Qız bürcü haqqında

Qız bürcü haqqında

Qız bürcü altında doğulan insanlar təmənnasız olub imkanları və gücləri çatan dərəcədə başqalarına kömək edirlər. Qızlar çalışqan və hörmətlidirlər; oniar adətən daha təmizkar, səliqəlidirlər və başqa insanlara nisbətən daha sağlam həyat tərzi keçirirlər, çox səbirlidirlər. Bununla belə, Qızlar Zodiak bürcləri arasında ən pis ad (reputasiya) qazanıblar. Demək olar ki, hər bir insanın zəhləsi getdiyi bir öz Qızı var. Nəyə görə?. Qızın bütün xarakter əlamətləri Merkuri planeti ilə şərtlənib. Merkuri böyük deyil, cəld və ağıllıdır, lakin çəkisinə və həcminə görə o qədər də əhəmiyyət kəsb etmir, emosional baxımdan qurudur. Merkurinin bütün adamlarına, o cümlədən Qızlara eyni xüsusiyyətlər xasdır. Onlar həmişə ən xırda təfərrüatları görürlər, cəldlik və ağıl sayəsində müşahidəçi və nüfuzedici olurlar. Qızlar əşyaların quruluşunu, onlarla rəftan öyrənməyə can atırlar. Sonra. onlar bir işi ən yaxşı tərzdə görmək üçün zəruri olan vərdişlərə yiyələnmək naminə təcrübə keçirlər., Hər şeyi yaxşı yerinə yetirmək üçün səbir lazımdır, Qızlarda isə səbir və dözüm kifayət qədərdir.
Qızlar bir işi öyrənməmişdən əvvəl onu yaxşı başa düşməlidirlər. Öyrəndikdən sonra isə ətrafdakı insanlaraı öz bacarıqlarını həvəslə göstərirlər və onlara köməkj etməyə hazır olurlar. Elə buradan da Qızlar pis ad çıxarırlar; onlar insanlara düz etmədiklərini göstərəndə, bu kömək kimi deyii, tənqid kimi başa düşüiür. Və befə çıxır ki, Qızlar ətrafdakı insanların səriştəsizliyini' nümayiş etdirirlər. Lakin əslində belə deyil: onlar həqiqətən səmimiyyətlə kömək etmək istəyirlər. Başqa on bir bürc altında doğulanların çoxusu insanlar üçün təmənnasız nə isə etməkdə maraqlı deyillər, elə ona görə Qızların hərəkət və münasibətlərini düzgün qiymətlən-dirə bilmirlər.
Qızlar belə bir cəhəti nəzərə alsalar yaxşı olar. Onları idarə edən soyuq planetə görə heç də hamını özləri kimi qiymətləndirmək düzgün deyil. Qızlardan başqa Əkizlər, Oğlaq və Dolça bürcləri altında doğulan insanlar da məntiqi hisslərdən yüksək tuturlar, qaian səkkiz bürc isə başa deyil, ürəyə üstünlük verir. Qız xırda incəliklərə, detallara çox diqqət yetirərkən ümumi mənzərəni çox vaxt qavraya bilmir. Onlar başqalarının görmədiklərini gördükləri halda ətrafdakı insanların gördükləri tam, bütov obrazı, çox vaxt nəzərdən qaçırırlar ki, bu da müəyyən problemiərin yäranmasına səbəb olur. Qızlarla dostları arasında və şəxsi həyatında ciddi çətinlikləri olur. Onlar o qədər çalışqan və inadkardırlar ki, heç ağıllarına belə gəlmir ki, başqa insanlarda xarakter dəyişikliyi ola bilər. Hərdəmxəyal tərəfdaşlar Qız bürcünü qorxudur. Münasibətlər kompromislər üzərində qurulur. Lakin Qızlarda bu çox zəifdir; onlarda kompromis çoxaldıqca şəxsi həyatları da yaxşılaşır.
Rəmzləri: qız, kub, çən.qız bürcü-virgo sign
Rəngləri: ağ, mavi, bənövşəyi, yaşıl.
Rəngləri: nefrit, əqiq, sarı yaqut («pişik gözü»), yəşəm daşı, malaxit, topaz, xrizopraz, mərmər.
Metalları: qalay, mis.
Çiçəkləri: astra, dəvədabanı, qırmızı lalə.
Anatomik emfazası: qara ciyər, mədə, qan, bağırsaq, aşağı ətraflar, kolit (yoğun bağırsağın iltihabı), ümumi əsəbilik.
Tilsimləri: cırcırama, astra.
Xoşbəxt rəqəmləri: 3, 5 (və 5-ə bölünən bütün rəqəmlər), 6, 12, 20, 27.
Uğurlu günləri: çərşənbə.
Uğursuzgünləri: cümə axşamı, cümə.
Ölkələri: Yunanıstan, Fələstin, Rusiya.
24 avqust — 2 sentyabr arasmda Günəşin təsiri altında doğulanlar harmoniya duyğusuna, sakitliyə və oturaq həyata meylli olurlar. Mühüm illəri: 21, 31, 50, 51.
3-11 sentyabr tarixində Veneranın təsiri altında doğulanlar qapalı, utancaq və çox vaxt ömründə yalnız bir qadını sevən oiurlar. Mühüm illəri: 6, 21, 24, 31, 32, 40, 50.
Merkurinin təsiri altında 12-23 sentyabr tarixdə doğulanlar təvazökar və hazırcavab, bəzən tənbəl olurlar, çox vaxt gec nigaha girirlər. Mühüm illəri: 1 6, 21, 24, 30, 33, 41, 50.

