Yeni dövr fəlsəfəsi

Yeni dövr fəlsəfəsi

XVII əsrdən başlayaraq fəlsəfənin inkişafında yeni dövr adlandırılan mərhələ başlamışdır. Yeni dövr fəlsəfəsində təcrübəvi təbiətşünaslıqdan irəli gələn güclü materialist meyl xarakterik cəhətdir. lakin bu materializm mexaniki, metafizik materializmi idi. Təbiətin öyrənilməsində bu cür yanaşma metodu F.Bekon olmuşdur. O, öz fəlsəfi əsərində antik dövrün idealizmini və orta əsrlər dövrünün idealizmini və orta əsrlər dövrünün sxalastikasini kəskin tənqid edərək fəlsəfənin vəzifəsini elmdən istifadə etməsini göstərmişdir. Onun fikrincə, bu işdə yeni idrak metodu mühüm rol oynamalıdır, çünki «bilik qüvvədirsə, metod ona aparan yoldur, yoçunun yolunu işıqlandıran fanardır».
Təbiəti, materiyanı ilkin hesab edən F.Bekona görə onlar dərk ediləndirlər. İdrakın əsasını maddi aləm təşkil edir və o, duyğulardan başlayır.
Görkəmli Fransız təbiətşünası və filosofu R.Dekart burjua fəlsəfəsinin banisi olmuşdur. Dekart köhnə fəlsəfi ənənəni tənqid edərək özü sıfırdan başlamır, o, öz fəlsəfəsinin çıxış prinsipi kimi zəkznı, onun daxili impulsu olan özünü dərk etməni əsas götürür: «Düşünürəm deməli mövcudam» prinsipi də həmin çıxış nöqtəsini yığcam şəkildə ifadə edir. O, «Fəlsəfənin əsasları» adlı əsərində öz dualist təlimini şərh etmişdir. O, bir-birindən asılı olmayaraq mövcud olan «Düşünən» və «yertutan» substansiyasını ilkin əsas kimi götürmüşdür. Onun fikrincə, bu iki substansiya paralel şəkildə mövcud olurlar. Onlardan birinci ilə, yəni ruhi substansiya ilə «metafizika», maddi substansiya ilə «fizikz» məşğul olur. Hər iki substansiyanı ali substansiya olan Allah yaratmış, lakin onları yaratdıqdan sonra onların işinə qarışmır. Maddi substansiyanın atributu yer tutmaqdır, məkandır, ruhi substansiyanın atributu isə təfəkkürdür.
Hollandiya filosofu B.Spinoza idrak nəzəriyyəsində, idrakın 3 növünün olmasını qey etmişdir. Birinci növ idrak rəy və təsəvvürlərdən, özgə adamlardan əldə edilən fikirlərdən təşkil olunduğundan, onlar həqiqi bilik verə bilmir. İkinci növ idrak, zəkznın bilavasitə fəaliyyətindən ibarətdir. Üöüncü növ idrak intellektual intuisiya ilə şeylərin mahiyyətinin dərk edilməsindən ibarətdir. Bu cür idrak insanın ən yüksək və ali idrak qabiliyyətidir.
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdə meydana gəlib forməlaşməşdır. Klassik alman fəlsəfəsi başlıca olaraq materializm və idealizmin ziddiyyətli yolları ilə irəliləmiş və fikir tarixinə daxil olmuşdur, İ.Kant, G.Hengel, L.Feyerbax tərəfindən təmsil olunmuşdur. Adları çəkilən filosoflardan hər birisi ideya və konsepsiyalar zənginliyi ilə bir-birindən fərqlənən fəlsəfə sistemi yaratmışlar.
Kantın fikrincə, insanın şüurundan asılı olmayan şeylər aləmi mövcuddurlar, onlar insanların hiss üzvlərinə təsir edərək onlarda duyğular əmələ gətirir. Kant ənənəvi məntiqi təsnifatdan şıxış edərək, onlara müəyyən düzəlişlər edərək mühakimələri hər birisi üç növdən ibarət olmaqla dörd qrupa ayrılır: 
1) kəmiyyət;
2) keyfiyyət;
3) münasibət;
4) modallıq.
Buna uyğun olaraq o, dörd qrup kateqoriyaları fərqləndirir:
1) kəmiyyət (vəhdət, çoxluq, bütövlük);
2) keyfiyyət (reallıq, inkar, məhdudlaşdırma);
3) münasibət (məxsusluq və müstəqil mövcudluq, səbəb və nəticə, ünsiyyət və qarşılıqlı təsir);
4) modallıq (imkan və imkansızlıq, mövcudluq və qeyri-mövcudluq, zərurət və təsadüf).
Klassik Alman fəlsəfəsinin sonuncu görkəmli nümayəndəsi L.Feyerbaxdır. O, öz fəlsəfi əsərlərində göstərir ki hiss üzvləri fəlsəfənin əsasıdər. Din insanlara ölümdən sonra xilas olmanı vəd edir, fəlsəfə isə dinin vəd etdiyini bu dünyada yerinə yetirməlidir. Onun fikrincə, təfəkkürün varlığa münasibəti məsələsi insanın mahiyyətindən ibarətdir. Çünki yalnız insan düşünə bilər. Feyerbaxın fikrincə «varlıq», «təbiət», «materiya», «gerçəklik», «reallıq» eyni anlayışdır. Təbiət əbədidir. Məkan və zaman hər cür varlığın əsası şərtidir, o, hər cür təfəkkür və fəaliyyətin, nailiyyət və tərəqqinin əsasıdır. Məkan və zamandan kənarda heç bir reallıq olmadığı kimi, təbiətsiz də məkan və zaman yoxdur.

Top