A
ABSURD [alm. = ing. Absurd; fr. Absurde; osm. tr. abes; ər.
ظجع] – avropa mənşəli bu kəlmə dilimzə bizim gündəlik həyatımızda vərdiş etdiyimiz və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən, aralarında məntiqi əlaqənin pozulması kimi tərcümə edilir. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür. Lakin insana bəzən absurd təzhürü bağışlayan, onun məntiqi analizindən kənarda qalan şey, hal və ya hadisələrə qeyri – həqiqi anlamı yükləmək olmaz. Kəlmə dilimizdə özünün orijinal orfoepik formasını qorumuşdur.
ABA – dilimizin daha qədim kəlmələrindəndir. Bəzi türk dillərində hələ də işlənməkdədir. ―Hörmətəlayiq adam‖ deməkdir. Aba kəlməsi qədim türk dillərində çox işlənir və müxtəlif mənaları ifadə edirdi. ―Ana‖, ―abla‖ və ―baba‖ mənasında da işlədilmişdir…
ABİ — əski türk dillərində ―can, ruh‖ mənasını ifadə edərdi, bundan başqa məcazi mənada ―soyuqluq‖ mənasına da gəlirdi. Farscadaki
ab+i sözü ilə eyniləşdirmək olmaz. Müasir türkcədə isə abi sözü ağabəy sözünün qısaldılmış formasında böyük qardaşa və özündən böyüklərə xitabən işlədilir.
ABIZ — əski türkcədə ruhlarla bağlı işlənirdi, ―mənəvi, ruhi‖ mənalarını ifadə edir.
ABSTRAKSİYA – [ing. Abstraction; ru. Абстрактный; lat. Abstractio – ayırma, təcridetmə; ər. ذَشجذ] – mücərrədlik. Elmi tədqiqat metodudur. Obyektiv aləmi dərk etməyə istiqamətlən- mişdir.
ABSTRAKT [lat. Abstractio – mücərrəd; ər. دشجي] tamın bir tərəfi, birtərəfli, sadə, inkişaf etməmiş olan hissəsi. Dilimizdə iş- lək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.
AÇIQLAMA – [fr. ing. explication; lat. explicatio]. Müasir dilimizdə çox işlənir, türkcə kəlmədir. Məna olaraq izah, şərh, yaxud hər hansı bir hadisəni, bir halı vəziyyəti həll etdikdən sonra onun detalları ilə olan bağı və əlaqələri ortaya çıxarmaq şərtilə deyilən fikirlər, yaxud aydınlatmağa deyilir. Bir şeyin mahiyyəti- nin dəlilini aşkar edib ortaya çıxarmaqdır. Bəzən anlaşılmaz bir vəziyyətin səbəb və şəraitini izah etmək üçün açıqlamalara ehti- yac duyulur.
ACİVİKA – kəlmə etibarı ilə hind mənşəlidir. Ruhun yaşadığını irəli sürən qeyri-ortodoksal qədim hind təlimlərin- dəndir.
ACUN – əski türkcədə çox işlənənən kəlmələrdəndir. ―Dünya‖, ―yer üzü‖ mənalarına gəlir.
Acun sözünün daha müasiri ―kürrey-i ərz‖ sözü də işlənirdi. Bu söz acun sözünə ekvivalentdir və ərəbcədən keçən birləşmədir.
AD [ing. Name; ər. ىعإ] – əski türkcədən gəlmədir, hal-hazırda çox işlənən və müxtəlif mənalara gələn sözlərdən biridir. Dilimizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və cansız təbiətdə və kainatda olan hər var olanı tanıyır, bilirik. Adlar və sifətlər bütün var olanların ən mühüm xüsusyyətlərini təşkil edir. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s.
ADAPTASİYA – [ing. Adaption; tr. adaptasyon] insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası.
ADƏT [ing. Habit; ər. جدآ]– müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.
ADDİTİV və Qeyri-Additiv [lat. Additivus – budaq əlavə; hərfən toplama yolu ilə alınan] – tam və onu təşkil edən hissələr [hissə və tam] arasındakı nisbətin tiplərini əks etdirən anlayışlar.
ADEKVAT [adäquat; fr. Adèquat; ing. Adequat; lat. Adaequatus; osm. tr. mutabık; ər. كتاطي] – bir-birinə uyan, uyğun gələn, həmahəng olan deməkdir. Latın dilindən avropa dillərinə keçən və dilimizdə də çox rastlanan bu kəlməyə bərabər bölünmüş, bir-birinə uyğun gələn müəyyən şeyləri yaxud məziyyətləri ifadə etmək üçün işlədilir. Misal üçün adekvat tədbirlər, adekvat fikirlər və s. Adekvatlıq [lat. Adaeguatus – bərabərləşdirilmiş – uyğunluq, bərabərlik ekvivalentlik] mahiyyət etibarı ilə digər qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.
AĞIL [alm. Vernunuft; fr. Raison; ing. Rèason; lat. Ratio; osm. tr. akıl; tr. Us; ər. ممؼنأ] [intellekt] [lat. Intellectus – anlama, başa düşmə, dərrakə] – hissiyyatın qarşılığı olaraq düşünmə, anlamaq, dərk etmək qabiliyyəti arasında məcburi əlaqələr qurmaq qabiliyyəti. Ağıl insanın ən yüksək təfəkkür qabiliyyəti hesab edilir və insanın məhz insan olma xüsusiyyətini özündə təcəssüm etdirir, onu digər canlılardan fərqləndirir. Ağıl kəlməsi bəzən ərəb dilindən keçmə əql sözü ilə eyniləşdirilir ki, bu da əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi varlıqlar kimi xarakterizə olunrudu. Fəlsəfədə isə yüksək inkişaf etmiş və mürəkkəb differensiya edilmiş beynə malik orqanizmlərin psxi fəalliyyətlərinin xüsusi funksiyası Əql sözü ərəb dilində ə`qələ [ممػ] felinin I bab məsdəridir. Bu feldən aqil, məqul və s. kimi sözlər də əmələ gəlmişdir. Ərəb dilindən Azərbaycan türkcəsinə tərcümədə anlamaq, başa düşmək, haqqında fikir yürütmək və s.mənalarla tərcümə edilir..
AĞRUK [ağruk] – mənaları çoxdur. Oğuzca kəlmədir. Əşya, şey, yük, ağırlıq anlamları vardır. Aarık – avruk – ağruk – ağurluq — ağırlıq.
AFFEKT [alm. Affekt, affektion; fr. = ing. Affection; osm. tr. teessür] – insanın əhvaldan və ehtirasdan (hissdən) fərqli olaraq güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə (spesifik mimika və əl hərəkətləri) və səs reaksiyaları (ağlama, qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub qalma baş verir. Affektin zahiri, xarici ifadə formaları, eləcə də dərinliyi çox cəhətdən insanın fərdi xüsusiyyətlərindən, xüsusilə onun iradəsinin tərbiyə olunmasından, ali sinir fəaliyyətinin tipoloji xüsusiyyətlərindən xeyli dərəcədə asılıdır. Affekt vəziyyətində insan o şeydən mütəəssir olur ki, o, onda həyəcan əmələ gətirir ("şüurun daralması"), nəticədə insanda intellektual proses- lərin gedişi pozulur və onun öz davranışı üzərində nəzarəti zəifləyir. Affektin aradan qaldırılması xeyli dərəcədə iradə gücü tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir.
AKKULTURASİYA [ing. acculturation]– mədəniyyətlərin qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz əvvəlki modelləri dəyişikliyə məruz qalır.
AKSİDENSİYA [lat. Accidens; ər.
فبصر ; os. tr. tesadüf] — əşyanın mühümdən, substansional olandan [substansiya] fərqli müvəqqəti, keçici, qeyri mühüm xassəsi. Aksidenisya termini əvəzinə dilimizdə daha çox tarixən
ərəz termini işlənilirdi. Bu anlamda aksidensiya nisbətən, yeni, modern bir termindir və avropa mənşəli hesab olunur.
AKSİOLOGİYA – [yun. Axia – dəyər və logos – təlim, söz] – dəyərlər mahiyyətinin fəlsəfi tədqiqi. Aksiologiya termini mədə- niyyətşünaslığın və fəlsəfənin ortaq termini kimi götürülməlidir, çünki hər iki elm sahəsi mümkün imkanlarından istifadə edərək bu vəya digər dərəcədə insani dəyərlər sistemini və onun cəmiyyətdəki yerini öyrənir. Məhz bu tədqiqlərin sayəsində insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, zəruri, yaxud zərərli və qeyri-zəruri olan dəyərlər sistemi öyrənilib, üzə çıxarılmaqdadır.
AKSİOM [alm. Axiom; ing. Axiome; yun. Axioma; osm. tr. mütearife; ər. حفساؼري – qəbul edilmiş müddəa] – dəlilə, sübuta ehtiyacı olmayan deməkdir. Aksiomlar elə nəzəri ifadələrdir ki, onların doğruluğuna, düzgünlüyünə etibar etməmək mümkün deyil. Fəlsəfədə də hər hansı bir müddəaya və tərifə ehtiyacı olmayan, özlüyündən açıq-aydın olan və digər təsbitlərə dəlil mahiyyəti daşıyan, müəyyən elmi nəzəriyyənin deduktiv quruluşunda isbata ehtiyacı olmayan, lakin həmin nəzəriyyənin digər müddəalarının isbatının əsası kimi qəbul olunan nəzəri təklif.
AKSİYA [alm. Aktion, Handlung; fr. Action; ing. Action, activity; ər. مؼف] – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
AKT [alm. Akt; fr. Acte; ing. Act; lat. Actus; yun. Energia; ər. مًػ osm. tr. fiil, amel] Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin anergia = reallaşdırma, aktlaşdırma, həyata keçirmə mənaları ilə üst-üstə düşür
AKTİVİZM [alm. Aktivismus; fr. Activisme; ing. Activism; ər.
خٍٍعف ]- fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin əsas reallığının təsirdən, iş və fəaliyyətlərdən ibarət olduğunu önə sürən nəzəriyyə yaxud dünyagörüşü tərzidir. Aktivizm kəlməsinin kökü act-dir. İzm prefiksi sufiksi isə nəzəriyyələrin və müddəa- ların sonuna artırılan şəkilçidir.
AKTUAL [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel;ər.
ًٍعف] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı- rılmışdır. Aktual sözü dilimizdə müxtəlif anlamlarda işlənmək- dədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım- lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.
AKTUALLAŞDIRMA [alm. Aktualiserung; fr. Actualisation; ing. Actualizing; lat. Actualis – fəal, təsirli] – anlam olaraq varlığın dəyişkənliyini bildirən məfhumdur. Bu dəyişkənlik əsasən var olan şeyin zərurətini üzə çıxartmaqdan ötrü istifadə edilir.
AQNOZİA [alm = fr. Agnosie; ing. Agnosia; osm. tr. fıkdan-i marifet-i hissiyye; ər. ٌاذمف حفشؼي حُغح]
– hiss rqanlarında hər hansı bir pozğunluq, yaxud, əksiklik olmamasına rəğmən idrakın olmaması, pozulması. Kəlmə yunan dilindən digər dillərə keçmişdir. Hərfi mənada bilinməyən, məlum olmayan deməkdir. Sokrata görə aqnozia fəlsəfədə sualları cavablamaq üçün əsas istinadgahın olmaması, yaxud hardan başlayacağını bilməməyə deyilir. Söz mənşəcə yunan sözüdür. Bizim dilimizə isə rus – avropa kanalı vasitəsilə transfer edilmişdir.
AQNOSTİSİZM [alm. Agnostizismus; fr. Agnosticisme; ing. Agnosticism; yun. A-gnoein = bilməmək; a gnostos – bilinməyən; osm. tr. la-edriyye; ər.
يسدأ ِ; a — inkar və gnosis – bilik] – dünyanın dərk olunması imkanını tamamilə və ya qismən inkar edən təlim.
