Qoç - Uşağını cəsarətləndirəcək, inam yaradacaq, motivasiya edəcək. Həyatda hər şeyi edə biləcəyini öyrədəcək. Qoç qadının sayəsində uşaq hər zaman güclü, özünə inanan, azad biri olacaq.
Buğa - Sahibləyici, qoruyucudur. Tez əsəbləşməməyi və səbrli olmağı buğa bürcü qadınından öyrənə bilərsiniz. Övladının sağlam qidalanması üçün əlindən gələni edəcək.
Əkizlər - Uşağın zehni inkişafının, əl qabiliyyətinin inkişafı üçün çalışacaq.
Xərçəng - Şəfqətli, həddindən artıq qoruyucu, ləzzətli yeməklər bişirən bir ana olacaq. Uşağına, ailəsinə bağlı…
Şir - Uşağının gözündə həmişə kraliça olmaq istəyir. Ona inamla dik durmağı aşılayan, qürurunun nə qədər önəmli olduğunu öyrədən ana olacaq.
Qız - Qabiliyyətli, bacarıqlı, bir o qədər də şübhəçi bir ana olacaq.
Tərəzi - Çox sakit təbiətə malikdir. Uşağına qarşı ədalətli, adil olmağı öyrədəcək.
Əqrəb - Prinsiplərindən asanlıqla imtina etməyən qadındır. Uşağına kiçik yaşlarından güclü olmağı, həyatın çətinlikləri ilə mübarizə aparmağı öyrədəcək.
Oxatan - İnancı qüvvətli, həyata həmişə müsbət tərəflərindən baxan, uşaqlarına güclü olmağı öyrədən, azadlığın hər şeydən önəmli olduğunu aşılayan ana olacaq.
Oğlaq - Güclü, sirrinizi paylaşa biləcəyiniz bir qadındır. Uşağına qayda-qanunu, düzgün həyat tərzini kiçik yaşlarından öyrədəcək.
Dolça - Uşağına humanizmi, insan hüquqlarının nə qədər önəmli olduğunu aşılayacaq. Sərbəst ruhlu uşaq yetişdirəcək.
Balıqlar - Fədakar, həssas, mərhəmətlidir. Uşağına ilk növbədə, mərhəmətli olmağın, başqalarına yardım etməyin önəmli olduğunu öyrədəcək.