deməkdir] – ibtidai cəmiyyətin ən erkən dini formalarından biri.
TRANSSENDENTAL [alm. Transzendental; fr.=ing. Trans- cendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm. tr. müteal; ər. لاؼري] – əqli tənqid etmə metodu.
TRANSANDANS  [fr.  Trancendence;  tr.  Aşkın  ər. مػاري]  – fövqəl olma: Görünüş və hadisələrin arxasında və üstündə davam- lı olan cövhərlərin varlığına inanan görüş.
TRANSSENDENT [alm. Tranzsendent; fr. Transcendant; ing. Transcendent; osm. tr. müteal; ər. ماؼري lat. transcendere – üstündən adlayıb keçmək, pozmaq] – 1. Bir sistemin xaricinə yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar- dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər növ eksperimentin kənarına çıxan, şüurun xaricinə adlayan. 4. Təbiətdən kənarda olan və onun sərhədlərini aşan, fövqəlbəşəri olanlara deyilir. İmmanent termininin əksinə olaraq şüurun və idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.
TRADİSİONALİZM [alm. Traditionalismus; fr. Traditio- nalisme; ing. Traditionalism; tr.  Gelenekçilik;  osm.  tr.  ananeviye; ər. حَىُؼُػ] — ənənələrə ifrat dəyər vermə təmayülü, köhnəlmiş ola- na, vərdişlərə, köhnə inanclara yaxınlıq duyan həyat tutumu. XIX əsrdə Fransada katolik ruhaniləri maarifçiliyə qarşı inkişaf etdir- dikləri, doğruluğun ənənəylə, xüsusilə kilsə ənənəylə bilinə biləcəyini önə sürən təlim.
TRANSSENZUS – subyektivdən obyektivə keçid, şüur sahə- sindən  obyektiv  aləm  sahəsinə  insan  praktikasının  gedişində həyata keçirilən, subyektiv idealistlər və aqnostiklər tərəfindən qadağan edilən, yol verilməyən çıxış.
TRANSFORMASİYA [alm. Transformationstheorie; deszen- denztjeorie; transformisme; ing. Transformism; osm. tr. istihaliye; ər. حُناخرعإ] yaşayan növlərin, sıf formalardan qarışıq formalara doğru kainatla inkişaf edərək ortaya çıxdığını önə sürən təlim.
TRİADA [yun. Trias – üçlük] inkişafın üçpilləliliyi. ―Triada‖ anlayışını ilk dəfə Platon və neoplatoniklər [xüsusilə Prokl] işlət- mişlər; alman klassik fəlsəfəsində, xüsusilə Hegeldə geniş inkişaf etdirilmişdir.
TUTARLI [alm. Konsequent; fr. Consèquent; ing. Conseq- uent; lat. Consequens; osm. tr. insicamlı] – məntiq qaydalarına uyğun olan əqli əsas gətirmə. Əsaslı, yənin məsələnin bütün əsas- larını əhatə edəcək qədər ehtivalı arqument. Misal üçün tutarlı dəlil. Tutarsız [alm. Inkonsequent; fr. Inconsèquent; ing. Incon- sequent; osm. tr. insicamsız] –düşünmədə məntiqi əksiklik, davra- nışlarında öz-özü ilə uyğunluq qurmaq. İki prinsip arasındakı əla- qədə ikinci birincinin sonuncu kimi göstərilir, halbuki həqiqətdə birincidən belə bir nəticə çıxarılmaz.
 

U


 
UNİVERSAL   [alm.=ing.    Universal;    fr.    Universel;     lat. Universalis; osm. tr. külli; tr. Tümel; ər. ٍّ هك] – müəyyən bir sinifə bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış olan prinsip. Bir prinsipin universallığını ―bütün‖ yaxud da ―hər‖ sözü ilə göstərilir. Ümumilik bir termin ehtivasını, küllilik prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.
UNİVERSALİLƏR [lat. universalis – ümumi] – orta əsrlər fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin küllilər olaraq keçirdi.
URUC [ascention] – yüksəlmə, yüksəliş: Uruc, sudur ilə birlikdə hər şeyin Tanrıdan doğulduğunu və yenə ona qayıda- cağını ifadə edən qavramdır.
UTİLİTARİZM [lat. utilitas – fayda] – davranışın faydalılığı- nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.
UTOPİYA [yun. U – yox, və topos – yer, hərfən – ―mövcud olmayan yer‖] – uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət.
UYĞUNLAŞMA [fr. Coincidence; ing. Coincidence; lat. Coincidenta; tr. Örtüşme; osm. tr. tetabuk; ər. كتآطذ] – iki şeyin bir-biri ilə tam mənasında uyuşması, oxşar olması. Sözün kökü tabəqa [كثؽ]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola bilər. Burada əsas olan subyektin insan olması deyil. İnsan, yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa bilər.
UYDURMA [alm. Fiktion; fr. Ing. Fiction; lat. Fictio; osm. tr. Tasni; ər. غُُظذ] – Yalan, boş, həqiqəti olmayan. Həqiqətlə tərs düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.
UYUM [əs.tr.] – uyğunluq, münasiblik, oxşarlıq, bərabərlik, harmoniya, ahəngdarlıq və s.
UZAY [əs.tr.] – Fəza, göy boşluğu, uzanmış, genişlənmiş, geniş və s.
UZDU [əs.tr.] – Əzəli olan, əvvəli bilinməyən, çox əski, qədim.