ALGU əski türkcədən tərcümədə bütün, hamı, yaxud cəmiyyət kimi çevirmək mümkündür.
ALP sözü bəzi müsbət keyfiyyətləri ehtiva edir. Əski türk- cədə çox işlək bir ifadə olmuşdur. Ariflik, cəsarət, igidlik, fəda- karlıq, qəhrəmanlıq və s. kimi mənalara gəlir. Qədim türklər top- lum, cəmiyyət içərisində öz müsbət keyfiyyətləri ilə fərqlənən insanlara alp deyərdilər. Tarixi mənbələrdən məlum olduğu kimi, Atillanın bir digər adı da Alp ər Tonqa idi. Kitabi Dədə Qorqud datsanlarında da belə bir ifadə mövcud idi: ―Hanı dediyim Alp ərənlər, dünya mənim deyənlər‖.
ALTERNATİV [alm.=ing. Alternative; fr. Alternatif; lat. Alter – ikidən biri, osm. tr. şık, terdi; ər.
ذٌدشر] – seçimdə müqayisə, iki şey arasında qeyri-könüllü seçim aparmaq. Fəlsəfədə hər hansı biri qəbul olunduğu təqdirdə digəri kənarda qalan, keçərsiz hesab edilən prinsiplərdir. Bir-birini qarşılıqlı istisna edən iki ya daha çox imkandan birini seçmək zərurəti.
ALQORİTM [lat. Algoritme – Orta Asiya riaziyyatçısı Məhəmməd əl-Xarəzminin adından götürülmüdür] – eyni tipdən olan bütün məsələlərin həllinə doğru aparan əməliyyatların, bir sıra sistemin müəyyən qaydada yerinə yetirilməsi haqqında dəqiq göstərişdir.
ALLAH [ər.
للهآ; ing. God; ] – dini təsəvvürlərə görə dünyanı yaradan və idarə edən fövqəltəbii qüvvə, hər şeyin səbəbi. Allah adının, kökünün hardan qaynaqlandığı barədə müxtəlif iddialar mövcuddur. Qurana əsaslanan, ərəb dilçilərinə görə Allah adı ilk dəfə müəqəddəs kitabda Allahın özünün məhz özü haqqında işlətdiyi addır. Bundan başqa Allah adının əl-ilah müəyyənlik artiklı və ilah sözünün birləşməsindən əmələ gəldiyini də iddia edənlər vardır. Lakin digər dillərdə bu ad tamam başqa deyim- lərdə mövcud olmuşdur. Belə ki, türk dillərində Tenqri sözü türk xalqlarının islam dinini qəbul etməzdən əvvəl işlətdikləri xüsusi ad idi. Rus ilində Бог sözü, ingilis dilində God sözləri Allah mənasını verməkdədir. Allaha müxtəlif xalqlarda Tanrı, Xuda, Pərvərdigar, Xaliq, Yaradan, Xudavənd, Rəbb və s. kimi adlar aid edilmişdir. İslam dinində Allahı anmaq üçün 99 addan istifadə olunur. Dilçi alimlər bu sözün İlah (əl-ilah və ya əl-laha) kökün- dən törədiyini güman edirlər. Ərəb dili ilə qohum olan digər dil- lərdə «Allah» kəlməsi belə səslənir: ibrani dilində «Eloah», arami dilində «Elaha», süryani dilində "Ələhə".
ALOGİZM [yun. A-inkar və logos-zəka] – məntiqi təfəkkürün rolunun həqiqətə çatmağın vasitəsi olmasının inkar edilməsi, yaxud kiçildilməsinə alogizm deyilir. Alogizm insan təfəkkürünə, əqli imkanlarına neqativ münasibətin formalaşmasıdır. A yunancada inkar hissəcəyi kimi işlənir. Loqos isə ağıl, zəka deməkdir. Bu bağlamda ortaya çıxan alogizm terminin hərfi mənası əqli, zəkanı inkar edən təfəkkür tərzi deməkdir.
ALTRUİZM [lat. Alter — başqa] başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Başqa sözlə desək, alturizm bir insanın öz həyatını bir digərinə qurban verməsidir. Bəzən insan öz daxili mənliyində belə bir hissə qapılır ki, mənə özümdən heç bir fayda və xeyir olmayacaq, qoy başqa- ları üçün yaşayım ki, onlara bir faydam, xeyrim toxunsun. Alturistlərə görə insan gərək daxili təlatümünü içində boğsun və başqaları üçün fədakarlıq etsin.
AMİL [ər.
ًِبع] — Obyektiv və subyektiv şərtlərdən asılı olaraq həlledici ünsür, yaxud hər hansı bir şərtləndirici. Ərəbcədə mövcud olan amələ [
ًّع] felindən əmələ gəlmişdir. Hərfi anlamda amil işi görən, məmul isə görülən iş mənasındadır. Əməli yerinə yetirən, işi görən deməkdir. Amillər müxtəlif ortam- larda işlənir; coğrafi amil, iqtisadi amil və s.
AMORALİZM [yun. A-inkar və lat. Moralis – əxlaqi, və ya immoralizm] – əxlaqsızlıq, əxlaqdan kənar davranış tərzi deməkdir. Fəlsəfi anlamda isə hər cür əxlaqın inkarı, əxlaq qanunlarından imtina, ―xeyir və şərin fövqündə durmağa cəhd‖ olunmasıdır.
ANTİNOMİYA [alm.=fr. Antinomie; ing. Antinomy; yun. Antinomia; es.tr. tesavi-i nakizeyn; tr. çatışkı; ər. واثذ ٍُؼلاَ] – İki qanun və ya qayda arasındakı təzad, qanunların, qaydaların, prinsiplərin bir-birinə tərs düşməsi. Yunan mənşəli kəlmədir. Kantda 4 növ antinomiya var idi: 1. Kainat və qalaktika zaman baxımından əbədi deyil, antitez – əbədidir. 2. Hər şeyin özlü- yündən ibarət olduğu son, saf hissələr mövcuddur, antitez – yox- dur. 3. Kainatda müstəqil olaraq bir özbaşınalıq mövcuddur, yoxdur – hər şey təbiətin qanunları daxilində hərəkət edər. 4. Kainatın səbəbi olan vacib bir varlıq vardır, belə bir varlıq yoxdur.
ANALİZ və SİNTEZ [alm.=fr. Analyse; ing. Analysis; osm. tr. tahlil; yun. Analysis – synthesis; ər.
ًٍٍذر] Analiz elə bir prosesin məcmusudur ki, tamı hissələrinə bölüb ayırma, yəni ən ümumi mənada bütövün fikrən, yaxud faktik olarak tərkib hissələrinə bölünməsi və bütövün tərkib hissələrinin birləşib bütövü əmələ gətirməsi prosesləri. Yunan mənşəlidir. Yunancada fəlsəfi aspektdə analiz parçalama, ayırma, sintez isə birləşdirmə, bütövləşdirmə deməkdir. Sintez isə [yun. synthesis – birləşmə] həm birşeyi və ya hadisəni küll halında, onu təşkiledən hissələri arasındakı qarşılıqlı əlaqə vəvəhdəti daxilində tədqiq etmə üsulu ya da bəsit maddə və ya elementləri birləşdirmə yolu ilə mürək- kəb kimyəvi birləşmələr alma.
ANALİTİK [alm. Analityk, fr. Analytique. Ing. Analytic. Yun. analytike]- 1. Aristoteldə formal məntiqlə eyni mənada işlədilir. // birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarı ilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
ANALOQ [alm. Analog; fr. Analogue; ing. Analogus; yun. Analogos – uyğunluq, oxşarlıq, loqosa uyğun olan; osm. tr. mümasil;
ًعبِّ] – idrak nəzəriyyəsi terminidir. Hərfi mənada bənzəyən, oxşar olan deməkdir. Yunan dilindən alınmışdır. Aristotelə görə müxtəlif şeylərə uyğunlaşa bilib eyni mənada onun əvəzinə də keçərli olan termindir. Misal üçün yaxşı hava yaxud yaxşı əşya və s. Digər mənada isə bir terminin bir başqasına olan nisbətinin, bir üçüncünün dördüncüyə olan nisbəti ilə eyni əlaqədə olmasına deyilir. Aralarında, xüsusilə də təsirlərində oxşarlıq olan [az və ya çox] iki mənalı sözlər
.
ANALOGİYA [Alm., fr. Analogie; ing. Analogy; yun. Analogia – uyğunluq; osm. tr. temsil; ər.
ًٍثّر] – eyniyyət təşkil etməyən obyektlərin bəzi cəhətlərdən keyfiyyətcə, münasibətcə oxşarlığı deməkdir. Hərfi mənada bənzərlik mənasını verir.
ANARXİZM [yun. Anarchia – rəhbərsizlik, hakimiyyətsizlik] - hərc-mərclik, başıpozuqluq, kütlənin nəzarətindən kənar, demokratizm prinsiplərinə uymayan hərəkətlə Hər cür hakimiyyətə və dövlətə düşməncəsinə yanaşan, xırda xüsusi mülkiyyətin mənafeyini və xırda kəndli təsərrüfatını cəmiyyətin iri istehsala əsaslanan tərəqqisinə qarşı xırda burjua ictimai-siyasi cərəyanıdır. Anarxiya hər hansı bir kiçik sosial cəmiyyətdə də ola bilər.
ANİMİZM [alm. Aimismus; fr. Animismè; ing. Animism; lat. Animismus = anima – ruh; osm. tr. ervahiye; tr. Canlıcılık; ər.
خٍداٚسأ] – ruhlardan qaynaqlanan hal və ya hərəkətlərin varlığını önə sürən dünyagörüşü. Şamanist dini təlimlərdə mövcuddur. Olan hadisələrin, baş verənlərin ruhlar aləminə bağlı olan qüdrətdən qaynaqlandığını, bilavasitə ruhlarla əlaqələndirldiyi dini təsəvvür. Yaxud da tək və eyni ruhun təfəkkür və təbii həyatımızın qaynağı olduğunu irəli sürən görüş. Animizm bəzən uşaqlarda maddi və cansız əşyaları canlı göstərə bilmək bacarığına da deyilir. Guya ruhlar insanların, heyvanların həyatına, ətraf aləmin predmetinə və hadisələrinə təsir göstərir.
ANLAM [türk. Alm. Bedeutung, sinn; fr. Sens, signification; ər.
ىٕعِ , osm. tr. mana] – məna, sözün mənası. Bir sözün, kəlmənin, təyin etdiyi, düşündürdüyü şeydir. Yaxud gerçəkliyin mənimsənilməsini şüura xas olan və predmetin mənaca məzmu- nunun açılmasını və yenidən canlandırılmasını ifadə edən forması. Türkcədir, dilimizdə daha çox bu terminin ərəbcə versi- yası olan məna sözündən istifadə edirik.
ANLAMA [alm. Verstehen; fr. Verstehen; os. tr. idrak; ər. نسد]
— Anlayış idrakın, dilin tətbiqi ilə bağlı pilləsində aləmin iniaks formalarından biri, predmet və hadisələri ümumiləş- dirməyin forması. Anlama və anlamlardan çıxarılan mənalar həm məcazi, həm də həqiqi ola bilər. Dilçilər bəzən anlamanın tərifini belər verirlər: ―Ağlımıza gələn ilk mənadır‖. Anlamanın vasitə- çiliyi sadəcə sözlərlə olmur, hiss üzvləri ilə, əqli qabiliyyətlə də mümkündür.
ANTAQONİST [ru. Антогонист; yun. Antagonistes – düşmən] ictimai inkişaf ziddiyyətlərinin keyfiyyətcə müxtəlif tipləri
. Antoqonizm isə bir-birinə tam ziddiyət deməkdir. Məsələn, fəhlə sinifi ilə burjuaziyanın münasibəti, ya da liberalizm ilə totalitarizmin münasibəti.
