Steve Jobs kimi ideal natiq olmaq

Steve Jobs kimi ideal natiq olmaq

Mən idarəçilərdən sevdikləri bir nitq deməklərini xahiş edəndə, onlar tez-tez Steve Jobsun Stanford məzunlarına çıxışını xatırlayırlar. Bu inanılmaz dərəcədə ruhlandırıcı nitq, Jobs’un paylaşdığı hekayələr sayəsində çoxları tərəfindən sevilib.

Niyə rəhbərlər bu cür çixışları dinləməyi sevirlər, amma çox az adam özü bunu etməyə qadirdir? Böyük hekayələr bizə öz əksikliklərimizdən və onlarla mübarizə aparmağımızdan danışmağa məcbur edir. Ona görə də belə bir hekayələr rulahndırır, və bunu tamaşaçıyla bölüşməmək – auditoriyada ünsiyyət qurma fürsətini qaçırmaqdır.

Mənim şirkətim rəhbərlərə auditoriya ilə əlaqə yaradaraq, inandırıcı çıxışlar etmək üçün kömək edir, və biz tez-tez onlardan şüurun dərinliklərində köhnə hekayələr xatırlamaqlarını xahiş edirik. Uzun illərdir ki, biz effektiv metodlardan istifadə edərək şəxsi hekayələri yaddaşdan alaraq, onları daha sonra sistemləşdirib, kommunikasiya və çıxışlar zamanı istifdə edə bilirik. Budur onlardan bəziləri.

Xatirələrinizə müraciət edin
İnsanların çoxu performans üçün bir hekayə üzərində işlədikləri zaman xronoloji qaydada keçmiş hadisələri qururlar, lakin dərin xatirələri yaddaşda canlandırmaq üçün başqa bir yol var.

Bir kitabça götürün, əyləşin və sizin üçün mühim olan bir neçə söz yazın –daha doğrusu sizin heyatınıza təsir edən insanları, yerləri, əşyaları qeyd edin. Bəli, onları məhz kağız üzərində yazmalısınız. Araşdırmalar yazının yaradıcıllığa daha yaxşı təsir göstərdiyini göstərir.

  • İnsanlar. Adınızı vərəqin mərkəzinə yazın. Daha sonra ondan digər insanlarla əlaqənizi əks etdirən xətlər aparın: ailə üzvləriniz, dostlarınız, həmkarlarınız, və s. Və hər dəfə müəyyən insanla münasibətinizin necə inkişaf etdiyini və hansı emosiyalar yaşadığınızı xatırlayın. Şübhəsiz ki, burada maraqlı bir hekayə tapılacaq!
  • Məkanlar. Bacardığınız qədər sizin üçün əhəmiyyətli olan yerləri xatırlayın: məktəb dəhlizi, uşaq düşərgəsində otaq, futbol sahəsi, dağın başı, o qırmızı maşını və s. Məkan yaddaşını sıxın: o yer necə idi ,o küçə, o otaq? Hərəkətlərinizi yaddaşda yenidən qurun və beləliklə siz səslər, qoxu, hadisələr haqqında xatirələrinzi işə salacaqsınız. Bu, uzunmüddətdir ki unudulan hadisələri və hissləri yenidən canlandırmağa kömək edəcəkdir.
  • Əşyalar. Sizin üçün simvolik bir məna daşıyan əşyalara diqqət yetirin: hədiyyələr, mükafatlar, kitablar və digər sevdiyiniz əşyalar. Bu obyektlərin eskizlərini edin və nəyə görə onların sizdə güclü duyğu hissi yaratdığını düşünün? Sizdən başqa onlar hər kəs üçün əhəmiyyətsizdir. Niyə?

Bu təlimləri etdikdən sonra, alınmış hekayənin fraqmentlərinə bir nəzər yetirin və qısaca hər birinə bir sətr həsr edərək qeydlər aparın. Hekayələrdən bəziləri çox şəxsi ola bilər. Ancaq bəlkə də, əhəmiyyətli bir hekayənin əsası olacaq bəzi epizodları xatırlayacaqsınız. Buna təkrar və təkrar qayıda bilərsiniz.

