Bütün dövrlərdə bu insanları düşündürən bir sual olmuşdur:
-Kainat necə yaranıb ?
Əsrlər boyu alimlər bu mövzuda tədqiqatlara aparmışlar belə ki, bir sıra nəzəriyyələr yaranmışdır.19-əsrdə əsas fikir belə idi:
-Kainat ölçüsü sonsuz maddələr toplusudur.
Materialist fəlsəfəsinin fundamenti olan bu fikir yaradanın (ALLAHın) varlığını inkar edir,kainatın başlanğıcı və sonu olmadığını irəli sürürdü.«Materializm» varlıq olaraq sadəcə maddəni qəbul edən fikirlər sistemidir.Marks,Engels,Lenin,Trotskiyə görə maddədən savayı heç bir şey mövcud deyildir.Bu fikirlərin mənşəyi yunan antik dövründən gəlməkdədir və 19-cu əsrdə getdikcə yayılaraq Karl Marksun «dialektik materializm» adından tanınmışdır.
«Fəlsəfənin fundamental prinsipləri» əsərində materialist alim Corc Politzer yazır :
-«kainat yaradılmış bir şey deyil,əgər onu yaradan yaratsaydı onu heç nədən yaradardı».
Bütün bunlara baxmayaraq,20-ci əsrdə elmin və texnalogiyanın inkişafı bu primitiv materialist fikrini kənarda qoydu.Sübut olundu ki,materialstlərin düşündüyü kimi kainat əbədi deyil.Həmçinin sübut olundu ki, kainatın başlanğıcı vardır və o partlayış nəticəsində 15 milyard il əvvəl yaranmışdır.Hal hazırda bu bütün elm aləmində qəbul olunmuşdur.
1929-cu ildə Mont Wilson rəsədxanasında amerikalı astronavt Edwing Hubble astranomiya tarixində böyük bir yenilik etdi.O nəhəng bir teleskopla ulduzları seyr edən zaman müşahidə etdi ki,ulduzlar məsafələrindən asılı olmayaraq qırmızı işıqlar saçır.Bu o deməkdir ki,ulduzlar bizdən uzaqlaşırlar.
Sonra Hubble başqa əsas bir şeyi kəşf etdi:
-Belə ki, ulduzlar,qallaktikalar təkcə bizdən deyil,özlərindən də uzaqlaşırlar.Bu cisimlər tədricən bir-birlərindən uzaqlaşdıqları üçün belə bir nəticəyə gəlmək olar ki,kainat daima genişlənməkdədir.Bunu başa düşmək üçün kainatı bir anlıq "şar" kimi təsəvvür edin.Şarı şişirtdiyimiz zaman onun səthindəki cisimlərdə bir-birindən uzaqlaşırlar və getdikcə şar genişlənir.Kainatın genişlənməsi nə deməkdir?
Kainatın mənşəyinə (tarixinə) nəzər salsaq onun vahid bir nöqtədən yarandığını görürük.Bu nöqtədinin sıxlığı sonsuzdur,həcmi isə sıfra bərabərdir.Kainat bir xəyali nöqtənin partlaması nəticəsində əmələ gəlmişdir:
-Bu partlayış Bing-Bangdır və Bing-Bang nəzəriyyəsi adlanır.
Nöqtin sıfır həcmli olması nəzəri bir ifadədir,burada ondan təsvir məqsədi ilə istifadə edirik.Elm kainatın mənşəyi olan «boşluğu»,«məchulluğu»,onun necə yarandığını izah edə bilmir,çünki bu insan beyninin,dərrakəsinin hüdudlarını aşır.Az əvvəl qeyd etdiyim sıfır həcmli nöqtə «boşluğu»,«məchulluğu» göstərir.Belə ki,kainat «heç nə»dən «boşluq»dan yaranmışdır.Başqa sözlə desək o «yaradılmışdır».
Fizika elminə 20-ci əsrdə bəlli olan bu hadisə,belə 14 əsr bundan əvvəl Quranda təsvir edilmişdir.Quranda Kərimdədə kainatın yaranması belə açıqlanır:“O göyləri və yeri yoxdan var edəndir...” (Ənam surəsi, 101)
Big-Bang nəzəriyyəsi göstərir ki,başlanğıcda kainatın bütün cisimləri eyni bir elementi yaradıblar və sonra onlar bir-birilərindən ayrılmışlar.Bu fakt da Quranda göstərilmişdir.O dövrdə ki,insanların göy cisimləri haqda bilikləri çox məhdud idi.
