Əkizlər bürcü haqqında

Əkizlər bürcü haqqında

Əkizlər bürcündə doğulanların devizi rəngarənglikdir. Onlar heç vaxt istəmirlər ki, nə iləsə uzun müddət bir yerdə qalsınlar, əksinə hər şey barədə həmişə təzə, ətraflı informasiya almağa can atırlar. Onlar üçün konfranslar, telefon zəngləri, video və daim meydana çıxan yeni ideyalar cənnətə bərabərdir.
Əslində Əkizlər üçün ən mühüm olan şey — fikir və danışıqdır. Onlar həmışə yeni ideya və duyğutar aclığı çəkirlər və elə ona görə də yeni-yeni insanlara ehtiyac hiss edirlər.
Əkizlərin hər şeyi bilmək marağı ödənmir: onlar təzə xəbərlər eşitmək və bütün yenilikləri görmək həvəsi ilə alışıb yanırlar. Əkizlər yeni ideyanı hər bir tərəfdən nəzərdən keçirirlər ki, onun nə verəcəyini, hansı fayda gətirəcəyini görsünlər.
Digər Zodiak bürclər altında doğulan üçün Əkizlərlə ünsiyyətə girmək çətindir, çünki onlar dərhal sözün məğzinə çatır, işin mahiyyətini qavrayır və söylənən fikrin sonunu artıq əvvəlcədən tamamlaya bilirlər. Əkizlər təzə informasiya verməyən həmsöhbətə maraq göstərmirlər.

Əkizlər işlədikləri kiçik kollektivlərdə darıxırlar və elə ona görə də özlərini mütaliə, tapmaca, krossvord ilə əyləndirirlər. Onlar görüşlərində çox dəyişkəndirlər və səhər özlərini xoşbəxt hiss etdikləri halda, axşam dərin depressiya içində ola bilərlər. Onlar uşaq kimi tez-tez ovqatca dəyişirlər, münasibətləri sabit deyil. Əkizlər əşya və hadisələri müqayisə edərək onlar arasındakı əlaqə və münasibətləri deyil, fərqli cəhətləri daha çox görürlər. Onlar fərqi, müxtəlifliyi sevirlər.Əkizlərin yalançı və adamaldadan reputasiyası həqiqətdə düz deyil, çünki, hər şey onların başında, dedikləri söz və ifadələrə münasibətdədir. Əkizlər sözlərlə əylənib oynamaq istərkən heç də kimisə aldatmaq istəmirlər, ancaq hər şey əksinə alınır. Elə şeylər var ki, onu yalnız Əkizlər edə bilər: məsələn, əllərinə düşən hər şeyi oxuyurlar — not, stenoqrafik yazı, xarici dildə kitab. Çoxlarına bu çatmır, ancaq Əkizlər üçün belə münasibət çox adidir. Əkizlər boş vaxtlarında darıxırlar və mütləq nə iləsə məşğul olmalıdirlar. Onlar eyni zamanda qəzet oxuyur, televizora baxır və həm də dostiarı ilə zəngləşirlər. Əkizlər qeyri-adi dərəcədə istedadlıdırlar. Onlar hazırcavab və yaxşı nağılçıdırlar, lakin sentimental və emosional deyillər. Əkizlər başqaların nə deməsi və necə düşünməsilə həmişə maraqlanırlar. Ola bilər ki, onlar razılaşmasınlar, ancaq özlərindəki fikir və münasibətlərlə mütləq müqayisə aparmalıdırlar.
Rəmzləri: əkizlər, maska, əl, ulduz.Əkizlər bürcü-Gemini
Rəngləri: bənövşəyi, qonur, açıq-sarı, qonur-mavi, narıncı (yaşıl rəng — uğursuzdur).
Rəngləri: xrizopraz, beril, süleymandaşı (qranat), saf kvars, əqi, yəşəm daşı.
Çiçəkləri: qızçıçəyi, lalə, qaymaqçiçəyi, yasəmən, nərgiz.
Metalları: qızıl, gümüş.
Anatomik emfazası: çiyinlər, bazu önü, əllər.
Tilsimləri: ilan, maska.
Xoşbəxt rəqəmləri: 3, 5, 12, 18.
Uğurlu günləri: çərşənbə, bazar.
Uğursuz günləri: cümə axşamı.
Ölkələri: İngiltərə, Ermənistan, Kanada, ABŞ, Misir, Belçika.
Yupiterin təsiri altında 21 — 31 may günlərində doğulanlar ağıllı, intuisiyalı, incəsənətə meylli və təmənnasız olurlar. Onlar şöhrət və pulun olmadığı dini düşüncələrdə məmnuniuq tapırlar.Mühüm illəri: 10, 20, 30, 40, 50, 60, 70.
I — 10 iyun arasında Marsın təsiri altında doğulanların xarakteri təcavüzkar olur. Onlar adamı ələ salan (masqaraçı), narahat və qayğilı olurlar. nMühüm illəri: 8, 1 0, 1 6, 20, 32, 40, 48, 56, 64, 72.
11 — 21 iyun tarıxındə Günəşin təsiri altında doğulanlar azğın, hökmlü, əsəbi, şöhrətpərəst və naqqal təbiətli olurlar.nMühüm yaşları: 1 0, 20, 30, 40, 50, 60, 70, 80.

Əkizlər bürcü və sevgi


Kişi
O daim hərəkətdədir. Yorulmaz, əsəbi, sadəcə günü başa vurmaq deyil, həftəni və ya ayı bir günə sıxışdırıb eyni vaxtda bir neçə müxtəlif həyat yaşamaq həsrətində olan insandır.
O, ziddiyyətin özüdür. Əminliklə onun nə istədiyini demək olmur, çünki davranışı həmişə ziddiyyətlidir. Öz j arzularını gizlədəndir. Əkizlər cədvələ sıxmırlar. Heç bir rejimi gözləmirlər.
Gözəl danışmağı sevir, ağıllıdır. Söz döyüşündə ona qalib gəlmək çətindir. O, mövzudan mövzuya asanlıqia keçir; çox danışmaqdan yorulmur. O, hərtərəfli, intellektual, cazibədar insandır.
O, çox müxtəlif işlərə başlayır, özünü sərf edib ortalığa yeni-yeni təşəbbüs və ideyalar atır. Seçilmiş yoida onu saxlamaq çətindir. Çox vaxt küt, təxəyyülü olmayan rəqib onu aldadır, çünki Əkizlər diletantdır. Uğursuzluğa pis reaksiya verirlər. Lakin bədbin ovqat tez keçib gedir; yeni maraqlar yaramr, müsbət emosiyalar qalib gəlir.
Əkizlər oyun və əyləncələrlə maraqlanır, səyahəti xoşlayır. O, qısa müddət üçün yaxşı işçidir. intellektual maraq kəsb edən hər bir işi ən yaxşı tərzdə yerinə yetirməyə çalışır. Ona tez-tez fasilələr, məzuniyyətlər, istirahətlər lazımdır. Ona sevmək xoş gəlir. Lakin azadlıqsevərdir və öz «mən»ini qadının arzularına tabe etdirmir. Adilik onu bezdirir. Həmişə öz inteilektual üstünlüyunü təmin etmək istəyir. Əgər qadın onu asanlıqla qəbul edirsə, məyus olur; qələbə çalmamışdan əvvəl müqavimət, etiraz və ya mübarizə gözləyir. Onun birincilik arzusu yerinə yetən kirni nəsə yeni bir şey axtarır. Hövsələsiz və dözümsüzdür.
Kişi-Əkizlər strateji planlarla yaşayir, gündəlik qayğıları isə başqaları üçün saxlayır. Pul saxlaya bilmir. Çoxlu pulu olsa, tez başından eyləyir ki, diskomfortda qalmasın. O, təhlükəsizliyi yalnız təhlükədə görür. Qadınlar — onun həyatında heç də ən mühüm yer tutmur. Qadının dalınca düşəndə qarşılıqlı münasibət gözləmir, ancaq eksperiment aparır. Əlaqənin əvvəlində o, əladır, qadın nə isə yerinə yetirrnəyə hazırdır, lakirı emosional gücü tez xərclənib tükənir; və başqa bir Şeydən, yeni olan nədənsə yüklənmək ehtiyacı yaranırOnun duyğuları çox vaxt cılız olur. Onunla gələcək naməlumdur, lakin indiki zamanda, şübhəsiz, xoşdur.
Qadın
Kişi-Əkizlər kimi o da gözəl həmsöhbət olduğunaj görə istənilən adamı özünə cəlb edə bilir. Bundan əlavə, qadın-Əkizlər diqqətcil dinləyicidir, sizin problemlərinizə marağla yanaşır. Vəziyyəti təhlil edib, səbəbləri axtarır, məsləhətlər verir. O, asanlıqla dostlaşır, lakin bir qayda olaraq uzun və tələbkar dostluqda maraqlı deyil. Çalışır ki, dostları xoşbəxt olsun. Bütün dostları üçün rnehriban və səmimidir, ancaq heç birinin ona haqqı yoxdur. Kimsə ı vaxtını çox alanda və üzərinə problemlər yıxanda narazı qalır. O, mühakimələrindən daha çox öz refleksinə belj bağlayır. Eyrıi bir işlə uzun müddət məşğul ola bilmir. Yenilik onu çox cəlb edir. Özünü bir emosiyaya tabe etməkdə çətinlik çəkir; bir sevgili, bir iş, bir planla məhdudlaşıb qala bilmir. Siz onun yüksək intellektinə söykənə bilərsiniz, çünki Əkizləri idrak planeti olan Merkuri idarə edir. Onu tutub bağlamağa cəhd etməyin, çünki azad j ruhu var — quşa qızıl qəfəs də məhbəsdir.
Seksual tərəfdaşla zehni uyğunluq onun üçün zəruridir. Evdar qadın olmaqdansa, işgüzar qadın olmağa üstünlük verir. Gəncliyində çoxlu oğlan və kişiləri ola bilər.
Hər şeyi tez-tez dəyişdirmək onun üçün çox zəruridir. Dəyişikliklər onun həyat tərzinin bir hissəsidir; o məhz bunu dəyişə bilmir. Qadın-Əkizlər arasında ərə getməyənlər çoxdur.
Öz seksual cazibədarlığından istifadə edib dəbdəbəyə nail olur. Kişilərlə münasibətdə çox vaxt qəddarlıqla oyunlar oynayır.
 

Əkizlər bürcünün uyğunluğu


  1. Əkizlər — Qoç: Hər ikisi həyatsevər olub seksual əyləncəni xoşlayandır. Qoç yataqda Əkizləri istədiklərinə çatdırır. Əkizlərin ozünəməxsus əxlaqı Qoçu alışdırır, nəinki əsəbiləşdirir. Gözəl qısa əlaqə — uzunmüddətii ittifaqın yaxşı perspektivini vəd edir.
  2. Əkizlər — Buğa: Qısqanc, mülkiyyətçi instinkti olan Buğa Əkizlərin yüngül sevgiyə (flirt) meylini qəbul edə bilmir. Əkizlər onların azadlığmı məhdudlaşdırdığı üçün qəzəblə Buğanın torundan gurtarmağa can atırlar. Seksual planda Buğa Əkizlər üçün həddən artıq danxdırıcı tərəfdaşdır. O da öz növbəsində Buğa üçün zəruri olan təhlükəsizliyi təmin edə bilmir. Uğursuz qısa əlaqə — bu uyuşmaz bürclər üçün ən ehtimal olunan nəticədir.
  3. Əkizlər- Əkizlər: Əlaqə hər iki tərəfə sevinc bəxş edə bilər, iakin tezliklə öz sabitliyini itirəcək. Keçici fiziki meyldən sonra asanlıqla darıxmağa başlayırlar. Hər ikisij flirtə meyllidirlər. Alovlu sevgi var, lakin nikah fəlakətə çevrilər. Nadir hallarda belə birlik mümkündür, lakin bu, sizin tanıdığınız çox maraqlı cütdür.
  4. Əkizlər-Xərçəng: Bu birlik qorxuludur. Xərçəng ifrat dərəcədə hissiyyatlı və utancaqdır; öz həqiqi hisslərini üzə çıxara bilmir. Əkizlər sevgi oyunu oynayacaq, Xərçəng isə bunu ciddi qəbul edəcək. Xərçəngi həvəsləndirmək zəruridir, eyni zamanda Əkizlər həddən artıq açıq ola bilərlər. Temperamentlərdəki fərqlər yataqda xoşagəlməz hallara gətirəcək. Əiaqə tədricən zəifləyib yox olacaq, nikah uğursuzdur.
  5. Əkizlər — Şir: Nəcib, səxavətli Şir Əkizlərin əlində oyuncağa dönəcək və bundan məmnun qalacaq. Əkizlər seksuai oyunda rəngarəng və ağıllıdırlar; Şir hər şeyə heyranlıq və çılğınlıqla reaksiya verir. Şir Əkizlərə öz yolu ilə getməyə icazə verir. İdeal tərəfdaşlıqdır. Əlaqə gözə! və heyranedicidir, daha sabit münasibətlərin yaranması mümkündür.
  6. Əkizlər — Qız: Qız Əkizləri yetişməmiş məşuq hesab edir. Əkiziər Qıza zəhlətökən adam kimi baxirlar. Qızın seksual davranış barədə aydın təsəvvürü var. Əkizlər qətiyyətsizlik göstərirlər. Qızın ehtiras alovu sönəndən sonra Əkizləri tənqid edib donquidanacaq. Əkizlər isə əyləncəni kənarda axtaracaq. Uzun müddət üçün hesablanmayan qığılcımlı əlaqə.
  7. Əkizlər — Tərəzi: Cazibəli, maraqlı cüt. Hər ikisi çılğındır və yəqin ki, tez-tez sevgi ilə məşğul olaçaqlar. Onlardan heç biri qisqanc və mülkiyyətçi deyil, temperamentləri bir-birini tarazlayır. Hər ikisi seks sahəsində eksperimenti xoşlayırlar. Nikah çox xoşbəxt və uğurludur.
  8. Əkizlər-Əqrəb: Seksual cəhətdən uyuşurlar, lakin öz mövcudluqları ilə sübut edirlər ki, fiziki meyl heç də hər şey demək deyil. Əqrəb qısqancdır. Əkizlər qeyri-sabitdirlər. Əqrəb yüyəni həddən artıq çox dartanda Əkizlər fınxırırlar. Ehtiraslı başlanğıcdan sonra münasibətlər tez soyuyur və hətta düşməncəsinə olur. Nikaha yalnız bəzi cütlər girə bilər.
  9. Əkizlər — Oxatan: Hər ikisi yorulmaz, dəyişkəndir və sevgili kimi çox da ürəyiaçıq deyillər. Əkizlər Oxatanın yataqdakı davranışını tənqid etməyə meyllidir. Münasibətlərində başqa zəif nöqtələr də var, güclü tərəfi isə odur ki, hər ikisi tələbkar deyillər və mülkiyyətçilik etmirlər. Əlaqə qəfildən başladığı kimi, qəfildən də qurtarır. Nikah heç də pis olmaz, ancaq bunun üçün hər iki tərəfin səyi lazımdır.
  10. Əkizlər — Oğlaq: Əkizlər mühafizəkar ev adamı olan Oğlaq üçün həddən artıq azadlıqsevər və səbirlidir Əkizlərin seksual davranışında nə isə Oğlaqı pərt edə biiər. Oğlaq iş, pul, karyera barədə narahatdır, yəni təkcə fiziki tələbatlarmı düşünmür; o beiə hesab edir ki, Əkizlər öz niyyətlərində israfçıdır. Əlaqə mümkündür, lakin uğurlu nikah — hər şeyə qatib gələn məhəbbətə sübutdur.
  11. Əkizlər — Dolça: Həssas Əkizlər Dolçanın fantaziyasını başa düşüb qiymətləndirirlər. Onlar yaradıcı sevgili, macəra həvəskarı ola bilərlər. Əlaqələrinin əsas səciyyəsi — gözlənilməzlikdir. Sevgi münasibətləri heç də həmişə rəvan olmayacaq, lakin ruh yüksəkliyi və məmnunluq gətirə bilər. Əlaqələr başa çatandan sonra onlar dost olaraq qalacaqlar. Nikah ehtiraslı olmaqdansa daha çox xoş, dərin bağlılıq məzmunu kəsb edəcək.
  12. Əkizlər — Balıqlar: Onların qeyri-adi seksual fantaziyaları var, lakin nadir hallarda həmin fantaziyaları həyata keçirirlər, Balıqlar Əkizlər üçün həddən artıq emosionaldırlar; axı Əkizlər bir anlığa ləzzət alandan sonra qabağa gedirlər. Bu — şübhə və etimadsızlıq atmosferinin yaranmasına təkan verir. Onların arasında əsl bağlılıq yarana bilər, lakin son nəticədə münasibətlərin qeyri-sabitliyi əlaqəni pozacaq. Olduqca riskli əlaqədir, bədbəxt nikahdır.
 

