Dolça bürcü haqqında

Dolça bürcü haqqında

Dolçalar Zodiakda ən mehriban insanlardır. Dolçanın ətrafında ünsiyyət üçün kifayətqədər insan olanda, onun həyatı idealdır. Bu insanlar müxtəlif dərnəklər təşkil edirlər: iş yoldaşlannm kompaniyası, köhnə məktəb dostları qrupu, tennis klubu üzrə tanışlar dərnəyi və s. Ona elə gəlir ki, hər hansı bir qrup insanlar ilə sıx-bağlı olmaq mövcudiuğun heç də yaxşı forması deyil.
Dolça bürcü altında doğulan insanların həyata münasibəti — soyuqqanlı, özgələşmiş, müstəqildir. Zodiak bürclərinin əksəriyyətindən fərqli olaraq Dolçanı bir yox, iki planet idarə edir: onu soyuqqanlı və intizamlı olmağa vadar edən Saturn; və başqalarına bir qədər oxşamağa qoymayan, ona azacıq fərqləndirici cəhət verən Uran.
Dolçanın fikrincə, ən pisi bir insana bağlanmaqdır; bu isə öz müstəqilliyini qurban vermək deməkdir. Müstəqillik — Dolça üçün çox vacib bir işdir: onda elə bir təlabat yoxdur ki, kiməsə məxsus olsun və ya kiminsə ona çox böyük ehtiyacını hiss etsin. Dolça elə öz-özlüyündə də çox xoşbəxtdir. Ona ən çox ehtiyacı olan insan elə onun özüdür.
Bu heç də onun soyuq və ürəksiz olduğunu göstərmir. Əslində isə o çox xeyirxah və diqqətcildir, indiki halda layiq bildiyi işə çox vaxt və güc sərf edir. O istədiyi işlərdə iştirak edir, istəmədiyindən isə imtina edir; hər şeyi özü həll edərək tam müstəqilliyini qoruyub saxlayır. Bir çox Dolçalar siyasi və ekoloji hərəkatlarda fəal iştirak edirlər. Onların baxışları, görüşləri başqa insanlara ekstremist görünə bilər. Görüşləri, fikirləri necəliyindən asılı olmayaraq arqumentli və ağıllı sübutlara əsaslanır, çünki Dolçalar səmimi şəkildə ictimai xeyir barədə düşünürlər.
Dolçanin nöqteyi — nəzərincə, başqalarının hesabına bir nəfərə üstünlük verən hər hansı bir sistem pis qurulub. O, bütün iyerarxiya formalarının əleyhinədir və tamamilə əmindir ki, bütün insanlar binədən bərabərdirlər və eyni bir diqqətə layiqdirlər. Bu — əvvəlki Oğlaq bürcünün nöqteyi — nəzərinə ziddir və elə ona görə də onlar çətin ünsiyyətə girirlər. Dolçalar öz görüşləri uğrunda həmişə vuruşmağa və ədalətsiz hesab etdikləri hər hansı bir sistemə qarşı durmağa hazırdırlar. Bu — Dolçaların çoxusunu siyasətə cəlb edir. Dolçanın prinsipləri çox yüksək və təmizdir; o, sərt məntiqə əsaslanır və özünün düzgün, haqlı olmasına şübhə etmir. Əlbəttə, bu o demək deyil ki, Dolça həmişə çox ciddidir; onun dostlarının bəxtindən Oxatan etdiyi kimi, heç kimin səhv baxışlarını düzəltməyə can atmır. O hətta vaxtaşırı, söhbətin darıxdırıcı olmasını aradan qaldırmaq üçün sadəcə, gülüş naminə ümumi rəyin əksinə fikir də söyləyə bilər.
Dolçanın mühitində olmaq xoş və sevindiricidir. Belə hesab edilir ki, Dolçalar həmişə keçmişdən daha çox gələcəklə maraqianırlar. Onun şeylərə müasir baxışı səhv gorünənləri düzəltmək səyidir; məhz bu keyfiyyəti onun şəxsiyyətindəki fərdiyyəti, müstəqilliyi açıb göstərir.
Rəmzləri: dolça, gumüş əllər, qanadlar, quş və təyyarələrin uçuşu, ziqzaqlar, gənclik, müdrik insan. Rəngləri: boz, bənövşəyi, açıq göy. Auqaris zodiac sign
Rəngləri: yaqut, opal, ametist, lazurit.
Metalları: qalay.
Çiçəkləri: bənövşə, mərsin, nərgiz.
Anatomik emfazası: diz, topuqlar, baldırlar, əzələlər.
Tilsimləri: açar, ikona.
Xoşbəxt rəqəmləri: 2, 4 (4-ə bölünən bütün rəqəmlər), 8, 9, 11, 13.
Uğurlu günləri: çərşənbə, şənbə. Uğursuz günləri bazar.
Ölkələri: Danimarka, italiya (ölkənin cənubu), Rusiya, Kanada.
21 yanvar — 1 fevral tarixdə Veneranın təsiri altında doğulantar utancaq, incə, melanxolik və sevgidə zərif olurlar.Mühüm illəri: 12, 22, 32, 42, 52.
2-12 fevral arası Merkurinin təsiri altında doğulanlar incə, ağıllı, bir qədər şöhrətpərəst, əxlaqlı olurlar, yumoru xoşlayırlar. Mühüm illəri: 1 0, 20, 42, 50, 60
12-20 fevral arası Ayın təsiri altında doğulanlar məyus olmuş, təmkinli, təvazökar, hissiyyatlı, doğrucul, əyilməz, xoş xarakterli insanlardır. Mühüm illəri: 8, 16, 24, 32, 40, 42, 48, 56, 64, 72.

