Öz arşını ilə ölçmək

Öz arşını ilə ölçmək

Hazırda ölçülərin düzlüyünü yoxlayan və onun dəqiq olmasına nəzarət edən xüsusi müəssisələr vardır.Lakin qədimdə belə deyildi,sabit ölçü yox idi,həm də işlədilən vahid ölçülər də dəqiqləşdirilməmişdi.Məsələn belə ölçü vahidlərindən biri arşın idi. "Ərzin"-farsca qolun dirsəkdən barmaqların ucuna qədər olan hissəsinə deyilir.Bədənin bu hissəsindən uzunluq ölçüsü kimi istifadə edirdilər.

Qolun dirsəkdən barmaqlara qədər olan hissəsi müxtəlif adamlarda müxtəlif uzunluqda olduğundan "arşınlar" da müxtəlif olurdu.Buna görə də parçanı hər adam öz arşını ilə ölçürdü.

"Rus arşını",  "xan arşını",metr kimi ölçü vahidləri daha sonralar əmələ gəlmişdir.Sonralar bu ifadə məcazi mənada özü bildiyi kimi hərəkət etmək,öz şəxsi nöqteyi-nəzərindən bir işə yanaşmaq,başqalarının fikri ilə,xüsusən qəbul edilmiş ümumi normalarla hesablaşmamamaq mənasında işlənməyə başlanmışdır.

Mənbə: "Rəvayəti ifadələr" kitabı,B.A.Hüseynov

Top