Ü


ÜGE – [Üyge] məşhur, tanınmış, ünlü və s.
ÜLƏMA    (ər.ءاًهٖ ػ)  –    ərəbcədən    tərcümədə    ―alimlər‖ deməkdir, müsəlman dünyasında istər dünyəvi elmlərlə məşğul olanlara, istərsə də dini elmlərlə məşğul olanlara verilən xüsusi ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir. Belə ki, üləma yaxud əllamə sözləri bəzi hallarda işlədilərkən ironi- kanlamlar da ehtiva edir. Orta əsrlərdə islam mədəni bölgəsinin bir hissəsi kimi, Azərbaycanda da mədrəsə üsulu tədris edilirdi və buranı bitirənlərə həm dini, həm də dünyəvi təhsil verilirdi.
ÜLKÜ [tr. idea, eng. idea] – ideal, hədəf. Ülkü bəzən olmasına inanılan şey mənasında da anılırdı. Bundan başqa prinsip, adət və hətta pay, ortaqlıq mənasını da verirdi.
ÜMUMİ [alm. Allgemein; fr. Gènèral; ing. General; lat. Generalis; tr. Genel; ər. وىًػ] – Cinslə, növlə bağlı olan, bir cinsin bütün növlərini daxilində toplayan, bir növün aid olduğu hər şeyi toplayan. Təkcədən ümumiyə, daha az ümumi bilikdən daha çox ümumi biliyə keçiddən ibarət məntiqi proses [məs., ―istilik‖ anlayışlarından ―enerji‖ anlayışına, Evklid həndəsəsindən Lobaçevski həndəsəsinə keçid], həmçinin bu prosesin nəticəsi: ümumiləşdirilmiş anlayış, mühakimə, elm qanunu, nəzəriyyə.
ÜNSİYYƏT (ing. Sociality; خٍّغٔأ; ru. общительность) – subyektlərin səciyyəvi qarşılıqlı münasibətlər üsulu, digər insan- larla qarşılıqlı əlaqədə insanın mövcudluq üsulu. Ünsiyyət vasitə- silə insan sosiallaşır, həyata bağlanır, dostluqlar qurur, ətrafındakılarla sosial kontakta girir və öz yaşayışını təmin edir. Ünsiy- yət insanın bəşəri sosiallaşma ehtiyacıdır. İnsan təkbaşına var ola bilməz, o sosial bir varlıq olduğu üçün cəmiyyətin yaşam qanun- ları əsasında doğlulmalı, yaşamalı və ömrünü başa vurmalıdır.
ÜNSÜR [element]: Ümumiyyətlə mürəkkəb bir şeyin, ən sadə parçalarindan biri.
ÜRÜNG [əs.tr.] – mənəviyyət, mənəvi güc. Qədim oğuz dillərində təmiz, pak, qəlbən saf adamlara da deyilirdi.
ÜSLUB [ər.ةٍٛصأ; tr. teknik; ing. method] – bədii ifadəliliyin obrazlı sistminin, vasitə və üsullarının ideya-estetik və ictimai- tarixi məzmununun vəhdətindən asılı olaraq tarixən təşəkkül tapmış ümumiliyi.
ÜSUL-İ CƏDİD yeni üsul – Azərbaycanda 1920 — ci ilədək məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi pedaqoji cərəyan. ―Üsul‖ ərəbcədən tərcümədə qayda, metod, üsul; ―cədid‖ isə yeni, təzə mənalarını verir.
ÜZLƏT [ər. حنضػ, tr. inziva, uzlet] – inzivaya çəkilmə, asketizm. Sufilərin xəlvətə çəkilmələri, cəmiyyət həyatından uzaqlaşmalarıdır. Sufilər ruhi tərəflərini gücləndirmək, cəmiyyət həyatından uzaqlaşmaq, nəfsani şəhvət duyğu və hisslərini tərk etmək və mənəvi xəstəliklərdən arınaraq Tanrı dərgahına daha da yaxınlaşmaq arzusundadırlar.
ÜZLÜNÇÜĞ [əs.tr.] – fövqəladə, qeyri-təbii, yaxud qeyri-adi olan hal və hadisələrlə əlaqəfar işlədilirdi və əski türkcəyə aiddir.