Dolça bürcü və sevgi


Kişi Dolça
Dolça-kişini özünüzlə maraqlandırmalısınız. Sizin füsunkarlığınız barədə düşünməmişdən əvvəl sizin şəxsiyyətinizə hörmət etməsi lazımdır. Əgər onu ağıl və intellektlə ələ almısınızsa, deməli fiziki cəhətdən qovuşa biiərsiniz. Ruhi-mənəvi kontakt olmadan o, seksual münasibət qura bilmir. Dolça, şübhəsiz, tək deyil. O, səxavətii, açıqürəklidir, başqa insanlarla səmimi şəkildə maraqlanır. Başqa insanların həyatında iştirak edə biləndə o həqiqətən xoşbəxt olur. Analitik təfəkkürü var. Qərarlarında yaradıcıdır, kömək etməyə hazırdır. Adətən gözləyir ki, qadın birinci addımı atsın. llk görüşdə təşəbbüsü əiə alın. O, laqeyd deyil, sadəcə olaraq, yalnız qadınla dostluq yaradandan sonra ehtirası oyanir. Gərginlik keçirmədən yaşamağı xoşlayır. Biznesdə də belədir. Çox oturaq deyii. Tez-tez onu narahat edənləri, bu və ya digər məsələ barədə izahat verməyi sevmir. Qarşılıqlı anlaşma olmayan yerdə özünə qapanır; zahiri soyuq görkəmin arxasında böyük emosiyalar gizlənir. Onu kompromis qərarlara vadar etməyin. Ənənələri pozur və belə hesab edir ki, bununla tərəqqiyə xidmət edir. O, müstəqil və azaddır. Təbii ki, səyahəti sevir. Çoxlu tanışları olmasına baxmayaraq, əsl dostu çox azdır. Tez-tez bütün əlaqələri, hətta dostiuğu da qıra biiir. Dolça elə bil əldən sürüşüb çıxır; hər şey onu tez bezikdirir.
Qadınla münasibətində Dolça incə gedişiər edir; seksdə yaradıcıdır. O yorulmazdır, həmişə ideal tərəfdaş axtarır. Asanlıqla vurulur, bəzən flirt yapır, ancaq sədaqətlidir. Onu həmişə yeni və qeyri-adi olan cəlb edir (onun planeti — Uran — gözlənilməzliyin planetidir). Zahirən ilk baxışda soyuq görünsə də, əslində nəcib, emosional və canlıdır. İnsanları həqiqətən sevir.
Qadın Dolça
Qadın-Dolçanın yüksək tələbləri var və təkid edir ki, sevgilisi ona lazımı hörmətlə yanaşsın. Xoşuna gəlmir ki, ona seksual obyekt kimi baxsınlar. Sevmir ki, onu tələsdirsiniər. İlk görüşdən bu qadını siz yatağa sala bilməzsiniz. Dolça qadın həssasdır və çox güclü intellektə malikdir. O əsasən ağılla yaşayır. Dostlar onu ruhlandırır. Məclis və qonaqlıqları sevir, cəmiyyət içrə özünü rahat hiss edir. Əsasən düzdanışan və səmimidir, yalanı bacarmır. Adətən sevdiyi adama öz qəlbini açır və çox vaxt yersiz şəkildə. Dolcalar başqalarının həyatında iştirak edir və özgələrə lazım olmayan məsləhətlər verirlər. O, nəyəsə nail olmağı sevir. Üzərinə məsuliyyət götürməyi, yeni işlərə başlamağı xoşlayır. Bilir ki, istənilən məqsədə çata bilər.
Bundan əlavə, o, şəxsiyyətdir; şəxsi əqidəsini müdafiə etmək üçün cəsarəti çatır. Planı uğursuz çıxsa, depresiyaya düşmür, səhvlərindən nəticə çıxarmağa çalışır.
Onu əks cins çox maraqlandırır. İdeal yoldaş axtarır və seçimini çətinliklə edir. Heç təəcüblü deyil ki, o gec ərə gedir; bir çox dostları onun seçimindən heyrətə düşürlər. Qadın-Dolça ona qadın varlığını hiss etdirən kişiyə ehtiyac duyur. O, gözəl şeyləri, o cümlədən insan bədənini sevir. Fiqurası ilə bağlı komplimentləri xoşlayır. Qeyri-adi dərəcədə səliqəlidir. İnadkar, əsəbli və deyingən ola bilər. Bədxərcliyə də meyllidir, ancaq bunu boynuna almayıb təbii sayır.