Qız bürcü və sevgi


Kişi
İdrak planeti Merkurilə idarə olunan Qız iti ağıla, əla intellektə malikdir. Onu şəxsi karyerasının və var-dövlətinin artırılmasına kömək edən hər bir şey maraqlandırır. İnsan haqqmda birinci bilmək istədiyi şey — onun pulunun olub-olmaması, həmin pulu necə saxlamasıdır. Onun fikrincə, pulu boş yerə xərcləmək olmaz, pul-dəyər ölçüsüdür.
Kişi-Qız çox praktikdir, onun analitik ağlı risk ehtimalını hesablayır. Heç kim Qızı qeyri-praktik hesab etdiyi bir işə pul qoymaq üçün dilə tuta bilməz. O, «yox» dedisə, deməii zarafat etmir, qərarında qətidir, heç kimin təsəvvür etmədiyi və ya ondan daha yaxşı başa düşə bilmədiyi faktlan əldə rəhbər tutur.
Qız dost və məşuqə seçməkdə mahirdir, nadir hallarda yanılır. O, bir səhvi iki dəfə etmir. Hesab edir ki, insanlar onun qaydaları üzrə yaşamalıdırlar; ona görə də hər şeyə tənqidi yanaşır. Bu isə dost və sevgili qazanmaq prosesinə mane olur. Bundan əlavə, Qız kimliyindən asılı olmayaraq heç kəsə yaltaqlanmağa özünü məcbur edə bilmir.Subayların çoxusu bu bürc altında doğulub. Onlar öz işiərinə o qədər aludə olurlar ki, sevgi macəraları barədə düşünməyə vaxtları qalmır. Əla işçidir. Öz xarici görkəminin qayğısına qalır. Lakin əsəbi temperamenti var, ətrafı və mühiti sakit olsa, özünü yaxşı cəhətdən tam göstərə bilir. Kişi-Qız həddən artıq təkid eyləyən deyil; gözləyər ki, qadın onu yatağa dəvət etsin. Qadınların dalınca düşən deyil, istəyir ki, onun arxasınca ov etsinlər. Uzun müddətli münasibətdən sonra, qadınla uyğunlaşır və ona öz təklifini bildirir. Bu da ki, çox götür-qoydan sonra baş verir. Ancaq qadına romantika lazımdırsa, bunu onun özü yaratmalıdır. Öz növbəsində Qız öz sevgilisi qadına təhlükəsizlik və sədaqət vəd edir. Boş vaxtını bağda və ya mütaliə ilə keçirməyə üstünlük verir.
Qadın
Qız bürcünə mənsub qadın arasında Zodiak bürclərinin hər birindən daha artıq qarımış qız var. Qadın-Qız insanlar haqqında səthi mühakimələrə meyilidir, çox vaxt yalnız xarici görkəmə əsasən nəticə çıxarır.O, həddən artıq özünə nəzarət edir. Başqa qadınlar kimi emosional olsa da, öz hisslərini yaxşı idarə edir. Daxili səyləri demək olar ki, həmişə sirli qalır.
O, ciddi və ləyaqətli qadındır. Təvazökarlıq fitri keyfiyyətidir və heç vaxt öz nailiyyətləri ilə lovğalanmır. Cözəl maneraları var, özünü əsl xanım kimi aparır. Lakin qabaqcadan düşünülmüş situasiyalarda sizə elə sözlər deyər ki! Bu vaxt özünüzü qoruyun. O, özünü təkmilləşdirməyə inanır və öz vəziyyətini yaxşılaşdırmaq üçün çox çalışır. Ədəbiyyat və incəsənətlə maraqlanır.
Səxavətli, səbirli və xeyirxahdır, lakin eyni zamanda məqsədyönlü, soyuq və rasionaldır; həmişə ürəyinə deyil, idrakına qulaq asır. Hər hansı bir yolu seçsə, heç kim onu bu yoldan döndərə bilməz. Enerjisi iki-üç qadına bəs edər. O, kişinin nə istədiyini bilir. Yaxşı analitikdir. Məqsədi praktik və realdır.
Ərə gec gedir. Əla evdarlığı var. Gözəl ana (hərçənd ki, bir az ciddi də ola bilər) və maraqlı həyat yoldaşıdır. Seks onu sadəcə bir həzz kimi deyil, nəsli davam etdirmək nöqteyi — nəzərdən maraqlandırır. Bir qayda olaraq ahıl yaşlarına qədər yaxşı qalır. Kiçik məclisləri xoşlayır, qeyri-adi dərəcədə səliqəlidir. İntellektual oyunları asanlıqla həll edir. Özünün ideallaşdırdığı kişiyə, onun xəyalındakı obrazına sədaqətlidir, ancaq emosiya və duyğularınıgizlədir. Kişinin gəlbinə yol tapa bilir, vəziyyətin ağasına çevrilməyi bacarır.
 

