Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.
«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir.
Müəyyən mənada antik fikir tarixi fəlsəfəsi refleksin fundamental predmeti kimi tanımırdı. Tarix sözü yunan mənşəli olmasına baxmayaraq ilk yu¬nan tarixçiləri (filosofları da) bu sözü «tədqiqat», məlumat toplan¬ması, keçmişdə və indi yaşayan adamların əməlləri haqqında heka¬yətlər kimi anlayırdılar. Tarix «çiy faktların» məcmusu və həmin faktların yenidən nəql edilməsi kimi göstərilirdi ki,burada heç bir elm yoxdur. Bu baxımdan tarix nəzəri tərtibata, bütöv bir bilgiyə çevrilə bilmir. Buradan məlum olur ki, indi başa düşdüyümüz mənada tarix fəlsəfəsi (əslində, tarixin özü də) qey-ri– mümkündür. Sonralar, doğrudur yunan tarixçiləri tarixi ağlabatan bir formaya sala bilmişlər. Nəticədə dünya tarixi sxemini yaratmağı mümkün edən konsepsiya-lar yaradıldı. Tarixi prosesi filosofluq etməyin əsas obyekti edən yeni dövr mütəfəkkirləri tarix fəlsəfəsinin yaradılması yolunda irəliyə doğru mühüm addımlar ata bildilər. Bu da əsasən italyan filosofu və tarixçisi c. Vikodan başlanır. Əlbəttə biz inkişaf etmiş ilk tarix konsepsiyalarından birinə– yunan tarixçisi Polibidə (b.er.əv. 2– ci əsr) rast gəlirik. Ümumiyyətlə, həmin dövr tarix konsepsiyalarında başlıca diqqət dövlət quruluşu və formalarına verilirdi. Sonra isə tarix fəlsəfəsinin Xristan, yeni dövr, maarifçi və XX əsr konsepsiyaları yaranıb inkişaf etdirilmişdir.