Xərçəng bürcü altında doğulanlar utancaq, özünə qapanmış, hissiyyatlı, qaraqabaq, küsəyən və tezinciyən olurlar, bu da Xərçəngləri çox incidir, çünki qəlblərinin dərinliyində təkcə özləri barədə deyfl həm də atrafdakı insanlar barədə düşünürlar.
Xərçəng öz ailəsinə və yaxın dostlanna çox qaygıkeşlıklə yanaşır. O, kiminlə dostlaşırsa, demək olar uzun müddət, bəlkə də hamişalik bu münasibati saxlayır Xərçanglər öz doğmalarının uğurlarına sevinirlər məğlubiyyətlərinə çox kədərlənirlər. Dostiannın toylarında ağlayarlar; xəstələnəndə gecə-gündüz onlara qulluq edə bilərlər. Xərçəng ailəsinə və dostlanna ziyan vuran şəxsləra qarşı çox təcavükar olub vuruşa girişir. öz doğmasını və dostunu müdafia edandə utancaqlığını və qaraqabaqlığını bir tərəfə atır. Hücumu ən yaxşı müdafiə hesab edən Qoçlardan fərqli olaraq Xərçənglər özünümüdafiəyə üstünlük verirlər.
Xərçənglər ətrafdakı insanların onlar barədə nə düşündüklərinə və demələrinə çox əhəmiyyət verirlər. Xərçəng inadcıl, vicdanlı və incə işilə uğur qazana bilir. İlk addımı atmaqla gələcək müvəffəqiyyətin bünövrəsini qoyur. Çox şeyi müstəqil şəkildə özü yerinə yetirir. Xərçəng — bütün zodiak bürcləri arasında ən gizlin xəzinədir.
Rəmzləri: xərçəng, krab, ürək.
Rəngləri: ağ, açıq mavi, göy, gümüşü, yaşıl (boz rəng uğursuzdur).
Rəngləri: ay daşı, zümrüd, yaqut.
Çiçəkləri: doqquzdon, su zanbağı, yasəmən.
Metalları: gümüş.
Anatomik emfazası: mədə, ağ ciyər, bağırsaq, infeksiyaya meyllilik.
Tilsimləri: yonca, ürək.
Xoşbəxt rəqəmləri: 2 (və 2-yə bölünən bütün rəqəmlər), 4, 5, 8.
Uğurlu günləri: bazar ertəsi, cümə axşamı.
Uğursuz günləri: çərşənbə axşamı, şənbə.
Ölkələri: Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya, Sakit Okean adaları.
Ayın təsiri altında 22 iyun — 1 iyul tarixdə doğulanlar nəcib, ehtiraslı, hissiyyatlı, inkişaf etmiş, bədii qabiliyyətli olurlar və ətrafındakılan onu sevməyə məcbur edirlər. Mühüm illəri: 2 5, 50, 75.
Merkurinin təsiri altında 2-11 iyul arasında doğulanlar yüngülağıl, hər şeylə maraqlanan, ironik (kinayəli), iddialı, kommersiyaya meylli olurlar. Mühüm illəri: 1 5, 25, 30, 35, 40, 45, 50, 55, 60, 75.
12-22 iyul tarixdə Ayın təsiri altında doğulanlar narahat, hissiyyatlı, bohemaya meylli (bohema — sərsəri sənat adamları və ziyalıların pozğun həyatı), okkult (sirli) elmlərə qabiliyyətli olurlar. Mühüm illəri: 1 6, 26, 36, 48, 50, 60, 72.
Xərçəng bürcü və sevgi
Kişi
Onun qəlbinə girmək heç də asan deyil; hətta ən yaxın dostlarından da nəsə gizlədir. Yorulmazdır, qəmli fikirlərə meyllidir, idealist, sentimentalist və xəyalpərvərdir. Emosional baximdan qeyri-sabitdir; ona qalxma və enmələr, insanları ardınca hara gəidi aparmaq qabiliyyəti xasdır. Əhval-ruhiyyəsi kəskin şəkildə tez-tez dəyişir.
Kişi -xərçəngə etiraz edəndə, hətta zora da əl atır. Əgər güzəşt olunsa, özü inadkarlığına görə üzr istəyəcək. Gözəl qadınların, xüsusilə hazırcavab həmsöhbətlərin cəmiyyətində olmağı sevir. Ləzzətli yeyib-içməyi xoşlasa da geyiminə fikir vermir. Gözə girmək arzusu yoxdur. Məmnuniyyətlə söhbət edib danışır, bəzən çox bəlağətlidir. Fantastik yaddaşı ona üstünlük verir. Mübahisə və diskusiyalarda öz bildiyini, inandığını sübut etməsə əl çəkmir.Lakin həm də qulaq asmağı bacarır. Nəcib ürəklidir, zəruri hallarda həmişə kömək etməyə hazırdır.
