Dolça (21 yanvar-18 fevral)

Dolça (21 yanvar-18 fevral)

Hava işarəsidir. Saturn və Uranın himayəsi altındadır. Xarakterdə emosional, təbiətcə həssasdır. DOLÇANIN ilk hamisi SATURN planeti DOLÇANı taleyə boyun əyməyə məhkum edir və onun taleyi heç da həmişə uğurlu olmur. SATURN kədərli xatirələr, qəmginlik, puç olmuş ümidlər planetidir. URAN, əksinə, hərəkət, fəaliyyət planetidir, alimlərin ilhamçısıdır. Buna görə də DOLÇANIN xarakteri ziddiyyətlidir. O bir tərəfdən xəyalpərvərdir. Digər tərəfdən cəld, çevik, cəsarətli və fəaldır. DOLÇA işarəsi altında dünyaya gələnlər öz insaniyyəti sayəsində olduqca cazibədardırlar. Onlar dərdə şərik olur və fəlakətə düşən adamlara əllərindən gələn köməyi edirlər. Hər bir DOLÇADA ixtiraçıya, təkmilləşdirmə ideyası ilə yaşayan adama məxsus keyfiyyətlər vardır. Bununla birlikdə DOLÇA xəyalpərəstdir, fantastdır. Edisson, Qaliley, Jül Vern bu işarə altında dünyaya gəlmişlər. DOLÇADA xırdaçılıq yoxdur. DOLÇA ətalətin düşmənidir. Onun tənbəllik və fəaliyyətsizlik dövrləri olur. URANIN hökmranlığı dövründə isə DOLÇA bir ayın işini bir həftədə görə bilir. Sabit deyildir, bəzən özünə inamsızlıq dövrləri olur, lakin bunları tez bir zamanda sakitlik və ruh yüksəkliyi ilə əvəz edə bilir. DOLÇA təmkinli və təvazökardır, nadir hallarda başqalarına ağız acır. Çox gözəl alimdir, xüsusən atom fizikası və astronomiya sahəsində. Həm də gözəl memar, ədəbiyyatçı, aktyordur. Onun həyatı uğursuz ola bilər, lakin heç bir zaman maraqsız və yeknəsəq olmur. Həyatın hər üzünü görəcəkdir zənginliyi də, yoxsulluğu da, parlaq müvəffəqiyyəti və faciələri də, maraqlı görüşləri və məyusluqları da. Bəzən ona elə gələcəkdir ki, məhv olub getmişdir, lakin tale ona nicat verəcəkdir.

QADIN-DOLÇA. Bu işarə altında dünyaya gələn qadınlar çox cazibəlidirlər. QADIN-DOLÇA elə bil ki, bir qadın deyil, bir neçə qadındır, buna görə onun hiss-həyəcanları da çox və rəngarəngdir. Bu qadın daim dəyişir, onu tez-tez görənlər üçün heç vaxt darıxdırıcı olmur. DOLÇA işarəsi altında dünyaya gələn kişilər kimi, o da işləməyi xoşlayır və ciddi intizama dözmür, hər bir məşğələyə zəriflik və parlaqlıq gətirir. İncə və zərifdir, yaxşı rəqs edir, söhbəti maraqlı və şirindir, ərə tez gedir, lakin nadir hallarda xoşbəxt olur, çünki məhəbbəti ərinin məhəbbətindən güclüdür.
İşarələrin qarşılıqlı münasibətləri belədir: ƏKİZLƏR, TƏRƏZİ, OXATAN ilə ittifaq çox əlverişli və xoşdur, ƏQRƏB, BUĞA, ŞİR ilə dava-dalaş labüddür. QOÇ işarəsi DOLÇA ilə ittifaq bağlaya bilər. Bu işarə altında gözəl uşaqlar dünyaya gəlir. ƏKİZLƏR ilə ahəngdar ittifaq yaranır. XƏRÇƏNG ilə mehriban dostluq əmələ gəlir, qarşılıqlı hörmətə əsaslanan nikah bağlanır. DOLÇA və ŞİR arasında cazibə olmasına baxmayaraq onların dünyaya baxışı müxtəlifdir. Bunun ucbatından onların arasında möhkəm ittifaq ola bilməz. QIZ və DOLÇA arasında güclü fiziki cazibə olsa da, dava-dalaş labüddür. DOLÇA TƏRƏZİNİ cəzb edir. Onların ittifaqı çox uğurludur.
Top