V


VARLIQ [alm. Sein; ètre; ing. Being; lat. Ens, esse; yun. To on, einai; əs.t. mevcudiyet; ər. دىﺟو] — Şüurdan asılı olmayaraq mövcud olan obyektiv aləmin, materiyanı ifadə edən fəlsəfi anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən şey. Var olanın var olması. Aristoteldə var olanların varlığı mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı olan və müvəqqəti olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. Varlığın Analogiyası [lat. analogiya, entis] – katolik fəlsəfəsində [Hetomizm, Sxolastikaoma, Tomizm, Foma Akvinalı] mərkəzi metodoloji anlayış. Varlıq haqqında elm [alm.= fr. – ontologie; ing. Ontology; lat. Ontologia; yun. On, entos – varlıq; osm. tr. mebhas-i vücut] – var olan olaraq var olan haqqında təlim. Var olanın varlığı və ümumiyyətlə varlıq ideyaları haqqında XVII əsrdən bəri istifadə edilən anlam. Mövzu olaraq yunan fəlsəfəsindən bəri və ələ alınan və Aristotelin ―ilk fəlsəfə‖ adını verdiyi var olanların özü haqqında elm. Mövcudiyyət [alm. Dasein, existenz; fr.=ing. Existance; lat. Existentia; osm. tr. vücut, mevcudiyet; ər. ٌحَدىﺟىي] – var olan, həqiqətə əsaslanan varlıq, bir şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.
VASİTƏ – (ing. Mean; tr. Araç) vasitə sözünün anlamları çoxdur. Ərəb mənşəlidir. Vəsət  sözündən törəmişdir. Cəmi isə sait – dir. Fəlsəfi anlamda isə hər hansı bir məqsədə, mərama çatmaq üçün, yaxud fikir bəyan etmək üçün istifadə olunan və işin – prosesin gedişatına kömək edən müəyyən əlavələrdir. Vasitə sözü dilimizdə çox geniş işlədilməkdədir. Vasitəsizlik– sübutun köməyi olmadan alınmış bilik, həmişə nəinki təcrübənin məlumatları ilə, eyni zamanda məntiqi düşüncə ilə vasitələnən diskursiv və demonstrativ bilikdən fərqli olaraq həqiqətin bir başa seyri.
VACİB [ةﺟاو] – dəlil cəhətindən fərz qədər qəti olmayan, lakin yerinə yetirilməsi yenə vacib olan ibadətlərdir. Qurban kəsmək vacibdir, ancaq fərz deyil. Vacib sözü dində və fəlsəfədə xeyli anlamlar ifadə edir. Misal üçün, fəlsəfədə varlığın mümkün forması ilə birlikdə vacib formasından da sözhbət açılır, bununla belə dində də şəri hökmlər vacib yaxud fərz və ya müxtəlif ifadələrlə edilməsinin qətiliyi dərəcələrlə şərtləndirlir. Fəlsəfədə vacib varlığa vacib əl-vücud deyilir.
VERBALİZM [alm. Verbalismus; fr. Verbalisme; ing. Verbalism; lat. Verbum – söz, kəlmə; osm. tr. lafziye; ər. خٍظفٌ] – sözəbasma, sözlərlə oynama, Əsas məqsədi və məramı olmadan sözlər söyləmək. Yaxud da kiminsə bilmədiyi mövzuda boşuna sözlər söyləyib, çərənçilik etməsi. Latın mənşəlidir. Fəlsəfədə verballıq hər şeydən danışıb əsas məqsədin üzərinə gələ bilməməkdir.
VƏRDİŞ [fr. Habitude; alm. Gewohnheit; ing. Habit; yun. Heksis, əs.trk. itiyat; trk. alışkanlık] — Bir şeyə alışmış olma vəziyyəti, xasiyyət; daxili və xarici təsirlərlə hərəkət və davranışların  təkrarlanılması,  həmişə  eyni  şəkildə  reallaşması nəticəsində meydana çıxan, şərtlənmiş davranış halıdır. Bəzən asılılıq, düşkünlük, narkomanlıq kimi, yaxud yaxınlıq, yoldaşlıq, ünsiyyət kimi də xarakterizə olunur. Alışqanlıq, daxili, xarici təsirlərlə iş və davranışların yenilənməsi, həmişə eyni formada reallaşması gözlənilən, şəraitə uygunlaşmış davranış və ya təsir formaları. Bəzən vərdişlərinin məcmusu insanın  xasiyyətini ortaya qoyur, onun haqqında təsəvvür formalaşdırır.
