Fəlsəfə terminləri (H-R)

Fəlsəfə terminləri (H-R)

H


HAKİMİYYƏT – cəmiyyətin siyasi təşkilinin əsas funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini əlaqələndirməklə insanların hərəkətini idarə etmək üçün, inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe etməkdə real imkana malik nüfuzlu qüvvə.
HAQQ (ing. Real; ər. كمح) – sözünün lüğət mənası ―dəyişməz‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında doğru olan şey‖ deməkdir. Məsələn, iki dəfə ikinin dörd etdiyi kimi. Batil kəlməsinin lüğət mənası ―səhv, yanlış‖ deməkdir. Termin olaraq mənası isə ―hər şərt altında yanlış olan şey‖ deməkdir. Məsələn, iki dəfə iki üç edir, iddiası kimi. Bu günkü Qərb mədəniyyəti özlərinin hər zaman ifadə etdikləri kimi qədim Roma mədəniy- yətinə, qədim Roma mədəniyyəti qədim Yunan mədəniyyətinə, qədim Yunan mədəniyyəti də qədim Misir mədəniyyətinə yəni Fironlara söykənməkdədir. Fironlar insanlara zülm edərkən bu etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların haqq anlayışının yanlış yəni batil olmasında idi.
HEDONİZM [yun. Hedone – həzz] – əxlaqi tələblərin əsaslandırılması prinsipi; qədim dövrdə meydana gəlmişdir; xeyirxahlıq [xeyir] həzz gətirən və iztirablardan azad edən, şər isə iztiraba səbəb kimi qiymətləndirilir.
HERMENEVTİKA [yun. Hermeneuo – aydınlaşdırıram] – məqsədi mətnin obyektiv [sözlərin qramatik mənaları və tarixən şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsasları- na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi.
HERMETİZM [yun. Hermes – magiyanın hamisi hesab olu- nan qədim yunan ticarət və gəlir alla-hı] – ellinizm mərhələsində və son aitik dövrdə təşəkkül tapmış dini-fəlsəfi təlim.
HƏQİQƏT – gerçəkliyin fikirdə doğru, düzgün inikası; meyarı praktikadır. Həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.
HERUSTİKA [alm. Herustika; fr. Heruistique; lat. Ars; tr. Bulgulama; yun. Heuruskein; osm. tr. tekşif; ər. ءاشزخإ] əslən yunan mənşəlidir heuruskein – tapmaq, ortaya çıxarmaq deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya çıxarmaq mənasında işlədilir. Ərəb dilli fəlsəfədə خٍضاشف فٍشىر [təkşif-i fəraziyyə] istilahı çox işlədilir. Bu elə bir fərziyyə idi ki, onun köməyilə olanların mahiyyətini açmağa, hadisələrin arxa üzünü aşkarlayıb ortaya çıxarmağa vasitəçi olurdu.
HADİS: başlanğıcda mövud olmayıb, sonradan var olan şeydir. hadis hallar – başlanğıcda olmayıb sonradan baş verən hallar, əslə aid olmayanlar.
HEDONİZM[hedonisme] – Hazcilik-Zevkçilik: ləzzət və zövqü həyatın məqsədi qəbul edən bütün əxlaq anlayışlarına verilən isim.
HELİOSANTRİZM [heliocentrisme] – Güneş merkezcilik: Kopernik və Galileyin ortaya qoyduğu Günəş mərkəz görüşü.
HOMOJEN [homogene] – Mütecanis-Ayni cinsten: Qisimləri, təbiət və mahiyyətləri baxımından bir-birinin eyni olan.
HİLEİZM [Hyleeisme] – Heyülaiyye: Maddəyə əzəli və əbədi, yaradılmamış və hər cür formu qəbul etməyə hazır və uyğun olaraq baxan görüş.
HUDÜS: Yoxdan var edilmiş, yaradılmış olmaq, varlığı üzərindən bəlli bir zaman keçmiş olmaq, əvvəli olmaq.
HƏYAT [alm. Leben; fr. Vie; ing. Life; yun. Bios; lat. Vita; osm. tr. hayat; tr. Yaşam; ər. دبٍد] – cansız maddədən və ruhi varlıqdan da ayrı olaraq canlıların [orqanizmlərin] varlıq forması və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz- özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal üçün viruslar ən aşağı dərəcədəki canlı varlıqlar, yoxsa kimyəvi maddədən ibarət olduğunu sübut etmək mümkün olmamışdır. Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın hərəkət forması; fiziki və kimyəvi hərəkət formalarına nisbətən keyfiyyətcə yüksək və onları ―bərtərəf‖ olunmuş formada özündə ehtiva edən forması.
HƏYAT ENERJİSİ [alm. Erlebnis; fr. Expèrience vècue; ing. experience] – insanlığı zənginləşdirdiyi qəbul edilən, bir mənası olan bütün yaşanmış təcrübələr. Özləri vasitəsilə mənin şüuruna vardığı bütün mənəvi hadisələr.
HƏNİFİLİK – islam dinin yaranması ərəfəsində Ərəbistanda bütpərəstliyə qarşı çıxıb, təkallahlığı təbliğ edən cərəyan. Hənifilik islamdan əvvəlki Ərəbistanın sosial qurluşu və dini ideologiyasının böhranı nəticəsində meydana gəlmişdir.
HAL ərbabı – hal əhli. Hər hansı bir məqama sahib olan kəslər
HAQQ əl-yəqin – daxili hiss və təcrübənin verdiyi, insanın özündə hiss etdiyi, özündə müşahidə etdiyi elmə deyilir.
HARAM – dinin yerinə yetirilməsini qadağan etdiyi əməllərə deyilir. İnsan öldürmək, oğurluq etmək, ana-ataya qarşı çıxmaq və əməllər haram sayılır və yerinə yetirilməsi qadağandır.
HARMONİYA – [alm.=fr. Harmonie; ing. Harmony; yun. Harmonia – bağlam, birlik, uyğunluq. Birlikdə səs verən sistem; osm. tr. aheng; ər. كثبطر] – çoxluğun və qarışıqlığın sistemli bir birlik yaratması.
HƏDD [alm. Grenze; fr. Limite; ing. Limit; lat. Limitus; osm. tr. had, hudut] – tamamlama, sona çatma, bir şeyin sona çatdığı nöqtə. Varlıq yaxud da təsir dairəsinin xarici sərhəddi.
HELM – yumşaq xasiyyətlilik, mülayimlik, səbirli, təmkinli olmaq.
HERMENEVTİKA [alm. Hermeneutik; fr. Hermèneutique; ing. Hermeneutics; yun. Hermeneutike; hermeneuiein – yorum- lamaq, tekhnè – sənət] – açıqlamaq, yorumlamaq, izah etmək. Bir mətni anlamağa yönələn, mətnin izahından bəhs edən təlim.
HƏVAİ Şeylər – boş şeylər, dünyanın fani ləzzətlərinə meyl etmək.
HƏVASAT-İ nəfsiyyə — nəfsin arzuları istəkləri.
HEYBƏT – qorxu dolu həyəcan, dəhşət.
HİDAYƏT – doğru yolda olma, Allah-təalaya aparan doğru yol, yaxud Allahın əmr və qadağalarına tabe olmaq.
HÜCCƏT – dəlil.
HÜDUS – yoxdan, heçdən var edilmək. Hüdus Tanrıya aid xarakterik xüsusiyyətin əməli nəticəsi olub, mahiyyət etibarı ilə maddi, yaxud mənəvi olmalarından asılı olmayaraq Tanrıdan başqa bütün varlıqların yaradılış formasıdır. Dini məntiq varlıqların yaradılış formasını Tanrının ―Ol!‖ ifadəsinə bağlı olduğunu qeyd edir. Tanrı varlıqları yaratmaqda hüç bir çətinlik bilməz. Hüdus, həm də varlıqların əzəli olmadıqlarını ifadə etmək üçün də işlədilir. Varlıqların əzəli olmamaları başlanğıcda onların başqa bir varlıq tərəfindən yaradılmış olmasına və İlkin səbəbə möhtac olmaları deməkdir. Şərq peripatetik fəlsəfəsində varlıqların bu xüsusiyyətlərini ifadə etmək üçün vacib varlıq və mümkün varlıq terminləri işlədilmişdir. Vacib varlıq yaradılmamış olub, yaradanadır və yaradan varlıqların heç bir xüsusiyyətini Ona aid etmək olmaz. O, əzəli və əbədidir. Bu varlıq Tanrının özüdür. Ondan başqa bütün varlıqlar isə var ola bilmələri üçün yaradıcıya möhtacdır. Var ola bilmələri üçün başqa varlığa ehtiyacı olan varlıqlar isə mümkün varlıqlar adlanır.
HÜLUL – bəzi inam və əqidə sahiblərinə görə, ruhun insan öldükdən sonra hər hansı bir əşyaya, cismə yəni maddi olan şeylərə daxil olması.
HUMANİZM [alm. Humanismus; fr. Humanisme; ing. Humanism; ər. خٍّٔؤغٔإ lat. Humanus – insana xas olan, insani] – Bəşrəiyyətə, insana yaraşan bir həyatı və təfəkkürü əldə etmək üçün cəhd etmək. Bu mənada məfhumun ən geniş mənasında insanın dəyər və hörmətinə, insan olmağa və insanlığa olan əqli inam.
HUŞU – Allah-təalanın cisimlərə girməsi, cisimlərin də Allahın varlığına keçməsini nəzərdə tutan ifadədir
HƏRƏKƏT – Matriyanın mühüm atributu, mövcudluq üsulu. Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir.
HƏZZ [alm. Lust; fr. Plaisir; ing. Pleasure; yun. Hedone; ər.ض ٘; tr. haz] – Hissin içində yaşadığı vəziyyətin əsas xüsusiyyət- lərindən biri, ağrının əksinə xoşlanma, zövq alma, ləzzət alma.
HƏYƏCAN [alm.=fr.=ing. Emotion; lat. Emovere – həyəcanlanmaq] – daxili, yaxud da xarici təzyiqlərlə ortaya çıxan ruhi-mənəvi sarsıntı.
HİKMƏT [alm. Weisheit; fr. Sagesse; ing. Wisdom; lat. Sapientia; yun. Sophia. əs.tr.hikmet; [ər.] خّىد – Müdrik söz, dərin fikir, dərin məna. Keçmişdə fəlsəfəyə, xüsusilə də təbiət elmlərinə verilən ad.
HİLOZOİZM [alm. Hylozoismus; fr. Hylozoisme; ing.Hylozoism; tr. Canlı özdekçilik; yun. Hyle – maddə, cisim, materiya və zoe – həyat] – kainatın əsası olaHilozoizm termini ilk dəfə 17 əsrdə işlədilmişdir. Duyğu və təfəkkür qabiliyyətini materiyanın bütün formalarına aid edir. Əslində duyğu yalnız yüksək inkişaf etmiş materiyanın xassəsidir.
HİNAYANA [sanskritcə, hərfi mənası – balaca araba və ya kiçik [dar] yol] – Mahayana ilə yanaşı budizmin iki əsas cərəya- nından biri. Hinayanaya theravada, sarvastivada [Vaybhaşika], sautrantika və s. məktəblər daxildir.
HİNDUİZM – Hindistan əhalisinin əksəriyyəti üçün [heç olmasa valideynlərindən biri hindli olan və digər dinə etiqad bəsləməyən hər bir kəs hinduist hesab olunur] səciyyəvi olan dini təsəvvürlərin, mərasim və adətlərin, sosial-məişət təsisatlarının məcmusu.
HİPOTEZ [Alm. = fr. Hypotasez; ing. hypostasis; yun. Hypothesis – təməl, dayanaq, əsas; osm. tr. uknum; tr. dayantı] — əsas təməl, özünə əsaslandırılan əsas təməl. Əqli nəticələr sistemi; onun vasitəsi ilə bir sıra faktlarla obyektin mövcud olması, hadisənin əlaqə və ya səbəbinin mövcudluğu haqında nəticə çıxarılır; bu nəticəni mütləq səhih nəticə hesab etmək olmaz.
HİPNOZ [alm.fr. hypnose; ing. Hypnosis; yun. Hypnos – yuxu; osm. tr. nevm-i sınai] – insanın iradəsinin, yatırdanın iradəsinə bağlı və eyni zamanda bütün başqa təsirlərə bağlı olduğu, ancaq deyiləni yerinə yetirmə halına gəlmiş vəziyyət. Belə bir vəziyyətə və bu vəziyyətdəki adama da hipnoz deyilir.
HİSS [alm. Sinn; fr. Sens; ing. Sense; lat. Sensus; osm. tr. hasse; Emosiya; ər. ظذٌأ] – Xəbərdarlığı almaq qabiliyyəti. Əsas hiss orqanları olan görmək, eşitmək, dadmaq, qoxu bilmək və toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın ətraf gerçəkliyə [adamlara, onların davranışına, hər hansı hadisəyə] və özünə münasibətini hiss etməsi, yanaşması.
HİSSİ [alm. Sensitiv, empfindlich; fr. Sensitif; ing. Sensitive; osm. tr. hıssi; ər. ًغد]. Duyğularla verilməyən, qavrama vasitəsilə deyil, düşünmə ilə qavranılan yaxud hisslərin bununla əlaqədar təcrübə dünyasının xaricində olan. 
HOLİZM [yun. Holos – bütöv, tam] – öz ideyalarına görə emercent təkamülünə yaxın olan idealist ―tamlıq, bütövlük fəlsəfəsi‖.
HOMEOMERİYA [yun. Homoiomereia – oxşarhissəlik və ya oxşar, bir-birinə bənzər hissələri olan şey] – Anaksaqor fəlsəfəsində işlədilmiş termin. Lakin bizə gəlib çatmış fraqmentlərdə bu terminə təsadüf edilmir və Anaksaqorun sonrakı şərhçilərindən alınmışdır.
HOMEOSTAZ homeostazis [yun. Homoios – oxşar; stasis – dayanma, tərpənməzlik, hərəkətsizlik] – öz-özünə idarə olunan mürəkkəb sistemlər üçün səciyyəvi və sistemin saxlanılması üçün mühüm olan parametrlərin mümkün həddlərdə saxlanılmasından ibarət dinamik müvazinət tipi.
HÖKM [alm. Urteil; fr. Jugement; ing. Judgement; yun. Opophasis; lat. Judicium; osm. tr. hüküm] – bir şeyin yaxud da iki şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən düşüncənin ortaya qoyulması, dilə gətirilməsi. Obyekt haqqında nəyinsə iqrar edildiyi təklif formasında ifadə olunan və obyektiv olaraq ya həqiqi, ya da yanlış olan fikir.
HÖRMƏT [alm. Achtung; fr. = ing. Respect; osm. tr. hurmet] — bir insana, bir fikirə, bir hadisəyə, nəyəsə olan ehtiram, yaxud xüsusi bir hiss.
HUMANİZM [lat. humanus – insani — Bəşəri] – insanın ləyaqət və hüquqlarına hörməti, şəxsiyyət kimi onun qiymətli- liyini, insanların rifahı, onların hərtərəfli inkişafı, ictimai həyatda insan üçün əlverişli şərait yaradılması haqında qayğını ifadə edən baxışların məcmusu.
HÜQUQ – hakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi; bu iradənin məzmunu mövcud sinfin maddi həyat şəraiti ilə, həmin sinfin mənafeyi ilə müəyyən olunur.
HÜLULİLİK [ər. ―daxil olma‖ sözündəndir] – ilahinin insanda həll olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlim.
HÜRUFİLİK [ər. ―hərflər‖ sözündəndir] – şiəlikdə təriqət.14 əsrin sonlarında yaranmışdır. Banisi Fəzlullah Nəimidir.
 

