“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.

Kant evlilik öncəsi olan cinsi münasibətləri cinsi köləlik kimi qiymətləndirirdi.

Dahi filosof evliliyi “digərinin cinsi yaşamı boyu mülkiyyətinə haqq” kimi dəyərləndirirdi. Həyatı boyunca Kanta qarşı iki qadında maraq mövcud idi. Ancaq Kant ikisi ilə də maraqlanmadı. Bundan sonrakı illərdə yoxsulluğunu evlənmək istəyinə ən böyük bəhanə kimi göstərmiş və belə izahat vermişdi: “Bir həyat yoldaşına ehtiyac duyduğum zamanlarda heç vaxt onu saxlayacaq qədər pulum olmayıb”. İşin mahiyyəti isə bunda deyildi. Məsələ burasında idi ki, Kant özü üçün müəyyən etdiyi  “cədvəl həyatı”na mane ola biləcək heç nəyi özünə yaxın buraxmaq istəmirdi.

Aristotel“Məhəbbət nə qədər güclü olduğunu ağıllını axmaq, axmağı isə ağıllı edərək göstərir”. Aristotel qadınlara olan münasibəti ilə müasirlərindən müəyyən qədər fərqlənir. Öz əsərlərində dahi filosof qadınları “əhliləşdirilmiş heyvandan bir pillə yuxarı olan canlılar” kimi dəyərləndirir. Qadınlara olan nifrəti səbəbilə o, uzun illər müzakirə obyektinə  çevrilib.

Yunan əsilli filosof qadınların təbiətcə heyvanlardan nisbətən bir pillə daha yaxşı vəziyyətdə və ağıllı olduqlarını iddia edirdi.

Aristotel 37 yaşı olanda öz müəllimi Hermesin ögey qızı olan Pitasla evlənir. Aristotelin müəyyən qədər romantik izah verdiyi bu evlilik onun fikrincə, ideal bir evlilik idi. Çünki “ideal evliliklərdə yaş fərqi ən az bizimki kimi olmalıdır” – deyirdi. Tarixi faktlar Aristotelin öz xanımı ilə xoşbəxt bir ailə həyatı yaşadığını göstərir. Pitas cavan yaşda vəfat etdikdən sonra isə Aristotel qızlarını tək böyütməli olur. Bundan sonra o, ikinci bir evliliyə imza atır. İkinci xanımı ilə aralarında mövcud olan münasibətlər haqda faktlara rast gəlinməsə də, onların o qədər də xoşbəxt olmadığı güman edilir.

Aristotel ölümündən sonra birinci xanımının yanında dəfn olunmağı vəsiyyət edir. Buna baxmayaraq, mütəfəkkir həyatının sonuna qədər qadınlara ev heyvanı olaraq yanaşmış və heç nə onun bu münasibətini dəyişdirməyə müvəffəq olmamışdı. Aristotel ölümündən öncə, yazdığı vəsiyyətində birinci xanımının yanında dəfn olunmaq istəyini dilə gətirməkdən başqa, həm də ikinci xanımı haqda yazmışdı: “Mənim ölümümdən sonra, yenidən ailə həyatı qurmaq istəsə, onu dəyərsiz biri ilə evləndirin”.

Alber Kamü — Fransız yazıçı Alber Kamü 1934-cü ildə Simonayla ailə həyatı qurur. Simona narkotik aludəçisi idi. Kamünün bu xanımla olan evliliyi arvadının narkotik maddə əldə etmək məqsədilə bir həkimlə cinsi əlaqəyə girdiyini öyrənəndə sonlandırıldı.

O, boşandıqdan üç ay sonra riyaziyyatçı Faure ilə ailə həyatı qurur. Faure ilə Kamü çox sərbəst evlilik həyatı yaşayırlar: onlar bir-birinin həyatına və seçimlərinə qarışmırlar. Çap olunan məktublar Kamünün xanımına o qədər də önəm vermədiyini, ondan başqa çoxsaylı xanımlarla münasibətdə olduğunu aşkara çıxarır.

Kamünün bioqrafiyasını yazan Oliver Todd yazıçının evlilik zamanı yaşadığı münasibətlər haqda belə deyir: “Alber Kamünün məhəbbət münasibətləri ilə bağlı kitab yazmamışam, çünki elə bir kitab yazmaq üçün mənə səhifələr kifayət etməzdi”.

Kamü 1960-cı ildə, 46 yaşında avtomobil qəzası nəticəsində vəfat edənə qədər ikinci xanımı ilə evli qaldı.

Sokrat — “Nə olursa, olsun evlənin! Yaxşı bir arvadınız olsa, xoşbəxt olarsınız, pis bir arvadınız olsa, filosof!”. Sokrat həyatının böyük hissəsinin subay keçirsə də, nəhayət, əlli-altmış yaşlarında ailə həyatı qurmağa müvəffəq olmuşdu. Antik Yunanıstanda qadınlardan gözlənilən itaətkar arvad obrazının əvəzinə, Sokratın xanımı olduqca dilli, kobud və “çoxbilmiş” olur. O, tez-tez öz həyat yoldaşını insanların arasında təhqir edir və alçaldır.

Bir əfsanəyə görə, Sokratın xanımı camaat içində əriylə etdiyi mübahisənin ortasında ərinin başından aşağı bir vedrə su tökür. Sokrat vedrədən axan çirkli suyu başında hiss edərkən belə deyir: “ Adətən, ildırım çaxandan sonra yağış yağır”.

Beləliklə, Sokratın xanımı Hantippin adı tarix kitablarına ən qəddar arvadlardan biri olaraq düşüb.

Fridrix Nitsşe — “Ax qadınlar! Ucanı ucaldır, alçağı alçaldırlar”. Alman filosof Fridrix Nitsşe qadınlar haqda hər zaman haqlı-haqsız tənqid etmiş, amma özü də qadınlardan uzaq dura bilməmişdi. Əvvəlcədən qeyd edim ki, Nitsşe evlilik təklifi etdiyi bütün qadınlardan birmənalı şəkildə “yox” cavabı alıb.

İlk dəfə 32 yaşı olanda Mat Haylda aşiq olan Nitsşe, ikicə dəfə onu gördükdən sonra məktub vasitəsilə ona evlənmək təklifi edib. O vaxtlar başqa adama aşiq olan xanım Nitsşenin təklifini rədd edib.

Bu hadisədən beş il sonra dahi mütəfəkkir 21 yaşlı Lou Von Salomla tanış olur. Salom öz hərəkətləri və söhbətləri ilə Nitsşeni ovsunlayır. Amma tez bir zamanda aşiq olan Nitsşe heç də cazibədar və cəlbedici olmur. Salom Nitsşenin evlilik təkliflərini hər dəfəsində rədd edir. İllər keçdikdən sonra Salom başqa biri ilə nişanlanır, Nitsşenin məhəbbət kitabı beləcə bağlanır.

Jan Pol Sartr“Əlbəttə ki, çirkin qadınlar var, amma mən gözəl olanları seçirəm”.

Simona de Bovuar — “Əri əldə etmək bir sənətdir, əldə saxlamaq isə bir vəzifə.

 Mənbə: kult.az

Top