Lobbi ingilis dilində lobby - dəhliz, kuluar sözündəndir. «Hakimiyyət strukturlarının qərar qəbul etməsinə təsir göstərmək» mənasında bu sözün dəqiq mənşəyi də məlumdur. ABŞ-ın on səkkizinci prezidenti Uliss Simpson Qrant (1869-1877) gərgin iş günündən sonra adətən öz komandası ilə birgə Vaşinqtondakı otellərdən birinin vestibülündəki barda dincəlirdi. Onun bu adətini bilən nüfuzlu amerikalılar axşamlar buraya gəlir, elə otelin lobbisində prezidentə yaxınlaşaraq öz xahişlərini ona bildirirdilər. Bu xahişlər adətən qanunlarla və ya onlara düzəlişlərlə bağlı olurdu.
Beləliklə, lobbiçilik - dövlət və qanunvericilik orqanlarının qəbul etdikləri qərarlara təsir etməyə yönəlmiş fəaliyyətdir. Onun əsas məqsədi qəbul edilən normativ aktlarda müəyyən qrupların maraqlarını əks etdirməkdir. Buraya vergi güzəştləri, sosial güzəştlər, dövlət dotasiyaları, beynəlxalq investisiyalar və digər imtiyazlar daxildir.
Bu gün lobbiçilik geniş yayılmış fəaliyyət sahəsidir. Doğrudur, onun haqqında az yazılır, bəlkə də ona görə ki, bir çox hallarda lobbiçilik fəaliyyəti kriminal məqamlarla müşaiyət olunur. Əlbəttə, ABŞ və Qərbi Avropa ölkələrində bu, Azərbaycanla və ümumiyyətlə, MDB məkanı ilə müqayisədə daha sivil formada baş verir. Yəni əgər ABŞ-da hər hansı qərara səs vermək üçün Konqres üzvünə və ya senatora seçki kampaniyası zamanı yardım vəd edilirsə, keçmiş sovet ruspublikalarında deputat hər hansı bir şəxsin (qrupun) mənafeyini parlamentdə qoruduğuna görə xarici markalı avtomobil və ya rahat mənzillə «mükafatlandırıla» bilər. Qanun çərçivəsində baş verən normal lobbiçilik fəaliyyəti zamanı isə parlament üzvü və ya üzvləri arasında təşviqat aparılır. Parlament üzvləri inandırılır ki, əgər x qrupunun maraqlarına cavab verən filan qanun və ya maddə qəbul edilərsə, bundan bütün cəmiyyətə, dövlətə xeyir gələ bilər. Bu məqsədlə araşdırmalar aparılır, mətbuatda məqalələr dərc olunur, statistik göstəricilər misal gətirilir və beləliklə, ilk növbədə x qrupunun marağına cavab verən qanun haqqında müsbət ictimai fikir yaradılır. Bu da bütövlükdə deputat korpusuna müəyyən təsir göstərir və parlamentdə məsələ qaldıranların işini xeyli asanlaşdırır. Bu gün dünyada baş verən bir çox siyasi, iqtisadi, hətta hərbi xarakterli hadisələr hansısa təşkilatların lobbiçilik fəaliyyəti ilə bağlıdır. Məsələn, ABŞ-ın İraqla müharibəyə başlamasında Amerika neft kompaniyalarının təşəbbüsü ilə həyata keçirilmiş «Vətəndaşlar azad Küveyt uğrunda» proqramının rolu böyük olmuşdur. Yeri gəlmişkən, bu proqram təşəbbüskarlara 6 mln. dollara başa gəlmişdir. Lobbiçilik qeyri-hökumət təşkilatlarının, xüsusilə peşəkar birliklərin və biznes assosiasiyalarının fəaliyyətinin əsas yönümlərindən biridir. Əslinə qalsa, bu təşkilatlar elə ona görə yaranırlar ki, müəyyən məqsədə nail olmağa çalışan qrupların, peşə sahiblərinin sosial və digər hüquqlarını, biznesin ayrı-ayrı sahələrinin iqtisadi maraqlarını təmin etsinlər. ABŞ-da ən səmərəli lobbiçilik fəaliyyəti müxtəlif biznes-assosiasiyaları tərəfindən həyata keçirilir (İstehsalçıların Milli Assosiasiyası, Rielterlərin Milli Assosiasiyası, Amerika Tibb Assosiasiyası, Amerika Benzin İnstitutu və s.) 1997-ci ildə Azərbaycan Reklamçılar İttifaqının əməkdaşları «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun layihəsini hazırladılar. Bu Qanunun 17-ci maddəsi millət vəkilləri arasında qızğın mübahisələrə səbəb oldu. Söhbət tütün və alkoqol məhsullarının reklamına qoyulan məhdudiyyətlərdən