Dolça bürcünün uyğunluğu


  1. Dolça — Qoç: Yataq otağında darıxmaq lazım gəlməyəcək. Əgər onlardan hər hansı biri başqasını nəsə etməyə məcburiyyət göstərsə, çətinliklər yaranar, çünki heç biri hökmran tərəfdaşa dözmək iqtidarında deyil. Hər ikisi seksdə yaradıcıdır və başqa sahələrdə bir birinə uyğun gələrlər. Güclü Qoç lider olacaq. Əlaqə və daha uzun münasibətlər üçün gözəl şanslar.
  2. Dolça — Buğa: Ehtiraslı, olduqca seksual Buğa Dolçanın sevgiyə yanaşma tərzilə razı deyil. Buğa dost istəmir, tərəfdaş axtarır, halbuki Doiça seksual tərəfdaşdan özünə dost tutmağa can atır. Dolça həddən artıq ictimai fəaliyyətiə məşğuldur; evdə oturan Buğanı təmin edə bilmir. Güclü iradəsi olan və kompromislərə getməyən insanların daimi toqquşmaları heç də şən perspektiv vəd etmir.
  3. Dolça — Əkizlər: Ehtimal ki, Dolça Əkizləri özünə tabe edə bilər. Yataq otağında çoxlu xoşagələn hadisələr və az təzyiq və yaxud ehtiras olacaq. Dəyişkən və coşqun Əkizlər Dolçanın daimi təsirinə asanlıqla düşürlər. Əgər Əkizlər Dolçanın evdən kənar fəaliyyətilə maraqlansalar, onunla birlikdə məşğul olacaqlar. Maraqlı əlaqə, füsunkar nikah.
  4. Dolça — Xərçəng: Emosional Xərçəng seksə həddən artıq böyük əhəmiyyət verməsilə Dolçanı hirsləndirir. Dolça daha mülayim ehtiraslara və bir-birinə diqqətlimünasibətə üstünlük verir. Tədricən Dolça özünü dünyadan təcrid edilmiş hiss edəcək və həmişəki qəmiş olan Xərçəngə mənfi yanaşmağa başlayacaq. İncimiş Xərçəng hirslənəcək və özünü lazımsız hiss edəcək. Əlaqədə çoxlu çətinliklər, nikahda isə saysız-hesabsız problemlər var.
  5. Dolça — Şir: Baxmayaraq ki, müəyyən vaxt üçün vədedici görünsə də, allah bilir nə almacaq. Əsas problem: Şir münasibətlərin fiziki tərəfi, Dolça isə mənəvi tərəfilə daha çox maraqlanır. Dolça Şirin tələb etdiyi seksual pərəstişi təklif etmək iqtidarında deyil. Hər ikisi müstəqildir. Dolça Şirin hökmran olmaq üçün göstərdiyi bütün cəhdləri heç edəcək, Seksual planda coşqun olan bu insanlar uzunmüddətli münasibətlərə dözə bilməyəcəklər.