Kəskin analitik ağlı ilə ən dolaşıq problemi həll edə bilər. Pul məsələlərindən yaxşı baş çıxarır, lakin ənənəvi yolla qazanmağa üstünlük verir. Risk etməyi xoşlamır. Xərçəng keçmişə çox bağlıdır. Mühafizəkardır. Həyatdakı dəyişikfiklərdən qorxur və onlara müqavimət göstərir. Ötən günləri tez-tez xatırlayaraq kədərlənir. Belə bir kişi ilə sevgi heç də asan başa gəlmir. Sevgiyə ciddi yanaşan Xərçəng qadından həm zehni, həm də fiziki mükafat gözləyir. Qəlbində avaraçılıq hissi yoxdur. Sədaqətli sevgilisi ilə münasibətlərin uzunmüddətli və daimi olacağına inanır. Evi, ailə ocağını sevir. O, mürəkkəb adamdır. Məqsədinə doğru gedən yolda sabitqədəmdir. Həssaslığı və intellekti onu aparıcı mövqeyə çıxarır; siyasət, ədəbiyyat və biznes sahəsində uğur qazanir.
Qadın
Qadın — Xərçəng üçün ev hər şeydən qiymətlidir. O, əla aşpazdır və heç kim onun evindən ac yola salınmaz. Soyuducusu həmişə ərzaqla doludur.Xəsis deyil, ağır günü üçün pul yığmır. Hətta bədxərcdir. Qiybətçi deyil. Sözgəzdirənliyi də yoxdur: ona hər şeyi danışmaq olar. Sirr saxlayandır, özü də gözəl söhbətcildir. Dostlarına və seçdiyi kişiyə etibarlıdır. Sevgisindən də bölünməz məhəbbət gözləyir. Tamamilə özünü sevgiyə həsr edə bilmir, son dərəcə cazibədardır; sadəliyi, məlahəti və problemlərə ürək yanğısı ilə kişiləri cəlb edir. Onu fəth etmək üçün mütləq qızılgül, şam, şampanski və lirik şerlərdən istifadə olunmalıdır. O, məhəbbətdə seksdən daha çox şey axtarır; ev, uşaqlar, sabit münasibətlər...
Əsl sevgisini taparaq öz tərəfdaşı üçün hər şey etməyə qadirdir- Zodiak bürcləri arasında Xərçəng ən uğurlu seks tərəfdaşıdır. Sevgi ilə məşğuliyyətdəki səmimiyyət onun fahişə olmaq və ya merkantil nikaha girmək imkanlarını xeyli azaldır. Çünki seksual reaksiyanı yalandan yamsılaya bilmir. Lakin münasib şəraitdə qadın-Xərçəng sədaqətli məşuqə ola bilər, xüsusilə biləndə ki, kişinin ona evlənmək imkam yoxdur və ya nikaha miünasibəti həqiqətən elə bir əhəmiyyət kəsb etmir, onda özünü tərəfdaşına həsr edir. Hər hansı bir kişi-Xərçəng qadını fəth edərsə, onıjnla evlənməyi məsləhətdir, yoxsa belə bir xəzinəni itirə bilər.
Xərçəng bürcünün uyğunluğu
- Xərçəng — Qoç: Xərçəngə görə, Qoç macəraları hədddən artıq sevir, o daha çox ənənəvidir, hərçənd ki, əvvəlcə güclü seksual meyl baş qaldıra bilər. Tədricən Qoç Əqrəbin qatı qısqanclığını qəsdən oyada bilər, Xərçəng isə acı dillə Qoçu asanlıqla incidə bilər. Qoç Xərçəngin mülkiyyətçi meyllərini xoşlamır. Mürəkkəb əlaqədir, nikah uğursuzdur.
- Xərçəng — Buğa: Xərçəng bu ittifaqa həssaslıq və təxəyyül daxil edir. Hər ikisi ehtiraslıdır. Buğa Xərçəngin əhvaiındakı dəyişiklikləri başa düşməyə qadirdir və əgər problemlər yaranarsa, onları yerbəyer edə bilər. Buğa diqqətcildir, Xərçəng isə diqqətə cavab verir. Xoş əiaqə -qarşılıqlı anlaşma nəticəsində yaranır. Uğurlu nikah.
