Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır.Varlıq probleminin mənasını anlamaq üçün,hər şeydən əvvəl,onun insanların real həyatı və praktikasındakı köklərini aşkara çıxarmaq lazımdır.Varlıq haqqındakı insan təsəvvürləri mənşəcə qədimdir.Cəmiyyət əmələ gəldiyi ilkin dövrlərdən gerçəklik,mövcudluq,varlıq haqqındakı mifoloji-dini səciyyədə olsa da,müəyyən təsəvvürlər olmuşdur.Gerçəklikdə baş verən hadisələri-insanın doğulması,yaşaması,ölməsi,yaranma və yox olma hadisələri,təbiətdə,xüsusilə bitki və heyvanlar aləmində baş verən hadisələr və i.a.hamısı insanın gözü qabağında baş verir.İbtidai insan və ümumiyyətlə,emperik bilik səviyyəsində yaşayan insan bütün bu hadisə və prosesləri idarə edən varlıq,bütöv dünyanın varlığı və mövcudluğu haqqında təsəvvürlərə malik olur.
İnsanların hər cür fəaliyyəti doğruluğu heç bir çübhə oyatmayan ən sadə və anlaşıqlı ilkin şərtlərə,prinsiplərə əsaslanır.Bunlardan ən ilkin və universal olanı isə insanın onu əhatə edən aləmin mövcudluğuna,varlığına təbii inamıdır.Aydındır ki,dünyanın varlığı haqqındakı məsələ yalnız onda problem xarakteri ala bilər ki,insanın bu inamı şübhə altına alınmış olsun.
Bizi əhatə edən aləmin mövcudluğu faktı nə qədər şəksiz və açıq-aşkar görünsə də,ciddi nəzər saldıqda aydın olur ki,bu faktın sübut edilməsi o qədər də asan iş deyildir.İnsanın gündəlik həyat təcrübəsindən ona predmet və hadisələrin varlığı,mövcudluğu bəllidir.Subyektin müşahidə hüdudlarından kənarda varlıq,ümumiyyətlə desək,açıq məsələdir.Dünyanın məkan və zaman etibarı ilə hüdudsuzluğu ideyası da özlüyündə açıq-aşkar deyildir.Əksinə insan həyatının konkret məkan və zaman hüdudları ilə məhdudlaşması insana dünyanın sonsuzluğu deyil,daha çox sonlu,məhdud olması ideyasını təlqin edir.
Hər bir fəlsəfi kateqoriya digər kateqoriyalardan heç birinin əhatə etmədiyi xüsusi məzmunu ifadə edir.Varlıq kateqoriyasının xüsusiyyətini nəzərə çarpdıraq,İ.Kant qeyd edir ki,o predmetin heç bir konkret xassəsini ifadə etmir.Bu kateqoriya predmet və hadisələri,onların xassə və münasibətlərini vahid bir əlamət-mövcud olmaq əlaməti əsasında birləşdirir.Lakin şeylərin onların mövcud olması baxımından nəzərdən keçirilməsi onlarda heç bir yeni xassə aşkara çıxarmır və ya onlara heç bir konkret xassə istinad etmir.Yəni mövcud olmaq obyektdəki hansısa konkret xassənin ifadəsi deyildir.Bunu əsas götürərək bəzi mütəffəkirlər varlıq kateqoriyasını məzmunsuz bir məhfum kimi fəlsəfi kateqoriyalar sistemindən çıxarıb atmağı təklif edirlər.Lakin yaddan çıxarmaq lazım deyil ki,fəlsəfi kateqoriyaların spesifikliyi məhz ondadır ki,onlar predmet və hadisələr arasındakı konkret əlaqələri (onların konkret xassələrini deyil),ən ümumi,universal əlaqələri və xassələriəks etdirirlər.Varlıq kateqoriyası da məhz bu cür universal əlaqə predmetlərin,hadisələrin,ideyaların və s.mövcudluğunu özündə əks etdirir.Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli reallığı,obyektiv mövcudluğu,insan şüurundan asılı olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır.Varlıq-dünyanın real mövcudluğunun məcmusu,təbiət və cəmiyyətin,maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır.Maddi predmetlər,proseslər,xassələr,əlaqə və münasibətlər,miflər,nağıl və əfsanələr,ictimai-siyasi,elmi və s.ideyalar-bütün bunlar hamısı varlığın müxtəlif növləridir.Göründüyü kimi,varlıq kateqoriyası özündə həm maddi,həm də mənəvi,ideal olanı əhatə edir.