K


KABALA [alm. Kabala; fr. Cabale; ing. Cabala; ibr. Kabbalah — alınma şeylər, adət, ənənə] – yəhudilərin yazılı olaraq qorunub saxlanan dini ayinləri və qanunları özündə əks etdirən qanunnamələrlə birlikdə ağızdan – ağıza keçən dini buy İbrani fəlsəfəsinin və deyilən mitos yazıların cəmi. Tarixləri dəqiq olaraq bilinmir.
KAMAL-i əvvəl [alm. Entelechie; fr. Entèlèchie; ing. Entelechy; ər. يٚأ يبّو; yun. Enteelekheia = en – içində, telos – məqsəd, èkhein – sahib olmaq] – özünü təzahürlərində reallaşdıran öz, maddəyə forma verən, imkanı gerçəyə çevirən təsirli ideya.
KAOS [Chaos]: kainatın bir nizama girmədən əvvəlki, şəkildən məhrum olan qarışıq vəziyyətini ifadə edər.
KONKRET [alm. Konkret; fr. Concret; ing. Concrete; lat. Concretus; tr. Somut; osm. tr. muşahhas; ər. صخّ شِ] – müəyyən bir zamanda müəyyən bir yerdə ortaya çıxan, təbii, müşahidə edilə bilən, əllə tutula bilən, hiss edilən yaxud da işarə ilə qavranılan.
KONSEPTUALİZM [alm. Konzeptualismus; fr. Concep- tualisme; ing. Conceptulism; osm. tr. mefhumiye; tr. Kavramcılık; ər. خٍِٛٙفِ] — Küllülərin yəni İnsan-Heyvan kimi mücərrəd anlayışların bir təsəvvür olmaları baxımından, özlərini düşünən zehində onların gerçək varlıqlarının var olduğunu qəbul edən fəlsəfi görüş.
KƏMİYYƏT [Qantite] – Nicelik: Ölçülüb sayıla bilən böyüklük.
KEYFİYYƏT [Kalite] – Nitelik: Bir şeyin quruluşunu göstərən, bir obyekti özünün var olduğu kimi edən xüsusiyyət. Keyfiyyət — nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa obyektə dəyər verdirən, xarici görünüş, rəng və dad kimi ona aid obyektiv xüsusiyyətlərin hamısına birgə verilən addır. Burada ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə keyfiyyət fəlsəfi kateqoriya kimi şeyin onun mahiyyətindən olmayan lakin sonradan ona əlavə olunan forma və xüsusiy- yətlərin məcmusuna deyilir. Keyfiyyətə Orta əsrlər Şərq fəlsəfə- sində daha çox ərəz deyidilər. Misal üçün, bir stul taxtadandır, onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görü- nüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir.
KÖVN [geneşe]: Aləmin doğuşu.
– əsl mənası qarşılıqlı məğlubiyyət olmasına baxmayaraq, bu söz hal-hazırda sülh bağlamaq üçün razılığa gəlmək anlamında işlədilir.
KOZMOLOJİ [cosmologie] – Alem bilgisi: Kainatı idarə edən ümumi qanunları araşdıran elm.
KOZMOGONİ [cosmologie] Aləmin oluşu-Tekevvün-ü aləm: Aləmin necə təşəkkül edib meydana gəldiyini şərh etməyə çalışan nəzəriyyə.
QÜVVƏ [force] — Güç:Hərəkətə keçirən təsirli qüvvət.
KÜLLİ [universel] – Tümel: Bütün aləmə şamil olan. Ümumi olan. Külli – bütün şeylərin əslinə aid olan, ümumi olan, bütün olanlara aid olan. Şeylər kəmiyyət etibarl ilə fərdi, külli və cüzi olurlar. Külli bütün fərdi olanlarda ortaq xüsusiyyətdir. Küllilər ümumi şeyləri əks etdirirlər.
KAİNAT [ər. خٔءآو]- ənənəvi anlayışda maddi aləm, maddi obyektlərin, materiyanın keyfiyyətcə müxtəlif formalarının bütün məcmusu.
KAPİTALİZM [fr. Capital – başlıca əmlak və yaxud məbləğ] — ictimai-iqtisadi formasiya.
KATARSİS [yun. Katharsis – təmizlənmə, saflaşma] – qədim yunan estetikasında anlayış.
KATEQORİYA [alm. Kategorie; fr. Catègorie; ing. Category; lat. Paedicamentum; yun. Kategoria – özünəməxsusluq, hər hansı bir obyektə yüklənən xüsusiyyət, əlamət] – Aritotetlə görə kateqoriya var olanın üzərindəki dəyişiklik formalardır və on kateqoriya mövcuddur. İnsanın aləmə münasibətinin ən ümumi üsullarının anlayışlarda dərk edilməsi; təbiətin, cəmiyyətin və təfəkkürün daha ümumi və mühüm xassələrinin, qanunlarının əks etdirilməsi.
KİBERNETİKA [alm. Kybernetik; fr. Cybernètique; ing. Cybernetics; yun. Kybernetike; kybernetes – idarəçi, idarə edən; tr. Güdümbilim] – Əsasını informatikanın təşkil etdiyi idarə- etmənin tədqiq edildiyi sahədir. Bir başqa deyimlə, geniş texnologiyaların tətbiq olunduğu, həyatı mexanikləşdirən, robotlaşdıran sahə.
KOMMUNİZM [alm. Kommunismus; fr. Communisme; ing. Communism; lat. Communis-ortaq] – bütün insanların bərabərliyi və bərabər haqlılığı daxilində ―hamıya vacibiyyatı‖.
Koqito erqo sum [fr.] – düşünürəm, demək ki varam.
Konvensionalizm [lat. Conventio – müqavilə, saziş] – fəlsəfi konsepsiyaya görə elmi anlayışlar və nəzəri fikirlər öz əsasları etibarı ilə alimlər arasındakı sazişin məhsuludur.
KONDİSİONALİZM [conditio – şərt, şərait] – səbəb anla- yışını şərtlər [şəraitlər] kompleksi anlayışı ilə əvəz edən fəlsəfi təlim.
KONYUNKSİYA [lat. Conjunctio – bağlayıcı, əlaqə] – məntiqi bağlayıcı ―və‖nin köməyi ilə [simvolik yazısı ALB] birləşən iki mülahizədən mürəkkəb bir mülahizənin əmələ gətirən məntiqi əməliyyat.
KONSEKVENSİAL [lat. Consequentia – nəticələr] – etik nəzəriyyələrin bir tipi; burada əməlin əxlaqi qiyməti bu əməlin səbəbləri və ümumi əxlaqi prinsipləri nəzərə alınmadan onun praktiki nəticələrindən asılı olaraq müəyyən edilir.
KONSEPT [lat. Conseptus – fikir, anlayış] – ifadə edilmiş zehni obraz, ümumi fikir, anlayış [konseptualizm], məntiqi semantikada adın mənası.
KONSTRUKTİV Metod [lat. Constructio – qurulma] – elmi nəzəriyyələrin deduktiv qurulması üsullarından biri [deduktiv metod
KONFORMİZM [lat. Conformis – oxşar, uyğunluq] – hər cür uyğunlaşmanı, şeylərin mövcud vəziyyətini, hakim rəyləri və s. passivcəsinə qəbul etməyi bildirən anlayış.
KONVERSİYA [alm. Konversion; fr. = ing. Conversion; lat. Conversio; osm. tr. akis; tr. evirme] – məntiqdə hər hansı bir prinsipdə köklə ona aid olan təyinlərin yerlərini dəyişməsidir. Misal üçün, Hər insan canlıdır. Yaxud hər canlı insandır. Təbii ki, bu cür konversiyalarda məntiqi doğruluğa da riayət etmək lazımdır. Çünki əslində hər canlı insan deyil. Bu səbəbdən konversiyalarda məntiqi doğruluğu qorumaq lazımdır. Misal üçün, hər insan danışır. Yaxud hər danışan insandır. Belə konversiya neqayov deyil, məntiqlə düzgün olduğu üçün pozitiv konversiya adlanır.
KOORDİNASİYA [alm. Koordination; fr.=ing. Coordination; osm. tr. tertip, tanzim]. Eyni sıradakı şey və obyektlərin bir- birinin yanında olması, eyni nizamda dayanması; eyni təsnifatda olan iki və yaxud da daha çox anlamın bir arada ardıcıllığı.
KOSMOQONİYA [yun. Kosmos – aləm, kainat, goneia – doğulma, yaranma] – səma cisimləri və sistemlərinin mənşəyi və inkişafının öyrənən elm sahəsi.
KOSMOLOGİYA [yun. Kosmos – kainat, logos – söz, təlim] — astronomiyanı bölməsi, bütöv əlaqəli tam kimi kainat haqqında və bu tamın bir hissəsi kimi kainatın astronomik müşahidələrlə əhatə olunan bütün sahəsi haqqında elm.
KOSMOPOLİTİZM [yun. Kosmopolites – dünya vətəndaşı] — vətənpərvərlik hisslərindən, milli mədəniyyət və ənənələrdən ―bəşər nəslinin birliyi‖ naminə imtina edilməsinə çağıran burjua təlimi.
KOSMOS [yun. Kosmos — aləm, kainat] – kainat, bütövlükdə aləm və bir tam kimi Yer, Günəş sistemi, bizim qalaktika və bü- tün qalaktikalarda daxil olmaqla hərəkət edən materiyanın bütün məcmusu.
KREASİONİZM [lat. Creatio – yaradılma, yaratmaq] – dün- yanın, canlı və cansız təbiətin vahid yaradıcılıq əməli ilə yaradıl- ması haqqında idealist təlim.
KRİTERİYA [alm. Kriterium; fr. Criterium, critère; ing. Criterion; yun. Kriterion; osm. tr. mısdak, miyar, kıstas] – ayırma və ittiham etmə vasitəsi, doğrunu səhvdəm ayırd etmək üçün bir vasitə.
KRİTİSİZM [alm. Kritizismus; fr. Critisisme; ing. Critisism; osm. tr. intikadiye, tenkidiye]. İnsan biliyinin sərhəddi üzərində fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin sərhəddini və imkanlarını təyin etmək şərtilə doqmaçılığın və şübhəçiliyin qarşısına qoyduğu fəlsəfə metodu. Kantın və onun məktəbinə daxil olanların fəlsəfi metodudur.
KÜTLƏ [alm.=fr. Masse; ing. Mass; lat. Massa; osm. tr. kütle; ər. دبعّﺟ] – sosial – psixoloji anlam olaraq öz daxilində bölünməmiş, ya gəlib keçici hissiyatında yaxud da bir xarici gücün təsiriylə bir bütün əmələ gətirən insan qələbəliyi.