VƏCD  [ing.  Extase;  ər.ذٌ ﺟو]  –  Cezbe-İstiğrak-Kendinden geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd – sufilərə məxsus haldır. Bu halda sufi Allahla ―birləşdiyini‖ iddia edər. Bu halda sufi hiss və duyğu orqanlarını fəaliyyətini sanki hiss etmir. Bu vəziyyət onda uzun müddətli deyil, təkrar olunandır və şəxsidir. İrrasionalistlər vəcdi ilahi mənşəli ezoterik bilik növlərinə aid edirlər. Vəcd ruhi, mənəvi bir haldır. Ancaq təsvir ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi yoxdur. Hisslər aləmindən ayırlır. Hisslər, duyğu orqanları, nəzəri ağıl ortadan qalxmışdır. Xatirələr və iradə yox olar. Vəcd halında insan öz özünə sahib olar və onunla birlik qurar. Vəcd sırf eşqdən ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq yox olur deyilə bilər.
VƏHM [ىٌ هو] – insanın bir inancı və yaxud öz xəyalında qurduğu bir fikri, həqiqətə uyub-uymadığına əhəmiyyət vermədən israrla müdafiə etmək, yaxud var olmayan bir şeyi var olaraq qəbul etmək deməkdir. Vəhmin əsas qaynağı insanın öz nəfsidir. İslam dininiə görə isə insan vəhmdən mümkün olduğu qədər uzaq durmalıdır. Sufilər arasında da vəhmin bir müridin sülukuna böyük maneə olması görüşünün tərəfdarları əksəriyyət təşkil edir.
VƏZİFƏ [alm. Pflicht; fr. Devoir; ing. Duty; yun. Deon, katheteon; tr. görev; lat. Officium; osm. tr. Vazife; ər. خفٍضٚ] – etməyə məcbur olduğumuz, etməmiz lazım olan şey, əxlaqi məsuliyyət olduğumuz şey. Vəzifələrə qarşı məcburiyyət hissi. Vəzifə insanın etməsini üzərinə götürdüyü hər hansı bir məsuliyyətdir. Vəzifə iki anlamda götürülə bilər: Hər hansı bir məmur  pozisiyası,  yaxud  üstləndiyi  məsuliyyət.
VƏZİYYƏT [alm. = fr. = ing. Situation; ər. حُظو; tr. Durum; lat. Situs = məskunlaşmış olan, oturuşmuş olan] – ümumiyyətlə müəyyən bir zaman kəsiyində, müəyyən bir məkanda müəyyən bir ortamda olma. Bir insanın ətrafı ilə konkret əlaqəsi. Aristotel fəlsəfəsində on kateqoriyadan biri hesab olunurdu. Aristotelə görə insanın içində olduğu hala deyilirdi. Müasir baxımdan isə insanın müəyyən bir zamanda və yaxud məkanda konkret vəziyyətidir.
VİTALİZM [lat. vita – həyati; alm. Vitalismus; fr. Vitalisme; ing. Vitalism; osm. tr. hayatiye; tr. Dirimselcilik; ər. حُذاُح] Baş verənləri fiziki, kimyəvi baxımdan deyil, əksinə xüsusi bir həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş, bütün üzvi fəaliyyətlər əhatə edir. Vitalizm həm animizmə və xüsusilə ruh ilə bədən arasında vasitəçi bir güc qəbul etdiyi üçün Van Helmontun animizmi, digər tərəfdən isə vəhdətlə və ya bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə mütləq ağla uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni dəyərdə sayıla bilər.
VOLYUNTARİZM [alm. Voluntarismus: fr. Voluntarisme; ing. Voluntarism; lat. Voluntas – iradə; lat. voluntas – iradə] – əqlə  və  biliyə  deyil,  əslində  istəyə,  iradəyə  üstünlük  verən,mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas olaraq iradəni görən fəlsəfi təlim. İdealist fəlsəfənin xüsusi cərəyanı, iradəni bütün mövcudatın əsası hesab edir. Avqustin bütün ruhi qabiliyyətlərdə iradənin əsas olduğunu önə çəkir. Duns Skot isə belə hesab edirdi ki, istək təfəkkürdən üstündür.
VULQAR MATERİALİZM [lat. vulgaris – sadə, ali] – XIX əsrin ortalarında materializmin əsas prinsiplərini bayağılaşdıran və kobudlaşdıran fəlsəfi cərəyan. Vulqar Sosiologizm – ictimai hadisələrin ictimai inkişafın ayrı-ayrı amillərinin: texnikanın, istehsalın təşkil formalarının, iqtisadiyyatın, siyasətin, ideolo- giyanın rolunun birtərəfli şişirdilməsi yolu ilə tarixi materializmin təhrif edilən bayağı izahı. 
 

