İnsan bəşər nəslinin yeganə nümayəndəsi kimi fərd olaraq nəzərdən keçirilir. Bu anlayışın tərifi hansısa spesifik xarakteristikaya ehtiyac hiss etmir. Fərd– həmişə çoxlardan biridir. Bu mənada «fərd» və «şəxsiyyət» anlayışları həm həcminə, həm də məzmununa görə bir– birinə ziddir. Fərd anlayışında insanın xüsusi, yaxud yeganə olan xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır, lakin həcminə görə o qədər də zəngindir, çünki hər bir insan– fərddir. Fərd anlayışında insanın nə bioloji, nə də sosial keyfiyyətləri görünmür. Halbuki o nəzərdə tutulur. Əgər biz «insan fərdi» deyiriksə, o zaman bütün adamların nəsli birliyini təsəvvür edirik. Başqa keyfiyyətləri göstərdikdə isə onda sosial qrupa mənsubluq özünü göstərir.
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır ki, onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiy-yətin daşıyıcısı canlı insan orqanizmidir.
«İnsan» anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ an-layışıdır. İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tuturlar. Onun ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə xüsusi bir fərddir və məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd varlığına çevirir.
Fərd öz ifadəsini insanın təbii əlamətlərində və psixik xassələrində– hafizə, təxəyyül, temperament, xarakter xüsusiyyətəlirində və insan simasında, onun həyat fəaliyyətinin bütün rən¬garəngliyində tapır. Şüurun bütün məzmunu da: baxışlar, mühakimələr, rəylər də fərdi rəng alır, bunlar hətta müxtəlif adamlarda ümumi olduqda da həmişə özündə nə isə bir «özünə məxsusluq» daşıyır. Hər bir ayrıca adamın təlabatı və ehtiyacları fərdiləşmişdir və o, özünün gördüyü hər bir işə öz fərdi izini həkk etdirir. Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında deyil, həmçinin öz sosial, mənəvi, fiziki keyfiyyətləri cəhətdən nəzərdən keçirilən bir insandır. Bu keyfiy¬yət¬lər həm müsbət, həm də mənfi ola bilər, çox zaman isə, müxtəlif nisbə¬t¬lərdə olsa da onlarda həm ləyaqət, həm də nöqsanlar birləşmiş olur.
İnsanın ən ümumi əlaməti onu qalan aləmdən ayıran sosial fəaliyyətdir. İnsan, hər şeydən əvvəl, öz fəaliyyəti şəraitini dəyişdirən və bütün bu keyfiyyətlər bir– biri ilə qırılmaz əlaqədardır. Şəxsiyyət– məzmununa görə olduqca zəngin anlayış olub, özündə insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil, həm də nadir, unikal xassələrini də əks etdirir. İnsanı, şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, da-ha dəqiq desək, insan üçün xarakter olan sosial keyfiyyətlər, onun sosial spesifi-kasıdır. Şəxsiyyət anlayışına adətən fərdin təbii– fərdi xarakteristikasını daxil etmirlər. İnsanın sosial fərdiyyəti boş yerdə və təkcə bioloji şərtlər əsasında yaranmır. İnsan konkret tarixi zamanda və sosial məkanda, praktiki fəaliyyət və tərbiyə prosesində formalaşır. Ona görə də sosial fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsiri və sintezinin konkret yekunudur. Və şəxsiyyət özü insanın sosial– mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər əhəmiyyət daşımır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir.
Şəxsiyyət mürəkkəb struktura və şərhə malikdir. Ümumiy¬yətlə, fəlsəfədə şəxsiyyət problemi insanın şəxsiyyət kimi mahiyyəti, onun dünyada və tarixdə yeri və rolu deməkdir. Burada şəxsiyyət ictimai idealların, sərvətlərin, ictimai münasi-bətlərin, adamların fəaliyyət və ünsiyyətinin subyekti və fərdi ifadəsidir. Şəxsiyyət, hər şeydən əvvəl, fəaliyyətin yetirməsidir. Yalnız fəaliyyəti sayəsində insan bir şəxsiyyət kimi özünüdərk, təsdiq və təzahür etdirir.