L


LAQEYDLİK – [alm. Indifferenz, gleichgüligkeit; fr. Indiifference; ing. Indifference; lat. Indifferentia; trk.lakaydi, aldırmazlık] – müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç bir reaksiya verməmək.
LƏYAQƏT – şəxsiyyətin nüfuzu haqqında təsəvvürü ifadə edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya.
LOBBİ – ingilis parlamentinin dəhlizi belə adlanır, buraya insanlar deputatlara qeyri-rəsmi təsir göstərmək üçün gəlirdilər) ictimai şüurda birmənalı qarşılanmır, həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ ifadəsi müəyyən qrup və şəxslərin maraqlarının təmin olunması üçün hakimiyyət nümayəndələrinə qeyri-qanuni təzyiq edilməsi, rüşvət və korrupsiyadır.
LİBERALİZM [alm. Liberalismus; fr. Liberalisme; iing. Liberalism; lat. Liberalis = azad bir adama yaraşan; osm. tr. serbestiyye; tr. erkincilik] – Hamı üçün fikir, düşüncə azadlığı tanınmasının vacib olduğu görüşünü müdafiə edən, müstəqil düşünməyə bağlı dünyagörüşü. Fəlsəfi baxımdan fərdiyyətçilik tendensiyasına bənzəyir. İctimai dəyərlərdən daha çox şəxsi dəyərlər daha üstün tutulur.
LİBİDO [lat. Libido – şövq, arzu, ehtiras, cəhd] – Freyd tərəfindən fəlsəfəyə, psixoloji psixoanalitik ədəbiyyta gətirilmiş və seksual meyli, seksual ehtiras dərəcəsini, məhəbbət instinktini, psixi enerjini bildirən anlayış.
LOQOS [yun. legein – demək, danışmaq] – Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.
LOGİSİZM – Riyaziyyatın əsaslandırılmasında başlıca cərə- yanlardan biri; bütün riyaziyyatı məntiqə müncər etməyə səy göstərir.
LOGİSTİKA – məntiqi hesablamaların ilkin adı. Leybnits çox vaxt riyazi məntiqdən L. Kimi bəhs etmişdir.
LƏDÜNNİ elm – ilham yolu ilə qazanılan bilik.
LƏVAİH – ilk zühur edən nur parıltıları.
LƏVAMI` — ləvaihdən sonra gələn nur və təzahür.
LÖVH-i məhfuz – hifz olunan lövhə. Tanrı dərgahında olan bu böyük lövhənin üzərinə olmuş və olacaq hər şey yazılmışdır. Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir
 
 