Qız bürcünün uyğunluğu


  1. Qız — Qoç: Qız Qoçun inadkarlığından həvəslənə bilər. Lakin Qoça yataqda ehtiraslı tərəfdaş lazımdır. Qoç macəralar axtarmağa can atır, Qız isə yoxlanılmış və etibarlı olanlarla iş görmək istəyir. Qız həvəsləndirici söhbəti, Qoç isə həvəsləndirici hərəkəti sevir. Əlaqə — az ehtimal olunandır, nikahdan isə heç danışmağa dəyməz.
  2. Qız — Buğa:Buğanı sevən ürəyi Qızın soyuq, analitik maneraları ilə toqquşur. Qız həddən artıq tənqidçilik edir, Buganın özünə olan inamını qırır. Buğanın vaxtaşırı özünü göstərən sərbəstliyi də Qızı sevindirmir. Qeyri-təvazövkar Qızla Buğanın əlaqəsində ümumi cəhətlər azdır. Nikaha girməsələr yaxşıdır.
  3. .Qiz — Əkizlər: Qız seks sahəsinə laqeyd olduğuna, Əkizlər isə həddən artıq ehtiraslı olmadıqlarına görə uyğun gələ bilərlər. Lakin Əkizlərin seksə daha çox impulsiv münasibəti Qızın donqultusu ilə üzləşir. Əkizlərə azadlıq lazımdır və onlar Qızın üstün olmaq arzusunu qəbul etməyəcəklər. Qız Əkizləri isə məsuliyyətsiz hesab edir; əlaqə mümkündür, lakin nikah uğursuzdur.
  4. Qız — Xərçəng: Xərçəngin sevgiyə münasibəti Qızın ağlını başından alır. Qızın təhlükəsizlik duyğusu yaralanır. Xərçəng Qızın tələbatlarını başa düşməyə cəhd etmir və onun seksə qarşı haqq- hesablı riyakar münasibətinə dözümsüzdür. Labud olaraq Xərçəng özünə başqa tərəfdaşlar axtarmağa başlayır. Bir həftə bir yerdə qala bilərlər, ancaq həyatları boyu yox.
  5. Qız — Şir: Şir çox seksualdır, Qız isə daha çox etibarlılıqla maraqlanır. Onlar bir-birlərini başa düşməyəcəklər; bədbəxtlikdən Qız tənqid etməyi də xoşlayır. Şir isə belə şeydən kənarda qalmalıdır. Qızın praktik, həyati yanaşması Şirin ürəyiaçıq, nikbin xarakterilə ziddiyyətə girir. Əlaqə bir gecə mümkündür, nikah isə fəlakətlə qurtara bilər.
  6. Qız — Qız: Hər ikisi seksual münasibətlərdə təmkinlidirlər və sevgi əlaqələrinə həyatda daha mühüm tərəfdaşlığın əsası kimi baxırlar. Yataqdakı təiəblər çox da böyük deyil və şikayətə, tənqidə səbəb olmur. Qız sadəcə başqa cür bacarmır. Gərgin əlaqədir. Əgər evdə erkən darıxdırıcıhq baş qaldırmasa nikah mümkündür.