  6. Dolça — Qız: Onlar arasında güclü seksual meyl baş qaldırmır. Hər ikisini ruhi tərəf daha çox maraqlandınr. Nə xüsusi coşqunluq, nə də ki erotik həvəsləndirmə təşəbbüsləri olmayacaq. Ayıq, praktik Qız Dolçanın səxavətini tənqid etməyə can atır. Sakit əlaqə çox tez başa çatacaq. Əgər hər ikisi yataq otağından kənarda ümumi maraqlar tapa bilsələr, nikah mümkündür.
  7. Dolça — Tərəzi: Hər ikisi hissiyyatlı, seksual varlıqdarlar. Tərəzinin erotik oyunlara meyli — məhz Dolçanı sekslə məşğuliyyətə cəlb etmək üçün zəruridir. Hər ikisi bir birinin tələblərini məmnuniyyətlə yerinə yetirir. Hər ikisi təmtəraqlı həyatı sevir, incəsənət və musiqidən həzz alır və sərbəst şəkildə pul xərcləyirlər. Xoş əlaqə və qeyri-adi xoşbəxt nikah.
  8. Dolça — Əqrəb: Əqrəbin qısqanclığı ilə Dolça barışa bilmir. Dolça açıq-aşkar seksə biganədir və Əqrəbin aqressivliyi sadizmə çevrilə bilər. Çox təbiidir ki, Dolça evdən kənarda — Əqrəbdən uzaqda öz səadətini axtarır. Qısa əlaqə, nikah da həmçinin.
  9. Dolça — Oxatan: Hər ikisi gözlənilməz, fəal, həyatsevərdir. Yataqda yaxşı vaxt keçirirlər. Onlann geniş seksuai maraqları var. Fantaziyaları güclüdür. Hər ikisi evdən kənarda cəmiyyət içrə olmağı sevirlər. Qısqanclıq hissi olmayan maraqlı insanlardır. Həm qısa, həm də uzun müddət üçün əla tərəfdaşlardır.
  10. Dolça — Oğlaq: Seksual baxımdan pis uyuşurlar. Oğlaq Dolçanı soyuq və laqeyd hesab edir. Dolça əyalət adamı olan praktik və mülkiyyətçi Oğlaqı başa düşmür. Əlaqə başlana bilər, lakin tezliklə nəticəsiz qurtaracaq.
  11. Dolça — Dolça: Əla uyğun gəlirlər. Hər ikisi sevgidə yaradıcıdır, həm cinsi əlaqə zamanı, həm də ki, sonra ruhi-mənəvi və fiziki cəhətdən bir-birini həvəsləndirir. Seksual baxımdan qarşılıqlı şəkildə məmnun qalsalar da, dərin hissiyyat yoxdur. Hər ikisi həddən artıq rasional, ağıllı və mülayimdir. Birlikdə çoxlu ümumi maraqları var. Xoş əlaqə və etibarlı nikah.
  12. Dolça — Balıqlar: Onlann seksual yaxınlığı melodrama elementləri olan müharibəyə çevrilir. Həssas Balıqlar Dolçadan çox asılı olmağa başlayırlar və daimə onun məhəbbətinə sübutlar tələb edir. Dolça özünü əl-qolu bağlanmış hiss edir. Tez-tez müxtəlif məqsədlər izləyir. Əlaqə əvvəlcə vədedici görünsə də heç bir nəticəsi olmayacaq
 