M


MAKROKOZMOS – Böyük aləm- Kainat: Kainatın hamısı üçün istifadə edilən anlayışdır. Makrokosmos deyəndə insanı xa- ricdən əhatə edən böyük dünya nəzərdə tutulur. Antonimi mikro- kosmosdur.
MAKUL Aləm: Duyğuları aşan, tək zehin və saf ağıl ilə qav- ranan aləm.
MAKSİM [alm.=fr. Maxime; ing. Maxim; lat. Maxima regula — ən böyük, ən yüksək qayda; tr. kaide-i külliyye, mesel; ər. حذئبل خٍٍّو] — əxlaq ideyası yaxud Kanta görə bir insanın öz istək və fəaliyyətlərini müəyyən etmək üzrə qoyduğu əxlaq ideyası.
MALUL: Varlığı başqasının varlığından olan hər şeydir.
MƏDƏNİYYƏT — Etnoqrafiyada – geniş istifadə olunan anla- yışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahə- sindən asılı olaraq müxtəlif mənalarda işlədilir. Fəlsəfi mənada mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfin- dən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən ―kultura‖ anlayışı ―hazırlanmış‖, ―emal edilmiş‖ sözlərinə uyğun gəlir. Ümumi fəlsəfi anlayış olan ―mədəniyyət‖ anlayışı etnoqrafi- yada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat amillərinin xüsusiyyətləri şəklində izah edilir.
MƏRASİM – etnosun müəyyən sosial, ailə və mənəvi həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Adətlə fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonaqpərvərlik adəti, oğulluğa götürmə adəti və s.
MONARXİYA – (yunanca – təkhakimiyyətlilik) – elə bir idarə- etmə formasıdır ki, burada ali hakimiiyət vətəndaşların iradəsindən asılı olmayaraq tam və ya qismən bir mütləq dövlət başçısının (im- perator, kral, sultan, şah və s.) əlində cəmləşmişdir. Monarxiyanın xüsusiyyətləri: ➢ hakimiyyət vərasət yolu ilə ötürülür; ➢ müddət- siz olaraq həyata keçirilir; ➢ əhalinin iradəsindən asılı deyil.
MANİXEİZM [alm.Manichäismus; fr. Manicheisme; ing. manichaeism] Əsasını İranda miladi III əsrdə Mani qoymuşdur, onun yaratdığı yarı fəlsəfi, ideoloji, ictimai təlim. Bu təlimin əsasında zərdüştiliyin yaxşı və pis yaxud xeyir və şərin arasında gedən əbədi mübarizədən bəhs edən ideoloji fikirlər dayanır.
MƏBDE – ideya, prinsip, başlanğıc: İlk olan özündən, başqa şeylərin çıxdığı təməl mənşə, əsl.
MEXANİZM [mecanisme] – mekanikçilik: Bütün cismani dəyişiklikləri mexaniki hərəkətlərlə açıqlamağa çalışan görüş.
METAFİZİK [methaphysique] – Fizik ötesi –İlm-i mababdet tabia: ―İlk xəstəliklərin və ilk prinsiplərin elmi‖ deyə tərif olunur.
MƏQSƏD [alm. Zweck; fr. Fin; ing. End, purpose; lat. Finis; yun. Telos; osm. tr. gaye]. Həyata keçirmək məqsədilə qurulan və qovuşmaq istənilən məfhum, şey.
MİF [alm. Mythos; fr.=ing. Mythe; yun. Mythos – söz, deyilən və hiss edilən söz, nağıl, əfsanə; osm. tr. üstüre; ər. حسٛطعأ] – tanrılar, qəhrəmanlar, əvvəlki zamanların hadisələri üzərinə deyilənlər, nağıllar, əfsanələr. Yaxud hər hansı bir cəmiyyətdə əfsanə formasında canlı olaraq yaşayan əvvəlki adət və ənənə- lərdə, düşüncələrdə dilə gəlmiş olan əfsanələr.
MİFOLOGİYA [alm.=fr. Mythologie; ihology; yun. Mythologia; osm. tr. ilm-i esatir; ər.ٍُع شٍرآعأأ; tr. Söylence bilim] Miflər, mifik rəvayətlər toplusu, əsatir. Yunan mifologiyası, mifləri tədqiq edən elm.
MONİZM [monisme] – Bircilik-Tekçilik: Kainatdakı hər şeyi bir tək prinsipə [maddə, ruh və ya fikir] irca edər.
MONOTEİZM [monotheisme] – Tek Tanrıcılık-Vahdaniyyet: bir tək ilaha inanmağı ifadə edir.
MUHAL [impossible] – İmkansız: Məntiq və metafizikada ziddiyyəti içinə alan şeydir.
MÜHƏRRİK [moteur] – Hareket etdiren, Kımıldatan: Aristotelə görə Tanrı və ya aləmdə hər cür dəyişmənin, meydana gələn xəstəliyi olan lakin özü heç bir dəyişiklik tabe olmayan sırf hərəkətdir.
MUTLAK [absolu]: Qeydə şərtə bağlı olmayan, sərhədsiz sonsuz, dəyişməz və müstəqil olan.
MÜSTEFAD [acquis] – Kazanılmış-Müktesep: Bir şəxs və ya növdə əvvəlcədən var olmayıb, sonradan kəşf edilən.
MAARİFÇİLİK – [ər. فسبعِ] ictimai-siyasi cərəyan; nüma- yəndələri mövcud cəmiyyətin nöqsanlarını aradan qaldırmağa, həmin cəmiyyətin əxlaq, siyasət və məişətini xeyir-xahlıq, ədalət ideyalarının, elmi biliklərin, yayılması yolu ilə dəyişdirməyə çalışmışlar.
MAGİYA [yun. Magia – cadügərlik, sehrbazlıq, ovsunculuq] — ibtidai din formalarından biri; aydın olmayan hadisələr sehirli qüvvələrin təsirinə aid edilir; bu forma insan və heyvanlara, təsəvvürə gətirilən ruhlara təsir göstərmək məqsədi daşıyan ayinlərin məcmusunda ifadə olunur.
MAN [alm. Man – qeyri-müəyyən şəxs əvəzliyi] – ekzis- tensializmin əsas anlayışlarından biri; Haydegger tərəfindən elmə gətirilmişdir.
MANDEİZM – e.ə. I minilliyin ikinci yarısı – eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim.
MANİLİK – Zərdüştiliyin, budizmin, xristianlığın, qnostisiz- min və digər təlimlərin təsiri altında yaranmış dini-fəlsəfi təlim.
MATERİALİZM [lat. materialis – maddi, real] – idealizmə əks elmi fəlsəfi cərəyan.
MATERİYA [alm. Materie; fr. Matière; ing. Matter; lat. Materia, materies; yun. Hyle; osm. tr. madde; ər. حدّ آِ] – Dekarta görə maddə məkan tutan hər şeydir. Materiya ruhun əksidir. Maddi olanlar ruhi və mənəvi olanlarla eyni mahiyyətdən deyil. İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan və həmin şüurda iniaks etdirilən obyektiv reallıq. Maddə və formanın, reallığın iki ideyası olduğunu irəli sürən təlimə isə Hilemorfizm [alm. Hylemorphismus; fr. Hylèmorphisme; ing. Hylemorphism; yun. Hyle – maddə, morphè — forma] deyilir.
MATRİARXAT [mater – ana, yun. Arche – hakimiyyət] – ibtidai icma quruluşunun qəbilə təşkilinin forması; istehsalda [nəslin tərbiyə edilməsi, ictimai təsərrüfatın aparılması, ailənin saxlanması və digər mühüm həyati funksiyalar] və qəbilə icmasının sosial həyatında [icma işlərinin idarə edilməsi, onun üzvləri arasındakı münasibətlərin tənzimlənməsi, dini ayinlərinicra edilməsi və s.] qadının aparıcı rolu ilə səciyyələnir.
MATERİALİZM [alm. Materialismus; fr. Materialisme; ing. Materialism; osm. tr. maddiye; ər. خٌّدآِ] hər növ reallığın hətta ruhi və mənəvi olanların da əsasını maddədə görən, maddədən başqa heç bir şeyin olmadığınl iddia edən dünyagörüşü. Hərşeyi maddə və ya maddəyə aid olana irca ediləbilər olduğunu iddia edən fəlsəfi bir sənətdir.
MAHAYANA [sanskritcə — böyük araba və ya böyük yol] – budizmin ən böyük [hinayana ilə yanaşı] variantlardan biri.
MAHATMA [sanskritcə — mahatma] – 1] hind mifologiyası və teosofiyasında dünya ruhu; ―ilahi, fövəladə insan‖; 2] hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
MAHİYYƏT [alm. Wesen; fr.=ing. Essence; lat. Essentia; yun. Ausia; osm. tr. zat, mahiyet ər. خٍ٘بِ] – varlığın əslini təşkil edən şey. Əsas xüsusiyyət, təməl əsas. mövcud şeyin mənası, bütün digər şeylərdən, bu və ya digər şəraitin təsiri altında şeyin dəyişkən vəziyyətlərdən fərqli öz-özlüyündə mövcud olan.
MEDİTASİYA [lat. meditatio – fikirləşmə, düşünmə] – məq- sədi insan psixikasını dərin dalğınlıq vəziyyətinə gətirən əqli fəaliyyət.
MERİTOKRATİYA [lat. meritus – layiqli, yun. Kratos – hakimiyyət] – burjua politologiyasında anlayış; şəxsi xidmət və bacarıqları əsaslarında seçilmiş şəxslərdən ibarət hökümət tərəfindən idarə edilən cəmiyyət ifadə olunur; ―postindustrial cəmiyyət‖ və ya ―bilik cəmiyyəti‖nin [―istehlak cəmiyyəti‖ndən sonra gələn] sinonimidir.
METAMƏNTİQ – Müasir formal məntiqin sistem və anlayışlarını tədqiq edən nəzəriyyə [Metanəzəriyyə].
METARİYAZİYYAT [sübutlar nəzəriyyəsi] – formal sistemlərin və hesablamaların müxtəlif xassələrinin öyrənilməsilə məşğul olan nəzəriyyə.
METAFİZİKA [alm. Metaphysik; fr. Mètaphysique; ing. Metaphysics; yun. Meta physika; osm. tr. mabad-et-tarbiya]. Varlığın son təməlləri, özü və anlamı haqqında təlimlər. Aristotelin ilk fəlsəfə adını verdiyi ―bütün var olanlar üçün ortaq ideyalar‖ı araşdıran abidə.termin e.ə. I əsrdə Aristotelin fəlsəfi irsinin bir hissəsini göstərmək üçün meydana gəlmişdir.
METOD [alm. Methode; fr. Mèthode; ing. Method; lat. Methodus; yun. Methods; osm. tr. usul] – bir qayəyə çatmaq üçün izlənilən, tutulan yol. Elmlərdə müəyyən bir nəticəyə qovuşmaq üçün gedilən yol.
METODOLOGİYA [alm. Methodologie, methodenlehre; fr. Mèthologie; ing. Methodology; osm. tr. usuliyat] xüsusilə fəlsəfə və elm sahəsində metod araşdırmaq və yeni üsullar əmələ gətirmək şərtillə ideyaları inkişaf etdirən elm. Hər hansı elmdə istifadə olunan idrak vasitələrinin, metodlarının, üsullarının məcmusu.
MEXANİSİZM – Təbiət və cəmiyyətin inkişafını materiya hərəkətinin mexaniki formasının ən universal hesab olunan və maddi hərəkətin bütün növlərinə şamil edilən qanunları ilə izah edən dünyagörüşü.
MƏDƏNİYYƏT [ər. خٍٔذِ]– varlığın və şüurun bütün sahələrində bəşəriyyətin predmetləşdirmə [sərvətlər, normalar, işarə sistemləri yaradılması və s.] və predmetsizləşdirmə mədəni irsin mənimsənilməsi] proseslərin dialektik vəhdətindən ibarət, gerçəkliyin yenidən dəyişdirilməsinə, bəşər tarixi zənginliyinin şəxsiyyətin daxili zənginliyinə çevrilməsinə, insanın mahiyyət qüvvələrinin hər vasitə ilə aşkara çıxarılmasına və inkişaf etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyəti.
MƏZDƏKİLİK – V əsrin sonunda İranda yaranmış, sonralar Azərbaycanda və bir sıra qonşu ölkələrdə geniş yayılmış dini- fəlsəfi və sosial təlim.
MƏCBURİYYƏT [alm. Notwendigkeit; fr. Nècessitè; ing. Necessity; lat. Necessitas; osm. tr. zaruret; ər. حسٚشض] – olduğundan başqa olmama hallı. Məntiqi riyazi anlamda məcburiyyət. Anlamların və prinsiplərin məntiqi əlaqəsində və nəticələrində olur. Düşüncə baxımından məcburi reallıqlar.
MƏFHUM [alm. Begriff; fr. Concept, notion; ing. Conception, notion; lat. Conceptus, notia; yun. Logos, ènoia; horos, noema; osm. tr. mefhum; tr. Kavram; ər. َٛٙفِ] – obyektlərin yaxud da hadisələrin müştərək xüsusiyyətlərini ehtiva edən və bir müştərək adda cəm edən ümumi kəlmələr.
MƏDƏNİYYƏT [alm. Kültür; fr. = ing. Culture; lat. Cultura; colere – baxmaq, həsrətində olmaq; osm. tr. hars.] 1. Konkret mənada bədənlə və ruhla əlaqəsi olan müəyyən qabiliyyətləri inkişaf etdirmək, əqli və əxlaqi savaddır.
MƏİŞƏT [ər. خشٍعِ]– cəmiyyət həyatının insanın özünün təkrar istehsalı ilə bilavasitə bağlı mühüm sahələrindən biri; qida məhsulları, paltar, mənzil, istirahət, əyləncə, sağlamlığın mühafizə edilməsi və s. tələbatın öyrənildiyi maddi və mədəni mühit.
MƏN [alm. Ich; fr. Moi; lat. Ego; osm. tr. ene; ər. بٔأ] – türkdilli terminologiyaya aiddir. 1. Şüurlu olaraq özünü başqalarından fərqləndirən, ayıran kəlmə. Aləmə və öz-özünə fəal yanaşan, münasibət bəsləyən insan şəxsiyyətinin, insan fərdliliyinin mənəvi mərkəzi. Dekart məni düşünən varlıq hesab edirdi.
MƏNAFE – fərdlərin, sosial bliklərin [sinfin, millətin, peşə qrupunun] hərəkətlərinin sosial davranışını müəyyən edən səbəb.
MƏNTİQ [alm. Logik; fr. Logique; ing. Logic; yun. Logike – tekhne; ər. كطِٕ] — ərəb dilindəki كطٔ [I babda] felinin mim məsdəiridir. Dilimizə hərfi mənada danışma, nitq söyləmə mənalarına uyğun gəlir. Əslində isə düzgün fikirləşməyin metodu, düşüncənin varlıq formalarının, elementlərinin, növlərinin, imkanlarının qanun və qaydalarının elmi.
MƏHƏBBƏT [ər. خجِٙ]– insanların qarşılıqlı maraq və meyllərinə əsaslanan ünsiyyət və yaxınlıq münasibətlərindən doğan dərin intim hiss.
MƏKAN [alm. Raum; fr. Espace; ing. Space; lat. Spatium; osm. tr. mekan; ər. ْبىِ] – daxilində bir cismin ola biləcəyi yerlərin hamısını göstərən termin. Bütün var olanları içərisində ehtiva etdiyi yer. Fəlsəfənin təməl anlamı olaraq daha əvvəl Yunanlı atomistlərdə də vardır.
MƏSULİYYƏT [alm. Verantwortung; fr. Responsabilitè; tr. Sorumluluk; ing. Responsability; osm. tr. mesuliyet; ər. خٌٍّٛٔ غِ] – insanın öz fəaliyyətlərini yaxud da öz təsir sahəsinə daxil olan hər hansı bir hadisənin nəticələrini öz boynuna götürməsi.
MİKROSOSİOLOGİYA [yun. Mikros – kiçik] – sosio- logiyanın bölməsi; öyrənmə obyektini [üzvləri bir-biri ilə sabit şəxsi ünsiyyətdə olan tərkibcə azsaylı sosial qruplar] təşkil edir.
MİLLƏT [ər. خٍِ]– insan birliyinin tarixən təşəkkül tapmış və xalqı əvəz etmiş forması, insanların yeni sosial və beynəlmiləl birliyi.
MİMANSA [sanskritcə — tədqiqat, mülahizə] – hind fəlsəfə- sinin ortodoksal sistemlərindən biri.
MİSTİSİZM [alm. Mystizismus; fr. Mysticisme; ing. Mysticism; osm. tr. tasavvuf; tr. gizemçilik] – ruhi – mənəvi hal və tutum, naməlum qalan və üstüörtülü olan məsələlər, İlahi müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyət- ləri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini bu qüdrətin sayəsində həyata keçirə bilmək üçün həqiqətlərin səbəblərini bilib ortaya çıxarmaq fəaliyyətləri kimi də xarakterizə edilir. İnsanın təbiət üstü aləmlə səmimi bir şəkildə doğrudan doğruya əlaqə qurub birləşməsinin imkanına inanan, qaynağı ağıl və duyğular olmayan üstün bir məlumat hiss gücü və vəcd yoluyla əldə etdiyinə inanan, beləcə Allaha çatıldığını irəli sürən görüş.
MİSTİK [alm. Mystichh; fr. Mystique; ing.mystic; mystical; yun. Mystikos – myein – gözlərini yumub bağlamaq, örtmək; osm. tr. tasavvuf; ər. فٛصر] – hissi idrakın xaricində sirli sehirli mənəvi nurlanmağa aid olan.
MİFOLOGİYA [yun. Mytologia, muthos – rəvayət, əfsanə, logos – təlim, söz] gerçəkliyin ibtidai şüurda qədim dövr üçün səciyyəvi olan şifahi xalq yaradıcılığında təcəssümləşmiş fantas- tik inikası.
MODALLIQ [məntiqdə] [lat. modus – ölçü, üsul] – mühaki- mənin, həmin mühakimədə söylənilən iqrari fikrin ―qüvvəsinə‖ xarakteristikası: mühakimə zəruri, mümkün, təsadüfi, qeyri müm- kün və s. ola bilər.
MODELLƏŞDİRMƏ [ fr. Modele – nümunə, ilkin nümunə] — müəyyən obyektin xarakteristikalarının öyrənilməsi üçün onların xüsusi yaradılmış digər obyektdə təkrar yaradılması.
MONARXİYA – [alm.=fr. Monarchhie; ing. Monarchy; yun. Monos – tək, yeganə. Arkhein — suverenlik] – bir nəfərin suverenliyi, hakimiyyəti. Dövlət gücünün bir nəfərin əlində cəm olunmasını bildirən dövlət forması.
MONADA [alm.=fr.=yun. Monas – vahid] – varlığın struktur, substansional vahidini ifadə edən fəlsəfi termin.
MONİZM [alm. Monismus; fr. Monisme; ing. Monism; yun. Monos – tək, vahid; osm. tr. vahdetiye; ər. خٌّذدٚ] – bütün mövcudatın əsasında bir başlanğıcın dayandığını qəbul edən fəlsəfi təlim.
MONOTEİZM – [alm. Monotheismus; fr. Monotheisme; ing. Monotheism; yun. Monos – tək, yeganə. Theos – Tanrı. osm. tr. vahdetiye — ər. خٍرذدٚ] – Ancaq bir Tanrının varlığını qəbul edən din və fəlsəfi təlim.
MORFOLOGİYA [alm., fr. Marphologie; ing. Marphology; yun. Morphe = forma, logos = elm; osm. tr. mebhasu-l eşkal; ər. طبذجِ يبىشِآ]
MOTİV [alm. Motiv; fr. Motif; ing. Motive; lat. Movere – qımıldatmaq; osm. tr. saik; ər. هٌٔبع] – hər hansı bir istəkdən doğan fəaliyyətin səbəbi, hərəkətverici qüvvəsi. Motivasiya isə istəyin motivlərlə təyin edilməsidir. Motiv insanın tələbatını təmin etməyə yönəlmiş hərəkəti şərtləndirən düşünülmüş meyldir.
MƏAD – Axirət dünyası, insanların öldükdən sonra həşr olunduqları yer.
MƏBDƏ – Başlanğıc, birinci olan. Özündən başqa şeylərin törədiyi ilkin mənşə.
MƏFKURƏ [alm.=ing. Idea; fr. Idèal; osm. tr. mefjure; ər. حسٛىفِ; tr. Ülkü ] – fikir, məfkurə, qayə, insanı hisslər dünyasının fövqünə çıxaran qayə. 1. Ən yüksək, ən yetişkin həqiqət. Mücərrəd olaraq düşünülmüş şey. 2. Ancaq ideya olaraq var olan.
MƏXLUQAT – Yaradılmışlar, Allahdan başqa bütün varlıqlar məxluqat hesab olunur. Çünki yeganə yaradılmayan varlıq Allahdır. O ilkin varlıq və bütün varlıqların səbəbidir. Tanrının varlığı üçün yaradılma, bölünmə və məhv olma kimi xüsusiy- yətləri düşünmək olmaz. Onun varlığı zəruridir. Yəni var olma etibarı ilə özündən başqa heç nəyə ehtiyacı olmayandır. Tanrının varlığından başqa bütün varlıqlar isə mümkün varlıqlardır. Onlar var olmaları üçün Tanrının varlığına möhtacdırlar.
MÜDDƏT [alm. Dauer; fr. Durèe; ing. Duration; osm. tr. müddet, sayrure] – öz bütünü daxilində alınmış, məhdud bir zaman parçası, axıb gedən zaman dilimində bir parça.
MÜMKÜN [alm. Kontingent; fr.=ing. Contingent; lat. Contingens; osm. tr. ٓ ىِّ] – nə zəruri, nə də imkansız olan, yəni nə olmayan nə də mütləq olan.
MÜNTƏHİ – Sülukunda sona çatmış şəxsdir. müntəhi sona çatan, bitən, kamilliyə çatmış.
MÜSTƏFAD – Şərq peripatetiklərinin ―əqllər‖ nəzəriyyəsinə görə, müstəfad əql qazanılmış olub, şəxsin özünə aid deyil.
MÜŞTƏRƏKLİK [alm. Gemeinschaft; fr. Communautè; ing. Community; osm. tr. cemaat] – ortaq olmanın təyinatı. Ortaqlaşa həyata keçirilən maddi və mənəvi dəyərlərə əsaslanan ictimai kontakt.
MÜSTƏĞNİ – Zəngin olmaq, ehtiyacı olmamaq.
MÜTƏMADİ [alm. Kontinuierlich; fr. Continu; ing. Continuous; lat. Continium; osm. tr. metamadi; ər. يدآّزِ] – öz daxilində daimi olaraq davam edən, gedən zaman.
MÜTƏSƏVVİF – Təsəvvüflə məşğul olan.
MÜTLƏQ [alm. Absolut; fr. Absolu; ing. Absolute; lat. Absolutus = həll olan, osm. tr. mütləq; ər. كٍطِ] – öz başına var olan, heç bir şeylə bağlı olmayan, müstəqil, şərtsiz. Heç bir şeylə məhdudlaşdırılmayan. Metafizikada olduğu kimi, düşüncədə də heç bir başqa şeylə bağlı olmayan və varlıq səbəbini özündə daşıyan şey. Heç nədən asılı olmayıb, sərhəd tanımayan, müstəqil olaraq baş verən hal və hadisələri ifadə edən məfhum. Həqiqətdə olan mütləqlik öz ifadəsini insan düşüncəsində tapır.
MÜTLƏQİYYƏT [alm. Absolutismus; fr. Absolutisme; ing. Absolutism; osm. tr. mutlakiyet; ər. خٍمٍطِ] – ideyaları, normaları. Terminləri doqmatik bir formada saf olaraq qoyan görüş. Saf dəyərlərin, saf doğrularım ortaya çıxdığını müdafiə edən görüş.
MÖVCUDLUQ [ər. خٌدٛﺟِٛ]– bir-birilə əlaqədə və qarşılıqlı təsir halında dəyişən şeylərin bütün rəngarəngliyi.
MÜQAYİSƏ [ər. خغٌبمِ]- obyektlər arasındakı oxşarlıq və ya fərq əlamətini [yaxud hər ikisi birlikdə] müəyyən etmək məqsədi ilə onların bir-birilə tutuşdurulması, fərqləndirilməsi.
MÜQƏDDƏM [alm. Antecedent; fr. Antècèdent; ing. Antecedent; lat. Antecedens; osm. tr. mukaddem; ər. məntiqdə nəticənin çıxardığı prinsip və yaxud prinsiplər.َذمِ] –
MÜQƏDDİMƏLƏR [ər. خِذمِ]– məntiqdə, əqli nəticələrdə yeni mühakimənin [nəticənin] alındığı mühakimələr.
MÜQƏDDƏS [alm. Heilig; fr. Saint; ing. Saint, holy; sanctu; osm. tr. kutsi; طذمِ] – Tanrıya həsr edilmiş olan, Tanrıya aid olan, bütün var olanların, yer üzünə bağlı olanın üstündə yüksələn, on- dan tamamilə başqa olan. Yaxud da əxlaqi yetişkənliyə çatan, bu yolla Tanrıya yaxınlaşan insanların necəliyi. [Əzizlər, övliyalar, kəramət sahibləri].
MÜLAHİZƏ [ər. حضُِ٘] – müasir formal məntiqdə müəyyən dildə verilən təklif; onun həqiqiliyinə [həqiqidir, yalandır] və ya modallığına [ehtimaldır, mümkündür, mümkün deyil, zəruridir və s.] verilən qiymətlərlə əlaqədər nəzərdən keçirilir.
MÜLKİYYƏT [ər. خٍىٍِ] – hər hansı obyektlərin subyektə məxsus olması.
MUXTARİYYƏT [alm. Autonomie; fr. Autonomie; ing. Autonomy; yun. Autos – öz, nomiso – qayda; osm. tr. muhtariyet]- bir adamın, bir cəmiyyətin özünün qoyacağı qaydalara özünün tabe olacağı. muxtariyyət: [ər.] Daxili qanunvericilik və idarəetmə işlərində sərbəst olma hüququ; özünüidarə.
MÜNASİBƏT[ər.خجعبِٕ] bütün hadisələrin qarşılıqlı əlaqə anı. MÜTLƏQ [ər. كٍزِ] – ―özü onun özü üçün kafi olan‖ digər heç bir şeydən asılı olmayan, bütün mövcudiyyatı özündə əks etdirən və onu yaradan əbədi, sonsuz, şərtsiz, bitkin və dəyişməz subyekti ifadə etmək üçün idealist fəlsəfəsində işlənir.
MÜHARİBƏ [ər. خثسآِٙ]dövlətlərin və bu dövlətlər daxilində siniflərin siyasətinin zorakılıqla davam etdirilməsindən ibarət olan ictimai-siyasi hadisə.
MÜCƏRRƏD [alm. Abstrakt; fr. Abstrait; ing. Abstract; lat. Abstractum – çəkib çıxarılmış, sıyrılmış; osm. tr. mücerret; ər. دشّ جِ] – mücərrədlik ilə əldə edilmiş bir düşüncə. Mücərrəd anlamlar ehtiva edən məfhum.
MÜCƏRRƏDLİK [ər. دشجِ] – həqiqəti nəzəri dərk etməyin elmi cəhətdən müəyyənləşdirilmiş müşahidə və eksperiment faktları ilə bağlı olmayan mücərrəd məntiqi mühakimələrə əsaslanan üsulu.
MÜŞAHİDƏ [alm. Beobachtung; fr.=ing. Observation; tr. Gözlem; osm. tr. müşahede; ər. حذ٘بشِ] – bir obyekt, yaxud bir hadisənin xüsusiyyətlərini bilmək şərtilə diqqətli və planlı olaraq araşdırılıb tədqiq edilməsi. Müşahidə əslində bütün empirik eılmlərin ilkin şərtidir. Lakin, bu o demək deyildir ki, tənqid edilmdən keçərli olmaz, çünki ən dəqiq müşahidələr belə nöqsansız, xətasız olmaz.

