Təhtəlşüur və şüurluluq

Təhtəlşüur və şüurluluq

Biolojilik və sosiallıq məsələsi ilə fəlsəfi antropologiyada təhtəlşüur (şüur altı ) və şüurluluq problemi də sıx əlaqədardır. Təhtəlşüur və şüurluluq insanın mövcudluğunun psixik və bioloji tərəflərini əks etdirir.
Uzun illər ərzində fəlsəfədə antropoloji rasionalizm prinsipi hökm sürmüşdür. Yəni insan, onun davranışının motivləri və var­lığının özü ancaq şüurlu həyatın təzahürü kimi araşdırılmışdır. Bu baxış özünün parlaq təcəssümünü məşhur kartezian tezisində «co­gito ergo sum» («düşünürəm, deməli mövcudam») tapmışdır. Həmin planda insan da yalnız «ağıllı insan»kimi çıxış etmişdir. Lakin yeni dövrdən başlayaraq fəlsəfi antropologiyada getdikcə daha çox təh­təlşüur problemi diqqət mərkəzinə keçir. Leybnits, Kant, Kyer­ke­qor, Hartman, Şopenhauer, Nitşe kimi müəlliflər müxtəlif tərəf və mövqelərdən hələ dərk etməyən insanın, psixik proseslərin rol və əhəmiyyətini təhlil etməyə başlamışdır.

Bu problemin işlənməsində fəlsəfi antropologiyada bütöv bir istiqamət yaradan Z.Freyd olmuşdur. O, təhtəlşüuru insanın mövcudluğunun mühüm amili, şüura qarşı dura bilən qüdrətli bir qüvvə kimi təqdim etmişdir. Onun konsepsiyasına görə insanın psixikası üç təbəqədən ibarətdir (biz Freydin görüşləri haqqında dərsliyin əvvəlindəki fəsillərdə məlumat vermişik). Üçüncü təbəqə hesab etdiyi şüurün hüdudlarından kənardadır. Öz həcminə görə o, aysberqin su altında qalan hissəsi ilə müqayisə edilə bilər. Orada müxtəlif, hər şeydən əvvəl, seksual xarakterli bioloji ehtiras, meyl və şüurdan çıxarılmış ideyalar cəmlənmişdir. Sonra şüurluğun nisbətən böyük olmayan hissəsi– insanın «Mən»i (Ego) gəlir. İnsan ruhunun yüksək təbəqəsi «Fövqəl– Mən» («Super– Mən») gəlir. Bu, cəmiyyətin ideal və normalarıdır, borc və əxlaqi senzuradır. Freydə görə, şəxsiyyət bəşəri «Mən», daim dərk edilməmiş mühakimə olunan güclü təbəqə dediyimizlə «Fövqəl– Mən» əxlaqi– mədəni senzurası arasında mübarizədir.

Beləliklə, aydın olur ki, xüsusi «Mən– insanın şüuru» öz şəxsi evində sahib deyildir. Əslində ən qüdrətli üçüncü təbəqə, tamamilə zövq və ləzzət prinsipinə tabe olaraq insanın fikir, hiss və əməllərinə həlledici təsir göstərir. İnsan, hər şeydən əvvəl, seksual cəhd və seksual enerji (libido) ilə hərəkət edən və idarə olunan varlıqdır.
Freyddə insanın mövcudluğunun dramatizmi o vaxt güclənir ki, təhtəlşüur həvəsləri, istəkləri içərisində anadangəlmə dağıtmağa meyilli qüvvələr fəaliyyətə başlayır. Burada «həyat instinkti»nə qarşı «ölüm instinkti» durur. İnsanın daxili aləmi bu iki qüvvənin meydanına çevrilir. Nəticədə Eros və Tanatos iki qüdrətli qüvvələr kimi insanın davranışını müəyyən edirlər.
