Başın hələ qoltuq görməyib

Başın hələ qoltuq görməyib

İki qalayçı kənd-kənd gəzib qab qalaylayırmış.Onlardan biri işini tez qurtarır və o biri yoldaşından tez başqa kəndə yola düşür.Çöldə qoyun otaran çobana rast gəlir.Çoban onun qalayçı olduğunu öyrəndikdə,doğramac yemək üçün yanında saxladığı taxta tabağı qalayçıya verib onu qalaylamağı tələb edir.Qalayçı nə qədər etiraz edib söyləyirsə də,bir nəticə vermir.Nəhayət çobanın əlindən xilas olub qaçmaq istədikdə çoban onu tutur,boynunu qolları arasına salıb sıxmağa başlayır.Ağrının təsirindən ufuldayan və çobanın onu boğmaq istədiyini görən qalayçı əlacsız qalıb tabağı qalaylamağa razı olduğunu söyləyir.Çoban onun boynunu qolları arsından buraxır.Qalayçı karastılarını çıxarıb tabağı nişasta ilə sürtməyə başlayır.Bu zaman o biri qalayçı gəlib çıxır.Yoldaşından nə etdiyini soruşduqda,o ciddi tərzdə cavab verir:

-Görmürsən,tabağı qalaylayıram.

Yoldaşı soruşur:

-A kişi,dəli olmamısan ki,tabağı da qalaylamaq olar?

Birinci qalayçı bir dostuna,bir çobana əyri-əyri baxaraq deyir:

-Görünür,sənin boynun hələ qoltuq görməyib,əgər görsəydi,tabağı qalaylamağın mümkün olduğuna sən də şübhə etməzdin.

Məcburiyyət qarşısında qalaraq bir iş görən adamı əhvalatdan bixəbər başqa bir məzəmmət edirkən bu məsəldən istifadə olunur:başın hələ qoltuq görməyib


Mənbə: “Rəvayəti ifadələr” kitabı,B.A.Hüseynov

Top