N


NATURALİZM [alm. Naturalismus; fr. Naturalisme; ing. Naturalism; ər. خٍعٍجطٌأ; lat. natura – təbiət + ism] – hər şeyi təbiətə əsaslandıraraq tədqiq edən dünyagörüşü. Təbiətə verilən anlam baxımından fərqli anlamlar verir. Təbiətin xaricində heç bir həqiqət və dəyər olmadığını irəli sürən doktrina
NATÜRİZM [naturisme] – Təbiətpərəstlik: Dinin başlan- ğıcında Günəş, Ay, Ulduzlar və Od kimi təbii varlıqlarla Fırtına kimi təbiət hadisələrindən eşidilən qorxu və gözlənən ümid nəticəsində onlara bir şəxsiyyət verib, tapma surətiylə ortaya çıxdığını irəli sürən görüş.
NƏFS-i Natika: Düşünən və düşündüyünu söyləyən nəfs,ruh.
NOMİNALİZM [nominalisme] – İsimcilik: Ümumi fikirlərin və küllülərin nə zehində, nə zehnin xaricində, özündən və ya təcrübənin məhsulu olaraq olmadıqlarını, onların bir xəyal və addan yəni, yalnızca əşyanın adları olduğunu və bir termindən ibarət olduğunu qəbul edən görüş.
NOUS: Aləmi tənzim edən və maddi olmayan mebde prinsip.
NAİTİVİZM – İdrakın mistik-dini xarakteri haqqında idealist təlim; təlimdə həqiqət realist-məntiqi yolda və ya diskursiv qay- dada deyil, guya qəflətən heç bir hazırlıq olmadan, təkcə qeyri- şüuri ilhamın, yəni ilhamlanmanın nəticəsində yaranmış, ilahi təl- qin şəklində insana yuxarıdan söylənilmiş fikrin köməyilə açılır.
NAMUS – Fərd tərəfindən özünün ictimai əhəmiyyətini, dəyərini dərk etməsini və bu dəyərin cəmiyyət tərəfindən qəbul edilməsi anlarını özünə daxil edən əxlaqi şüur anlayışı;etik kateqoriya.
NATURA [alm. Natur; fr. Nature; lat. Natura; yun. Physis; osm. tr. tabiat; ər. خعٍجط; tr. doğa] – 1.Hər bir var olan şeyin sırf özünü təşkil edən şey yaxud struktur. 2.Insanın əsasını qoyduğu sistemlər, formalarla [mədəni, sosial, texniki] əksliklər içərisində öz-özünə meydana gələn, formalaşan. 3.İnsanın qarşısında olan, ona yad olan və buna görə də məlum olmayan, naməlum qalan, öz qüdrətindən üstün olan, onun xaricində olan. 4.Hiss edilən və dərk edilən, qavranılan hər şey. 5.Kainat. 6.Hər şeyi öz mahiyyətində ehtiva edən bütün həqiqətlər. 7.Yaradıcı, xəlq edici varlıq. 8. Dünyaya gətirən, formalaşdıran, inkişaf etdirən, qoruyub bəsləyən ―ana təbiət‖. 9.Təbiət elmlərinin mövzusu olan, dəyərlərin xaricində olan həqiqət – canlı, cansız təbiət mənasında.
NAFİ – Olmaq – boş olmaq, mənasız gəlmək.
NƏHV — Ərəb dilinin qrammatikasına verilən addır.
NƏSİL [alm. Generation; fr. Gènèration; ing. Generation; lat. Generatio; generare – doğurmaq; osm. tr. nesil; ər. ًٍغٔ] – ümumi olaraq eyni illərdə doğulan və eyni zəmanənin şərtlərini və beləcə bir-birinə bənzəyən sıxıntıları, taleləri yaşamış, oxşar tapşırıqlarla məsul olmuş insanların toplusu.
NƏSİL – Sosial həyatın ən mühüm anlayışlarından biridir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə ―gens‖ anlayışı uyğun gəlir. Ana nəsli (Matriarxat – latınca ―mater‖- ana, yunanca ―arxe‖ – hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. Ananın hökmüranlığı bəşəriyyət tarixinin o dövrünə aiddir ki, bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular. Matriarxatizm ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli (Patriarxat – yunanca ―patriarxe‖-nəslin başçısı) kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur. Patriarxatizm isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında ―klan‖ termini ata nəsli termini ilə sinonim sayılır.
NƏZARƏT – bu termin sufi terminologiyasında orijinal adı ilə ―mürakəbə‖ adlanır. Nəzarət Allah-təaladan qullara istiqamət- lənən bir hal olduğu kimi, qulun da öz nəfsi üzərində nəzarəti mümkündür. Bunu həyata keçirən sufi, nəfsini daim nəzarət altında saxlayaraq, onu günah əməllərdən, şəhvani duyğu və düşüncələrin əsirliyindən azad edir. Qul nəfsini nəzarət altında saxlamaqla öz üzərində ilahi nəzaərti unutmur.
NƏZƏRİ [alm. Theoretisch; fr. Thèoretique; ing. Theoretic; yun. Theorikos – nəzəriyə ilə bağlı; theoretikos – gözləməni, tədqiq etməyi sevən;əs.tr. شظٔ] – nəzəriyyə ilə bağlı olan, teorik düşünmə ilə biliyə yönələn şey.
NÜBÜVVƏT – Peyğəmbərlik. İslam dininə etiqad edən müsəlmanların iman əsaslarından biri də peyğəmbərlərə imandır. Peyğəmbər insanla Tanrı arasında vasitəçidir. Peyğəmbərlərə iman, insanlara doğru yolu göstərmək üçün Allah tərəfindən seçilmiş şəxslərin göndərilməsinə və onların Allahdan gətirdiyi hər şeyin doğru və həqiqət olduğuna inanmaq, peyğəmbərlər haqqında vacib, qeyri-mümkün və caiz olan şeyləri və xüsusiyyətləri bilib, beləcə təsdiq etməkdir.
NEQATİV [alm. Negativ; fr. Nègati; ing. Negative; osm. tr.menfi; ər.] – pozitiv olmayan, pozitivin əksi, neqativ enerji, neqativ rəy və s.
NEMƏT [ər. خّعٔ]– müsbət sərvəti ifadə etmək üçün fəlsəfədə işlədilən ən geniş anlayış.
NEOPOZİTİVİZM – XX əsr fəlsəfəsinin cərəyanlarından biri, poztivizmin müasir forması.
NƏFY [alm.=ing. Negation; fr. Nègation; yun. Apophasis; lat. Negatio; osm. tr. nefiy] – irəli sürülən bir tezisi tanımamaq.
NƏZƏRİYYƏ [ər. خٌسضٔ] – gerçəkliyin bu və ya digər ―fraqmenti, parçası‖ haqqında səhih, dürüst birliyin ümumi- ləşdirilmiş sistemi; həmin parçanı təşkil edən obyektlərin müəy- yən məcmusunu təsvir və izah edir.
NƏTİCƏ [alm. Schluss, schlussats, konklusion; fr.=ing. Conclusion; lat. Conclusio; ər. خجٍزٔ] — verilən səbəblərdən çıxarılan hökmlər. Əgər səbəblər doğrudursa nəticələri də çox zaman doğru olur. Nəticə yalnışdırsa, səbəblər heç vaxt doğru ola bilməz.
NİFRƏT [alm. Hass; fr. Haine; ing. Hate; osm. tr. nefret; ər. حشفٔ] – nəyəsə istiqamətlənmiş hiss. Kiminsə pisliyini istəməyə istiqamətlənmiş hiss. Yox etmə istəyinə varan bir xatırlama.
NİKBİNLİK [alm. Optimismus; fr. Optimisme; ing. Optimism; osm. tr. nikbinlik] – ümumiyyətlə hər şeyi yaxşı tərəfindən görmə, hər vəziyyətdə yaxşı bir çıxış yolu uman dünyagörüşü. Ən yaxşı gələcəyə, xeyirin şər üzərində, ədalətin ədalətsizliyin üzərində təntənəsi imkanına etiqad və inamdır.
NİRVANA [sanskritcə, hərfən – sönmə] – budizmin [həmçinin çaynizmin] dini fəlsəfəsinin əsas anlayışı; bir növ ―xilas‖ mənasını ifadə edir. İnsanın ruhi meyllərinin yüksək halını, son məqsədini bildirir. Bu səbəbdən insan bütün növ maddi ləzzət- lərdən, zövqlərdən uzaq düşməlidir.
NİTQ [ər. كطٔ] – insanların bir-biri ilə ünsiyyətindən, bu və ya digər dilin vasitəsilə onun öz fikirlərinin ifadə etməsindən və başqalarına çatdırılmasından ibarət fəaliyyəti.
NİHİLİZM [alm. Nihilismus; fr. Nihilisme; ing. Nihilism; lat. Nihil – heç nə, heç şey; osm. tr. ademiyyun mezhebi] – ümumi olaraq var olan dəyərlərə, görüşlərə, sistemə qarşı çıxan, heç bir dəyər tanımayan görüşlərə verilən addır. Heç bir müsbət ideala bağlı olmayan mütləq nöqtəyi-nəzər.
NİZAM [alm. Ordung; tr. düzen fr. Ordre; ing. Order; osm. tr. nizam; ər. َبظٔ]. Bəzi elementlərin daxilində hər birinin müəyyən bir yeri olan bir birlik qurmaq şərtilə az yaxud da çox sağlam bir formada bir yerə sığışması. Yaxud da çoxlarının bir yerə, bir məqsədə, bir amala görə yığışması.
NYAYA [sanskritcə, hərfən – qayda, qanun, ümumiyyətlə məntiq] – qədim hind fəlsəfəsinin ortodoksal sistemlərindən biri.
NYU realizm [alm. Neurealismus; fr. Nèo-rèalisme; ing. New realism] – zəmanəmizdə Kembricdə ortaya çıxan hər şeyi metafizik formada yorumlayan, baxışlarının böyük əksəriyyətinin metafizik idealizmdən qaynaqlandığı fəlsəfi təlim. Təbiəti əsas hesab edən nyu realistlər fəlsəfə problemlərini təbiət elmlərinin metodu ilə həll etmə yolunu seçirlər.
Nyu idealizm [alm. Neuidealismus; fr. Nèo-idèalisme; ing. Neo-idelaism] XIX əsrin ikinci yarısından sonra materializm, pozitivizm və naturalizmin hökmranlığı qarşısında – idealizmi yenidən canlandırmağa çalışan cərəyanlar.
NYUKANTİZM [alm. Neukantianismus; nèo-kantisme; ing. Neo-kantianism] – XIX əsrdə fəlsəfəni çökməkdən qurtarmaq üzrə xüsusilə də bilik tənqidçisi baxımından Kanta istiqamətlənən tədqiqatlar. Ən yüksək nöqtəsinə XX əsrdə çatmışdır.
NOMİNALİZM [lat. nomen – ad] – orta əsr fəlsəfəsində cərəyan; anlayışları ayrı-ayrı predmetlərin adı hesab etmişdir.
NOOSFER [yun. Nous – zəka, sphaira – sfera, sahə; zəka sferası] – planetimizin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsi.
NORMA [alm. Norm; fr.=ing. Norme; lat. Norma; osm. tr. kaide, numune] – 1. Günahlandırma və dəyərləndirmənin özünə görə həyata keçirildiyi meyar. Tabe edilməsi vacib olan qayda, qanun. Fəlsəfədə əxlaq, estetik və məntiq normaları da mövcud- dur. Buna görə də bu fəlsəfə sahələri normaları qoyan yəni nor- mativlər adlanır.
NOUMEN [yun. Noumenon] – fenomenin əksinə olaraq yal- nız ağılda dərk edilən mahiyyəti ifadə edən termin. Hisslər vasitə- silə dərk olunmayan, sırf əqllə qavranılan deməkdir.
NOUS [yun.=lat. Intellectus; əql] – Kainatı sistemləşdirən və qeyri maddi olan ideya. İnsanın ən yüksək bacarığı.
NÖV [alm. Art; fr. Espèce; ing. Species; lat. Species; yun. Eidos; ər. عٛٔ; tr. Tür; osm. tr. növi] – bir-birindən törəyən və filoloji baxımdan əqraba olan canlı varlıqlar elementi. Öz daxilin- də bir forma olan və üzərində cins terminin olduğu məntiqi termin. Amma bu cins termini öz üzərində başqa bir cins varsa, yenidən növ anlayışını verir və bu beləcə davam edir.
NÜFUZ – müəyyən keyfiyyətlərinə, xidmətinə görə hər hansı bir şəxsin, baxışlar sisteminin və ya təşkilatın hamı tərəfindən etiraf edilən nüfuzu.
 