  7. Qız — Tərəzi: Tərəzi hay-küysüz, artıq rahatsızlıq olmadan seksdən həzz almaq istəyir; Qız isə analızə, öyrənməyə və bəlkə də tənqidə meyillidir. Əgər bütün bunlar olmasa, o, Tərəzini təmin edən tərəfdaşa çevrilər. Başqa sahələrdə tam uyğunluq var. Hər ikisi materialist, praktik və evcanlıdır. Xoşbəxt əlaqə və şübhəsiz ki, yaxşı nikah.
  8. Qız — Əqrəb: Baxmayaraq ki, Qız Əqrəbin seksual alovunu bir qədər soyudur, onlar əsasən uyğun gəlirlər. Əqrəb Qızda seksuallıq yaratmaq istəyir, Qız isə onun inadkarlığına təəcüblənir; məgər onlar sevgili yox, sadəcə, dost olaraq qala bilməzlər?! Əgər Qız kompromisə gedərsə, Əqrəb nəzakətli ola bilir. Daimi ittifaq perspektivi ilə maraqlı əlaqə.
  9. Qız — Oxatan: Qız Oxatana ehtiyacı olduğu emosional təhlükəsizlik bəxş edir, hisslərinin təsdiqi kimi ona diqqət yetirir. Qızın himayədarlıq arzusu Oxatanın müstəqilliyi ilə üst-üstə düşür. Oxatanın təxəyyülü Qıza stimul verir, həzz vermək arzusu isə Qızın məhəbbətini artırır. Hər ikisi özünü göstərməklə həyatdan zövq ala bilərlər. Alovlu əlaqə, uzunmüddətli nikah.
  10. Qız-Oğlaq: Oğlaq Qızı cəlb edir. Müəyyən konflikt ondan yarana bilər ki, yataqda Qız ikinci dərəcəli rol oynayacaq. Əgər bu olmasa, hər iki bürc harmoniya yaratmağa qadirdir. Hər ikisi praktik, az emosiyalı, təmkinli və intellektuaidır. Əlaqə olduqca darıxdırıcı ola bilər, ancaq nikah — möhkəm və uğurlu.
  11. Qız — Dolça: Hər ikisi sevgi macərasını fiziki təmrindən daha çox inteilektual vaxt keçirmə hesab edir. İdeal münasibətlər praktik fərqlərin müdaxüəsindən korlanır. Qızın seksə münasibəti puritandır, Dolça isə dəlisövdur. Qız Dolçanı qayğısız, Dolça isə Qızı kütbeyin hesab edir. Məhəbbət tədricən sönəcək. Realist əlaqə, ağılsız nikah.
  12. Qız — Balıqlar: Qız üçün sevgi sabitliklə, fiziki təiəbatlar isə intellektual uyğunluq ilə sıx bağlıdır. Balıqlar üçün məhəbbət — həyatın, gözəlliyin, emosional həyacanların əsas cazibəsini təşkil edir. Qızın seksə ehtiyatlı, haqq-hesablı yanaşma tərzi Balıqların qeyri-məhdud arzularına ziddir. Əgər Qız təmkinli qalarsa, əlaqə tez qurtaracaq, nikah isə uğursuz olacaq.
 

