Gəlinliyinizi bürcünüzə görə seçin

Gəlinliyinizi bürcünüzə görə seçin


Gəlinliyi bürcünə görə seçsən toyunda daha cazibədar görünərsən.

Qoç – alov ünsürlü olduqları üçün iddialı paltarları sevirlər. Sadə və işıltılı geyimlərə üstünlük verir.

Buğa – bel və sinə dekoltelərini çox xoşlayırlar. Gözəllik adına hər cür detalın gəlinlikdə olmasını arzulayır.
 

Əkizlər – fərqli və sadə modelləri xoşlayır. Ancaq bəzən bu bürcün qadınları başqalarının təsiri ilə çox cəlbedici gəlinlik seçə bilərlər.

Xərçəng – şifon və əl işlərindən ibarət romantik görünüşlü parçalara üstünlük verir.
 

Şir – şahzadə kimi görünmək istəyirlər. Təntənə onlar üçün vazkeçilməzdir.

Qız – sadəliyi sevir. Özlərinə qarşı sonsuz güvəni olur. Seçdikləri parçalar ilə şık zövqlərini biruzə verirlər.
 

Tərəzi – əl işləri ilə bəzənmiş don və fata, qabarıq ətək, uzun quyruq və daşlarla bəzənmiş gəlinlik arzusundadır.

Əqrəb – qabarıq ətək, zərif və romantik görünüşlü gəlinlik seçir. Çiçək və daşlarla bəzənmiş gəlinliklərdə onların maraq dairəsinə daxildir.
 

Oxatan – fərqli paltarları sevirlər. Təntənəli gəlinlik onların arzusudur.

Oğlaq – saraylara layiq bir təntənə istəyirlər. Modern üslüb və quyruq mütləqdir.
 

Dolça – tarixi geyimləri xatırladan gəlinlik axtarır. Onları Yunan mifalogiyası, fransız qadınlarının korseti və böyük donları, XVI əsrin modelləri maraqlandırır.

Balıqlar – romantik və işıltılı gəlinliklərə üstünlük verirlər.

Həmçinin bax: Toy qoroskopu 

Top