X


XALQ [fr. Peuple; ing. People; ru. народ; tr. Toplum; ər. ةٌؼش] - adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların tarixən dəyişməkdə olan birliyi; bu birliyə əhalinin obyektiv vəziyyətinə görə müəyyən dövrdə müəyyən ölkənin mütərəqqi, inqilabi inkişafı vəzifələrinin həllində birlikdə iştirak etməyə qadir olan hissəsi, təbəqələri, sinifləri dax
XARAKTER [alm. Charakter; fr. Caractère; ing. Character; yun. Kharakter – oyulmuş, cızılmış, qəliblə basılmış – kharassein - yarmaq, oymaq, cızmaq; tr. seciye, hasisa] – bir obyektin, bir fərdin özünə xas strukturu; insanın sabit psixi xüsusiyyət- lərinin məcmusu. Bu xüsusiyyətlər onun genetik xüsusiyyətlərin- dən asılıdır. Həyat şəraiti ilə əlaqədə və onun təsiri altında realla- şır. Xarakter insanın xasiyyətinin anlamını da verməkdədir. Bəzən isə hər iki məfhumu bir-birindən ayırırlar: misal üçün, insanın xarakteri və xasiyyəti; yaxud insanın xarakterik xüsusiyyətləri. Xarakter elə bir məfhumdur ki, o demək olar ki, insanın həm daxili dünyasını, həm də zahiri xüsusiyyətlərini özündə cəm edir və insan haqqında müəyyən təsəvvür yaradır.
XASSƏ   [alm.   Elgenschaft;   fr.   Propriètè;   ing.   Property, propriety, ownership; lat. Proprietas; osm. tr. hassa; tr. Özgü; ər.حطّ اخ] — predmetin digər predmetlərdən fərqini və ya oxşarlığını şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi [məs., sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.]. Bax: xəvass.
XAOS  [alm.=fr.=ing.  Chaos;  yun.  Khaos  –  uçurum,  sonu görünməyən  uçurum]  –  kainatın  sistemə  girməzdən  əvvəlki formadan əvvəl kasıb, ahəngsiz və qarışıq vəziyyət, nizamsızlıq, anarxiya anlamlarına da gəlir. Xais hər hansı bir sistemdə mövcud ola bilər, o cümlədən sosial cəmiyyətdə. Bu zaman cəmiyyətə hakim kəsilən qüvvələr onu arxasınca başıpozuqluğa, anarxiyaya vəs.lərə yönəldir. Kainatın nizama girməzdən əvvəlki formadan məhrum, uyğunlaşmasız və qarışıq vəziyyəti. Qarışıqlıq,  anarxiya