- Xərçəng — Əkizlər: Xərçəngin özünə inamsızhğı qeyri-sabit, yüngül sevgi dalınca qaçan həzzlər həvəskan Əkizlərlə ünsiyyətdən daha da güclənəcək. Əkizlərin idarəedilməz seksual enerjisi Xərçəng üçün problemlər yaradıb çəkişməyə səbəb olacaq. Xərçəng çox qısqanc olacaq və çalışacaq ki, Əkizlərin fəallığını buxovlasın; bu da ki, onun etirazını yaracaq. Çox emosional əlaqədir; temperamentlər arasındakı fərqə baxmayaraq, daha uzunmüddətli münasibətlər mümkündür.
- Xərçəng -Xərçəng: O qədər bir-birinə oxşayırlar ki, xoşbəxt ola bilmirlər. Hər ikisi ifrat həssaslıqdan əziyyət çəkirlər, bu da emosional problemlər yaradır. Hər biri seksual münasibətlətdə aparıcı rol oynamaq istəyir; nəticədə tez-tez tənqid, irad və mübahisə meydana çıxır. Lakin fiziki cəhətdən bir-biri üçün cəlbedicidirlər. İlkin əlaqə tamamilə hissiyyatlı ola bilər. Nikahın yaşaması üçün böyük xeyirxahlıq və qarşılıqlı aniaşma tələb olunacaq.
- Xərçəng — Şir: Şir Xərçəngin ovqatını sabitləşdirmək meylinə maükdir. Şir öz bağlılığında səxavətlidir ki, bu da dəyişkən Xərçəngdə inam hissi yaradır. Digər tərəfdən, Şirə seks sahəsində yaltaqlıq və heyranlıq lazımdır; o üstünlük qazanmalıdır. Əgər Xərçəng Şirə güzəştə getsə, onda ehtiraslı əlaqə və çox uğurlu nikah mümkündür.
- Xərçəng — Qız: Qız xaraktercə praktikdir və bu ittifaqın əsasını təşkil edir. Xərçəng təmkinlı Qıza nisbətən daha çox emosionaldır, lakin onlar bir-birini sevə bilərlər. Seksual planda əla uyğunlaşırlar. Problem ondadır ki, hər ikisi utancaqdırlar və darıxmamaq üçün çox səy göstərməlidirlər. Yaxşı əlaqədir, nikah da pis deyil.
- Xərçəng — Tərəzi: Tərəzi Xərçəngin dəyişkən temperamenti ilə çətin uyğunlaşır. Öz növbəsində Xərçəng Tərəzinin bağlılığından inamsızlıq və narahatçılıq keçirir. Tərəzini Xərçəngin əhval-ruhiyyəsi cəlb edir. Əgər Xərçəng incisə, çətinliklər yaranar. Tərəzi ətrafa, yan-yörəyə baxmağa başlayanda, iş axıra yaxınlaşır. Əiaqə mümkündür, nikah risklidir.
- Xərçəng — Əqrəb: Əqrəbin gücü, üstünlüyü əldə saxlamaq və müdafiə etmək tələbatı — Xərçəng üçün də məhz bu çox zəruridir. Xərçəng seksual münasibətlərdə daha həssas, Əqrəb isə daha ehtiraslıdır. Lakin Xərçəngin ləzzət vermək arzusu problemlərdən yaxa qurtarmağa imkanı yaradır. Əqrəbin qatı qısqanclığı baş qaldırmır. çünki Xərçəng öz tərəfdaşına sədaqətlidir. Sevgi artır və yaxşı əlaqə gözəi nikaha da çevrilə bilər.
- Xərçəng — Oxatan: Onların əks məqsədləri və fərqli arzuları var. Oxatan — sərgərdandır və özünü məhəbbət telləri ilə bağlamağı sevmir. Xərçəngə sevgidə inam zəruridir; Oxatan isə bunu yaratmağı bacarmır. Xərçəng gələcək naminə yaşayır, Oxatan isə bu günlə. Oxatan darıxıb yeni əlaqələr axtaranda Xərçəng bərk inciyəcək. Az-çox sabit əlaqələrin dumanlı perspektivləri.