O


OBYEKTİV [alm. Objektiv; fr. Objective; osm. tr. afaki; ing.Objective; ər.ًىش] – obyektlə əlaqəsi olan, onunla həmahəng olan. Fərdin şəxsi görüşündən asılı olmayan. Yaxud ümumiyyətlə hər növ düşüncə tərzinə uyğun gələn.
OBYEKTİVLİK [alm. Objectivität; fr. Objectivitè; ing. Objectivation; osm. tr. afakileştirme; tr. Nesnellik; ər. خٍّئٍش] – fəl- səfi mövqe; buna görə fəlsəfi idrak tədqiqatı tənqidi qiymətlən- dirməyə, dəyərlər haqqında mülahizələr söyləmək səviyyəsinə çatdırmağa qadir deyil, buna görə də həmin idrak bunlardan əl çəkməlidir.
OLİQARXİYA [tr. Takımerki; alm.=fr. Oligarchie; ing. Oligarchy; yun. Aligarkhia. Oligoi – bəzi, bir neçə. Arkhein — suverenlik] – bir neçə nəfərin suverenliyi, dövlət gücünün az saylı şəxslərin yaxud da ailələrin əldə olduğu dövlət forması.
OKKAZİONALİZM [occasio – təsadüf] – ruhun və bədənin qarşılıqlı təsirinin izah olunmazlığını aradan qaldırmağa çalışan XVII əsr dini-idealist doktrinası.
OKKULTİZM [occultus – gizli, məhrəm] – dünyada fövqəltəbii, elmi tədqiqata müyəssər olmayan fenomenlərin və qüvvələrin mövcudluğunu qəbul edən və onlara qarşılıqlı təsir üçün [magiya, spiritizm] ―əməli‖ üsullar işləyib hazırlayıb təlim- ləri ifadə edən termin.
OPERASİONALİZM [lat. operatio – hərəkət, təsir] – müasir fəlsəfədə öz təbiəti etibarilə məntiqi pozitivizmin və praqmatiz- min sintezindən ibarət cərəyan.
OPTİMİZM — bax. Nikbinlik
ORQANON [yun.] – hərfi mənası vasitə, alət deməkdir. Aristotelin məntiqlə əlaqədar işlərin hamısına verilən ad. Lakin Aristotel sırf məntiq mənasında analitik terminindən istifadə edirdi. Aristotelə görə məntiq düzgün düşünmənin metodu və sənətidir.
 

Ö


ÖZLƏŞMƏ – insan fəaliyyəti məhsullarının, həmçinin insanın xassələrinin və qabiliyyətlərinin insanlardan asılı olmayan və onlara hakim kəsilmiş olan nə isə bir şeyə çevrilməsi prosesini və bu çevrilmənin nəticələri.
ÖZHƏRƏKƏT – mənbəyi, səbəbi hərəkət edən şeyin özündə olan hərəkət.
ÖZGƏLİK [alm. Altruismus; fr. Altruisme; ing. Altruism; lat. Alter – başqası, özgə. osm. tr. diğerkamlik] – başqalarının yaxşılığını yaşamaq və mənimsəmək ideyasını ehtiva edən görüş.
ÖZÜNDƏNLİK [alm. Spontaneität; fr. Spontanèitè; ing. Spontaneity; lat. Spontaneus – özlüyündən; osm. tr. taviyet; ər. خٌٚبط] – xaricdən bir təyinatla deyil, öz-özünə olan təsirlilik, birbaşa öz daxili ehtimalıyla təsirli olma qabiliyyəti.
ÖLÜM orqanizmin həyat fəaliyyətinin geriyə dönməz şəkildə dayanması, canlı varlığın mövcudluğunun labüd təbii sonu.
ÖLÇÜ – predmetin və hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriya.
ÖNGÖRMƏ [alm. Ahnung; fr.=ing. Pressentiment; osm. tr.hissikablelvuku; tr. Önsezi; ər. عٛلٌٛأ ًجل ظ د] əsaslandırılmayan və izah edilməsi mümkün olmayan hiss. Verilməmiş olanın, bilin- məyənin, xüsusilədə gələcəklə əlaqəli olanın əvvəldən hiss edil- məsi, doğru kimi hesab edilməsi.
 

Q


QABİLİYYƏT [ər. خٍٍثبل]– geniş mənada fərdin davranışını tənzim edən və onun həyat fəaliyyətini şərtləndirən psixi xüsu- siyyəti.
QAVRAYIŞ [alm. = ing. Apprehension; r. apprèhension; lat. Apprehensia; osm. tr. tasavvur-i sazec; tr. kavrayış] – hər hansı bir dərk edilənin mahiyyətinin birbaşa qavranılması. Kantda isə idrak növlərinin eyni bir məcrada birləşməsinə deyilirdi. Maddi aləmin hiss üzvlərinə bilavasitə təsir göstərən predmet və proses- lərinin xarici struktur xüsusiyyətlərinin hissi obrazı.
QANUN [alm. Gesetz; fr. Ioi; ing. Law; yun. Nomos; lat. Lex; tr. Yasa; osm. tr. kanun; ər. ْٛٔبل] – hadisələrin mühüm daxili və sabit əlaqəsi olub, onların müəyyən qaydada dəyişilməsini şərt- ləndirir. Hadisələr arasında sistemli olaraq bir əlaqəni təyin edən və bir şeyin vacibliyini dilə gətirən ümumi hökm. Hadisələrin gedişatında fövqəladəliyə yer verməyən, dəyişməzlik və məcbu- rilik göstərən qayda.
QAYDA [alm. Regel; fr. Règle; ing. Rule; lat. Regula – özü ilə doğru xətt izlənilə bilən]
QEYRİ-müəyyən [alm. Indefinit, unbestmmit. Fr. Idifinite; lat.indefinitus; osm. tr. qayri-muayyen. ər. ٍٓعِ شٍغ]. 1.Sonu harda bitəcəyi naməlum olan, sonlu və ya sonsuz olduğu bilinməyən şey.
QƏBİLƏ [ər. خٍٍجل] – insanların ibtidai icmalarda iqtisadi münasibətlər zəminində meydana gəlmiş və qan qohumluğu əlaqələrinə əsaslanan birlik forması.
QƏDƏR [ər. سذل] – ərəb-islam fəlsəfəsində müxtəlif mənalarda işlədilən termin; islamın erkən dövründə ilahi buyruq, qüdrət, qis- mət mənasında, VIII əsrin əvvəllərindən isə həmçinin insanın öz əməllərinə ixtiyar olması, iradə sərbəstliyinin sinonimi kimi işlənirdi.
QƏRAR [alm. Enscgeidung; fr. Dèecision; ing. Decision; ər. س اشل]. – aralarında bir seçim etmə məcburiyyəti olan imkanlardan birini seçmək fəaliyyəti və bu fəaliyyətin nəticəsi yaxud da insan həyatının ayrı-ayrı mühüm nöqtələrində içinə düşdüyü sarsıntılı hal və bunun nəticəsi olanı seçmək.
QNOSEOLOGİYA [alm. Gnoseologie; fr. Gnosèologie; ing. Gnoseology; yun. Gnosis – bilik, məlumat, logos – təlim]. Bilik haqqında təlim. Yunan dilində gnosis kəlməsi əslində episteme sözü ilə eyni mənada işlənir. Qnoseologiya və epistemologiya ümumiyyətlə öz şərtləri və nəticələri daxilində bilik prosesini tədqiq edən, fəlsəfəni araşdıran sahədir.
QNOSTİKLƏR [alm. Gnostiker; fr. Gnostiques; ing. Gnostics; osm. tr. irfaniyan; yun. Gnosis – bilik, gnostikos – bilik haqqında] – dini-fəlsəfi cərəyanın Xristian teologiyasını Qədim Şərqin dinləri ilə, həmçinin neoplatonizm və pifaqorçuluqla birləşdirən nümayəndələri. I əsrdə dini fəlsəfə cərəyanlarına və təriqətlərinə verilən ad. Onlar xilas yolunu spekulyativ bilikdə axtarırdılar.
QNOSTİSİZM [alm. Gnostizismus; fr. Gnosticizme; ing. Gnosticism; yun. Gnostikoi – bilənlər. Gnosis – bilik, gnostikos – biliklə bağlı; osm. tr. irfaniye; ər. bilinirciler] – İnsanla Tanrı arasındakı əlaqəni spekulyativ biliklərlə bağlayan təlimlər.
QRUP [alm. Gruppe; fr. Groupe; ing. Group; tr. Öbek] – bir- birilə az və ya çox dərəcədə bağlılığı, əlaqəsi olan toplu. İctimai elmlərdən olan sosiologiyanın geniş istifadə olunan bir termini, qrup, qruplaşma və s.
QÜRBİYYƏT – Tanrı dərgahına yaxınlıq məqamıdır.
QÜDRƏT [alm. Macht; puvoir, puissance; ing. Power; osm. tr. iktidar, kudret; ər. حسذل] – fiziki güclə əlaqələndirilməyən ruhi, mənəvi və təsiredici güc.
QURAN [ər. ْآشمٌأ]– Müsəlmanların müqəddəs kitabı
 