Qızların Sağlamlığı


Qızlar öz səhhətlərinə lazımi qaydada yanaşır, lakin bəzən ifrata varırlar. Əgər yaxınlıqda aptek və ya sağlam qida mağazası varsa Qızlar oraya tez-tez baş çəkir, ləzzətlə vitamin və dərman içirlər.Onlar özlərini təbiətin bir hissəsi kimi hiss etmirlər. Qızlarda Qoçun enerjisi, Buğanın həyati qüvvələr ehtiyatı, Əkizlərin elastikliyi, Şirin müqaviməti yoxdur. Onlarda hər şey tez keçir, tez yoruiurlar, çox vaxt xəstə görünürlər. Ağ ciyərləri və əzələləri yaxşı inkişaf etmir, lakin əsəb sistemləri yüksək dərəcədə inkişaf edib fəaliyyət göstərir.
Qıziar üçün əsas təhlükə-qəbzlik (çox çəkərsə bütün sistemi zəhərləyə bilər) hesab olunur. Nazik bağırsaqların soyuqdəyməsi, uremiya mümkündür. Qarşısını almaq üçün görülən preventiv tədbirlər: müntəzəm yüngül qidalanma, sağlam pəhriz, müntəzəm gəzintilər, müəyyən vaxtlarda yuxu və ən vacibi -müntəzəm mədə-qarı boşalması.

Karyera və Qız bürcü


Gənclik illərindən Qızlar peşə seçiminə diqqətcil olurlar. Onlar həyata ciddi yanaşaraq bütün ömürləri boyu oxumaq, öyrənmək və öz üzərlərində işləmək istəyirlər. Incəliyə və təfərrüatlara, kamilliyə və kəskin təhlifə olan qabilliyətləri onların qarşısında bəzən çox geniş üfüqlər açır. Qızlar seçdikləri peşələrindən asılı olmayaraq eyibsizdirlər. Onlar təklikdə işləməyə üstünlük versələr də kollektiv əməkdən çəkinmirlər. Öz rəisləri və tabeliyində olanlarla dəqiq və ciddidirlər. Qızlara çox vaxt əmək haqqını axıra qədər ödəmirlər, onları müddət tərif, medal və patent ilə yoia verirlər. Qızlar pul məsələlərində diqqətli və ehtiyatlıdırlar. Kiçik vəsaitlə dolana bilirlər, sabahkı xoş gün üçün pul yığırlar.
Qızlardan yaxşı həkim, farmasevt, veterinar, akuşer, massajist, linqvist, saatsaz, optik, mühəndis, kimyaçı, dizayner, fermer və s. çıxır.
Top