ANTROPOMORFİZM [alm. Anthropomorprhismus; fr. Anthropomorphisme; ing. Anthropomorphism; yun. Anthropos – insan, morphe – forma; osm. tr. müşebbihe; ər.
خٙجشِ] – insane xüsusiyətləri başqa bir varlığa, xüusilə də Tanrıya aid edilməsi.
ANTROPOLOGİYA [alm. Anthropologie; fr. Anthropogie; ing. Anthropology; yun. Anthropos – insan, logos – elm; osm. tr. beşeriyet; ər.
خٍٔؤغٔإ] – canlı varlıq olaraq insanı və onun tarixin müxtəlif ictimai iqtisadi formasiyalarında inkişaf tarixini araşdıran təbiət elmidir. Fəlsəfədə mövzusu sırf insan olan elmdir. Konkret həyatı və həqiqətdəki yeri baxımından insanın özü və özünün quruluşu haqqında fəlsəfi elmi təlimdir.
ANTİK e.ə. VII əsrin sonundan qədim yunan quldarlıq cəmiy- yətində, e. ə. II əsrdən başlayaraq eramızın VI əsrinin əvvəllə- rinədək Qədim Roma quldarlıq cəmiyyətində inkişaf etdirilmiş fəlsəfi təlimlərin məcmusu. "
Antik fəlsəfə" anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur, bu səbəbdən bu ölkələrin fəlsəfəsi aid olduqları bölgələrinin adı ilə deyil məhz bu terminlə ifadə edilirdi. Fəlsəfədə antik dövr təxmini olaraq er.əv. VII və b.er. VI əsrlərini əhatə edir. Termin olaraq isə yunancaya məxsusdur, lakin avropada isə adətə bu söz
ancient olaraq məlumdur.
ANTİLOGİZM [yun. Anti — əksinə, logos – zəka] məntiqin düsturu olub qəti sillogizmin mühakimələrinin onun nəticəsinin inkarı ilə bir araya gəlməməsini ifadə edir.
Anti şəkilçisi dilimizdə mövcud olan ön çəkilçilərdən hesab olunur. Azərbaycan dilində
na, bi, la, anti, a və s. Kəliçilər mövcuddur ki, bunlar da əsasən ya ərəb-fars mənşəli, yaxud da Avropalı mənşəli şəkilçilər olaraq məlumdur.
Anti şəkilçisi sözlərin qarşısında gəldikdə sözə adətən əks anlam verir.
ANTİNOMİYA [yun. Antinomia – qanunda ziddiyyət] – mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış hökmün meydana gəlməsi. Misal üçün, Semantik anti- nomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.
ANTİSİPASİYA [lat. Anticipo – qabaqcadan duyuram, ürə- yimə damır] – qabaqgörənlik, bir şey haqqında qabaqcadan yaran- mış təsəvvür. Hadisənin gedişatını qabaqcadan xəbər vermək.
ANTİTEZİS [yun.] fəlsəfi məntiqdə inkişaf prosesində əsas müddəanın inkarı; tezisə qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. Bax: triada – tezis, antitezis, sintez. Tezis irəli sürülən müddəadırsa, antitezis bu iddianın qarşı- sına irəli sürülən fikir, iddiadır.
ANTROPOGENEZ [yun. Anthoropos] – insanın ictimai varlıq kimi meydana gəlməsi və inkişafı prosesinə deyilir. Yunan- cada anthoropos – insan və genesis – mənşə mənalarını ifadə edir.
ANTROPOLOGIZM [ing. Antropologism; yun. Anthoropos - insan logos – təlim, söz] materializmdə insanın təbiətin ən yüksək və kamil məhsulu olması haqqında dünyagörüşü forması; bu dünyagörüşünə görə insanı yaxından dərk edib qavraya bilsək elə təbiətdə mövcud olan sirli – soraqlı məsələləri də açıb ortaya qoya bilər, onlardan agah ola bilərik, çünki insanın cismani fəaliyyətinin üzvi vəhdətində təbiətin bütün məhsuldar qüvvələri iştirak edir.
ANTROPOMORFİZM [yun. Anthropos – insan, morphe – forma] – insana xas olan xassə və xususiyyətlərin xarici təbiət qüvvələrinə köçürülməsi və bunların uydurma əfsanəvi varlıqlara [allahlara, ruhlara və s.] aid edilməsi. Termin olaraq
antroporfizmə uyğundur. Ən əski dinlərdən müasir səmavi din- lərə qədər gəlib çatmışdır.
ANTROPOSOSİOLOGİYA – antropologiya elminin məlu- matlarını təhrif edərək ayrı-ayrı adamların və onların qruplarının sosial vəziyyətlərinin insanın anatomik-fizioloji əlamətləri ilə bilavasitə əlaqəsini müəyyən edən və bu əsasda da ictimai hadisələri nəzərdən keçirən sosioloji nəzəriyyə.
ANTROPOSOFİYA [yun. Anthoropos – insan, sophia – müdriklik] – mistik dekadentçilik təlimi, teosofiyanın forma- larından biri.
APORİA [alm
. = fr
. Aporie; ing. Aporia; yun. Aporia; a = sız, poros = yol, körpü, çıxış; ər. حنؤغي لؤح متؤل شُغ]. Bir məsələdə ortaya çıxan problemin həllinin tapıla bilməməsi vəziyyəti, çıxış yolunun olmaması. Ümumiyyətlə natiqin mövzunun hansı istiqamətindən getməsi lazım gəldiyini, mövzuya haradan başlanıb harada qurtaracağı, nə deyiləcəyi haqqında yolunu itirdiyi vəziyyətin adı olaraq ya da natiqin nə söyləyəcəyini yaxud nə düşünəcəyini bilmədiyi bir vəziyyətdə müraciət etdiyi, ümumiyyətlə ediləsi şübhə ifadəsi olaraq təyin olunar.
APATİYA [yun. Apatheia] – laqeydlik vəziyyəti, müəyyən hərəkətlərə meylin, istəyin olmaması. Çox vaxt ali sinir fəaliy- yətinin pozulması nəticəsində olur. Yunan dilindən tərcümədə ehtirasızlıq, hissizlik kimi tərcümə olunur. Apatiya şəxsdə hər hansı bir hadisə nəticəsində ortaya çıxa bilər, yaxud bu duyğu- suzluq vəziyyəti onda fitrətən mövcud ola bilər. Psixologiyada çox işlənən bir termin kimi apatiya adətən sinir fəaliyyətinin pozulması olaraq xarakterizə edilir. Stoiklərdə çox rast gələn bir hal olaraq, Şərq dini fəlsəfi baxışları, xüsusilə mütləq sükunətin insan ruhunun yüksək halı olan nirvana haqqında buddizm və caynizm təlimləri təsir göstərmişdir.
APEYRON [yun.apeyron] – əbədi hərəkətdə olan, sonsuz, qeyri-müəyyən, keyfiyyətsiz materiyanı ifadə etmək üçün Anaksimandrın tətbiq etdiyi anlayış. Yunan dilindən Avropa dillərinə keçmişdir, hərfi mənada sonsuz, hüdudsuz deməkdir.
APODEYTİKA [yun. Apodeiktikos] – qəti sübut olunan şey, mütləq səhih biliyi ifadə etmək üçün anlayış. Yunan dilindən dili- mizə hərfi tərcümədə inandırıcı mənasına uyğun gəlir.
APOLOGETİKA [yun. Apologetikos —
ἀπολογία – müdafiə edən] – teologiyanın bir sahəsi. Termin öz başlanğıcını qədim yunancadan götürmüşdür. Lakin daha sonralar apologetiklər xristianlıqda da mövcud olmuşlar və indi bu termin daha çox xristianlıqda müdafiə mövqeyindən çıxış edənlər kimi bir anlam qazan- mışdır.
APORİYA [ing. Apory; yun. Aporia] çətin vəziyyət. Yunancadan avropa dillərinə keçmişdir. Çətin həll olunan problemi ifadə etmək üçün qədim yunan fəlsəfəsində işlədilən anlayış anlamını verir.
APOSTERİORİ [lat. a posteriori] aprioridən fərqli olaraq, təcrübədən alınmış biliyi ifadə edən termin. ―Sonradan gələn‖ mənasındakı latın dilindən keçmə fəlsəfi anlayış. Tez-tez ―sonra- dan gələn‖ məlumat mənasında istifadə edilər və təcrübə, hisslərlə əldə edilən məlumatı ifadə edər. Klassik alman filosofu Kantdan sonra məlumat fəlsəfəsindəki təməl anlayışlardan birini meydana gətirır.
APPERSEPSİYA [lat. ad-doğru, perseptio qavrayış] – hər bir yeni qavrayışın insanın əvvəlki həyat təcrübəsindən və qavrayış anında onun psixi vəziyyətindən asılılığı.
APRİORİ [alm.=fr.=ing. A priori; lat. A priori — əvvəldən, əvvəlcədən olan; osm. tr. kabli] – Təcrübədən asılı olmayan, amma təcrübəylə canlandırılabilən, şüuruna varıla bilən bilik. Apriori bilik təcrübəsindən kənarda qalan biliyin doğru qəbul edilməsidir. Hər cürə təcrübədən əvvəl, yalnız ağıla əsaslanaraq qəbul olunan, əvvəlcədən mənimsənilən, qanunlardan çıxarılan sırf teorik anlamda qəbul edilə bilən. İdealist fəlsəfədə termin, aposterioridən fərqli olaraq təcrübədən əvvəl və təcrübədən asılı olmadan əldə edilən və başlanğıc şüura xas biliyi ifadə edir.
APROBASİYA – nəzəri olaraq qurulmuş metodların, hesabla- maların, xüsusilədə iqtisadi olaraq proqnozlaşdırılmış modellərin təcrübədə, həqiqi həyatda sınaqdan keçirilməsi. Aprobativ etika [lat. approbatio – bəyənilmə] – əxlaq haqqında idealist nəzəriy- yədir. – siyasi qərarları qəbul edənlərin qarşılıqlı bərabərliyinin qorunması.
ARXETİP [alm. Archetyp; fr. Archètype; ing. Archetyp; yun. Arkhè-typos; osm. tr. enmuzec-i evvel] – hər şeyin ona görə həyata keçirildiyi düşünülən əsas ideya. Mundus archetypus: həqiqət dünyasında hər şeyin onlara görə həyata keçirildiyi ideyalar, ilk prinsiplər dünyası.
ARI [Arık] 1- Saf, arı, arınmış 2- irmaq, dərə. Tarix boyu bəzi millətlər və xalqlar öz millətinin saflığı, təmizliyi və qarışıqsızlığı ideyasını əllərində bayraq tutaraq irqin ariliyi nəzəriyyəsindən mənfəətlərinə uyğun faydalanmışlar.
ARPA — əski türkcədə sehr, tilsim, şamanist ənənələrdə qamların oxuduğu dua deməkdir.
ARVİŞ – sehr, tilsimli, sirli hal və xüsusiyyətlər, türkcədir.
ARQUMENT [alm.=fr.=ing. Argument; lat. Argumentum; osm. tr. delil; ər. مُند; tr. Kanıt] – gətirilən dəlilin əsası. Nəyinsə tərifinin sübutunun əsasında dayanan şey. Hər hansı bir tərifin əsaslandığı yaxud onun doğru və yaxud yalnış olduğunu ortaya qoyan prinsip. Əsası latıncadan götürülmüşdür. Arguere – göstər- mək, tanıtmaq, açıqlamaq mənalarını verir. Dilimizdə daha çox ərəbcədən keçmə dəlil ifadəsi işlənir. Misal üçün; Məsələni aydın- laşdırmaq üçün daha əsaslı bir arqument gətir. Yaxud; gətirdiyiniz arqumentlər kifayət etmir, daha açıq bir dəlilə ehtiyac var.