Hekayələrin kataloqunu yaradın
Müxtəlif vəziyyətlərdə istifadə edə biləcəyiniz bir hekayə dəstiniz olduqda, onlardan bir qovluq yaradın. Sizin üçün əl verişli bir şəkildə yaradıb istifadə edin. Bu, qısa xülasəsi olan bir səs yazısı və ya elektron tablo ola bilər. Mövzuları situasiyaya, əhval-ruhiyyəyə və ya öyrənilmiş dərslərə görə kateqoriyalara bölmək olar. Uyğun olduğunu düşündüyünüz hər hansı bir kateqoriyanı istifadə edin.

Tez-tez ən təsirli hekayələri insanlar ölümlə üz-üzə olduqları zaman bölüşürlər(Steve Jobs kimi). Taleyin sizə əlamət göstərməyini gözləməyə dəyməz, öz hekayənizin kataloqunu yaratmağa indidən başlayın Çətin vəziyyətdə olmasanız belə, bütün bu hekayələri əlinizdə saxlayın. Beləliklə, Siz tam bir həyat yaşayacaq və başqalarına təsir edəcəksiniz.

Auditoriyaya uyğun bir hekayə seçin
Bir hekayə seçərkən, bunu kimə danışacağınızı xatırlayın. Gülüşlərin yaranmasına səbəb olan məzəli hekayələr var. Digər hekayələr isə gözyaşlarına gətirir və dərin bir ümid hissi ortaya çıxarır. Eyni hekayə müxtəlif auditoriyadan fərqli cavab ala bilər. Bəzilərini o heyrət qoya bilər, bəzilərini isə qəzəbləndirə bilər.

Siyahınızdan doğru hekayəni seçmək üçün dinləyicilərinizin tərkibini və inancını nəzərdən keçirin. Onların dəyərlərini, məqsədlərini və maraqlarını nəzərə alın və daha yaxşı nəyin uğun gəldiyinə qərar verin.

Məsələn, mən qadınların qarşısında çıxış etdiyim zaman uşaqlıqda qarşı-qarşıya qaldığım çətinliklər haqqında daha çox danışıram. Bu, dinləyiciləri ruhlandırır və onlara çətinliyi aradan qaldırmağa kömək edir. Mən belə hekayələri mühafizəkar kişilərə danışmıram. Kişilərə, empati arzularıma çatmaq haqqında hekayələr qalır.

Asiyada mən uğursuzluqlarım barədə danışıram. Şərq auditoriyasına dair hekayələr qərb dinləyicilərindən daha fərqlidir. Qərb dünyası üçün hekayələrimdə qəhrəman həmişə çətinlikləri aşır. Şərq dünyasında isə qəhrəmanın səhvərinin nəticəsində uğursuz olduğu hallardan ibrət götürməli olduğumuz hekayələr haqqında danışıram.

Bazarın sizin auditoriyanın şüuruna təsirini anlamaq lazımdır. Bu sənayedə nə baş verdiyini öyrənin, blogları və son xəbərləri oxuyun. Hansı maneələrin onun qarşısında durduğunu öyrənin.
Növbəti çixiş zamanı məhz bu insanların qarşısında nəyin sizi ideal bir natiq(orator) edə biləcəyi haqqında düşünün. Çətinliklərlə qarşılaşdığınız zaman Sizi cəsarətləndirən həyatınızda bənzər hadisələri yadınıza salın, və özünüzü toparlayın və bunu paylaşın.

Şəxsi bir hekayənizin səhvlərini başa düşmək -ən güclü ünsiyyət vasitəsidir. Ən yaxşısı və ən seviləni natiqlər tərəfindən istifadə olunur. Onlar ümumi ehtiyacları və çətinlikləri olan insanlara nümunə olmaq üçün zəifliklərini ortaya qoymağa risk edirlər. Tamaşaçı ilə ortaq bir dil tapırlar və hər birimizin insan olduğunu xatırladırlar.

Müəllif haqqında: Nensi Duarte-kitabın müəllifi, məsləhətçi. Patti Sançes ilə birgə Illuminate kitabını yazıb. «HBR Rəhbərliyinin uğurlu təqdimatı» və iki mükafat qazanan kitabın müəllifidir. Onun şirkəti Duarte, Inc. təqdimat və çıxışlar mövzularında konsultasiyalar aparır və öz müştərilərinə dörd milyon təqdimat hazırlayıb.

banker.az
Top