Beləliklə, Freydin təsvir etdiyi insan bioloji istəklərlə, şüurlu sosial normalarla, zidiyyətlərlə birlikdə toxunulmuşdur (düzəlmişdir). Nəticədə bioloji təhtəlşüur Freyddə həlledici olur. Freydə gorə, insan hər şeydən əvvəl erotik varlıq olub şüuraltı instinktlərlə idarə olunur. Təhtəlşüur problemi isveçrəli psixiatr K.Q.Yunqu da (1875– 1961) maraqlandırmışdır. Lakin O, insanın erotik varlıq olması traktovkasına qarşı çıxmışdır. Artıq qeyd etdiyimiz kimi, «şəxsi təhtəlşüuru» fərdi təcrübə psixikasında inikas kimi ayırmış, daha dərin təbəqə kimi «kollektiv təhtəlşüuru irəli sürmüşdür». Onun fikrincə, «kollektiv təhtəlşüur» keçmiş nəsillərin təcrübəsinin inikasıdır. Kollektiv təhtəlşüurun məzmunu ümumbəşəri ilk obrazlar– arxetiplər (məsələn, ana– vətən obrazı, xalq qəhrəmanı, bahadır və s.) təşkil edir. Arxetiplərin məcmusunu nəsillərin irs aldığı əvvəlki nəsillərin təcrübəsi yaradır. Arxetiplər miflərin, yuxugörmənin, bədii yaradıcılığın simvolikasının əsasında durur. Şəxsiyyətin mahiyyət nüvəsi fərdi və kollektiv təhtəlşüurun vəhdətini təşkil edir. Lakin burada da əsas yer kollektiv təhtəlşüura məxsusdur. Beləliklə, insan hər şeydən əvvəl, arxetip varlıqdır. Təhtəlşüur və şüurluluq problemi psixoanalizin digər tərəfdarları, Freydin şagirdləri tərəfindən inkişaf etdirilmişdir. Onlar Freydin təlimini dəqiqləşdirmiş və öz əlavələri ilə zənginləşdirib inkişaf etdirmişlər. Məsələn, A.Adler insanın bioloji və erotik determinasiyasını şişirdən Freydin təliminin həmin cəhətlərini tənqid etmişdir. Ona görə də insan nəinki bioloji, həm də sosial varlıqdır, həyat fəaliyyəti şüurlu maraqlarla əlaqədardır. Freydin əksinə olaraq, A.Adlerdə «təhtəlşüur şüura zidd gəlmir». Beləliklə, A.Adler müəyyən dərəcədə təhtəlşüuru sosiolojiləşdirir, insana baxışda təhtəlşüur ilə şüur arasında ziddiyyəti aradan götürməyə çalışır.
Amerikalı neofreydist, sosial psixoloq və sosioloq E. Fromm təhtəlşüuru biolojiləşdirmək və erotikləşdirmənin əleyhinə çıxmışdır. Freydin insanın mahiyyəti ilə mədəniyyəti arasındakı antaqonizm nəzəriyyəsini kəskin tənqid etmişdir. Lakin bununla yanaşı, insanın sosiolojiləşdirilmiş traktovkasının əleyhinə olmuşdur. Fromma görə, insanın inkişafının az– çox mühüm amillərindən biri insanın ikili təbiətindən doğan ikili ziddiyyətdir. İnsan təbiətin bir hissəsidir və onun qanunlarına tabedir, lakin eyni zamanda ağıla malik olan bu subyekt– sosial varlıqdır. Bu ziddiyyəti o, «ekzistensial dixotomiya» adlandırmışdır. Fromma görə, yeni dövr inkişaf etmiş kapitalizm şəraitində bazar münasibətlərinin fəaliyyəti ilə əlaqədardır. Bu münasibətlər «yeni tipli insanı» yaradır. Həmin insan «bazar xarakterinə» malikdir. E.Fromm yazırdı: «Bazar xarakterinə malik olan insan hər şeyi əmtəə kimi qəbul edir, təkcə şeyləri yox, şəxsiyyətin özünü də, onun fiziki enerjisini, vərdişlərini, biliyini, rəylərini, hisslərini, hətta gülüşünü də əmtəə kimi qəbul edir. Həmin adamın əsas məqsədi– hər cür situasiyada fayda götürmək, xeyirli iş görməkdir».