ASSIMILYASIYA (ing. assimliation) – qarşılıqlı mənəvi nüfuzetmə. Assimliyasiya müxtəlif elm sahələrində mövcuddur. Belə ki, istər dilçilikdə, istər biologiyada, istərsə də sosiologiyada assimliyasiya aid olduğu elmin xarakterik xüsusiyyətlərinə və tədqiqi metodologiyasına tabe olaraq özünəməxsus anlamlar ifadə edir.
ASKETİZM [alm. Askese, asketik; fr. Ascetisme; ing. Ascetism; osm. tr. zühdiyye; yun. Askein den – məşq edirəm] 1. Ümumi olaraq ənənəvi, ayinlərdə təbii fəaliyyətləri, hissi-yyatları imkan olduğu qədər azaltmağa çalışmaq şərtilə özünün və nəfsinin öhdəsindən gəlmə vərdişlərinin aşılanmsı. Asketizmi bəzən dünyəvi olanlardan uzaqlaşmaq kimi də xarakterizə edirlər. Asketik həyat formasını sufizmlə eyniləşdirənlər də vardır.
ASSOSİASİYA [ing. Assosiation; lat.associatio – birləşmə; osm. tr. ittifak; ər.
قبفرإ] – birləşmə, əlaqələnmə və s. Tamın hissə- ləri arasında olan bağllılıq, əlaqələnmə, birləşmə və s. Müasir anlamda assosiasiyalar qruplaşmış birliklər, ittifaqlar, təşkilatlar mənasında işlədilir.
ASTRONOMİYA [ing. Astronomy; fr. Astronomi; yun. Astron+nomos;
ٍُع َٛجٌٕآ] – göy cisimləri, onların sistemləri və kosmik materiyanın başqa formalarının vəziyyəti, hərəkəti, quru- luşu və inkişafı haqqında elm. Yunancada astron ulduz, nomos isə qanun, qayda deməkdir. Astronomiya elmi Şərqdə özünəməxsus adla nücum elmi adlandırılmışdır. Nücum hərfi mənada ulduzlar deməkdir. Bu elm qədimdən bəzi xalqlarda tayfalarda mövcud olmuşdur.
ATARAKSİYA [alm. Ataraxie; fr. Ataraxie; ing. Ataraxia; yun. Ataraksia; osm. tr. itminan – i nefs; yun. Atarakia – təmkin- lilik] – ruhi rahatlıq və sakitlik vəziyyəti, bəzi qədim yunan filosoflarının fikrincə ataraktiv hala mütəfəkkir, dühalar, sufilər nail ola bilir. Xüsusilə də, Stoa fəlsəfəsində insanın davranışları ilə psixoloji təlimin məqsədi, ideyası olaraq ortaya çıxan və mütləq yaxşı olaraq xarakterizə edilən ruhi hüzur, sakinlik, dərd- lərdən arınmış olma halı. Ataraktiv vəziyyət günümüzdə daha çox sufilərin asketik hallarına bənzəyir. Belə ki, bütün bu hal və məziyyətlər əslində insan ruhunun maddi olanlardan arınaraq onlardan üstün olan, onların fövqündə dayanan ruhi halları kəsb etmədir. Yalnız bu formada insan özünün daxili məninə təskinlik verir və maddi gərginliklərdən və sıxıntılardan xilas olur. Bu və ya bu qəbildən olan təcrübə halları, psixoloji təlimlər həm islamda, həm digər səmavi dinlərdə, eləcə də qeyri-səmavi dinlərdə də müxtəlif dövrlərdə fərqli formalarda təzahür etmişdir.
ATEİZM [alm. Atheismus; fr. Ethèisme; ing. Atheism; yun. A-theos; tr. Tanrıtanımazçılık; ər. داهنإ] – Tanrını rədd etmək, təbiətdə və kainatda Tanrının rolunu danmaq. Sovet hakimiyyəti dövründə Sovet İttifaqına daxil olan ölkələrdə və kommunizmin hakim olduğu dövlətlərdə Marksizm – Leninizm fəlsəfəsi əsasın- da elmi ateizm geniş tədris edilirdi. Elmi ateizm Tanrının varlı- ğının təhrif edilməsi ideyasını elmi dəlillər və arqumentlərə dayanaraq əsaslandırırdı. Ərəbcədə isə daha çox ilhad termini işlədilir. Ateizm a – teos – yəni hərfi anlamda Tanrının inkarı deməkdir. Bu cür baxışlar sistemi sadəcə islamdan, xristinalıqdan və yəhudilikdən bizə məlum olan Tanrı anlayışını deyil, hər növ dini iman və etiqadi sistemlərdə Tanrı və Tanrı adına olan hər varlığı inkar edir.
ATƏŞGAH – atəşpərəst məbədi, ibadətgah. Sözün sonuna artırılan atəş+gah şəkilçisi fasrcada yer və məkan bildirir. Misal üçün xanəgah, ibadətgah və s.
Atəşgah sözünün özündən də göründüyü kimi bu məbəddə əsas olan od, alov olmuşdur. İndi də dünyanın fərqli yerlərində mövcud olan atəşgahlarda insanlar toplaşaraq oda, alova sitayiş edirdilər. Azərbaycanda da zərdüştlərin qədim sitayiş yerləri olan atəşgahlar tarixi abidələr kimi qorunub saxlanılır.
ATOM [alm. Atom; fr. Atome, ing. Yun. A-tomos; osm. tr. cüz-i fərt; ər.
حسّ ص] – bölünməyən, parçalanmayan. Qədim dövrdən bəri mütəfəkkirləri, filosofları düşündürən əsas məsələlərdən biri də təbiətin ən kiçik bölünməyən parçası, hissəsi olmuşdur. Antik yunan filosofları bunlara a-tomos [bölünməyən, parçalanmayan] deyirdilər. Daha sonraları atomlar maddənin ən kiçik bölünməz zərrəcikləri kimi xarakterizə edilirdi. Bu ideyanın əsasını qoyan filosof alim isə Jon Dalton olmuşdur. Bu təlim elmdə
atomistika [alm. Atomismus; fr. Atomisme; ing. Atomism. osm. tr. cüz-i fərdiyyə. ər.
خٍذشف ﺀضﺟ] kimi məşhur idi.
ATRİBUT [alm.=fr. Attribut; ing. Attribute; osm. tr. sıfat, sıfat-i zatiye; lat. attribuo; ər.
خفص خٍرآص; tr. öznitelik] – qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada verirəm, bəxş edirəm deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz.
ATA – ata, ulu əcdad, bilgə. Əski bir kəlmə olub, qədim oğuz dilindən bu yana işlədilməkdədir. Valideyn mənasında çox işlənir. Lakin fərqli anlamlarda da daşıyır. Misal üçün; ulu, hörmətə layiq insan, dədə, baba mənasında, ad və soyadın bağlandığı əcdad yaxud da bilgə, mütəfəkkir mənalarını verir.
ATAHAN – qurucu, böyük. Ata+han sözlərinin kombinasi- yasından yaranmışdır. Əski türklərdə atahan deyimi əsasən dövlətin ilk qurucusuna deyilirdi, çünki bəzən dövlət onun adı ilə adlandırılırdı. Misal üçün; Osmanlı dövləti – Osman; Teymurilər Dövləti – Əmir Teymur və s.
ATALAY — məşhur olan adam. Bəzi qədim türkcəni araşdıran tədqiqatlarda bu sözün əslində Atillanın adından atilay şəklində törədiyini iddia edənlər var. Hərfi anlamda isə məşhur olmuş,ortaya çıxmış, öz cəsarəti və şücaətinə görə fərqlənmiş şəxslərə şamil edilirdi.
ATASAGUN – ulu həkim. Ata+saqun sözlərinin kombina- siyasından əmələ gəlmişdir. Saqun şamanist təlimlərdə ən yaxşı özünü göstərən fərqlənən qamlar üçün işlədilirdi. Hərfi anlamda ən yaxşı müalicə edən, dərdə dərman edən adam deməkdir.
AVERROİZM – Orta əsrlərdə Qərbdə ortaya çıxmış fəlsəfi təlim. Sözün kökündə dayanan Averroes müsəlman aləmində İbn Rüşd kimi tanınır. Orta əsr fəlsəfəsində İbn Rüşdün ideyalarını tədris edən və yayanlara averroistlər adını verirdilər. Qərbin ənə- nəvi kilsə fəlsəfəsi Orta əsrlər Avropa Universitetlərinə nüfuz edən və tədris edilən averroizmin qarşısını alır, bu təlimin ardıcılını isə lənətləyib yandırırdılar.
AVESTA – Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Bəzi tədqiqatlara görə bu kitab Makedoniyalı İsgəndərin səfəri əsna- sında onun tərəfindən yararlı hesab edilməmiş və yandırılmışdır. Tarixçilər Avestanın inək dərilərinə yazıldığını iddia edirlər. Lakin sonrada onun vedalar adlanan müxtəlif parçaları bərpa edilmişdir.
AVROPASENTRİZM (ing. Europecentrism; ru. Европасентризм) – avropasayağılıq. Sözün kökündən də görün- düyü kimi, bu dünyagörüşü formasında Avropa elmi-mədəni məkan olaraq önə çəkilir. Tarixi etibarı ilə daha müasir olan bu təlimdə cəmiyyətdə mövcud olan bütün yaxşı dəyərlərin, elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və s. Avropadan qaynaq- landığı və ya oradan təsirləndiyi qeyd olunur.
AVTOXTONLUQ (yun. Autochthon; ru – ) – yaxud aborigenlik; bir xalqın, yaxud millətin hər hansı bir yerə, bölgəyə, regiona aid olması, yerli əhali hesab edilməsi.
AVTONOMİYA [yun. auto – öz və nomos] – yunancadan digər Avropa dillərinə keçən bu terminin hərfi mənası özünü idarə etmə deməkdir. Termnin ingiliscədən dilimizə bir mənası da
autonomous — muxtariyyət anlamındadır.
AVTORİTARİZM – Latın dilində təşəbbüsçü, müəllif bani yaradıcı və s.mənaları verən avtoritarlıq qeyri-demokratik rejimləri və onlara uyğun olan siyasi şüur formalarını ifadə etmək üçün işlədilir.Avtoritarizm nəzəriyyəsi XIX əsrin başlanğıcında J.de Mentr və L.de Bonald kimi ulturamühafizəkar nəzəriyyəçilər tərəfindən işlənib hazırlanmışdır. (Fransa inqilabına və sosialist hərakatına cavab olaraq ).
AVTORİTET [ lat. Autoritas – ləyaqət, qüvvə, hakimiyyət] termin olaraq nüfuz, etibar, səlahiyyət və s. Anlamlar ifadə edir. Misal üçün,
Avtoritet qazanmaq. Avtoritetdən düşmək. Nüfuzlu adam.
AZADLIQ [alm. Freiheit; fr. Libertè; ing. Liberty, freedom; lat. Libertas; osm. tr. hürriyet; ər. حَّشّ ح] – bağlı olmamaq, kiminsə təsiri altında qalmamaq, məcbur edilməmək, hər növ xarici istəkdən arınmış olmaq. Fəlsəfi anlayış; insanların idrak və zərurətə yiyələnməsi vasitəsi ilə nail olduğu real sərbəstlik. Azadlıq anarxiya və hərcmərclikdən ciddi şəkildə fərqlənir. Azad- lığın əsasında demokratizm və humanizm dayanmırsa azadlıq başıpozuqluğa və hərcmərcliyə çevrilir. Dilimizdə azadlıqla yanaşı hürriyyət terminindən də istifadə edilirdi. Misal üçün; hürr insan = azad insan.
AVVAM [وىا] – kütlə, insan təbəqəsi, avamlar. Ərəbcədə avvam adlandırılan bu insan təbəqəsi guya Haqdan xüsusi bilik, işarə, yaxud zəka almamışlar. Bu səbəbdən onlar sözlərin daxilinə nüfuz edə bilmir, onlar ancaq hərfi anlamda qəbul edirlər.