XATİRƏ  [alm.  Erinnerung,  fr.  Souvenir,  memoire,  ing. Remembrance, osm. tr. hatıra,. ər. جشذاخ] – Platon fəlsəfəsinin əsas mahiyyəti  kimi,  ruhun  bədənə  girməzdən  əvvəlki  varlığında gördüyü ideaların şüura çevrilməsi deməkdir. Platon fəlsəfəsində bu termin ruhi – mənəvi aydınlanma il eyni mənada işlənmir. Xatirələr  insanın  yaddaşına  həkk  olaraq  zaman-zaman  zehində canlanır  və  insan  keçdiyi   ömür   yolunu   varaqlayır.   İnsanın yaddaşındakı   xatirələr   müxtəlif  ola  bilər;  uşaqlıq  xatirələri, məktəb xatirələri, tələbəlik xatirələri və s.
XATIRLAMA [alm. Anamnesis, fr. Reminiscence, ing. Reminiscence, yun. Anamnesis, osm. tr. nim-təhəttür] da insanın olub – keçən hal və hadisələri yenidən zehnində canlandırmasıdır və bunun vasitəsilə insan xatirələrini canlandıra bilir.
XƏLVƏT [ər. جىهخ; ing. Hidden; tr. halvet] – tək qalmaq, insanın öz sevdiyi ilə kimsəsiz yerə çəkilmək. Lakin sufilər bu xəlvət halını öz şeyxlərinin icazəsi ilə nəzərdə tutulmuş müəyyən bir müddətə insanlardan uzaqlaşmaqla yerinə yetirirlər. Sufilərin xəlvətə çəkilməsində öz xüsusi məqsədləri olur. Sufilər insanlardan,  o  cümlədən  cəmiyyət  həyatından  uzaq  qalmaqla qəlblərində yalnız Allah sevgisini saxlamaq, qəlbi pis arzu və istəklərdən təmizləmək, nəfsi zərərli düşüncələrin təsirindən, xəbis niyyətlərdən azad etməkdir. Xəlvətin daha ümumi mənası üzlətdir. Sufilərə xas olan çölə sözü də xəlvət sözü ilə təqribən eyni mənanı ifadə edir. Çilə sufilərin yaşadıqları bir hal və üsuldur. Bu üsulla sufi öz xəlvətində müəyyən olunmuş qaydada yaşayar, öz həyatını tənzimlər. Bu müddət sufilər üçün adətən qırx gün çəkir.
XƏTA [alm. Irrtum; fr. Erreur; ing. Error; lat. Error; osm. tr. Hata; ءاطخ] – yalnış olanı doğru olaraq qəbul etmək, yaxud da tərsi. Xəta günah sözü ilə bəzən eyni anlamlarda istifadə olunmuşdur. Dilimizdəki xətalı sözü bəzən günahkar deyimi mənasını da ifadə edir. Xətanın dilimizdə mənaları çoxdur: cina- yət, günah, yaxşı düşünməməkdən, təcrübəsizlikdən, bacarıqsız- lıqdan qaynaqlanan səhv, yanılma, qüsur. Misal üçün, xatalı adam mənasında takar sözü də işlənir.
XƏVASS [طاىخ] – xüsusi olanlar, yaxud seçilmişlər təbəqəsi, avam təbəqəsinin əksi olaraq işlədilir. Sufilərə görə, təsəvvüf məhz xəvassa aid lədünni elmdir. a) Xassə — Xass — xüsusiyyətlər Xaslar — keyfiyyət – hallar, b) Dindarlıq və doğruluğu ilə, elmilə amil olub mənəviyyat mərtəbəsində yüksəlməklə məqbul və mötəbər olan şəxslər – Zənginlər sinifi – Quranı və mənəvi sirlərə və xüsuslara bələd olan, elm, ibadət, itaət və təqva yolunda yüksələrək mümtaz olan Allahın övliyaları – Hər kəsin hörmət etdiyi böyük zəvat. Bax: xüsusi.
XƏVATİR [ing. memory; شذاىخ] – xatirələr. Təki [جشذاخ]. Qəlbə gələn düşüncələr. Ərəbcədən keçmə kəlimədir. Bax: Xatirə
XİLİAZM [yun. Chilias – min; ру. хилиазм] – Yer üzərində dünyanın sonundan əvvəl gələn minillik ―Allah səltənəti‖ haqqında dini təlim. Xiliazm dini – fəlsəfi təlimində tanrının əzəli-əbədiliyindən bəhs olunur və Tanrının rəqibsiz iradəsindən asılı olaraq onun uzun müddətə hakimiyyəti təbliğ edilirdi.
XOŞBƏXTLİK [alm. Glück; fr. Bonheur; ing. Hapiness; osm. tr. Saadet; جداؼع] – ümumiyyətlə insanların özlərinə ən yüksək missiya olaraq ortaya qoyduqları dəyər. Şüuru dolduran doyğunluq halı. Yaxud xoşbəxtlik hissi. Xoşbəxtlik məfhumunu insanın hissləri arasında zikr edən filosoflara görə, bu məfhum demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.
XURAFAT – (ər. دبفآشخ) hərfən; idraka zidd, qeyri-yənqidi, düşüncəsiz qavranılan nöqteyi-nəzər. İctimai və fərdi şüurun irrasional tərkib hissələri [dini mövhumat, yanlış fikir] Xurafat adlanır. Sovet dövründə Azərbaycanda, o cümlədən, bütün Sovet Sosialist Respublikaları İttifaqında hər növ dini ayinləri və ibadətləri, geriliyin qalıqları və xurafat adlandırır və geniş allahsızlıq  təbliğatı  aparırdılar.
XÜRRƏMİLİK – Abbasilər xilafətinə qarşı Azərbaycanda və qonşu ölkələrdə yaranmış təriqət. Ərəb mənbələri Xürrəmiliyin islama qədərki dövrdən mövcud olduğunu göstərərək məzdəkiliyi də ona aid edir. Azərbaycanda bu hərəkata Babək əl-Xürrəmidin başçılıq edirdi.
XÜSUSİ [alm. Besondere; fr. Spècial; ing. Special; osm. tr. hususi; ər. ٍطىظخ; tr. özel] – ümumidən ayrı olan, hər hansı bir şeyə aid olan, ona xas olana deyilir. Ərəb dilindəki xassə [ضّ خ] şəddəli felinin [I babda] məsdəridir. Xüsusi sözü dilimizdə geniş anlamlarda işlədilməkdədir. Bu sözün daha müasir olan və müasir türkcədən keçmə olan özəl sözü də hazırda istifadə olunur.
XÜTBƏ — orta əsrlərdə islam ölkələrində cümə, bayram və b. əlamətdar günlərdə məsciddə hökmdarın adına oxunan dua, hitq; hökmdarın tərəfindən, Quran ayələrindən, peyğəmbərin həyatından bəhs edən ibrətamiz hadisələrdən və s. ibarət olurdu.
 