İnsanın mövcudluq üsulunun və xarakterinin dəyişməsi cəmiyyətin dəyişməsi ilə əlaqələndirilir. Burada insanın mövcudluğunun əsas prinsipi «malik olmaq» deyil, «olmaq» yaxud «olum» dur. Beləliklə, təhtəlşüur pobleminin işlənməsinə yeni– yeni əlavələr edilməsi fərdi və ictimai şüurun sturukturunun tənqidində insan psixologiyasının sahəsini şüurluluq və təhtəlşüur dairələri ilə məhdudlaşdırmışdır. Bununla əlaqədar hazırda geniş yayılmış mentalitet (mentallıq) anlayışına diqqət yetirmək vacibdir. Mentalitet- mens - latınca - ağıl, təfəkkür, fikir obrazı ruhi vəziyyət, fikirlərin, əqi­dələrin, ruhi vərdişlərin nisbətən bütöv məcmuudur. Bunun sa­yə­sində dünyanın mənzərəsi yaranır və mədəni ənənələri, yaxud da ictimai birlikləri möhkəmləndirir. Mentalitet kollektiv şüurun işini səciyyələndirir. Bu mənada o təfəkkürün spesifik tipi kimi başa düşülür. Lakin belə bir şübhə doğurur ki, insanın sosial davranışı fasiləsiz analitik fəaliyyətindən qətiyyən yaranmır. Ümumiyyətlə, konkret fərdin bu və ya digər dərəcədə onun əvvəlki sosial təcrübəsi, maraqları, sağlam düşüncəsi təsir edə bilər. Deməli, mentalitet insanlarda onların təbiətindən və sosial cəhətdən şərtlənmiş kom­po­nentlərindən doğan ən ümumi olandır ki, bu da öz növbəsində insanın həyatı və dünya haqqında təsəvvürlərini aşkar edir. İnsan­ları əhatə edənlərin dərk edilməsi, fikir sxemləri, obraz kompleksləri mentalitetdə öz mədəni təzahürünü tapır. Mentaliteti ictimai əhvali-ruhiyyədən dəyər oriyentasiyalardan və fenomen kimi ideologi­ya­dan fərqləndirmək lazımdır. O vərdişləri meyl, həvəs, kollektiv emosional şablonları ifadə edir. İctimai əhvali-ruhiyyə dəyişkəndir, qeyri-müəyyəndir, mentalitet isə daha sabit xarakterlə seçilir. Mentalitet dəyər oriyentasiyalarını özünə daxil edir, lakin onunla da tükənmir. Dəyərlər dərk ediləndir, onlar həyati ustanovkaları, müqəddəslərin müstəqil seçimini ifadə edir. Lakin mentalitet eyni zamanda psixikanın şüursuz layı ilə əlaqədar olandır. Bu mənada o heç də həmişə onun daşıyıcıları ilə artikulyasiya əmələ gətirmir. Daha tez-tez mentalitet digər mentalitetlərə müqayisə yolu ilə təd­qiqatçılar tərəfindən rekonsturksiya olunur. Təhtəlşüuru ələ keçirən mentalitet insanların həyati və praktiki ustanovkasını, dünyanın sabit obrazlarını mövcud birliyə və mədəni ənənələrə xas olan emosional üstünlüyü ifadə edir. Mentalitet və ideologiya arasındakı fərqləri izah etmək mümkündür. O ideologiya kimi hərəkət obrazını motivləşdirir, lakin heç də həmişə dəqiq, refleksiya edilmiş dövran sxemi təklif etmir. İdeologiya təfəkkür formalarının və dəyər təsəvvürlərinin məcmuu kimi metnalitetə nisbətən daha analitikdir. Mentalitet anlayış kimi analitik təfəkkürü, yarımdərkedilmiş, mə­dəni şifrələrlə şüurun inkişaf formalarını birləşdirməyə imkan verir. Bu mənada mentalitet daxilində müxtəlif oppozisiyalar-təbii və mədəni, emosional və məntiqi prosesional və rasional, fərdi və ictimai olan nə varsa özünü tapa bilir. Bu söz arxaik strukturların, mifoloji şüurun təhlili üçün xüsusi hərtərəfli istifadə olunur. Bu gün mentalitet anlayışı genişləndirilmiş