AYƏ [حُآ] – ayə. ərəbcədən hərfi mənası ―işarə‖, ―əlamət‖ deməkdir. Qurani Kərimin surələri təşkil edən cümlələrə ayə deyilir. Allahın varlığını və peyğəmbərlərin peyğəmbərliyini təsdiq etmək üçün göstərilən möcüzələrə də ayə deyilir.
ARXETİP [ing. Archetype; yun. Archetupos] – ideya yaxud ilkin başlanğıc. Antik fəlsəfənin sonlarında timsal, ideya. Yunancada arche – başlanğıc, əvvəl, tupos – forma, nümunə demək idi.
AFFEKT [ing. Affect; lat. affectus] – ruhi həyəcan. İnsanın hallardan və ehtirasdan [hissdən] fərqli olaraq güclü, gərgin ola- raq baş verən və nisbətən qısa müddətli olan emosional həyəcanı, qəzəbi, dəhşəti və s. Affekt kəskin ifadəli hərəkətlərlə [spesifik mimika və əl hərəkətləri] və səs reaksiyaları [ağlama, qışqırıq] ilə də müşayiət olunur.
AYAN-ı s
abitə [ٌاُػْ أ حرتاع] – sabit olan varlıqlar. Əyan sözünün kökündə dayanan eyn [ٍُػ] kəlməsinin hərfi mənaları göz, nəzər, bulaq, mənbə və s. dir. Müsəlman Şərqi fəlsəfəsində zatı mümkün olan varlıqların Allahın elmindəki həqiqətləri əyani sabitələrdir.
AFFITSİRLƏŞMƏ [lat. Afficere; es. Tr. Sebebiyet; ər.
خججع] səbəbi olma. Qərb filosofu Kant tərəfindən ortaya çıxarılan və onun fəlsəfəsində işlək bir söz olan bu termin məna olaraq predmetin hiss üzvlərinə təsir etmə qabiliyyətini ifadə edir.
AKÇORA – Yaxşılıq mələyi. Ak və çora sözlərinin birləşmə- sindən əmələ gəlmişdir. Şamanizmdə daha çox təsadüf olunur. Şamanist adət ənələrdə akçora xeyir gətirən mələk kimi xarak- terizə edilirdi.
AKSİOM [alm. Axiom; fr. Axiome; ing. Axiom; yun. Axiama. osm. tr. mütearife; ər. ] dəlilə ehtiyac olmadan qəbul edilən müddəadır. Aksiomlar irəli sürülən elə təkliflərdir ki, onların düzgünlüyü, dəqiqliyi müzakirə mövzusu deyil. Aksi- omlar adətən məlum həqiqətlər olur. Adətən riyaziyyata hər hansı bir yeni bölmə və ya anlayış daxil edildikdə bu yeni bölmə bir sıra qəbul edilmiş mülahizələr əsasında qurulur. Belə mülahizələr sis- tem daxilində aksiom adlanır.
AVAR – Heybətlilik, inadkarlıq. Əski türkcədə abar şəklində işlənilirdi. Bu sözdən törəyən abartmaq, abartı ifadəsi də mövcud- dur. Abartmaq – nəyisə şişirtmək. Mübaliğə etmək deməkdir. Avar adında xalq da mövcuddur.
AYIRD – Fərq, müxtəliflik. Dilimizdə hazırda ayırd etmək ifadəsi mövcuddur.
B
BACARIQ [alm. Vernögen; fr. Facultè; ing. Faculty; lat. Facultas; osm. tr. meleke; ər.
خٍٍّثبل] – insanda var olan bir şeyi edə bilmə gücü, qabiliyyəti. Bacarıq əski türkcədəki beceri sözündən qaynaqlanır.
BAĞIMSIZ – Müstəqil. Türk mənşəli qədim sözdür. Bağlı olmayan, özgür, müstəqil deməkdir. Bağı, əlaqəsi olmayan, bağla- rından xilas olmuş anlamına gəlir.
BARIŞ – Sülh, sükunət və s. anlamlara gəlir. Türk mənşəli qədim sözdür. Varış, gediş, gedişat; Sukunət, sülh; Sərvət, xəzinə mənalarını da verir.
BAY – varlıq, zənginlik. Türk mənşəli qədim sözdür. Varlıq, zənginlik, ərlik, üstünlük, bolluq sözlərinin mahiyyətini ifadə edir. Türk adlarının vacib birləşmələrindən başqa sözlərlə istifadə olu- na bilən, işlədilən kəlməni tamamlayıb, gücləndirən, həm əvvəli- nə, həm də sonuna əlavə olunan ad.
BƏY – Əski türkçdə beğ işlədilirdi. Bəy, ərlik, güc, idarəedici yığıcılıq, liderlik, nəcabətlik və s. mənaları verir.
BENGI: Türk mənşəli qədim sözdür. Bengü, mengü – sonsuz, sonsuzluq, əbədiyyət, əbədi.
BİLGƏ: Türk mənşəli qədim sözdür. Bilgili, filosof, alim, bilgin, ulu kişi deməkdir. Sözün kökü bil-dir. Bilgin isə türk. Elm adamı, filosof, mürdik insan deməkdir.
BİRLİK [alm. Einheit; fr. Unitè; ing. Unity; lat. Unitas = unus - bir; tr. vahdet; ər.
حذدٚ]. Çoxluğun birliyi [buna bəzən kəsrət də deyilir] yaxud da birlik halında olan çoxluq. Özündə çoxluğu və bölünməzliyi də əhatə edən sırf bütün. Birlik müxtəlif formalarda və müxtəlif anlamlarda təzahür edə bilər. Məsələn, məntiqi birlik, fikir birliyi, kateqorial anlamda birlik – vəhdət, transandent-spekulyativ birlik və s. Kəlmə olaraq türk dilinə məxsusdur və müasir Azərbaycan dilində də həm fəlsəfi anlamda, həm də çox işlək söz kimi ittifaq mənasında geniş işlənir. Birlik terminini vəhdət mənasında filosoflar çox işlətmişlər. Varlığının birliyi, yaxud, vəhdəti mənasında İslam mədəni bölgəsi fəlsəfə- sində, Plotində hər növ müxtəlifliyi əhatə edən mənasında və Spinozada bütünlük mənasında işlənmişdir.
BİOLOGİZM [alm. Biologismus; fr. biologisme]. Həqiqəti tək tərəfli olaraq ancaq bioloji baxımdan tədqiq edən təbii, dialek- tik həyatın anlamlarını digər real sahələrə də tətbiq edən dünya- görüş.
BİTİM – Türk mənşəli qədim sözdür. Qayə, hədəf, ideya deməkdir.
BOYDA[ğ] – Türk mənşəli qədim sözdür. Mücərrəd, absurd mənalarını verir.
BÜYÜ – Türk mənşəli qədim sözdür. Sehir, gizlinlərdən, qeybi olanlardan xəbərdar olmağa, agah olmağa deyilir.
BABUVİZM – XVIII əsrdə Fransada ―Bərabərlik Respub- likası‖ – vahid mərkəzdən idarə edilən, vahid, ümummilli kommuna uğrunda aparılan inqilabi hərəkat.
BAĞ [Alm. Relation, Beziehung, fr., ing. Relation; lat. Relatio; ər.
خمﻼع] – bağ, əlaqə. əski türkçədir. Hər hansı bir düşüncə çərçivəsində arxa-arxaya sıralanaraq gələn iki və ya daha artıq şey arasında var olan birlik, vəhdət, əlaqə, və s.şeylər
. Aristotel bağı on kateqoriyadan biri hesab edirdi. Filosofa görə bir başqa şeylə əlaqədə qavranılan şeydir.
BAZİS və ustqurum – Hər bir ictimai-iqtisadi formasiyanın struktur ünsürlərini səciyyələndirən kateqoriyalar. Marksizm – Leninizm nəzəriyyəsində geniş şəkildə öz əksini tapmış- dır. ə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.
BƏRABƏRLİK [alm. Gleischeit; fr. Ègalitè; fr. Equality; lat. Aequalitas; ər.
داٚبغِ ; tr. eşitlik] – Eyni zaman kəsiyində eyni xüsusiyyətlərə malik olma. Cəmiyyətdə insanların bərabər vəziy- yətdə olduqlarını ifadə edən anlayış, lakin müxtəlif tarixi dövr- lərdə və müxtəlif siniflərdə ayrı-ayrı məzmuna malik olur. Buna ictimai bərabərlik deyilir. Bundan başqa siyasi bərabərlik də möv- cuddur. Ölkənin idarəsində iştirak etməyə hamının eyni siyasi hüquqa malik olmasına deyilir. İmkan bərabərliyi isə fərdlərə mümkün mərtəbədə özlərini inkişaf etdirmələri yaxud istək və planlarını həyata keçirə bilmələri üçün eyni imkanların təmin edilməsidir.
BƏRTƏRƏFLİLİK [alm. Athebuag – ləğv etmə, kənar etmə, qoruyub saxlama]. – kənarlaşdırma, uzaqlaşdırma, aradan götürmək. Hegel fəlsəfəsində geniş işlədilən termindir. Dilimizdə nadirən işlədilən bir kəlmə olaraq daha çox uzaqlaşdırma anlamında işlənir.
BƏHANƏ — digər hadisələrin baş verməsi üçün sövqedici təkan kimi çıxış edən xarici, çox vaxt təsadüfi hadisə, vəziyyət. Fars dilindən keçmə sözü olub dilimizdə geniş işlədilməkdədir. Misal üçün; bəhanə gətirmək və s.
BƏŞƏRİYYƏT (ing. Humanity; os. Tr. beşeriyet; tr. insanlık; ər. حَّششت)
– insanlıq. Ərəbcədən keçə söz olan bəşəriyyətin həm yer üzündə yaşayan insanların məcmusu mənasında, həm də insanların dünyanın müxtəlif ölkələri, xalqları arasında iqtisadi və digər əlaqələrin ümumiliyinin formalaşması gedişində təşəkkül tapan tarixi birliyi mənasında çıxış edir.
BİHEVİORİZM [ing. Behaviour+ism] – düzgün davranış. Müasir psixologiyada geniş yayılmış cərəyanlardan biri. Əxlaq- dan qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi təlimdir.
BİLİK [alm. Erkenntnis; fr. Connaissance; ing. Knowledge, cognition; lat. Cognitio; osm. tr. Marifet, malumat; ər.
,حفشؼي خايىهؼي] – bilinən, məlum olan şey, bilmək fəaliyyətinin yaxud prosesinin nəticəsi. Fəlsəfədə nəyinsə bir şey olaraq qavranıl- masıdır və müxtəlif formalarda özünü göstərir. Filosoflar əsrlər- dən bəri biliyin – qavranılan şeyin rasional yaxud irrasional olma- sı barəsində iki fərqli görüş üzərində dayanırlar. Rasional şüurla varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut edi- ləndirsə, irrasional isə daha çox insanlarda ruhi-mənəvi hadisə- lərin nəticəsi olaraq ortaya çıxan məfhumdur. Bilik yaxud məlu- mat əlaqəsi bilinənlə bilən arasında təzahür edən əlaqəyə, bağa deyirlər. Biliyin meydana gəlməsi isə bilinənin biləndə bilmə fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün, fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat – informasiyanın başqasına müxtəlif vasitələrlə ötürülməsidir. Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənir-
- Əslində mərifət sözü biılik sözünün ərəB dilindəki ekvivalentidir və ərəfə felindən [فشػ] törəmişdir. Mərifət sözü onun məsdəridir. Sufi terminologiyasında mərifət əhli birləşməsi də işlənilir. Bundan başqa bilik nəzəriyyəsi [alm. Erkenntnistheorie;fr. Theorie de la connaissance, gnoseologie, ing. Theory of knowledge, epistemology; osm. tr. marifet nazeriyesi; حفشؼي حَشظَ] ifadəsi də mövcuddur. Bilik problemi [Alm. Erkenntnisproblem;ər. حهكشي حفشؼًنآ] – bilmənin mahiyyəti, ortaya çıxması və olması ehtimalına aid olan bütün problemlər bütününə deyilir. Bu problem siyasi, ictimai, maddi və ya mənəvi ola bilər. Biliyin qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.