Dolçaların Sağlamlığı


Dolça müəyyən xarici görkəmə malik deyil. Əsas zahiri — fiziki xüsusiyyətləri belədir: uzunsov, üçbucaqlı sifət, görkəmli alın, böyük sürətli gözləri, çox vaxt qırmızı, canlı və ifadəli, şəffaf dəri, sızaq və səpmələrə meylli üzün incə cizgiləri. Mələk üzlü, yumşaq səs, aydın nitq, qədd-qamətli, kövrək, gözəl bədən, açıq və təkidli əl sıxma — onu səciyyələndirən keyfiyyətlərdir.
Dolça — çətin xəstədir; onu müalicə tez bezdirir və bir-iki gündən sonra iynə-dərmandan imtina edir. Onlar heyrətamiz uğurlar gözləyirlər və köklü (radikal) vasitələrə meyllidirlər: pəhrizdən həddən artıq yeməyə, istirahətdən qızğın fəaliyyətə keçirlər. Onların xəstəliyi gözlənilməz və ağırdır, çox vaxt yuxusuzluqla kəskinləşir. Zəif yerləri — baldırlar, topuqlar (asanlıqla sınır və dartılırlar). Qan mübadiiəsi pozula bilər. Çox vaxt istidə özlərini pis hiss edirlər, turşuluğun yüksəlməsi, skleroz, mədə-həzm sisteminin xəstəliyi, ciddi infeksiyalar müşahidə edilir.
Preventiv ölçülər: vitaminlər, təmiz hava, fəal həyat tərzi. Tez-tez verilən qan analizləri onları özləri üçün yaxşı olanı etmək məcburiyyətində qoyur. Açıq havada oyunlar, şəraiti dəyişdirmək üçün dostlarla şəhər kənarına gəzintilər faydalıdır.

Karyera və Dolça bürcü


Karyera və ya ambisiyalara qarşı erkən ehtirasları yoxdur. Dolçalar yüksək şüurlu, intizamlı, məsuliyyətli ola bilərlər, sözlərinin üstündə dururlar, onlardan tələb olunanları yerinə yetirirlər.
Dolçalarda əla kollektivçilik duyğusu var. İctimai işlərə meyl edirlər. Paxıl deyillər, haqq-hesablannı bilmirlər, müdiriyyətlə yaxşı münasibətdədirlər. Tez-tez qəfildən yüksəlirlər. Başa salmaq, öyrətmək, yeni işçini təlimatlandırmaq sahəsində Dolça birincidir. Öz ideyalarını həyata keçirmək vasitələrini tapırlar; ancaq bəzən keyfiyyət kəmiyyət hesabına zərər çəkir.
Əsas sahələri — incəsənət, kino, radio, televiziya, pedaqogika, təhsil, ixtiraçılıq, stüardessa, mənəvi-ruhi rəhbəriik, sosiologiya, psixologiya, hüquqşünaslıq, aeronavtika...
Pul onları az maraqlandırır. Bəziləri axmaqlıqlarından pula etinasız olurlar. Məşhur Dolçaların əksəriyyəti kasıblıq içində ölmüşlər. Dolçalar pis sahibkardırlar, hesabları yoxlamaqdan zəhlələri gedir. Onlar pul yığmağı deyil, xərcləməyi xoşlayırlar.
Top