Lakin materialist alimlər Big-Bang nəzəriyyəsi ilə razı deyildilər..
20-ci əsrin ortalarında Fred Hoyle «stasionar vəziyyət» nəzəriyyəsinin əsasını qoyur.Bu nəzəriyyə materializm nəzəriyyəsinə əsaslanaraq zaman baxımından kainatın «daim əbədi olacağını»,ölçü baxımından «sonsuzluğunu» irəli sürürdü.
1948-ci ildə Corc Gamow Big-Bang partlayışı haqqında digər bir nəzəriyyəni irəli sürdü.O təsdiq etdi ki,Big-Bang partlayışı nəticəsində kainat yarandıqdan sonra bu partlayışın izi olaraq "şüalar" mövcud olmalıdır.Bu şüalar bütün kainat üzərində eyni formada diffuziya etməli (yayılmalıdır).Bu nəzəriyyənin sübutu tezliklə öz yerini tapdı.
Belə ki,1965-ci ildə Arno Penzias və Robert Wilson bu zonaları təsadüfən kəşf etdilər.Bu kəşfə görə Penzias və Wilson Nobel mükafatına layiq görüldülər.
Bu şüaları tədqiq etməkdən ötrü 1989-cu ildə NASA kosmosa Koba peykini buraxdı.Koba 8 dəqiqə ərzində bu iki dahi alimin hesablamalarını təsdiqlədi.Bu peyk Big-Bang partlyışının izlərini aşkara çıxardı.
Bu astranomiya tarixində bugünə qədər ən böyük hadisə hesab olunur və Big-Bang nəzəriyyəsinin izahı sübutunu bir kəz daha göstərdi.Big-Banga başqa sübut olaraq fəzadakı hidrogen və heliumun kəmiyyətini misal çəkmək olar.Belə ki, nəzəri hesablamalara görə,kainatda hidrogen və helium yığını Bing-Bangın mənşəyində olan hidrogen və helium yığınına bərabərdir.
Yaradıcı qüvvə zaman və məkan məfhumlarından müstəqildir,yəni ALLAH kainatın özü deyil,maddə və zaman ALLAH tərəfindən yaradılmışdır.
Əvvəlcə qeyd etdiyim kimi,kainat vahid bir nöqtənin partlaması nəticəsində yaranmışdır,bu nöqtə kainatın bütün maddələrini və enerjisini özündə birləşdirir və bu partlayış zamanı cisimlər güclü bir sürət ilə ətrafa yayılmışlar.Bununlada geniş bir tarazlığa tabe olan qallaktikalar,Günəş,ulduzlar,Yer və digər planetlər yaranmışdır.Beləcədə «fiziki qanunlar» yaranmışdır.Bütün kainatda uniformalıq təşkil edən bu qanunlar heç vaxt dəyişmirlər.Bu qanunlar o qədər dəqiqdirlər ki,onlara ediləcək bir dəyişiklik bütün kainatın quruluşunu və konfiqurasiyasını poza bilər.Bu o deməkdir ki,kainat düzgün ardıcıllığa uyğun olaraq sistematik şəkildə nəzarət altında yaradılmışdır.
Normalda hər hansısa bir partlayışdan sonra düzgün,dəqiq bir ardıcıllıq yarana bilməz.Hər hansısa bir ardıcıllıq düzgün bir qayda üzrə tərtib edilmişsə deməli bunun arxasında «müdaxilə etmiş» bir varlıq durur ki,bu da ALLAHDIR.
Materialist alimlərdən bəziləri — Sir Fred Hoyle,Dennis Sciama neçə illər sonra Bing-Bang nəzəriyyəsini qəbul etmişdir.
Bizdə ateist insanların bu böyüklükdə həqiqətə göz yummamaq diləyi ilə onları Tək ALLAHlılığa,İslam dininə dəvət edirik.Gördüyünüz kimi neçə illər aparilan araşdırılmalardan sonra bu həqiqət öz yerini tapır amma Qurani kərimdə isə 14 əsr bundan əvvəl bu məsələ öz həllini tapmışdır.
Oxuculardan maraqlı və məntiqli düşüncəli şərhlərinizi gözləyirəm...