Kəndlinin evinə oğru gəlir.Ev yiyəsi duyuq düşüb oğrunu tutur,onun ayaqlarını bağlayıb zirzəmiyə salır və polis idarəsinə xəbər verməyə gedir.Orada əhvalatı olduğu kimi danışır.Polis məmuru soruşur:
-Oğru haradadır?
Kəndli oğrunun zirzəmidə olduğunu söyləyir.
-Zirzəminin qapısını bağlamısanmı?-sualına kəndli başını bulayaraq “xeyr!” cavabını verir.
Polis məmuru təəccüblə soruşur:
-Oğrunun əl-qolunu və ayaqlarını bağlamısanmı?
Kəndli deyir:
-Ayaqlarını bağlamışam,amma əllərini yox.
-Bəs əlləri ilə ayaqlarının ipini açıp qaçar ki?!
Kişi bir qədər fikrə gedib deyir:
-Tutduğum oğru da elə bizim kənddəndir,bizim hamımızın başı bir təhər işləyir,əgər bu fikir mənim ağlıma gəlməyibsə,onun da ağlına gəlməz.
Doğrudan da kişinin evinə gəlib oğrunun zirzəmiyə salındığı vəziyyətdə də oturub qaldığını,imkan olduğu halda qaçmadığını görürlər.
Məsəldən ən aydın və asan başa düşülən işi belə dərk etməkdə çətinlik çəkən,kütbeyin,dilbilməz adamların iş və hərəkətlərini qiymətləndirmək məqsədilə istifadə olunur.
Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov