Yer işarəsidir. Saturnun himayəsi altındadır. Tərs, inadcıldır. Ağıllıdır. OĞLAQ bütün Zodiak işarələri içərisində istər fiziki, istərsə də mənəvi cəhətdən ən dözümlüsü və davamlısıdır. Hisslərini gizlədəndir, üzə vurmasa da şöhrətpərəstdir. Real həyatla yaşayır, işləməyi bacarır və xoşlayır. Hədsiz bir qüvvə ilə müvəffəqiyyətə can atır. Böyük səbirlə və hədsiz inadcıllıqla bütün maneələri aşaraq addım-addım, pillə-pillə məqsədə doğru gedir. Heç bir şey OĞLAĞI həvəsdən salıb yolundan döndərə bilmir.
OĞLAQ hələ gəncliyindən öz qarşısına məqsəd qoyur və ömrü boyu о məqsədə doğru gedir. OĞLAQ işdə də belədir. O, sxem quraraq işi qabaqcadan avtomatlaşdırır, təfərrüatı müəyyənləşdirir, səliqə-səhman yaradır ki, sonra xırda-para işlərə vaxt sərf etməsin. Sənayenin bütün sahələrində gözəl işçidir. İstedadlı dövlət xadimidir. Bu işarə altında dünyaya gələnlər demək olar həmişə hörmət qazanırlar, lakin onlara yaxınlaşmaq çətindir, çünki qapalıdırlar, onları açıq söhbətə çəkmək mümkün deyildir. OĞLAQ ənənəni, ədəb-ərkanı, sabitliyi xoşlayır, Müəyyən məqsədi olmadan qərar qəbul etmir, tez qızışan və ehtiyatsız iş tutan deyildir. Zahirən təkəbbürlü görünsə də, daxilən öz tənhalığından əzab çəkir və ətrafda olan adamların rəğbətini qazanmaq istərdi. Çox vaxt həssas və utancaqdır, lakin bunu böyük səylə gizlədir. Məğrurluğu onun üçün açıq-aşkar əzab-əziyyət mənbəyinə çevrilir. OĞLAQ parlaq zəkaya və gözəl yaddaşa malikdir, lakin onu mühafizəkarlıq və xırdaçılıq təhlükəsi gözləyir. Yaxşı inzibatçı, mühəndis, alim, siyasətçi, iqtisadçı ola bilər. Ömrünün ikinci yarısı adətən birinci yarısından xoş keçir. Ümumiyyətlə evlənmək qərarına gəlsə də, bir qayda olaraq gec evlənir. Subayların əksəriyyəti bu işarə altında dünyaya gələnlərdir.
Bu işarə altında dünyaya gələn QADIN-OĞLAQ belə bir səciyyəvi xüsusiyyətə malikdir: illər ötdükcə gözəlliyi və məlahəti azalmır, əksinə, artır. QADIN-OĞLAQ 18 yaşındakına nisbətən 35 yaşında daha çox xoşa gəlir, lakin ona yaxınlaşmaq asan deyildir. Həmişə özü ilə pərəstişkarlarının arasında sədd çəkir. Bu öz müstəqilliyini çox sevən bir qadın tipidir. QADIN-OĞLAQ yaxşı katibə, direktor, müəllim və hakimdir. Kişi OĞLAQ kimi, bu işarə altında anadan olmuş qadınlar da ciddidirlər, təhqiri və xəyanəti bağışlamırlar.
İşarələrin qarşılıqlı münasibətləri: QOÇ, TƏRƏZİ və XƏRÇƏNG ilə nikah davamsız olur. Əksinə, QIZ, BUĞA, ƏQRƏB və BALIQLAR ilə ittifaqlar xeyli ahəngdar xarakter daşıyır. OXATAN ilə həyatın ahəngi və temperamenti о qədər müxtəlifdir ki, böyük fiziki cazibə qüvvəsinə baxmayaraq nikah nadir hallarda baş tutur. BUĞA ilə OĞLAQ arasında məhəbbət və böyük qarşılıqlı anlaşma vardır. Tərs və səbirli OĞLAQ şıltaqçı və yalançı BUĞANI çox vaxt tərbiyə edə bilir. ƏKİZLƏR ilə çətinliklə əlaqəyə girir, uzunmüddətli ittifaq isə, əgər ümumiyyətlə mümkündürsə, bir çox çətinliklərlə bağlıdır. XƏRÇƏNG və OĞLAQ işarələri arasında cazibə asanlıqla meydana gəlir, hörmətə əsaslanan dostluq münasibətləri yaranır. Bununla belə ittifaq tez yaranmır - onların həyata baxışlarında çox böyük fərqlər vardır. Lakin sonralar bu ittifaq hörmətə əsaslanaraq möhkəmlənə bilər. ŞİR ilə möhkəm ittifaq çox nadir hallarda baş tutur, buna görə də ancaq dostluq və əməkdaşlıq tövsiyə edilir. QIZIN xarakteri çox zaman OĞLAĞIN xarakterini xatırladır, buna görə da uğurlu nikah mümkündür. TƏRƏZİ ilə nəinki nikah, hətta sadə dostluq, münasibətləri də son dərəcə nadir hallarda baş tutur: həyat tərzində və xarakterlərdə fərq çox böyükdür. ƏQRƏB ilə OĞLAĞI təkəbbür, işə məhəbbət birləşdirir. Nikah ümumi mənafe, ümumi maraq əsasında mümkündür. OXATAN ilə ittifaqa ayrı-ayrı hallarda hər iki tərəf təminat verir. OXATAN bir çox hallarda OĞLAĞIN xırdaçı xarakterini dəyişdirməyə müvəffəq olur. Böyük fiziki cazibə olmasa da OĞLAQ öz işarəsi ilə, yəni digər OĞLAQ ilə mehriban ittifaq yarada bilər. Xarakterlərin müəyyən oxşarlığına baxmayaraq, DOLÇA ilə nikah nadir hallarda uğurlu olur. İşdə əməkdaşlıq etmək və bir-biri ilə dostluq münasibətləri saxlamaq tövsiyə edilir. Böyük mənəvi və intellektual oxşarlıq. Habelə fiziki cazibə sayəsində BALIQLAR ilə OĞLAQ arasında nikah son dərəcə uğurlu ola bilər. Lakin OĞLAĞIN öz hisslərini gizlətməsi incə təbiətli həssas BALIQLARI bəzən təhqir edir.