BUDDİZM – Etiqad edənlərin sayına görə dünya ən böyük- qeyri-ilahi mənşəli dinlərindən biridir; istəklərdən imtina etmək yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı təbliğ edən din. Buddizmdə digər səmavi dinlərdə olan xüsusi ayinlərə, rutuellərə bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur. Sözün kökündə dayanan Budda kəlməsi sözü gedən dinlərdə Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sistemi- nin əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.
BURJUAZİYA [fr. Bourgeoisie – son. Lat. burgus] Bəşəriy- yətin inkişaf mərhələlərindən biri olan kapitalizm – ictimai, iqtisa- di formasiyalarının əsas siniflərindən biridir. Burjuaziya istehsal vasitələri üzərində mülkiyyətə malik olan təbəqədir. Marksizm – Leninizm fəlsəfəsində burjuaziya və fəhlə sinfi haqqında geniş məlumat verilməkdədir. Latın dilində
burgus möhkəmləndirilmiş şəhər anlamına gəlir. Sözün kökü buradan əmələ gəlmişdir, və dilimizdə avropa dillərinə uyğun biçimdə səslənməkdədir.
BÜROKRATİYA [fr. Bureau, idarə və yun.kratos – haki- miyyət] – bürokratiya, hakim təbəqə. Fransızcada
büro kəlməsi ilə latıncadakı
kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəm- ləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir.
BÜTPƏRƏSTLİK təbiətin cisim və əşyalarını ilahləşdirən, ibtidai dinlərin [animizm, fetişizm, totemizm, şamanizm və s.] zəminində yaranmış dini etiqad. Farscadan dilimizə keçmişdir. Bütə artırılan pərəsət şəkilçisi nəyəsə olan aludəçiliyi bildirir.
C
CAİZ [صﺋاﺟ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər
. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü dilimizdə daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan
cəzə [صاﺟ] felindən dilimizdə geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözü- nün feli IV babda
əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən
-ətun şəkilçisi dilimizə qısa
ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. idarətun – az. İdarə; ər. işarətun – az. İşarə və s.].
ÇAĞ – Əski türkcədir, müxtəlif mənaları vardır. 1-zaman, vaxt; 2- dövr, dövran; 3- su səsi, şırıltı.
ÇAĞIMDA – Yaradıcı, xaliq. Qədim oğuz dilindədir.
ÇAVUŞ – Bilgi verən, bilgi götürən, bilgi dağıdan [Çav...kö- künden], hazırda hərbi rütbə mənasını da bildirmək üçün işlədilir.
CAĞATAY – Fövqəlzaman. Çağ+atay. Qədim oğuz dillərində öz çağından, zəmanəsindən üstün olan uzaqgörənə deyilir.
CƏDƏL elmi [لذﺟ] – İslam mədəni bölgəsi fəlsəfəsində mü- səlman filosoflarının dialektikaya verdiyi addır. Daha ətraflı mə- lumat üçün bax:
Dilektika. Dilimizdə cədəl sözü fəlsəfi termin- dən izafə mabühisə, müzakirə kimi də başa düşülür. Daha çox orta əslərdə bu anlam
cəng-ü cədəl, yaxud cəng-ü cidal olaraq işlənirdi.
CƏVVAD [ذاوج
] – əli açıqlıq etməyi, sədəqə verməyi sevən kəs. Comərdlik, cəsarət və ərdəmlik kimi məziyyətləri özündə ehtiva edir. Dilimizdə bu termindən törəyən bir v ilə yazılan cavad sözü əslində ərəbəcədə təşdidlə [hərflərin ikiləşməsi – mi- sal üçün dəbbə, bəssə, qallə, mərra və s. ] yazılan v hərfinin Azər- baycanda daha əvvəllər mövcud olan əski əlifbalı sistemdə bir
v ilə oxunuşu formasında ortaya çıxmışdır.
CİLMAYA – at adı. Əski oğuz dilindədir. Türk mifologi- yasına görə əfsanəvi qanadlı atdır.
CİNS [alm. Gattung; fr. Genre; ing. Genus; yun. Genos; osm. tr. cins; ər. ظُﺟ] – bir – birinə yaxın növlərin əhatə olunduğu birlik. Bəzən isə öz içində növləri olan hər növ, o növlər üçün cinsə çevrilir. Lakin pilləvari nərdivanda ən sonda gələn növ cins ola bilməz. Orqanizmin doğub törəmə prosesilə bilavasitə bağlı olan və orqanizmlərin çoxunda kişi, və ya qadın fərdlərini ayırd etməyə imkan verən əlamətlərin məcmusu, habelə canlı vücud- ların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi cinsi. Qadın cinsi.
CİHAD [داهﺟ]– din uğrunda döyüş səfərbərliyi, fərqli məna- larda işlədilir. Bəzən insanın öz nəfsi ilə mübarizə aparmasına, nəfsin istək və arzularına boyun əyməməsinə də cihad deyilir. Ərəb dilli fəlsəfədə çox işlək bir ifadədir. İslam dininə aid olan bir termin kimi cihadı bəzən terror sözü ilə eyniləşdirirlər, lakin cihad terror deyil, insanları zülmdən qurtarmaqdır. Qanunsuz, silahlı birləşmələr bu ad altında cinayətlər törədərək, dünyada İslam barədə mənfi rəy formalaşdırır.
CİSİM [alm. Körper; fr. Corps; ing. Body; lat. Corpus; ər. ىغﺟ] — 1. şüur xaricində özbaşına müstəqil olaraq kainatda yer tu- tan hər hansı bir şey. 2. Fiziki baxımından götürdükdə isə bölünə bilən və yer tutma qabiliyyəti olan maddə. Cisim sözündən törə- yən. Cismani isə maddi olan, cismə yaxud bədənə aid olan deməkdir. Dilimizdə işlətdiyimiz cism sözü ərəbcədən bizə keçmədir. .ىغَ ﺟَ felinin [cəsəmə] məsdəridir. Bu feldən törəmə V babda təcəssəmə [
َُ غّ جَ َر] felinin məsdəri olan təcəssüm sözü də işlənir. Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, şey; fəzada ayrıca şey. Bərk cisimlər. Maye cisimlər. Cisimlərin düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar).
CÖVHƏR [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, hypokeimenon – altda var olan; osm. tr. cevher; ər.
ش ٘ٛﺟ] – yunan dilində
ausia – öz mənasında istifadə olunur. Cövhər – dəyişən əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa şeydə və ya bir başqa şeylə deyil də öz-özünə yer alan şeydir. Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun gəlir. Misal üçün
stul bir formadır, lakin onun əsası
taxtadır. Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta olması faktı əsla dəyişməz. Dəyişkən hallar və xüsusiyyətlərlə müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə deyil, öz-özülə var olan (fəlsəfi terminologiyaya aiddir). Cövhər kəlməsi ərəb mənşəlidir. Bu söz daha müasir variantda Qərb fəlsəfəsinə istinadla ―substansiya‖ termini ilə ifadə olunur. Şeyin mahiyyəti, onun əsası demək olan cövhər bütün xarakter və xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona əlavə olunan forma, tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə onlara
ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər, sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsul- la ayrılan yığcam məhlulu, şirəsinə də
cövhər deyilir. Daha ətraflı bax:
Substansiya.
CÜZ [زﺟ]– parça, hissə. Çoxluğun hissələrindən biri cüzdür. Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça. Ümumi mənada isə çoxluğun tərkib hissələrindən biri, yaxud onu təşkil edənlərdən biri deməkdir. Quran-i Kərimin bölünmüş surə- lərinə də cüz deyilir. Quran otuz cüzdən ibarətdir.
CÜZİ [alm. Partikular; fr. Particulier; ing. Particular; lat. Particularis; osm. tr. cüzi; ər.
يّ زﺟ] – məntiqdə bir növün bütün fərdlərinə az miqdarda olan, çoxluqla müqayisədə az olan, yaxud çoxluğun tamamına deyil, ancaq bir hissəsinə aid olan deməkdir. Cüz sözünün sonuna artırılan -i şəkilçisi ərəbcədən keçmədir. Bu şəkilçisi orijinal versiyasında əslində — iyyun formasındadır. Lakin bu dilimizə uzun səslənən i kimi transfer etmişdir. Bu ərəbcənin orfoepik qaydalarına uyğundur. [müqayisə et: mülki, cüzi, dövri, sətri, hissi və s.].
Cüzi iradə [alm. Willensfreiheit; fr. Libre arbitre; ing. Free will; lat. Liberum arbitrium; osm. tr. irade-i cüziye; tr.özgür istenç; ər. جدأسإ ءضﺟ] – insana məxsus azad iradə. İstəyin azad olması, nədənsə asılı olmaması insanın istək və qərar verə bilmək müstəqilliyi. Din fəlsəfəsində isə Tanrı istəyi [iradeyi külliyyə] qarşısında insanın istəyinin ortaya qoyur. Fəlsəfədə azadlıq kateqoriyası ilə eyni mənaya uyğun gəlir.
CAYNİZM Hind fəlsəfəsi və dininin e.ə. təqr. VI əsrdə mey- dana gəlmiş qeyri-ortodoksal sistemlərindən biri. Caynistlər Hindistanda xüsusi dini qrup təşkil edirdilər. Adın kökü Hindis- tandan gəlmədir. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar, Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 mil- yona çatır. Caynizm ―qalib‖ mənasında olan Cina və ya ―böyük qəhrəman‖ mənasında olan ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Caynizm doktrinası əsasən Tirtankara deyilən keçid edən, keçid tapan və yol göstərən olaraq Mahaviraya sitayişdir. Mahaviranın Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında oxşarlıqlar vardır.
CAN insanı var edən. Əski türkcədən gəlmədir. Ərəb dilli fəlsəfədə bu sözün qarşılığı olaraq hayy yaxud da ruh sözləri işlənir. Bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizmdə xüsusi qeyri- maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. Can insanı varlı tutan, diri saxlayandır.
CƏBƏRİLİK dini-fəlsəfi təlim. Qurana münasibətdə sifatilərə zidd mövqe tuturdu. Cəbəriliyin tərəfdarları iddia edirdilər ki, Allahın heç bir qədim atributu yoxdur, Quran isə sonradan yaradılmışdır. Cəbəri sözü hərfi anlamda məcburi deməkdir. Cəbərilik dini təlimi Allahı tanıdığı və onu qəbul etdiyi halda, onun atributlarını tanımır. Onlar Quranın vəhy vasitəsi ilə Məhəmməd peyğəmbərə endiyini qəbul etdiyi halda onun Məhəmməd (s.a.s) əsəri olduğunu təsdiq edirlər. Hədisləri isə sonralar yardılmış böyük vəlilərin və övliyaların əsəri hesab edirlər.
CƏMİYYƏT [alm. Gesselschaft; fr. Sociètè; ing. Society; lat. Societas; osm. tr. cemiyet; ər. حًُّﺟ] – şüurlu fərdlərdən və xüsusilə aralarında təşkilatlanma əlaqələri və qarşılıqlı əməllər olan insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a [غًﺟ] felidir, toplaşmaq, cəm olmaq, yığışmaq deməkdir. İnsan- ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu- su. Dar mənada ümumi, xüsusi və təkcə əlamətlərinin vəhdəti halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə kimi nəzərdən keçirilə bilər. Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. Bir yerə yığışan insanlara və dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan insanlara da camaat [حػايﺟ] – deyilir.
ÇEVRİLMƏ [alm. Genesis; fr. Devenir, genèse; ing. Becoming, genesis; lat. Fieri; in fiere – var olma; yun. Genesis; osm. tr. sayruret; tekevvün; tr. Oluş; ər.