Y


YADDAŞ [alm. Gedatnis; fr. Mèmorie; ing. Memory; lat. Memoria, osm. tr. hafıza; ər. خظفبد] — orqanizmin xarici aləm və öz daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti prosesində istifadə etmək üçün saxlamaq və yenidən canlandırmaq qabiliyyəti, yaxud müşahidələrin, qavranəlanların və.s.lərin saxlandığı yer. Yaddaş anlamında hafizə — yəni hifz edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş xatirələrin canlanmasına rəvac verən nöqtədir. Onun sayəsində kemişi xatırlayırıq, yaxud əqlin vasitəsilə öyrəndiklərimizi yada salırıq.
YALAN – şeylərin əsl vəziyətini təhrif edən fikir, mülahizə.
YALNIŞ [alm. Falsch; fr. Faux; ing. Wrong; lat. Falsus; osm. tr. hatalı] – doğru olmayan, formal düşünmə qaydalarına uyğun gəlməyən. Düşünülən şeylə uyğun gəlməyən.
YANILMA – gerçəkliyin illuziyalı dərk edilməsi; hər bir mövcud anda ictimai-tarixi praktikanın məhdudluğu ilə şərtlənir.
YARADICILIQ – insan fəaliyyətinin keyfiyyətcə yeni maddi və mənəvi sərvətlər yaradan prosesi. Yaradıcılıq sayəsində insan özünün əqli qabiliyyətlərini, mənəvi keyfiyyətlərini ortaya qoyur. Yaradıcılıq elə bir məfhumdur ki, onunla şairin, ədibin, yaxud elm adamının bütün əsərlərini, çalışmalarını ehtiva etmək olur.
YAZGAN – Yazan, yazıcı, taleyi, qədəri təyin edən. Əski zamanlarda, qədim oğuzlarda Tanrının ad ve sifətlərındən hesab olunurdu.
YAZGI – 1- Yazı, qədər, müqəddərat, alın yazısı 2- Tanrısal, ilahi. Daha çox yazı kimi dilimizdə işlənir. Misal üçün; Tanrıdan yazısı belə imiş.
YAŞUK – işıq, şua, fövqəl, aşmış.
YAŞAM – həyat, ömür, dirilik. Misal üçün, yaşamını bitirmək.
YASUT – [yasıt] şərəf, ləyaqət, heysiyyət. Müasir dilimizdə demək olar ki, işlənmir.
YASA – [Yasağ, yasak] Yasa, kanun, nizam, qaidə, yasaq
YAMAN – 1- Müthiş, dehşetli, etki ve beceri bakımından fövqəladə 2- pis, fəna, üzücü. Misal üçün, o kəs yaman adam idi, yəni üstün məziyyətlərə sahib idi. Və yaxud; yaman işə düşdüm, yəni çıxılmaz vəziyyətə düşdüm.
YAKARI – Dua, təmənni, yalvarış, dilək. Bəzən dilimizdə yalvarmaq, yaxarmaq sözü də işlənir ki, mənşəcə türk mənşəlidir, yakarmak kəliməsindən törəmişdir.
YAXŞI  [alm.  Gut;  fr.  Bien;  ing.  Good;  lat.  Bonus;  yun. Agathos;  osm. tr. hayır;  ər. ش    ٍخ]  –  geniş  mənada  işə   yarayan,özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur.
YƏQİN [alm. Gewissheit; fr. Certitude; ing. Certainty, certitudo; osm. tr. yakin, mevsukiyet; ər. ٍٓمٌٍأ] – hər hansı bir informasiyanın, bir qənaətin şübhəyə salmadan təsdiq etməsi halı. Bu mənada düşüncənin heç bir yanılma qayğısı olmadan bir qənaətə qatılması halı. Misal üçün nə barəsində isə yəqinlik hasil olmaq və s.
YƏQİN elm əl-yəqin — ağıl və nəqlin, nəzər və xəbərin ifadə etdiyi biliyə deyilir. eyn əl-yəqin – hissin, xarici təcrübə və müşahidənin verdiyi bilikdir. İlmel yaxın demək; Quran ayələrinin bir-birləriylə olan illiyet rabitələrini idrak edərək, ayələrlə ayrı-ayrı açıqlanan mövzuları istifadə edilən sözlər işığında (təqva, dəlalət, hidayət, nəbi, rəsul, əhd, və s.) ayələri bir araya gətirərək mövzuları anlamaq, dərk etmək və izah edə bilmək kafiliyi qazanmaq deməkdir. 
Eyn əl yəqin göz «səviyyəsində yaxın ürək gözü ilə görərək və qəlb qulağı ilə eşidərək Allaha və verdiyi elmlərə yəqinlik hasil etmək deməkdir.
Haqq əl-yəqin Ülu-l əlbab, lübblerin sahibləri ―Sirr Xəzinələrinin, özün özünün, hikmətin, tam nura çatmış nəfs ürəyinin sahibləri‖ deməkdir. Haqq əl-yəqinlik dərəcəsi isə ən son mərtəbədir.
YƏD [ذٌ َ] əl, qol. Ərəbcə bir kəlmədir. Dini fəlsəfi ədəbiyyatda bəzən zor güc, qüvvət kimi də verilir. Yəd-i beyza isə dini qissələrdə Musa Peyğəmbərin möcüzə kimi göstərdiyi parlaq əlinin adıdır.
YƏS  [طٌ ؤَ]  –  ərəbcədən  keçmədir.  Uğursuzluq,  məyusluq anlamındadır. Dilimizdə işlədilən –ölən insanın ölümü üçün qeyd edilən mərasimi ifadə edən yas kəliməsi də buradan götürül- müşdür.
YETKİ [əs.tr.] – üzərinə götürülən məsuliyyət, məharət, işi başa çatdıra bilmək qabiliyyəti deməkdir. Bəzən vəzifə səlahiyyətlərinin sərhəddləri, izn, icazə mənasını da verir. Misal üçün; Sənin bu işi görməyə yetkin varmı?
YETİ [əs.tr.] – qabiliyyət, bacarıq. Yetkin, kamil, olgun, bacarıqlı. Dilimizdə işlənən yetişkin sözünün insanın uşaqlıq çağından sonrakı qabiliyyətlərini və bacarıqlarını nümayiş etdir- diyi bir dövrə qədəm qoymağını bildirdiyi üçün adlandırılmışdır.
YESUKEN [əs.tr.] – [Yasuga, yasag, yasa] Yasa, yasaq, qadağan olunmuş.
YIĞINAK [əs.tr.] – Toplum, kütlə. Sözün kökündə işlənən anlamda indidə söz və ifadələr mövcuddur. Misal üçün, Nə yığışıbsınız buraya? cümləsində olduğu kimi.
YIĞINCAQ [əs.tr.] – ümumi, sosial qayda, toplumun mənimsəyib tətbiq etdiyi qanunla
YESUKEN [əs.tr.] – [Yasuga, yasag, yasa] Yasa, yasaq, qadağan olunmuş.
YIRGA [əs.tr.] – məsud, xoşbəxtlik dolu.
YIRTINÇÜ  [əs.tr.] – Dünya, kainat.
YISUN [əs.tr.] – [yasun, yosun] Doğa, təbiət, yaşıllıq.
YONAT  [əs.tr.] – Tam, əksiksiz, qüsursuz.
YÖNDƏM [əs.tr.] – [Yöntəm] Üsul, tərz, təamül, töreye, adət-ənənələrə uygun formada olan.
YONAT  [əs.tr.] – Tam, əksiksiz, qüsursuz.
YUVANÇ [əs.tr.] – təsəlli, ümid
YUMLU [əs.tr.] – xoşbəxt, müqəddəs, mübarək, huzurlu.
YUMUŞ [əs.tr.] – [Yumuç] 1- Söz, öyüd, nəsihət 2- Əmir, fərman, buyruq 3- Müjdə, müjdəli xəbər 4- Yumuq, yumulmuş, yumruq.
YÜKNÜ [əs.tr.] – Secde, səcdədə olan, ibadət əsnasında olan.
YÜĞNÜK [əs.tr.] – əməli saleh, təmiz
 

