Su kimi get, su kimi gəl

Su kimi get, su kimi gəl

Sasani hakimiyyətinin tabeliyində olan Hormozan İranın Xuzestan əyalətinə hökmranlıq edərdi. Ərəblər və farslar arasında gedən Qadisiyyə döyüşündə o,orduya başçılıq edirdi. Döyüşlərdən birində Hormozanın ordusu xəyanət nəticəsində mühasirəyə düşür. Ərəb qoşunlarına rəhbərlik edən Əbu Musa Əşəridən sağ qalacaqlarına dair vəd aldıqdan sonra təslim olur. Əbu Musa Əşəri sözünün üstündə durur, amma Hormozana hökm oxunsun deyə onu Mədinəyə, xəlifə Ömər ibn Xəttabın yanına göndərir. Beləliklə, Hormozan zərli sapla tikilmiş ipək əbası ilə Mədinə məscidinə, xəlifənin yanına gətirilir. Xəlifə onunla bir qədər söhbət etdikdən sonra edam olunması barədə fətva verir. Hormozan edam meydanına gətirildikdə ölümündən əvvəl ona bir içim su vermələrini xahiş edir. Xəlifə razılıq verir. Hormozan qabı akıb əlində saxlayır, suyu içmir. Xəlifə ondan bunun səbəbini soruşduqda deyir:
-Qorxuram suyu içib qurtarmazdan əvvəl məni öldürəsiniz.
Xəlifə deyir:
-Sənə söz verirəm, nə qədər ki, əlindəki suyu içib qurtarmamısan səni kimsə öldürməyəcək.
Bunu eşidən Hormozan əlindəki suyu yerə tökür. Belə olduqda Ömər verdiyi sözə əməl edib Hormozanı öldürməkdən vaz keçir. Çünki xəlifə də hökmüb icrasını məhz Hormozan suyu içib qurtardıqdan sonraya təyin etmişdir. Hormozan suyu yerə tökdükdə hökmünicrası təxirə salınmalı idi.
  Bu hadisədən sonra suyun yerə tökülməsi həyata qayıdış kimi qəbul olunmağa başladı. Sonradan müsafirlərin də öz el-obasına qayıtması üçün həmin ənənənə adət halına düşdü.
Top