حسٚشٍص] – dəyişmə, dönüşmə prosesi, belə vəziyyətdə bir haldan digər bir hala keçmə, yaxud imkandan reallığa keçid. Daimi olaraq dəyişmə prosesinə də çevrilmə deyilir.
D
DAOİZM ( Taosizm), Çin dilindən: pinyin: Daojia iki ayrı sözün Türkcədəki qarşılığı olaraq istifadə edilməkdədir. Daojiao Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, düşüncə məktəbini izah edir. Daonun qurduğu təlimə Daosizm deyilirdi. Daoriszm dao və yaxud ―yollar‖ haqqında təlim; e.ə. VI-V əsrlərdə Çində meydana gəlmişdir. Ancaq ikisi də qaynağını Laozinin əsəri Tao Te Chingdən götürmüşdür. Düşüncə məktəbi olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axı- nın ən əhəmiyyətli nümayəndəsidir. DAO – Çin klassik fəlsəfə- sində mühüm kateqoriyalarından biridir onunda mənası yol deməkdir.
DALAY — [Talay] Genişlik, ululuq, sonsuzluq məcaz edən, əsl mənası, böyük dəniz, okean. Əski türkcədir.
DAVAMİYYƏT [alm. Kontinutiöt; fr. Continuitè; ing. Continuity; lat. Continuitas; osm. tr. temadi; ər.
يدآّر] – davamlı olaraq sürüb getmək. Daimi olmaq, sürüb getmək. Ayrı-ayrı elementlərdən mütəşəkkil olmayan bir reallıq qurma. Davam sözünə artırılan
iyyət şəkilçisi ərəbcədə mövcud olan nisbi sifət şəkilçisinin qadın cinsində olan formasıdır. Bu şəkilçi ərəbcədən dilimizə transfer olunan xeyli sözdə mövcuddur [Müqayisə et:
mədəniyyət, bəşəriyyət, qalibiyyət, məğlubiyyət və s.].
DAVRANIŞ [alm. Verhalten; fr. Comportement; ing. Behaviour] – xaricdən müşahidə olunacaq bütün hərəkətlərin cəminə deyilir. Mənşəcə türkcədir.
DAHİ [ing. Genius; fr. Génie; far. ٍهاد] – mütəfəkkir, mürdik. Farscadan gəlmədir, xariqüladə ağıl və zəkaya malik olan şəxs. Böyük şəxsiyyətlərə, mürdik və uzaqgörən insanlara, əngin zəkaya malik adamlara verilən addır. Dilimizdə dahicə olan fikir və ideya da
dahiyanə adlandırılır.
DAYANQAN – etibarlı, mətin. Qədim oğuz dillərində, dözümlü, dirənişli, səbatlı şəxslərə verilən addır.
DEDUKSİYA [ing. Deduction; lat. deuctio] — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə [əqli nəticə] üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq.
DEMİURQ [yun.demiurgos; osm. tr. San-i Kainat] – hərfən usta, sənətkar, məcazi mənada isə yaradıcı, xaliq. Platonun idealist fəlsəfəsində və neoplatonçuların təlimində dünyanın yaradıcısı, kainatın xaliqi; Allahın sifətlərindən biri.
demos – xalq, qrafiya – çəkirəm deməkdir. İnsanların təkrar istehsalının qanunauyğunluqlarını öyrənir.
DEMOKRATİYA [alm. Demokratie; ing. Democracy; osm. tr. hükümet-i amme; ər.
خِّ بع خِٛىد; yun. Demos – xalq və kratos – qüvvə, hakimiyyət] – xalqın özü-özünü idarə etməsi, yaxud da onu idarə etməsi üçün xalqın bir nəfəri seçməsi. hakimiyyət formalarından biri; vətəndaşların azadlıq və hüquq bərabərliyinin tanınması ilə səciyyələnir. – yüksək səviyyədə inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv siyasi rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır. Məşhur amerikan politoloqu Samuel Xayzinqton qeyd edir ki, XIX əsrin əvvəlində başlamış demokratikləşmənin birinci uzun dalğası 1920-ci ildə demokratiyanın 30 ölkədə qələbəsi ilə nəticələn-mişdir. Sonraki dövrdə avtoritarizmin və faşizmin yaranması 1942-ci ildə demokratik ölkələrin sayının 10-a qədər azalmasına səbəb olmuşdur.
DEİZM [alm. Deismus; fr. Dèisme; ing. Deism; lat. Deus – Tanrı;] — Yunan dilindən əmələ gəlmişdir, yunancada Deus – Tanrı; izm isə fəlsəfi təlimlərdə müşahidə olunan son şəkilçidir. Tanrıya inanmaqla birlikdə, müəyyən bir dinin doqmalarını və ideyalarını mənimsəməyən. Tanrının kainatı yaratdıqdan sonra onu öz qaydasına görə işləmək üzrə öz başına buraxdığını önə sürən təlim. Vəhyi ve vəhyin bildirdiyi Allahı ve dini inkar edərək, tək ağıl ile idrak edilən bir Tanrının varlığını qəbul eden fəlsəfi bir görüşdür. Deizm ilk səbəb kimi Allahın mövcudluğunu qəbul edən təlimdir. Deizmə görə bütün varlıqlara həyat verən Tanrıdır. Lakin Tanrı ilkin xəlq edəndir, sonradan yaratdıqlarının işinə qarışmır.
DEONTOLOGİYA [yun. deon – borc logos – təlim, söz] – etik nəzəriyyənin bir sahəsi. Deontologiya, bir peşəni tətbiq edilməsi lazım olan əxlaqi dəyər və etik qaydaları araşdıran elm sahəsidir. İnsanın müəyyən tapşırıqları olduğunu fərz edən əxlaq təlimlərini əsas götürür və bu təlimlərdən qaynaqlanan vəzifə və qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar.
DETERMİNİZM [alm. Determinismus. Fr. Determinisme. Ing. Determinism. lat. determinare – müəyyən etmək tr. Belirtlenimcilik; ər. ٍُؼرنأ] – Hər hadisənin maddi və ya mənəvi bəzi səbəblərin zəruri nəticəsi olduğunu irəli sürən fəlsəfi görüşdür. Determinizm kainatda bütün olub-bitənlərin səbəbiyyət əlaqəsi ilə müəyyənləşdiyini iddia edən nəzəriyyə. Səbəbiyyətin yeri və rolu məsələsində bir-birinə əks olan fəlsəfi konsepsiyalar. Bu nəzəriyyənin əksini iddia edən görüş isə indeterminizm. Ərəbcə səbəbiyyət demək olan, bir-birini şərtləndirən anlamına gəlir.
DEFİNİSİYA [lat. difinito – tərif; ing. Definition; ər.فَشؼذ; fr. définition] – predmetin mühüm fərqləndirici əlamətlərini və yaxud anlayışların mənasını, onun məzmununu və hüdudlarını müəyyən edən qısa məntiqi tərif. Dilimizdə daha çox ərəbcədən keçmə tərif sözündən istifadə olunur. Tərif sözü də ərəbcədəki ərəfədən [
فشع] törəmişdir.
DEGENERASİYA [alm. Entartung, degenartion; fr. Dègènèrescence; ing. Degeneration; lat. Degeneration; osm. tr. tereddi] – bir növün, daha az yetişkin bir vəziyyətə gəlməyə, pozulmağa, dağılmağa yol açacaq formada dəyişməsi. Həyat tərzi və fəaliyyətlərində geriləmək və durğunluq. Təbii artım funksiyasının itirilməsi yaxud bir orqanizmin ya da orqanın, nəslin təbii inkişafına təsir edəcək formada pozulması.
DEONTOLOGİYA [alm. Deontologiya; fr. Deontologie; fr. Deontology; osm. tr. ilmi vezaif;
فئبظٚ ٍُع] – Deontologiya etikanı çalışma elmi olaraq təyin etmək şərtilə işlədilən termin. Deontologiya əxlaqi çalışmaları bu və ya mənəvi vəziyyətə görə, təcrübə yolu ilə çalışmanı dilə gətirir.
DEYİŞ – söyləm, deyilən. Ifadə edilən söz, poetik deyim.
DOQMATIZM [alm. Dogmatismus; fr. Dogmatisme; ing. Dogmatism; osm. tr. nassiye; ər.
خٍصٔ; dogmatisme] – Doqmatizm ehkamlara, dəyişməz anlayışlara, dəqiq şərtləri nəzərə almayan düsturlara söykənən, həqiqətin konkretlilik prinsipini rədd edən idrak metodudur.Doqmatizm hansısa düşüncə başlanğıclarını aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı bütün doğruların yalnız onların üstündə durmasına inanmaqdır. Doqmalara (ehkamlara) əsaslanan qeyri-tənqidi təfəkkür; ehkamçılıq.
Doqma [a Dogma; fr. Dogme; yun. Dogma; osm. tr. nass; ər. ضَ; yun.dogma – fikir, təlim, qərar] — ehkam, bir fəlsəfə məktəbində mənimsənilən, doğru ehtimalı ilə irəli sürülən ideya. Doğruluğu sınanmadan mənimsənilən təlim isə doqmatizm [yaxud ehkamçılıq] deyirlər.
– siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir.
DUALİZM [alm. Dualismus; fr. Dualisme; ing. Dualism; lat. Dualis ten; osm. tr. süaniye; yun. dualisme] – bir-birindən müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki ideyanın varlığını qəbul edən görüş. Duo – iki deməkdir. Həm dini inanc sistemində [Xeyir və şər kimi], həm də fəlsəfi dünyagörüşdə [iki başlanğıc – aləmi Allahın yaratdığı görüş və aləmin təsadüfi yaranması görüşü] dualizm mövcuddur. Dualizm meta- fizikada varlıq və biliyin, ideya və təzahürün, bədən və ruhun, mən və mən olmayanın İkicilik-Seneviyye: Təbiətdə və ya hər hansı bir sistemin təməlində mütləq olaraq birbirinə icra olun- mayan iki prinsipin olduğunu qəbul eden görüştür. Dualizm mo- nizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu baş- lanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dua- lizmin əsas motivi çox vaxvə barışdırmaq cəhdidir. Son nəticədə şüuru materiyadan dualistcəsinə ayırmaq idealizmə gətirib çıxardır. Dualizm daha artıq dərəcədə və fəlsəfəsi üçün səciyyəvidir.
DƏQIQ ELMLƏR [alm. Exakte Wissenschaften; fr. Sciences exactes; ing. Exact sciences; osm. tr. ulum-i sahiha] – müşahidə edilə bilən ölçü və hesablara əsaslanan elmlər. Əsasən riyaziyyat, fizika və digərləri. Elmlərin təsnifatında humanitar elmlər və dəqiq elmlər deyə ikiyə ayrılır.
DƏYƏR [alm. Wert; fr.valeur; ing. Value, worth; osm. tr. kıymet; tr. Değer; ər. ًٍث] – İnsanın, istəyən, varlığına ehtiyacı olan, qiymət verən bir varlıq olaraq, obyekt ilə əlaqəsində ortaya çıxaran bir şey. Dəyər əxlaqı isə mövzusu dəyərlər olan əxlaq fəlsəfəsi, yaxud əxlaq fəlsəfəsinin bir fəsli olaraq ənənəvi dəyərlər sistemidir. Dəyər fəlsəfəsi [alm. wertphilosophie] dəyərləri fəlsəfənin əsas mövzusu olaraq görən fəlsəfə anlayışı yaxud fəlsəfənin dəyərlərini araşdıran sahəsinə də deyilir.
DƏLİL [ər.
ًٌٍد]– Hər hansı bir hökmün və yaxud hökmlər sisteminin həqiqiliyini sübut etmək üçün gətirilən hökm və yaxud hökmlər sistemi; sübut, tutarlı dəlil gətirmək. Dəlil ərəb mənşəlidir. Son iki samiti təkrar olunan d+l+l şəddəli fellər qrupuna aiddir. İctihadi dəlil gerçək hökmə dəlalət edən dəlilə deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan, ona ―ictihadi dəlil‖ deyilir.