- Xərçəng — Oğlaq: Oğlaq Xərçəngin tələb etdiyi məhəbbəti çətinliklə verə bilər; onun həddən artıq başqa maraqları var. Lakin bu iki bürc arasında güclü seksual meyl mövcuddur. Yataqda onların işi yağ kimi gedəcək, lakin Oğlaqın praktikliyi və təmkini Xərçəngi bir qədər hirsləndirə bilər. Temperament fərqlərinə baxmayaraq, romantik əlaqə, uğurlu nikah.
- Xərçəng — Dolça: Tənha Dolça Xərçəngin yaralı «mən»inə həddən artıq təlaş gətirəcək. Xərçəng macəralara meylli olan və nazənin pərilərin çağırışına həmişə cavab verən Dolçaya nisbətən daha açıqürəkli və sabitdir. Xərçəngin tələbatları təmin edilməyə də bilər. Dolça özünü emosional tələblərdən azad etməyə meyllidir. Bir müddət onlar yataqda ümumi bir dii tapmağa qadirdirlər, lakin qonaq otağında tərəfdaşlığa dözə bilməyəcəklər.
- Xərçəng — Balıqlar: Seksual pianda yaxşı cütdür. Hər ikisi qayğıkeş, bağlanan, bir-birini müdafiə edəndirlər. Ola bilsin ki, Balıqlar bir qədər sevgidə qəribəiiklərə meylli olduqlarına görə Xərçəng lider olacaq. Dava-dalaşlar qısamüddətlidir, yataqda tez qurtarır. Bir-birinə çox uyğundurlar. Uzun dövr üçün əlaqə əla qurulur.
Xərçənglərin Sağlamlığı
Bəzilərinə xoş gəlmir ki, adına xəstəlik olan bir bürcün altında doğulublar. Lakin bu heç də həmin xəstəliyə meylli olmaq demək deyil. Xərçənglərin zəif yeri: mədə, qara ciyər, sidik kisəsi, bağırsaqlar, mədə-həzm orqanlan. Xərçənglər kökiüyə, aşağı qan təzyiqinə meylli olurlar. Onlar qəbzlikdən, on dörd gecətik ay zamanı uzun yuxudan qaçmalıdırlar. Alkoqolsuz içkilər və su da daxil olmaqla çox maye qəbul etmək olmaz. Xərçənglərin bir çox xəstəlikləri psixi səciyyə daşıyır ki, bu da depressiya dövrlərilə sıx bağlıdır. Burada heç nə ilə kömək edə bilməyən həkimləri deyil, həyati adətləri, yeməyi, yuxunu dəyişdirmək lazımdır. Xərçəngin valideynləri onu qaranlıq otağa salmaqla cəzalandırmamalıdırlar, fikir verməlidirlər ki, yeniyetməlik dövründə çox yatmasınlar. Hər bir yaş dövründə tələsik çörək yeməməlidirlər.
Qadın — Xərçənglərdə doğuş çox yüngül keçir, lakin başqa bürclərin qadınlarına nisbətən abortda çox çətinliyə məruz qalırlar.
Kişi və qadınlarda mədə xorası ola bilər. Qabağını alan qoruyucu (preventiv tədbir) və ölçülər: pəhriz, isti vanna, müntəzəm yuxu, tam istirahət. Bəzi əsəb depressiyaları hipnoz və maqnetizmin ehtiyatlı tətbiqilə müalicə edilə bilər.
Karyera və Xərçəng burcu
Uşaqlıq və gənclikdə Xərçənglər böyük olmağa tələsmirlər. Çoxlan atalarının yolu ilə gedirlər.
Xərçənglər zehni qabiliyyət və səy az tələb olunan peşələrə üstünlük verirlər. Onlar çox vaxt özlərini istismar etməyə imkan verirlər, layiq olduqlarına görə əlavə mükafat istəməyə və almağa "əsəbləri" çatmır. Uşaqlar və heyvanlarla, qida və paltarla, su və ümumiyyətlə, mäye ilə bağlı işləri üstün sayırlar. Xərçənglərdən at və it üzrə mütəxəssis, uşaq bağçası, zoopark və sirk işçisi çıxır. Onlar yaxşı psixiatr, akuşer, dayə, bar və restoran müdiri, bağban, meşəbəyi, saatsaz və naviqator olurlar. Əla mamaça-ginekoloq qabiliyyəti göstərirlər. Xərçəngin bəzi tipləri müftəxor-parazit xarakterində olurlar. Yaxşı halda, onlar qumar və lotereya oynayır, pis halda isə alkoqolikə və avaraya çevrilirlər