Əli işdədir

Əli işdədir

Bir kişi yumurtanın onunu 10 qəpiyə alıb 9 qəpiyə satırdı.Tanışları bu qəribə alverin məqsədini soruşarkən o,cavabında deyir:

-Zərər etdiyimə baxmayın,alverlə məşğul olduğumu görüb hamı məni tacir sayır,hamı görür ki,əlim işdədir.

Mənasız,faydasız bir işlə məşğul olub vaxt keçirən adamlar haqqında bu məsəli çəkirlər:əli işdədir

 

Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

Top