Əkzilərin Sağlamlığı


Merkurinin təsirilə əqli və nitq pozğunluğunun yaranması ehtimalı var. Apopleksiya (beynə qan sızması nəticəsində iflic), ağ ciyərlərin xəstəliyi, plevrit, astma yarana bilər.
Çox ət yeməkdən qaçmaq lazımdır.
Əkizlər çox vaxt yuxusuzluğa düçar olurlar, onagörə də gecə pis istirahət edirlər. Bütün obyektiv səbəblərə baxmayaraq, onlar əsəb gərginliyini aradan qaldırmağı bacarmalıdırlar.
Açıq havada olmalı, günəş vannası qəbul etməlidirlər. Başqalarına nisbətən Əkizlərlə bədbəxt hadisələr daha tez-tez olur. Onlarda mədə-bağırsaq çatışmamazlığı, artrit (oynaqların xəstəliyi), revmatizm və baş ağnlan olur. Əkizlər adətən darıxmaqdan və təklikdən xəstələnirlər.

Karyera və Əkizlər burcu


Əkizlər bürcü altında çox vaxt əsasən zehni əmək insanları doğulur.
Onlar başlıca olaraq təəssürat və fəaliyyətin fasiləsiz dəyişməsi ilə bağlı peşə növlərinə üstünlük verirlər: reklam xidməti agenti, menecer, tele- və radio-reportyor.
Əkizlər artist, jurnalist, naşir, katib, poçt xidmətçıləri, mühasib, yazıçı, kiçik alverçi, alim ola bilərlər. Əkizlərin demək olar ki, hamısı ədəbi qabiliyyətə malikdirlər. Onlar səriştə ilə məruzə, hesabat, sənəd və dərslik tərtib edir, pyes və kitab yazırlar; çox vaxt da bu roman, tərcümeyi-hal və ya elmi-kütləvi ədəbiyyat olur. Öz gündəliklərini və xatirələrini yazmağı xoşlayırlar.
Onların arasında çoxlu poliqlot var. Sevdikləri dii -fransız dilidir. Əkizlərdə bəlağət güclüdür; söz ilə istənilən adamı ələ ala bilirlər. Sahibkarlığa və elmi-tədqiqata meyl edirlər. Əkizlər dahi də, avantürist də ola bilərlər.
Top