P


PANTEİZM [pantheisme] – Tüm Tanrıcılık Vücüdiyye: Allah ilə aləmi bir və eyni sayan fəlsəfi sənətlərin adı.
PERİPATETİZM [alm. Peripatetiker; fr. Peripatetician; ing. Peripatetics; es.tr. meşaiyun; ər. ٍّْٛئبشِّ] – Aristotelin tərəfdarları və tələbələri. Aristotelin fəlsəfi dərslərini və müzakirələrini ayaq üstə gəzinərək təlim etdiyinə görə belə bir ad götürülmüşdü. Peri- patetikos piyada addımlamaq deməkdir. Ərəbcəyə də bu formada tərcümə edilən terminin lüğəti mənası piyada gəzənlər deməkdir.
PROBLEMATİK [alm. Problematisch; fr. Problematiquè / proposition; ing. Problematic/proposition; osm. tr. ihtimali hüküm; ər.ًٌبّزدإ ُىد] – həlli yolu və vasitəsi qeyri-müəyyən olan, yaxud da doğru olma ehtimalı olsa da, əslində şübhə oyandıran, dəqiq olmayan şeydir.
POLİTEİZM [polytheisme] – Çok tanrıcılık: Bir çox məbuda inanıb, tapmaq.
POZİTİVİZM – müsbət münasibət, təsdiqedici olma, etimad göstərmə. Pozitivizm [alm. Pisitivismus; fr. Positivisme; ing. Positivism; osm. tr. ispatiye; tr. Olguçuluq; ər. خٍّربجعإ] – tədqiqat- larını aktlara, həqiqətlərə əsaslanan, metafizik açıqlamaları nəzəri olaraq imkansız, qaydasız, hesabsız edən, təcrübə ilə isbatlanma- yan, problemləri sözdə problem olaraq xarakterizə edən fəlsəfi dünyagörüşü. Təcrübə ilə reallaşmamış olan hər şeyi rədd edib, faktlardan və onlar arasındakı dəyişməyən münasibətlərdən hərəkət edərək, real olmayan heç bir məlumat mövzusunu qəbul etmə- yən fəlsəfə məktəbi.
PLÜRALİZM [alm. Pluralismus; fr. Pluralisme; ing. Pluralism; ər. خٍّرشَ ثْ و; tr. Çokçuluq; osm. tr. kesretiye] – həqiqətin açıqlanmasında birdən çox prinsipin mövcud olmasını qəbul edən təlim, yəni fəlsəfədə həqiqətin növ-növ olduğunu, aləmi təşkil edən varlıq və əşyanın tək bir prinsipə və ya qanuna çevrilmə- yəcəğini, bir çox reallıqların mövcud olduğunu qəbul edən görüş.
PANLOGİZM [yun. Pan – hər şey, və logos – təlim, söz, fikir] – varlığın və təfəkkürün eyniyyəti haqqında obyektiv idealist doktrina; bu doktrinaya görə təbiət və cəmiyyətin bütün inkişafı dünya zəkasının, mütləq ideyanın məntiqi fəaliyyətinin həyata keçirilməsidir.
PANPSİXİZM [yun. Pan – hər şey və psyche – can] – idealist baxış; bu baxışa görə bütün cəmiyyət canlıdır, psixikaya malikdir.
PANTEİZM [yun.pan — Hər şey və theos – allah] – bu fəlsəfi təlimə görə allah təbiətin hüdudlarından kənarda yerləşməyib, onunla eyniyyət təşkil edən şəxssiz başlanğıcdır.
PARADİQMA [yun. Paradeigma – misal, nümunə] – məlum mərhələdə elmi praktikada təcəssüm edən, konkret elmi tədqiqatı müəyyənləşdirən nəzəri və metodoloji ilkin şərtlərin məcmusu.
PARADOKSLAR [məntiqin və çoxluqlar nəzəriyyəsinin paradoksları] [yun. Paradoxos – gözlənilməz] – mühakimənin məntiqi düzgünlüyü saxlanılmaqla məzmunlu çoxluqlar nəzəriy- yəsində və formal məntiqdə meydana gələn formal məntiqi ziddiyətlər.
PARALOGİZM [yun. Paralogismos – səhv mühakimə] – məntiq qanunlarının və qaydalarının qərəzsiz pozulması; mühaki- məni sübut gücündən məhrum edir və adətən yalnış nəticələrə gətirib çıxarır.
PARAPSİXOLOGİYA [yun. Para – yanında, kənarında] – hiss orqanlarının fəaliyyəti ilə izah oluna bilməyən hissiyyat for- malarını, həmçinin canlı varlığın əzələ səyi olmadan onu əhatə edən hadisələrə təsir formalarını öyrənən tədqiqat sahəsi.
PASSİV [alm. Passiv; fr. Passif; ing. Passive; lat. Passivus; osm. tr. münfail; ًعبفِٕ]. Alıcı vəziyyətdə olan, təsirli olmayan, əksi aktiv kəlməsidir.
PATRİARXAT [yun. Patriarches – qəbilə başcısı] – ibtidai- icma quruluşunda qəbilə təşkilinin forması; ictimai istehsalda və qəbilə icmasının sosial həyatında kişinin üstün rolu ilə səciy- yələnir.
PERSEPSİYA [lat. perceptio – qavrayış] – hiss orqanları vasitəsilə şeylərin şüurla hissi qavranılması, inikası.
PERSONALİZM [alm. Personalismus; fr. Personalisme; ing. Personalism; osm. tr. şahsiye mezhebi; lat. persona – şəxsiyyət] – İnsanı ən yüksək kainat ideyası hesab edən metafiziki təlim. Fərd olan Tanrıya inam gətirmə. Leybnitsin monadologiyasından gə- lən, XIX əsrin sonu və XX əsrin əvvəllərində fəlsəfədə yayılmış idealist cərəyan.
PESSİMİZM [alm. Pessimismus; fr. Pessimisme; ing. Pessimism; lat. Pessimus – ən pis, osm. tr. bədbinlik] – ümumiy- yətlə hər şeyi ən pis tərəfindən, hər vəziyyəti qaranlıq hesab edən və həmişə ən pis olanı gözləyən dünyagörüşü. Əksi optimizmdir.
PLURALİZM [lat. pluralis – çoxlu] – monizmə əks konsepsiya: mövcud olan hər şey eyni hüquqlu, bir-birindən təcrid olunmuş, vahid başlanğıca müncər edilməyən mahiyyətlərin çoxluğundan ibarətdir
POLİSİLLOGİZM – Mürəkkəb sillogizm [Sillogistika]; sillogizmlərin ardıcıllığını, zəncirini ifadə edir; bu ardıcıllıqla və zəncirdə əvvəlki sillogizmlərin nəticələri sonrakı sillogizmlərin müqəddimələrinin tərkibinə daxil olur.
POLİTEİZM [alm. Polytheismus; fr. Politheisme; ing. Polytheism; ər. خٍَ٘إ حشثو yun. Poly – çox, theos – alllah; tr. çoktanrıcılık] – çoxallahlılıq və təkallahlılıq, bir neçə allaha və ya bir allaha sitayiş edilməsi.
POSTULAT [alm.=fr. Postulat; ing. Postulate; lat. postulatum — tələb; tr. mevzua] – müəyyən elmi nəzəriyyənin baçlanğıc nöqtəsi kimi qəbul edilən və bir qayda olaraq, həmin nəzəriyyə çərçivəsində isbat olunmayan prinsip və ya hökm.
PROSTAVLIQ [yun. Orthodoxia] – xristianlığın mühüm cərəyanlarından biri; başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və Balkanlarda yayılmışdır.
PRAQMATİZM [alm. Pragmatismus; fr. Pragmatisme; ing. Pragmatism; yun. Pragma – iş, hadisə, faydalı; tr. pragmaçilik] – düzgünlüyü və həqiqəti təktərəfli olaraq ancaq doğurduğu hərə- kətlərin nəticələri və uğurları ilə dəyərləndirilən fəlsəfi təlim. müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan
PRAQMATİKA Semiotikanın bölməsi.
PARLAMENT – (fransız parler, yəni danışmaq sözündən) – hakimiyyətin ali təmsilçi orqanıdır. Orta əsrlər Avropada yüksək təbəqələrin nümayəndələrindən formalaşan məşvərət və qanunve- rici orqan idi. Müasir mənasını XVII-XIX əsr burjua inqilablar- ından sonra almışdır. Parlamentarizm cəmiyyətin dövlət idarəçilik sistemidir. O, parlamentin başqa hakimiyyət qanadlarına müna- sibətdə üstün mövqeyə malik olması ilə yanaşı, qanunverici və icraedici funksiyaların dəqiq şəkildə müəyyənləşdirilməsi ilə xarakterizə olunur.
PARTİYA ―Partiya‖ termini, ―pars‖ – hissə və ya ―partire‖ – bölmək olan latın sözlərindən meydana gəlmişdir. Partiya adlan- dırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın inkişafı və təmsili, hakimiyyət orqanlarının möhkəmlənməsi ilə bağlıdır.
PATRONİMİYA – Sinifsiz cəmiyyətin son dövründə, patri- arxal ailələrin dağılması zamanı daha yaxın qohumluq telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. Nəsli və ya qəbiləni ağsaq- qallar idarə edirdilər. Nəsli Şura nəslin tam bərabər hüquqlu üzvlərinin ümumi yığıncağı idi. Qəbilə Şurası isə qəbiləyə daxil olan nəsil ağsaqqallarının yığıncağı idi.
PERSONALİZM (latınca şəxsiyyət sözündəndir) müasir fəlsəfədə teistik istiqamətdir. Adından göründüyü kimi, burada şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət – Allah yaradıcılıq fəallığının təzahürüdür.
PROSES – Latınca, irəliyə doğru hərəkət.
POLİTOLOGİYA Yunanca, politika – siyasət, loqos – elm. Cəmiyyətin siyasi həyatının müxtəlif təzahür formalarını tədqiq edir. Politologiya siyasət haqqında elmdir. Qədim Yunanıstanda Politika dövlət və hakimiyyət münasibətlərinin tənzimlənməsi, insanların, cəmiyyətin idarə olunması haqqında elm hesab olunurdu.
PRAQSİOLOGİYA [yun. Praktikos – fəal] – müxtəlif hərəkətlərin və ya hərəkətlər məcmusunun onların səmərəliliyinin müəyyən edilməsi baxımından nəzərdən keçirilməsi metodikasını öyrənən sosioloji tədqiqatlar sahəsi.
PREDİKABİLİYALAR [lat. praedicabilia] – Aristotel məntiqində xəbərin növləri.
PREDİKAT [lat. praedication] – ənənəvi məntiqdə hökmün iki terminindən biri. XIX əsrin sonuna qədər məntiqdə hökm subyekti, bir qayda olaraq, qrammatik mübtəda ilə, Predikat isə məs., sifətlə istifadə olunan qrammatik xəbərin adlıq hissəsi ilə eyniləşdirilirdi.
PREDMETLİLİK – hər hansı bir hadisənin, hərəkətin, vəziy- yətin və s.-nin predmetlərlə bağlı olduğunu və ya bu hadisənin, hərəkətin və vəziyyətin özünün subyektin fəaliyyətinə cəlb edil- məsi yolu ilə predmet kimi çıxış etdiyini ifadə edən anlayış.
PRİNSİP [lat. principium — əsas, ilk başlanğıc] – davranışın ilk başlanğıcı, rəhbər ideyası, əsas qaydası.
PROBLEM [alm.=ing. Problem; fr. Probleme; yun. Problema: pro – önə, ballein – atmaq; osm. tr. mesele; ər. خٌؤغِ] – elmi metodlarla həll etmək şərtilə ortaya atılan sual. Həllini tələb edən hər növ çətinlik, məsələ.
PROBİDENSİALİZM [lat. providentia – qabaqcadan görmə,bəsirət] – dini fəlsəfi baxış; bu baxışa görə bəşər cəmiy- yətinin inkişafı [hərəkətverici qüvvələr mənasında, həm də məq- səd mənasında] əsrarəngiz, tarixi prosesə münasibətdə xarici olan qüvvələrlə-bəsirətlə, allahla müəyyən edilir.
PROQNOZ [yun. Prognosis – gələcək haqqında bilik, qabaq- görənlik] – elmi qabaqgörənliyin növlərindən biri. Hər hansı bir hadisənin perspektivlərinin xüsusi tədqiqi.
PROLETARİAT – Fəhlə sinfi.
PROPEDEVTİKA [yun. Propaideuo – qabaqcadan öyrə- dirəm] — əvvəlcədən məşq etmək, hər hansı bir elmə hazırlıq, müntəzəm və qısa formada şərh olunmuş giriş kursu.
PROSES [alm. Prozess; fr. Processus; ing. Process; lat. processus – keçmə, hərəkətetmə; osm. tr. vətirə; ər. حشٍطٚ] – müəyyən bir nəticəyə varan düşüncə axışı. Hadisələrin yaxud da prosesin müəyyən bir nəticəyə doğru yol alması. Hadisənin qanunauyğun, ardıcıl dəyişməsi: bu hadisənin digər hadisəyə keçməsi (inkişaf).
PROTESTANTİZM [lat. protestans – protes, etiraz edən, açıq şəkildə sübut edən] – pravoslavlıq və katolizmdən sonra xristian- lığın Reformasiya dövründə meydana gəlmiş cərəyanı.
PRİNSİP [alm. Prinzip; fr. Principle; ing. Principle; lat. Principium; yun. Arkhe; osm. tr. mebde, umde] – başlanğıc, ilk olan, özündən başqa bir şeyin çıxdığı təməl, əsas, ilk prinsip. İdeyalar təməl ideyalara və mənəvi ideyalar, metafizik ideyalar, obyektiv ideyalar, bilik ideyaları.
PRİMİTİV — İBTİDAİ [alm. Primitiv; fr. Primitif; ing. Primitive; lat. Primitivus; osm. tr. iptidal] – zaman baxımından ən köhnə olan, ilk olan. İnkişafın əsasını təşkil edən, hələ inkişaf etməmiş olan.
PSİXİKA [yun. Psyche – can, ruh] – canlı sistemin ətraf aləm- lə siqnal şəklində qarşılıqlı təsirinin, əlaqəsinin məhsulu və şərti.
PSİXOANALİZ [alm. Psychoanalyse; fr. Psychanalyse; ing. Psychoanalysis; yun. Psykhe – ruh, analysis – həll etmək; osm. tr. tahlil-i ruhi; ər. ًٍٍذر ًدٚس] — əsəb xəstəliklərinin və psixi xəstəliklərin Z.Freyd tərəfindən təklif olunmuş ümumi nəzəriyyəsi və müalicəsinin metodu, freydizmin nəzəri əsaslarından biri.
PSİXOLOGİYA [alm. Psychologie; fr. Psychologie; ing. Psychology; osm. tr. Ruhiyat; tr. Ruhbilim yun.psyche – can, ruh və logos – təlim, söz; ər. دبٍّدٚس] – insanın fəaliyyəti və hey- vanların davranışı prosesində obyektiv reallığın psixi inikasının yaranması və fəaliyyət göstərməsi qanunları haqqında elm.
PSİXOLOGİZM [alm. Psychologismus; fr. Psychologisme; ing. Psychologism; osm. tr. ruhiyatçilik; tr. ruhbilimcilik] – xüsusilə ruhi və mədəni hadisələri birtərəfli qaydada ancaq psixoloji baxımdan tədqiq etmə və açıqlama yaxud da psixologiyanı bütün elmlərin və fəlsəfənin əsası olaraq hesab edən dünyagörüşü.
PUBLİSİSTİKA [lat. publicus – ictimai] – geniş mənada, silsilə ictimai həyat məsələlərini işıqlandıran ədəbiyyat növü.
 