gedirdi. Reklamçılar İttifaqı, sözsüz ki, reklamçıların və reklam sifarişçilərinin mənafeyini nəzərə alaraq, bir çox məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi və bu istiqamətdə lobbiçilik işi aparırdı. İttifaq ictimai fikri öz xeyrinə formalaşdırmaq üçün xeyli iş gördü - qanun layihəsinin müəllifləri ardıcıl olaraq mətbuatda çıxış edir, telekompaniyalara müsahibələr verirdi (o dövrdə qəzetlərdən biri yazırdı ki, yalnız 17-ci maddənin müzakirəsinə sərf olunan vaxta Milli Məclis bir neçə qanun qəbul edə bilərdi). Reklamçılar dəqiq arqumentlər gətirdilər: Reklam haqqında qanun tütün sənayeçilərinin istədiyi şəkildə qəbul edildi və Philipp Morris, BAT şirkətlərinin Azərbaycandakı nümayəndəlikləri bunu bayram kimi qeyd etdilər. Əlbəttə, bu məsələnin müsbət həllində yalnız ictimai fikrin müstəsna rol oynadığını iddia etmək sadəlövhlük olardı (bunun üçün xarici şirkətlərin hansı əlavə üsullara əl atması onların kommersiya sirri olaraq qalır), lakin Reklamçılar İttifaqının mətbuatla apardığı iş tütün reklamına qadağa qoyulmasına qarşı çıxan deputatların işini xeyli asanlaşdırdı. 1998-ci ilə qədər Azərbaycanda qeyri-hökumət təşkilatlarına qrant verilməsi mexanizmini tənzimləyən qanun olmadığından bir sıra beynəlxalq humanitar fondlar Azərbaycan təşkilatları ilə işləmirdilər və nəticədə ictimai birliklərin çoxu ciddi maliyyə sıxıntısı keçirirdi. Hesablamalar göstərirdi ki, elə həmin ildə Ermənistan və Gürcüstanın QHT-ları Azərbaycanın ictimai qurumlarına nisbətən 15-20 dəfə artıq əvəzsiz maliyyə yardımı almışdılar. «Qrant haqqında» Gürcüstan Respublikasının Qanununu əldə etmiş «Yeni Nəsil» Jurnalistlər Birliyi hüquqşünasların köməyi ilə onu yenidən işləyərək Azərbaycan Respublikasının analoji qanununun layihəsini hazırladı. Bundan sonra Birlik həmin qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması və qəbul edilməsi istiqamətində ciddi lobbiçilik fəaliyyətinə başladı. Bu sətirlərin müəllifi həmin prosesin müşahidəçisi olduğundan tam əminliklə deyə bilər ki, bu fəaliyyət sırf qanun çərçivəsində və çox professional səviyyədə həyata keçirildi. Bütün vergi maneələri aradan götürüldükdən sonra ölkədə ictimai layihələrin həyata keçirilməsinə yönəldilmiş qrantların məbləği dəfələrlə artdı. Bunun üçün qanunvericilik təşəbbüsünü öz üzərinə götürüb layihəni parlamentə təqdim etmiş Nazim İmanov başda olmaqla bir neçə millət vəkili böyük əmək sərf etdi. «Yeni Nəsil» isə öz növbəsində bu qanunun vacibliyi haqqında mətbuatda geniş təbliğat işi apardı, seminarlar, dəyirmi masalar keçirdi, ictimai müzakirələr təşkil etdi, dövlət orqanlarına müraciətlər göndərdi. Qeyd etmək istərdik ki, qanun layihəsinin lehinə gətirilən arqumentlərdən ən inandırıcısı məhz beynəlxalq fondların Gürcüstan, Ermənistan və Azərbaycanın ictimai birlikləri üçün ayırdıqları qrant məbləğlərinin statistik müqayisəsi idi: Azərbaycan QHT-larının qonşu ölkələrlə müqayisədə cüzi miqdarda qrant almaları əsaslı olaraq ölkədə qrant verilməsi mexanizmini tənzimləyən qanunun yoxluğu ilə izah edilirdi. Bəzən müəyyən peşə, biznes və ya sosial qruplar öz «adamları»nı vacib dövlət vəzifələrinə qoymaq üçün də lobbiçilik edirlər. Bu, arzuolunmaz fəaliyyətdir, çünki bir əldə iki qarpız tutmaq heç vaxt ümumi işə xeyir gətirmir - siyasətçi siyasətlə, biznesmen bizneslə, PR-men isə PR-lə (o cümlədən lobbiçiliklə) məşğul olmalıdır. Deyildiyi kimi, lobbiçilik fəaliyyəti hələ keçən əsrdən ABŞ-da geniş yayılmışdı, lakin bir