Bürcünüzə uyğun makiyaj edin

Bürcünüzə uyğun makiyaj edin

Makiyjınızı bürcünüzə uyğun edin
Hər bir bürcün özünəməxsus makiyaj texnikası var. Gözəllik ustaları qadınlara hər zaman üz quruluşuna, getdikləri yerə uyğun makiyaj etməyi məsləhət görür. Hər bürcün də özünə aid makiyaj növü var. 

Od ünsürü – İddialı 
Qoç, şir, oxatan bu qrupu təmsil edir. Od ünsürünün qadınları diqqət çəkməyi və cazibədarlıqlarının ön plana çıxmasını istəyirlər. Hər kəsdən fərqlənmək ən böyük arzulardı.
Makiyajda da diqqət çəkən rəngləri və cizgiləri istifadə etməlidilər. Od ünsürünə məxsus olan qadınların rəngi qırımızı və qaradı. Gözlərdə mütləq qara qələmdən istifadə etməlidilər. Eyeliner göz makiyajlarının əvəzolunmaz kosmetik vasitəsidi. Kölgə olaraq isə ağ rəngə üstünlük verməlidilər. dodaq boyası və ənlik olaraq qırmızı tondan istifadə etsələr, fərqlənmək arzularını yeirinə yetirmiş olarlar.

Su qrupu – Təbiilik
Xərçəng, əqrəb və balıq qrupu.  Bu qrupun rəngi yaşıldır. Su qrupu olduğu üçün yaşıl rəngin bütün tonlarını istifadə etmək olar. Xüsusən də açıq tünd yaşıldan istifadə etsələr, baxışları ilə sirli mesajlar verə bilərlər. 

Göz makiyajının əvəzolunmaz kosmetikası, qəhvəyi qələm və ağ göz kölgəsi ilə vurğulanmış gzlərdir. Şaftalı rəngli ənlik su qruu üçün daha məsləhətlidi. Dodaqlarda isə çəhrayının bütün tonlardan çəkə bilərlər. 

Torpaq qrupu – Sakit 
Bu qrupa daxil olan qadınlar sakit təbiətli olur. Buğa, qız və oğlaq bu qrupdandı. Diqqət çəkməyi heç sevmir, daha çox sadəliyin tərəfdarıdırlar. 

Makiyajda da sadəliyi sevirlər. Onların əsas rəngi qəhvəyidi. Üzün hər bir hissəsində bu rəngdən rahatlıqla istifadə edə bilərlər. Bütün kosmetik vasitələr bu rəngin hakimiyyəti altındadı. Bej tonlarından göz makiyajda və ənlikdə isə çəhrayı rəngdən istifadə etməlidilər. 

Hava qrupu – Sadəlik 
Hava qrupunun bürcləri — əkizlər, tərəzi və dolçadı. Bu bürclər azadlığın təmsilcisidi. Hava qrupunun rəngi mavi və çəhrayıdı. 

Gözlərdə mavi rəngin hər tonunu rahatlıqla istifadə edə bilərlər. Yanaqlarda isə çəhrayı ənlikdən istifadə etsinlər. Dodaqlarda yenə çəhrayı rənglər üstünlük təşkil etməlidi.
Top