İnsanlara gözlədiklərindən daha çox şey verin və bunu sevinclə edin.
Sevdiyiniz şeiri xatırlayın. … Eşitdiyiniz hər şeyə inanmayın: sahib olduğunuz hər şeyi xərcləyin və yaxud istədiyiniz qədər yatın.
“Səni sevirəm” dediyinizdə həqiqəti deyin.
“Təəssüf edirəm” dedikdə həmin insanın gözlərinə baxın.
İlk baxışdan sevgiyə inanın.
Başqalarını yuxularına və arzularına lağ etməyin.Dərin və şəhvətlə sevin. Bu sizi yaralasa da həyatı bütünlüklə yaşamağın tək üsulu budur.
İnsanları qohumlarına görə mühakimə etməyin.
Asta danışın, lakin sürətli düşünün.
Yadda saxlayın ki, dahi məhəbbət və böyük nailiyyətlər böyük risk tələb edir.
Valideynlərinizə zəng edin.
Üç prinsipi yadda saxlayın: özünüzə hörmət edin, ətrafdakılara hörmət edin və bütün hərəkətlərinizə görə məsuliyyət daşıyın.
Kiçik mübahisənin böyük dostluğu pozmasına imkan verməyin.
Müəyyən bir zamanı tənhalıqda keçirin.
Yadda saxlayın ki, bəzən susmaq – ən yaxşı cavabdır.
Daha çox kitab oxuyun və az televizora baxın.
Öz biliklərinizi bölüşün. Bu ölümsüzlüyə nail olmağın ən yaxşı üsuludur.
Dua edin. Bu inanılmaz gücdür. Sizinlə öpüb görüşərkən gözünü yummayan insanlara inanmayın.
İldə bir dəfə heç olmadığınız bir yerə gedin.
Qaydaları öyrənin və bəzilərini pozun.