R


RADİKALİZM [alm. Radikalismus; fr. Radicalisme; ing. Radicalism; osm. tr. cezriye] – tədqiq etdiyi mövzunun son səbəb- lərinə, köklərinə qədər enən düşünmə forması. Həyat formalarını, həyat əlaqələrini tənqid edib kökdən dəyişdirmə təmayülündə sonuna qədər gedib çıxan görüş.
RASİONALİZM [lat. rationalis] – ağıllı – səhih biliyin mənti- qi əlamətləri olan ən ümumilik və zərurilik təcrübədən və onun ümumiləşdirmələrindən əldə edilə bilməz; bunlar yalnız ağılın özündən, anadan olandan ağıla xas anlayışlardan, ya da ağlın yalnız püşeymləri, meylləri şəklində mövcud olan anlayışlardan hasil edilə bilər.
RASİONALİZM [alm. Rationalismus; fr. Rationalisme; ing. Rationalism; lat. Ratio — əql, osm. tr. aklıye; ər. خٍٍّمع; rasiona- lisme] – Akılcılık: əqli biliyə əsaslanan doğruluğun miqyasını hisslərdə deyil, düşünmədə və nəticələrdə görən təlimin ümumi adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə əsaslandığını irəli sürür. Hər kəsdə bərabər dəyişməyən ağıl və məntiqi qanunların doğuşdan olduğunu, onların təcrübədən müs- təqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin var- lığını qəbul edən fəlsəfi görüş.
REALİZM [realisme] – Gerçekçilik: Düşüncədən və ya bilən subyektdən ayrı, xarici aləmin və obyektlərin varlığını, onlar haq- qında obyektiv məlumatın inkişafını qəbul edən fəlsəfi görüş.
RASİX – Sağlam, əsaslı, sağlam təməlli. Din fəlsəfəsində rasix çox dərin elmə malik olan bir şəxs kimi qəbul edilir. Bu termin öz əsasını səmavi kitab – Qurandan almışdır. Şərq filosofları dini və fəlsəfəni bilənləri bu cür adlandırırdılar (rasixun — نوخس ار).
RİHLƏ – Hədis axtaran insanların çıxdıqları səyahətlərə verilən addır.
RİZA – Razı olmaq, bəyənmək, icazə vermək. Riza təsəvvüf məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allah- dan razı olması. b] Allahın quldan razı olması.
REAKTOLOGİYA [lat. re — əksinə və actio – hərəkət, təsir] – yüksək inkişaf etmiş heyvanların və insanın psixikasını xarici təsirlərlə cavabların hesabı məcmusu, cəmi kimi nəzərdən keçirən mexanistik konsepsiya.
REALİZM [lat. realis – gerçək, cismani] – incəsənətin obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə təcəssümləşdirən bədii metod.
REALLIQ [alm. Wirkicheit; fr. Rèalitè; lat. Realitas; osm. tr. şeniyet; ər. خمٍمذٌأ] – Həqiqi olan, var olan şeylərin hamısı. Bu mənada həqiqətin şüurdan, düşüncədən asılı olan və olmayan varlıqlar mövcuddur.
REDUKSİYA [alm. Reduktion; rèduction; ing. Reduction; osm. tr. irca; ər. ءآﺟسإ; tr. Indirgeme; lat. reductio – qayıtma, geri- yə dönmə] – məntiqdə ikinci, üçüncü yaxud da dördüncü qisim fiqurlardan birinin [Baroco, Bocardo] birinci fiqurun dörd bağ- layıcısından birinə geri qaytarması. Bir sıra məlumatların, vəzi- fələrin onların təhlili və ya həlli üçün əlverişli olan bir şəklə salınmasından, həmçinin əvvəlki vəziyyətin bərpa edilməsindən, mü- rəkkəbin daha sadəyə çatdırılmasından ibarət olan məntiqdə, riyaziyatda, biologiyada, dilçilikdə tətbiq olunan metodoloji üsul.
RELYATİVİZM [lat. relativus — nisbi] – insan idrakının nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist təlim.
REFLEKSİYA [lat. replexio – geriyə dönmə, geriyə nəzər salma] – idrak inikasını, tədqiqini bildirən təlim.
REFORMASİYA [lat. reformatio – yeniləşdirmək, islah etmək] – XVI əsrin birinci yarısında Avropada protestantizmin əsasını qoymuş geniş antifeodal və antikatolik hərəkatı.
REFORMİZM – Fəhlə hərəkatında sinfi mübarizənin, sosia- list inqilabı və proletar diktaturasının zəruriliyini inkar edən siyasi cərəyan.
RES [lat. Res- şey] – Res cogitans – düşünən varlıq, nəfsi natiqə, düşünən öz; res extensa – məkan tutan varlıq.
RƏY [ər. ءيس]– antik fəlsəfədə səhih bilikdən – həqiqətdən fərqli olaraq səhih olmayan, subyektiv bilik.
ROMANTİZM [fr. Romantisme; lat. romanus – Romaya aid] -mədəniyyətin ən müxtəlif sahələrini əhatə etmiş ideya hərəkatı və bədii hərəkat;XIX əsrin əvvəllərində klassisizmi əvəz etmişdir.
REPUTASİYA– latınca, cəmiyyət üzvlərinin siyasi fəaliy- yətə cəlb olunması.
RESPUBLİKA – (latınca republic – ―dövlət işləri, ictimai işlər‖ deməkdir) elə idarəçilik formasıdır ki, burada dövlət başçı- sını seçmək və dəyişdirmək mümkündür, onun hakimiyyəti isə seçicilərin iradəsi və ya nümayəndələr qurumu tərəfindən müəyyən edilir. Prezidentli,, parlamentli və qarışıq formalı respubli- kalar var.
RUH [alç. Geist; fr. Espirit; ing. Spirit; lat. Spiritus; yun. Pneuma, nous – nəfəs; osm. tr. ruh; ər. حٚس] – Kainatın qanunu. Xüsusilə də stoa fəlsəfəsində kainat, əqli, kainat ruhu, təsir edən canlılıq verən, forma verən, canlandıran ideya.
RUH [alm. Seele; fr. Ame; ing. Soul; lat. Anima; yun. Psykhe — nəfəs alma, üfləmək, nəfəs dərmək ə حٚس] – bədəni daima canlı qılan, ona həyat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini fəlsəfədə ruh ölümsüz və insanın əbədi həyatını təmin edən varlıq. Aristotelə görə ruh təbii – canlı həyatın ideyasıdır. Sözün geniş mənasında ideal olanla, şüurla, maddi başlanğıcdan fərqli olaraq qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır.
QISALTMALAR VƏ İŞARƏLƏRİN ŞƏRHİ
? – sözün altından çəkilən xətt onun normal səslənməsindən iki dəfə artıq uzun tələffüz ediləcəyini bildirmək üçündür. ―Ayna‖ və
―arif‖ sözlərində birinci a hərfinin tələffüzü kimi.
Pref. – prefiks, sözlərin əvvəlinə artırılan şəkilçilərdir. Suf. – sözlərin sonuna artırılan şəkilçilərdir.
Alm. – alman dili Ing. – ingilis dili
Ru. – rus dili
Az. – azərbaycan dili
əs.tr. – əski türkcə, bəzi hallarda Azərbaycanda mövcud olan əski əlifba ilə eyni olur.
Os.tr. – osmanlı türkcəsi ər. – ərəb dili
far. – fars dili Fr. – fransız dili
Yun. – yunan dili Ru. – rus dili
Müən. – müənnəs, ərəb dilində qadın cinsinə aid olan sözlər. Ərəb dilində qadın cinsinə aid olan sözləri kişi cinsinə aid olanlardan fərqləndirmək üçün sözlərin sonuna ―ətun‖ şəkilçisi artırılırdı. Misal üçün ―cəmiun‖, ―cəmiatun. Yalnız bir çox halda kişi cinsində olan sözə müənnəslik bildirən şəkilçi artırdıqda sözün mənası da dəyişir.
Müz. — ərəb dilində kişi cinsinə aid sözlər. Bu səzlərin sonu adətən təmərbutə (ətun) hissəciyi ilə qurtarmır.

Müəllif: NƏZƏROVA ADİLƏ H.
Mənbə: Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014,
Top