Fəlsəfə barmaqlarda

Fəlsəfə barmaqlarda



Platonizm. Xatırladım! Mənim barmaqlarım var!

Neoplatonizm
. Mənim barmaqlarım var! Ancaq bunu xatırlayan mən deyiləm...

Atomizm. Barmaqlar var,ancaq onlar çox balacadırlar və həddindən artıq çoxdurlar.

Kiniklər. Barmaqlar var.Amma niyə?

Stoisizim. Barmaqlar qaçılmazdırlar

Zərdüştlük. Sol barmaqlar var,sağ barmaqlar var və onlar bərabərdir.

Buddizm. Barmaqlar fanidir-axı onlar …kimə lazımdır?

Konfutsilik. Barmaqlar. Sadəcə barmaqlar

Xristianlıq. Barmaqlar beşdir-ovuc ki birdir!..

Bidətçi xristian. Axı barmaqlar beş deyil!

Orta əsr fəlsəfəsi. Barmaqlar dərkedilməzdir.

İslam. Mənim barmaqlarımdan başqa barmaq yoxdur.

Sensualizm. Əgər barmaqlarla zərbə vursan və ağrı hiss etsən,deməli onlar mövcuddur,hiss etməsən-mövcud deyil.

İdealizm. Barmaqlar ona görə mövcuddur ki,mən onların mövcud olması haqqında fikirləşirəm.

Subyektiv idealizm. Əgər barmaqlar haqqında düşünməyə ara versəm onlar yoxa çıxacaqlar.

Aqnostisizm. Axı barmaqlar var. İndi götür bunu sübut et...

Dialektik materializm. Sağ və sol əl barmaqlarının birliyi və mübarizəsi!

Rasionalizm. Barmaqlar var. Onların olmaması mümkün deyil.

Skeptisizm. İndi gəl bu barmaqlardan baş aç...

Determinizm. Baxır hansı barmaqlar...

Maarifçilik. Bəs sən öz barmaqların üçün nə etmisən?!

Hegelçilik. Barmaqlar var!!! Ancaq aydın deyil ki necə?.

Nitsşeçilik. Barmaqlarına uzun müddət baxmağa dəyməz,yoxsa axırda onlar da sizə baxacaq.

İrrasionalizm. Barmaqlar mövcuddurmu?

Ekzistensializm. Hardasa mənim barmaqlarım var idi....

 

Top