çox hallarda o, böyük rüşvətlərlə müşaiyət olunurdu və cəmiyyətdə korrupsiyanın artmasına gətirib çıxarırdı. Bunun qarşısını almaq üçün ABŞ Konqresi 1907-ci ildən başlayaraq lobbiçilik fəaliyyətini nizamlayan bir sıra qanunvericilik aktları qəbul etmişdir: Bütün bunlar lobbiçiliyin açıq şəkildə həyata keçirilməsinə və səhnəarxası gizli danışıqların azalmasına gətirib çıxardı. Lakin ABŞ Konqresinin iş təcrübəsində bu gün də korrupsiya hallarına, vəzifəli şəxslərin pulla alınmasına rast gəlmək olur. 1997-ci ildə Yunanıstana ümumi məbləği 45 milyon dollar olan F-16 tipli ABŞ təyyarələrinin satışı üzrə lobbiçilik kampaniyası geniş səs-küyə səbəb olmuşdu. Bu da məlumdur ki, «Filipp Morris» kompaniyası öz maraqlarının qorunması üçün hər il lobbiçilik şirkətlərinin hesabına 10-12 mln. dollar pul keçirir. Bu gün ABŞ-da lobbiçilik rəsmi illik dövriyyəsi yüz milyon dollarlarla ölçülən biznes sahəsinə çevrilmişdir. Bir pablik rileyşnz vasitəsi kimi, peşəkar lobbiçilik şirkətlərə böyük gəlir gətirir. Onun çox geniş yayılmış, böyük xərc və təşkilatçılıq bacarığı tələb edən metodlarından biri «ot kökündə lobbiçilik» (grass roots lobbying) adlanır. Təsəvvür edin ki, senatorlar, konqresmenlər və bir sıra dövlət məmurları bir neçə gün ərzində şirkətlərdən, ictimai birliklərdən, sadə adamlardan on minlərlə məktub, faks alır, onların aramsız telefon zənglərinə cavab verməli olurlar. Bütün bu müraciətlər eyni mövzuda olur və bir problemin həllini tələb edir. Bu «həmləyə» həmin günlərdə eyni problemlə bağlı mətbuatın təzyiqi də əlavə edilir. Bu yolla ABŞ-da 1983-cü ildə banklar və maliyyə institutları, 1996-cı ildə Amerika Eksperimental Biologiya Cəmiyyətlərinin Federasiyası öz istəklərinə nail olmuşlar. ABŞ-da lobbiçiliyə rəsmi olaraq icazə verildiyindən şəxsi maraqların müdafiəsi üçün istənilən digər formada fəaliyyət göstərmək qanunla qadağan edilib. Rüşvətxorluğun qarşısına sədd çəkmək məqsədilə məmurların aldığı hədiyyələrin məbləğinə məhdudiyyət qoyulub: məmurlar dəyəri əlli dollardan çox, deputatlar isə yüz dollardan çox olan hədiyyə ala bilməzlər. Bu qanunun pozulması 20 il müddətinə azadlıqdan məhrumetmə kimi ciddi cəza ilə nəticələnə bilər. Lobbiçilərin qanunvericilik orqanına təsir göstərmək imkanı baxımından Böyük Britaniya Parlamentinin təcrübəsi böyük maraq doğurur. Burada müxtəlif dairələrin qanun layihəsinə münasibətini öyrənmək üçün «yaşıl sənəd» (green paper) deyilən nəşr buraxılır. «Yaşıl sənəd»də dərc olunan qanun layihəsi ətrafında hər cür mübahisə, diskussiya aparmaq olar. Bundan sonra «ağ sənəd» (white paper) deyilən ikinci bir nəşr buraxılır ki, burada artıq parlamentin müzakirəsinə veriləcək qanun layihəsi dərc olunur. Əgər «yaşıl sənəd» mərhələsində lobbiçilərin qanun layihəsini istədikləri şəklə salmaq üçün parlament üzvlərinə təsir etmək imkanı varsa, «ağ sənəd» nəşr olunduqdan sonra onlara yalnız prosesləri müşahidə etmək qalır. Pablik rileyşnz üzrə bir neçə kitabın müəllifi Devid Vreqq lobbiçiliklə məşğul olanlar üçün öz tövsiyələrini hazırlamışdır: Müəllif: Rafiq İsmaylov
Son illər Azərbaycanda fəaliyyət göstərən bir sıra birliklər də təmsil etdikləri peşə sahiblərinin və biznes dairələrinin mənafeyini qoruyan qanunların hazırlanmasında və parlament tərəfindən qəbul olunmasında yaxından iştirak etmişlər.
deputatdır;
inanmayacaq;
gözlənilən parlament debatları haqqında onlara qabaqcadan məlumat verir;
Mənbə: İctimaiyyətlə Əlaqələr: BÜTÜN YOLLAR KİV-DƏN KEÇİR kitabı