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar
a)təbii və ya maddi varlıq.Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki,onun da iki aspektini qeyd etmək olar:təbii mühit və insan əməyi ilə yaradılmış “süni mühit” və “ikinci təbiət”.Bunu insan şüurundan asılı olmayan təbii-maddi mövcudluq da adlandırmaq olar.
b)mənəvi və ya ideal varlıq.Buraya insanı əhatə edən mənvi aləm,ideal mövcudluq-mədəniyyət,elm,incəsənət,adət-ənənələr,ideoloji formalar və s.məcmusu daxildir.
c)əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin,sosial-siyasi strukturların durduğu sosial-siyasi varlıq.Bunu da iki qismə ayırmaq olar:ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir.Varlığın bu dialektik təbiətini Hegel hərtərəfli şəkildə tədqiq edərək aşkara çıxarmışdır.O yazırdı: “Əgər biz dünyanı nəzərdən keçirərkən yalnız o mövcuddur”,-deyib,artıq heç nə əlavə etmiriksə,onda biz bütün müəyyən olanı nəzərdən qaçırır və deməli,mütləq dolğunluq əvəzinə,mütləq boşluq əldə edirik”.
Hegelə görə xalis varlıq kateqoriyası məzmunca o qədər yoxsuldur ki,o əslində elə yoxsulluqla eynigüclü məhfumdur.Lakin digər tərəfdən xalis varlıq həmçinin mövcudluq imkanıdır.Yəni hər cür gerçəklik öz başlanğıcını xalis varlıqdan götürür.Deməli,o mütləq yoxluqdan ibarət neqativ anlayış deyil,potensial varlıqdan ibarət olub,pozitiv anlayışdır.Hegelə görə varlıq kateqoriyasının məhz bu daxili ziddiyəti öz inkişafı prosesində getdikcə daha məzmunlu olan anlayışları yaradır.Varlıq kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk fikir qədim yunan fəlsəfəsinin Sokrata qədərki dövrünə aiddir.O dövr mütəffəkirlərdən Parmenid varlıq dedikdə “maddi,əbədi və mükəmməl Kosmosu”nəzərdə tutmuş,Heraklit isə onu “fasiləsiz qərarlaşan Kosmos” adlandırmışdı.Burada varlıq,heçliyə,yoxluğa qarşı qoyulmuşdu.Platon isə varlıq anlayışının “hiss olunan” tərəfini ataraq,“xilas ideya”-həqiqi dünya mövcudluğu kimi səciyyələndirdi.Aristotel isə varlığa “forma və materiyanın vəhdəti” kimi baxaraq onun müxtəlif səciyyələrindən(“hissi”,“ideal”,“insani” və s.) bəhs etmişdi.Orta əsrlər ilahiyyatında (xristian,islam və s.)varlıq anlayışına ilahi məna verilir,“Allah-həqiqi varlıq”,“maddi və ideya vəhdəti” isə qeyri-həqiqi,yaradılmış mövcudat adlandırılır.XVII-XVIII əsr maarifçiliyində isə varlığa ancaq maddi-təbii olanın aid edilməsi,mənəvi aləmin ona daxil edilməməsi ideyaları üstün olmuşdu.Orta əsrdə və sonrakı dövrlərdə Şərq və Azərbaycan fəlsəfəsində varlığı “zəruri və mümkün varlıq” kimi iki hissəyə bölmüş,“zəruri varlığa” bütün gerçəkliyin və “mümkün varlığın” səbəbi və ilkin substansional əsası kimi baxmışlar.Dekart varlığa münasibətdə “fikirləşirəm,deməli,mövcudam” tezisi ilə çıxış etmiş,Leybnits isə varlığı “mənəvi substansiyanın gerçəkliyinin inikası” kimi mənalandırmışdı.Kanta görə varlıq “bizim anlayışımızın və mühakimələrimizin əlaqələrinin ən mühüm vasitəsidir”.Hegeldə isə “varlıq-mütləq ideyanın,ruhun özü-özündən yüksəlməsi prosesi”,obyektiv ideal gerçəklikdir.Marksist fəlsəfi konsepsiya isə varlığa birtərəfli olaraq,əsasən onun maddi-təbii tərəflərinin obyektiv reallığı kimi baxırdı.