məzmun əldə edir. onun köməyi ilə təkcə ayrı-ayrı mədəni trafaretləri deyil, həmçinin fikir obrazı, müxtəlif birlik tiplərinin ruhi vəziyyəti şərh olunur. O cümlədən, Av­ropa və Amerika mədəniyyətləri, Qərb, Şərq və Afrika mədəniy­yətləri arasındakı fərqlər göstərilir. Avropa mədəniyyətinin inkişaf mərhələləri (antik, orta əsrlər mentaliteti, yeni dövr mentaliteti və s.) səciyyələndirilir. Totalitar və bürokratik mentalitetdən də danı­şır­lar, milli və uşaq mental şüuru da o qəbildən müzakirə obyekti olur. Mentalitet anlayışı yenikantçılar fenemonoloqlar, psixoanali­tiklər və s. tərəfindən istifadə olunur. Az-çox hərtərəfli şəkildə o XX əsr fransız Humanistləri tərəfindən işlənmişdir. Neologizmi üzə çıxaran Marsel Prust şüurlu surətdə onu öz lüğətinə daxil etmişdir. Fransa məktəbi mentalitetin tarixinə daha geniş yer ayırmışdır. Etnologiyada evolyusionizm və animist məktəb sonralar isə Dyur­gheymin sosioloji rasionalizm primitiv mentalitet elementlərini ayırmış və onu cəmiyyətin arxaik dövrünə aid etmişlər. Birinci Dünya Müharibəsindən sonra M.Moss sosiologiya sahələri haq­qında oçerkində qeyd edirdi ki, mentalitetin öyrənilməsi artıq moda minmişdir. «Primitiv mentalitet» anlayışının formulə edilməsində L. Levi-Bryül misilsiz iş görmüşdür. Onun fikrincə yazısız xalqların kollektiv həyatını müasir anlayışlarla izah edərkən olduqca diqqətli olmaq lazımdır. L.Levi-Bryül primitiv və sivilizasiyalı dövrün men­talitetləri arasında əsaslı fərqin olduğunu qeyd etmişdir. Lakin eyni zamanda onların arasında keçidin olması faktını da vurğulamışdır. Onun elmə gətirdiyi «fövqəltəbiiliyin effektiv kateqoriyası» təcrü­bənin xüsusi tipini fərqləndirən tonallığı göstərir. Primitiv insan fövqəltəbii qüvvə ilə kontaktı özünəməxsus şəkildə qavrayır. Magi­ya, yuxular, oyun, ölülərin iştirakı ibtidai insana mistik təcrübə verir ki, o da bunu axirət dünyası haqqında biliklərdən əldə edir. Primitiv mentalitetdən fərqli olaraq müasir mentalitetdən danışarkən Levi-Bryül bir sıra cəhətləri ayırır ki, onlar da onu məntiqi təşkil olun­muş və rasional kimi səciyyələndirməyə imkan verir. Yeni kantçı E.Kassirerin fikrincə primitiv mentalitet bizim­kindən xüsusi mən­tiq­lə, o hər şeydən əvvəl isə nə nəzəri, nə praqmatik, nə də simpatik olmayan təbiəti öz qavrayışı ilə seçilir. Primitiv insan şeylər ara­sında empirik fərqlər edə bilmir. Onda sivilizasiyalı adama nisbətin özünü ayırmadığı təbiətlə birliyi hissi daha güclü inkişaf etmişdir. Totemizmdə təkcə o özünü hansısa heyvanın nəsli hesab etmir, eyni zamanda bu heyvanla əlaqə onun bütün sosial və fiziki varlığından keçirr. Bir çox hallarda bu identifikasiya dərəcəsinə çatır: bəzi totemik tayfaların üzvləri birbaşa özünü quş və yaxud heyvan elan edirlər. E.Qusserlin fikrincə transendental dairəsinə daxil olmağın yeganə yolu həyati dünyanın təhlilidir. Fenomenologiyada bu termin reflektiv həqiqətlər və inamların qarşılıqlı əlaqəsini ifadə edir. Həyati dünya-bu eyni zamanda şüurun həm mənbəyi həm də bütün ilkin şərtlərinin yeridir. Məsələn qədim yunanların dünyası–bizim başa düşdüyümüz mənada obyektiv