Z


ZAMAN [alm. Zeit; fr. Temps; ing. Time; lat. Tempus; yun. Khronos; ər. ٌايص] – fəlsəfə termini olaraq zaman olub, keçən, dəyişmə və müddətlilik forması. Ərəbcədən gəlmədir.  Kök hərfləri zəmənə [ٍيص] dir. Zəmanə sözü də buradan qaynaqlanır. Zəmanə sözü zaman sözünün qadın cinsindəki halıdır. Qayıdışı olmayan bir istiqamətdə bir-biri ardından getmə. Zaman sürüb gedən doğru bir xətt olaraq düşünülə bilər. Obyektiv zaman ölçülə bilən, ama öz-özünə deyil, cisimlərin dəyişkənliyi ilə ölçülə bilər.
ZƏRDÜŞTİLİK – Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan və Ön Asiyanın bir sıra digər vilayətlərində yayılmış qədim dövr erkən orta əsrlərinin ən mühüm dinlərindən biri.
ZƏRURİYYƏT [ər. حَسوشػ]– prosesin əsasında bunun ayrı- ayrı formalarının münasibətini ifadə edən fəlsəfi kateqoriyalar.
ZƏLALƏT [حنلاػ] – doğru yoldan yəni hidayət yolundan uzaqlaşmaq, yoldan azmaq deməkdir.
ZİDD [alm. Kontradiktorisch; üiderprechend; fr. Contracictoire; ing. Contradictory; lat. Contradictorius; osm. tr. mütenakız; ər. عامُري] – Aralarında kəsişmələrin ortaya çıxması, birinin digərini inkar etməsi, misal üçün ağ – qara, işıq – qaranlıq və s. zidd kəlməsi ərəbcədən bizim dilimizə transfer etmişdir. 
ZİDDİYYƏT [tr. Karşıtlık; alm. Gagensatz, fr. Contrariètè; lat. Contrarietas; osm.  tr. tezat, zıddıyet; ər. حُؼػ ] – hər bir inkişafın, hərəkətin daxili mənbəyini ifadə edən kateqoriya.
ZİKİR [شكر] – hərfi mənada xatırlamaq, yadda saxlamaq de- məkdir. Kökü ərəbcədəki zəkərə [شكر] felindən gəlir. Sufi zikir edərək daima Allahı yadda saxlayar və bunun üçün dili ilə Allahı xatırladan sözlər, ifadələr deyər. Sufi nəzdində ibadətlər də zikir sayılır. Namaz, oruc, zəkat kimi ibadətlər zikir xüsusiyyəti daşıya- raq sufiyə Allahı xatırlamağa imkan verir, yadından çıxarmağa qoymur.
 
QISALTMALAR VƏ İŞARƏLƏRİN ŞƏRHİ
? – sözün altından çəkilən xətt onun normal səslənməsindən iki dəfə artıq uzun tələffüz ediləcəyini bildirmək üçündür. ―Ayna‖ və
―arif‖ sözlərində birinci a hərfinin tələffüzü kimi.
Pref. – prefiks, sözlərin əvvəlinə artırılan şəkilçilərdir. Suf. – sözlərin sonuna artırılan şəkilçilərdir.
Alm. – alman dili Ing. – ingilis dili
Ru. – rus dili
Az. – azərbaycan dili
əs.tr. – əski türkcə, bəzi hallarda Azərbaycanda mövcud olan əski əlifba ilə eyni olur.
Os.tr. – osmanlı türkcəsi ər. – ərəb dili
far. – fars dili Fr. – fransız dili
Yun. – yunan dili Ru. – rus dili
Müən. – müənnəs, ərəb dilində qadın cinsinə aid olan sözlər. Ərəb dilində qadın cinsinə aid olan sözləri kişi cinsinə aid olanlardan fərqləndirmək üçün sözlərin sonuna ―ətun‖ şəkilçisi artırılırdı. Misal üçün ―cəmiun‖, ―cəmiatun. Yalnız bir çox halda kişi cinsində olan sözə müənnəslik bildirən şəkilçi artırdıqda sözün mənası da dəyişir.
Müz. — ərəb dilində kişi cinsinə aid sözlər. Bu səzlərin sonu adətən təmərbutə (ətun) hissəciyi ilə qurtarmır.
Müəllif: NƏZƏROVA ADİLƏ H. 
Mənbə: Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014, 

 

Top