DİAMAT – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ- min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik materializm geniş tədris edilirdi və qısaca
diamat adlandırılırdı.
DİDAKTİKA [alm. Didaktik; fr. Didactique; ing. Didactics; lat. Didactica; yun. Didaskein – öyrənmək; osm. tr. fenn-i talim ü tedris] – öyrətmə sənti, təlim elmi. Tərbiyənin təlim ilə bağlı olan fəsli.
DİL FƏLSƏFƏSI [alm. Sprachphilosophie; ər. حٌَىغن حفغهف] – dilin adı, kökü, yaranma və formalaşması barədə ortaya çıxan məsələləri problem halında tədqiq edən fəlsəfənin bir sahəsidir. Dil fəlsəfəsini bir fəlsəfə sahəsi kimi ortaya çıxaran və əsaslan- dıran Haman, Herder və Humboldt olmuşdur. Dil ilə fəlsəfə ara- sındakı əlaqə təməldə filosofların dildən istifadə edərək fəlsəfəni tədqiq etmələrindən qaynaqlanır. Dil fəlsəfəsi başlığı altında isə dilin özü, mənası, mənşəyi və quruluşu fəlsəfi baxımdan tədqiq edilir.
DİN FƏLSƏFƏSİ [Religionsphilosophie; fr. Philosophie de la religion; osm. tr. felsefeyi diniyye]. Dinin ideyalarının özünü və mənasını əsaslandırmağı və açıb ortaya çıxarmağı qarşısına məqsəd qoyan fəlsəfə sahəsi. Fəlsəfənin maraqlandığı sahələrdən biri də dindir. Çünki din faktı insanlıq üçün tarix boyunca əhə- miyyətli olmuşdur. Sadəcə din fəlsəfəsi, dinşünasların, din ilə məşğul olanların din haqqında müzakirələr aparması demək deyil, bu eləcədə filosoflara aiddir. Din fəlsəfəsi ilə məşğul olanlar, insanın digər məlumatları ilə dini məlumatı arasındakı əlaqələri, inancın quruluşunu, dinin nə olduğunu anlamağa çalışar.
DİALEKTİKA [alm. Dialektik; fr. Dialectique; ər
.لذجنآ ىهػ osm. tr. fenn-i münazara, cedel, ilmi cedel, ilm-i hitaf-ü cedel; yun. dialektike – düşünümək, söhbətləşmək] – təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman idealizmində əqlin inkişaf qanunu kimi xarakterizə edilirdi. Marksın dialektik materializmində iqtisadiyyatın inkişaf qanunları özünü doğruldur. İslam bölgəsi ərəb dilli xalqların fəlsəfəsində qarşılıqlı danışma sürətiylə istidlal etmə sənətinə cədəl elmi deyirdilər [yəni dialektika]. Dialektikanın özünəməxsus tarixi var- dır. Qədim Yunanıstanda dialektika dedikdə (yunanca mübahisə aparmaq sənəti, mühakimə yürütmək deməkdir) elmi müsahibə, mübahisə etmək sənətini başa düşürdülər. Qərb fəlsəfəsində və elm məktəbində daha çox sübut nəzəriyyəsi kimi başa düşülür. Dialektika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir. Hegelin dialektikası
idealist dialektika olmaqla dialektikanın ikinci mühüm tarixi formasını təşkil edir. K.Marks və F.Engels tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi formasını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, para- doksal dialektika vardır. Dialektika nəzəriyyə və metodun üzvi vəhdətindən təşkil olunmuşdur. Dialektikanın kateqoriyaları za- man, məkan, təsadüf, zərurət və s. Və qanunları mövcuddur.
DİQQƏT [ing. Attention; ru. Внимание; fr. Attention; ər. حلد] - insanın idraki və praktiki fəaliyyətinin müəyyən bir obyekt və yaxud hərəkət üzərinə yönəldilməsini və cəmləşdirilməsini təmin edən psixi vəziyyə
DİZYUNKSİYA [lat. disjunctio – ayırmaq] – ―və ya‖ məntiq bağlayıcısının köməyi ilə iki fikrin birləşməsindən mürəkkəb bir fikir əmələ gətirən məntiqi əməliyyat.
DİKTATURA [lat. Dictatura; fr. Dictature; ru. Диктаторство; ing.dictatorship] – Latıncada dictatura sözü qeyri-məhdud hakimiyyətə deyilirdi. Müasir anlamda da dövlətdə hakimiyyəti həyata keçirmə sistemini xarakterizə edən anlayış. İngilis dilində sözün sonuna artırılan -ship sufiksi, dilimizə -lıq
4 kimi ifadə edilir.
DİN [ing. Religious; fr. Religion; ru. Религия; ər.
ٌٓد]– ictimai şüurun formalarından biri; bir və ya bir neçə Allahın ―müqəddəslərin‖ – yəni fövqəltəbiiliyin bu və ya digər növünün reallığına inamı əsas götürən dünyagörüşü, davranış və spesifik fəaliyyət.
DİLEMMA [alm. Dilemma; fr. Dilemme; ing. Dilemma; osm. tr. kiyas-i mukasın; tr. Iklem; yun. Di [s] – iki dəfə, lemma – ehtimal] – əqli nəticənin elə bir növüdür ki, onun müqəddimə- lərinin sırasına iki: şərti hökm və təqsimi hökm daxil olur; həm də dizyunksiya şəkilndə formulə edilir.
DİL AİLƏSİ — Linqvistikadan etnoqrafiyaya dil ailəsi termini keçmişdir. Dillərin qohumluğu onların mənşəyinə görə öyrənilir. Etnoqrafiyada avtoxton anlayışından da istifadə olunur. Avtoxton (yunan sözü olub ―autos‖-özü, ―xtones‖-torpaq) mənşə etibarilə yerli olan deməkdir. Yunan avtoxtonuna qədim Roma termini olan aborigen termini uyğun gəlir ki, bu da ―müəyyən bir ölkənin yerli əhalisi" deməkdir.
DİNAMİZM – [alm. Dynamismus; fr. Dynamisme; ing. Dynamism; osm. tr. kuviye; ər. حَىل]. Materiyanın güc ya da qüvvətin bir təzahür forması olduğunu önə sürən fəlsəfə təlimi. Şeylərin mahiyyətinin qeyri-maddi ―qüvvələrdən‖ ibarət, materi- yanı isə şeylərin hərəkətinin təzahürü olan həmin ―qüvvələrdən‖ törəmə hesab edən fəlsəfi təlimlər.
DİRƏNC – inad etmək, dirənmək, üzə durmaq. Qədim oğuz dillərindən gəlməkdədir.
DİSKURSİV [alm. Diskursiv; ər. لِذرعإ fr. Discursif; ing. Discursive; es.tr. istidlal; tr. Gidimli; lat. discursivus – mühakimə] hissi, bilavasitə, intuitiv olandan fərqli olaraq mücərrəd, vasitəli, məntiqi və əyani olan, həqiqətlərin bilavasitə [intuitiv] və vasitəli [sübut əsasında qəbul edilən] həqiqətlərə bölünməsi hələ Platonda və Aristoteldə təsadüf edilir.
DİSTİNKSİYA [lat. distinctio – fərqləndirmə] – şüur aktı; predmetlər arasında və yaxud şüurun özünün ünsürləri arasında [duyğular, anlayışlar arasında və s.] olan objektiv fərqi əks etdirir.
DOĞRU – düzgün, doğru, dürüst, düz. Dilimizdə çox işlək bir sözdür. Kökü əski türkcəyə dayanır.
DOKTRİNA [ing. Doctrine; lat. doctrina – [ər. ىُهؼذ]] – nəzəri və siyasi prinsipləri əldə rəhbər tutan təlim, elmi yaxud fəlsəfi nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina].
DOLUN – tam, bütün. Qədim oğuz dillərinə aiddir. Əski Yakutiya türklərində bərəkəti simvolizə edən müqəddəs ruhdur.
DRAMATİZM [yun. Drama] – estetik kateqoriya; Yunan dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir.
DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment; osm. tr. his; ər. ظ ح]. Ani və istəklə bərabər duyğu hissi, həzz və ağrını hiss edə bilmə kimi ortaya çıxaran üçüncü əsas orqana verilən addır. Digər bir deyimlə duyğular maddi və mənəvi ola bilir. Misal üçün vəziyyətə görə ortaya çıxan duyğular, xoşbəxt- lik, yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusi- lədə estetik, ruhi – fikri [çaşma, heyranlıq] və əxlaqi – ictimai duyğular [tapşırıq duyğusu, hörmət və s.].
DUHA – yaradıcılıq istedadının ən yüksək dərəcəsi; bu cür istedad yalnız insana xasdır.
DÜŞÜNCƏ [ru. Рассудок; alm. Gedanke; fr. pensȇe; ing. Thought; osm. tr. fikir; ər. شكف] – Düşünmə qabiliyətinin özü, yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin- siplərə də deyilir. Əski türkcədir. Dilimizdə ərəbcədən qarşılığı olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir.
DüĢünmə forması [alm. Denkform; fr. Libertè dè pensèe; osm. tr. tefekkür hürriyyeti; ər.
شىْ فرآ خٌشد] – Düşünmənin xarici təzyiq və hər hansı bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs- təqil və sadəcə özündən məsul olması.
Düşünürəm demək ki,varam [Lat. Cogito ergo sum] – Maddənin özünüdərkində öz şüuruna varıb öz varlığını vasitəsiz formada qavramasını dilə gətirən əsas prinsip. Əslində bu prinsip varlığın deyil, ―mən‖in təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb olmuşdur.
DÜNYA [alm. Welt; fr. Monde; ing. World; lat. Mundus; ər. اَُذنأ]. 1. Bir-biri ilə qanuni əlaqəsi olan, bir sistemlə müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi bütün. Üzərində yaşadığımız Yer üzü planeti. Şüurun xaricində qalan hər şeydən ibarət olan obyekt dünyası.
Dünyagörüşü [alm.Weltahschaung; ing. outlook] – Kainatın mənasını, prinsi- pini, dəyərini, insan varlığını və davranışlarını tamamilə qavra- mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış.
QISALTMALAR VƏ İŞARƏLƏRİN ŞƏRHİ
? – sözün altından çəkilən xətt onun normal səslənməsindən iki dəfə artıq uzun tələffüz ediləcəyini bildirmək üçündür. ―Ayna‖ və
―arif‖ sözlərində birinci a hərfinin tələffüzü kimi.
Pref. – prefiks, sözlərin əvvəlinə artırılan şəkilçilərdir. Suf. – sözlərin sonuna artırılan şəkilçilərdir.
Alm. – alman dili Ing. – ingilis dili
Ru. – rus dili
Az. – azərbaycan dili
əs.tr. – əski türkcə, bəzi hallarda Azərbaycanda mövcud olan əski əlifba ilə eyni olur.
Os.tr. – osmanlı türkcəsi ər. – ərəb dili
far. – fars dili Fr. – fransız dili
Yun. – yunan dili Ru. – rus dili
Müən. – müənnəs, ərəb dilində qadın cinsinə aid olan sözlər. Ərəb dilində qadın cinsinə aid olan sözləri kişi cinsinə aid olanlardan fərqləndirmək üçün sözlərin sonuna ―ətun‖ şəkilçisi artırılırdı. Misal üçün ―cəmiun‖, ―cəmiatun. Yalnız bir çox halda kişi cinsində olan sözə müənnəslik bildirən şəkilçi artırdıqda sözün mənası da dəyişir.
Müz. — ərəb dilində kişi cinsinə aid sözlər. Bu səzlərin sonu adətən təmərbutə (ətun) hissəciyi ilə qurtarmır.
Müəllif:
NƏZƏROVA ADİLƏ H.
Mənbə:
Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, “Elm və təhsil”, 2014,