dünya deyildir, bu onların «dünya təsəvvürləridir», daha dəqiq desək allahlar, şeytanlar da daxil olmaqla özünün bütün vacib reallıqları ilə birlikdə dünyada yunanlar tərəfindən verilən subyektiv qiymətdir. Antik mentalitet bir daha göstərir ki, müasir Avropa xalqları üçün müəyyən spesifika xasdır ki, Avropanın simasında baş verən bütün dəyişiklikləri özündə əks etdirir. İlk dəfə kollektiv mentalitet ideyası A.de-Tokvilin «Amerikada demokratiya» əsərində (1835) verilmiş­dir. Amerikada ictimai şüuru tədqiq edərək Tokvil mövhumatın, vərdişlərin, istəklərin ilkin səbəblərini, həmin cəmiyyətdə onların yaranması və yayılması səbəblərini dəqiqləşdirməyə cəhd etmişdir. Bu isə onun fikrincə milli xarakteri təşkil edir. Tokvil təsdiq edirdi ki, ABŞ-ın bütün sakinləri oxşar təfəkkür prinsiplərinə malikdir və əqli fəaliyyətlərini eyni qaydalara müvafiq olaraq idarə edirlər. Tokvilin əsasını qoyduğu tədqiqat ənənələri psixo-tarixin yaradılmasına gətirib çıxarmışdır. E.Fromm «Azadlıqdan qaçış» (1941) əsərində «sosial xarakter» anlayışını elmi dövriyyəyə gətirmişdir. Filosofun sözlərinə görə bu anlayış ictimai proseslərin başa düşülməsi üçün açar rolunu oynayır. analitik psioxologiyada xarakter-insan enerjisinin spesifik forması kimi müəyyən cəmiyyət həyatın konkret obrazlarına uyğun insan tələbatlarını adaptasiya prosesində yaranır. Mentalitetin tarixinin predmeti ictimai dünya anlamını və dünya hiss etməsini verən dövranın ifadə və s. üsullarının rekonstruksiyasıdır. Təsəvvürlər və obrazlar, miflər və dəyərlər, özü də ayrı-ayrı qrup və cəmiyyətlər tərəfindən qəbul edilənlər bütövlükdə kollektiv psixologiya üçün materiallar verir və bu cür tədqiqatların əsas elementlərini yaradır. Tarixi psixologiya bu günə qədər ləng inkişaf etmişdir. Bu sahədə yol açan görkəmli işlərdən birinciləri ilk dəfə Fransada «Annallar məktəbinin əsasını qoyanlar tərəfindən nəşr olunmuşdur. M.Blokun «Möcüzə yaradan-kralları» L.Fevrin «Etiqadsızlıq problemləri», 1938-1941-ci ilin proq­ram məqalələri, yeni nəslin nümayəndələri, J.le Qoff, R.Mand­ru, J.Dyubi və digər tarixçilər, mədəniyyətşünaslar Y.Xöyzinq, J.P.Vernan, P.Frankestel, E.Panovski müxtəlif epoxaların mentali­tet­lərini yaratmağa cəhd etmişlər. Strukturalistlər primitiv men­talitet konsepsiyasına tənqidi surətdə yaşamışlar. Bununla bərabər onlar yeni tədqiqat metodları arsenalını zənginləşdirmişlər. Posts­trukturalist variantda irəli sürülmüş «epitemlər» anlayışı Freydin mentalitet anlayışına yaxınlaşırdı. Freyd «şəxsiyyətin formalaş­masına təsir edən arxaik irsə» müraciətində fərdlərin sosioloji intel­lektual və yaxud mənəvi tərbiyənin rolunu yüksək qiymətləndirirdi. Mentalitet tarixi ən ümumi tarixin daha geniş planına daxildir və cəmiyyətdə insanların həyatını formalaşdıran mədəni aspektin iqtisadi aspektdən az rol oynamağını göstərir.

Eros (erot)– «məhəbbət». Yunan mifologiyasında məhəbbət allahı. 4 kos­moqonik başlanğıcdan biri. Xaos, Geya və Tərtərlə birlikdə. Parmenid Ero­su ən qədim allahlardan biri, Afroditanı yaradan kimi təsvir edir.

Tanatos– yunan mifologiyasında ölümün təcəssümü.

Top