Hər zaman özünü ac hiss etməyinin səbəbləri

Hər zaman özünü ac hiss etməyinin səbəbləri

Özünüzü həmişə ac hiss edirsiniz? Yemək yedikdən sonra da yemək haqqında düşünürsünüz? Bu halın niyə baş verdiyini öyrənmək istəyirsinizsə, qeydlərimizi oxumağa davam edin.
Həddən artıq rəfinə olunmuş karbonhidrat işlətmək
Ağ çörək, makaron, düyü və emal olunmuş şəkər kimi həddindən artıq rəfinə olunmuş karbonhidrat qəbul edirsinizsə, böyük ehtimalla tez-tez acırsınız. Rəfinə olunmuş karbonhidratlar qanda şəkərin miqdarını artırır, bu da qanda şəkərin ani olaraq düşməsinə səbəb olur. Bunun nəticəsində də, orqanizminiz daha çox yemək üçün beyninizə siqnallar göndərir.
Rəfinə olunmuş karbonhidratı azaltmaq üçün ağ çörək, makaron və ya düyü yerinə, buğda çörəyi, yulaf, mərcimək və ya kinoa kimi qidalar qəbul edə bilərsiniz.
Kifayət qədər su içməmək
Susuzluq da aclıq hissinə səbəb ola bilir, çünki orqanizminizin bəzən aclıq ilə susuzluğu ayırd edə bilmir. Aclıq hiss etdiyiniz zaman yeməyə başlamadan əvvəl su için. Gün ərzində də 8-10 stəkan su içməyi unutmayın.
hər zaman ac olmanın səbəbləri
Kifayət qədər protein qəbul etməmək
Proteinlər bizi tox tutur, bu da iştahımızı nəzarətdə saxlamağa kömək edir. Hər yeməkdə protein qəbul etməyi gözardı etməyin. Məsələn, səhər yeməyində menyunuza yumurta, pendir və ya süd, günorta və ya axşam yeməyində toyuq, ət, balıq, qatıq və ya ayran əlavə etməyə çalışın.
Çox sürətli yemək
Yeməyinizi 20 dəqiqədən daha az müddətdə yeyib bitirirsiniz? Cavabınız “bəli”dirsə, tez-tez acmağınızın səbəbi bu ola bilər. Bir çox araşdırhərmalar nəticəsində sürətli yemək yeməyin yüksək qida qəbuluna, lakin az doyma hissinə səbəb olduğu ortaya çıxmışdır.
Yavaş-yavaş yeyib və yaxşı çeynədiyiniz zaman, bədəniniz doyma siqnalları ötürməyə başlayır. Bu zaman isə doyduğunuzu hiss edirsiniz, eyni zamanda, da çox yeməkdən xilas olursunuz. Yeməyinizi 20 dəqiqədən daha uzun müddətdə bitirməyə çalışın.
Ürəyiniz sıxıldığı üçün yemək
Evdə olarkən özünüzü soyuducunun qarşısında tapırsınız? Əslində bu vəziyyət aclıq deyil, ürəyimiz sıxıldığı üçün hamımızın başına gəlir. Növbəti dəfə bu şəkildə mətbəxə yollanmazdan əvvəl özünüzə məşğul olmağa bir şeylər tapın.
Keyfiyyətli və tam yuxu ala bilməmək
Hər gecə ən az 7-8 saat yatın. Yuxu iştaha nəzarətdə ciddi yerə sahibdir. Kifayət qədər yata bilməsəniz leptin səviyyələriniz düşər. Leptin isə toxluq hissi verən bir hormondur.
Az miqdarda lifli qidalar qəbul etmək
Əgər qidalanmağınızda kifayət qədər lif qəbul etmirsinizsə, yeməkdən sonra doyma hiss etməyə bilərsiniz. Yüksək lifli qidalar daha gec həzm olunduğu üçün iştahınızı daha rahat idarə edə bilərsiniz. Pəhrizinizə taxıl, paxlalı qidalar, meyvə və tərəvəz kimi yüksək lifli qidalar əlavə edin.
Diqqət dağınıqlığı
Modern cəmiyyətimizdə sürətli həyat tərzimiz bizi eyni anda bir neçə iş görməyə məcbur edir. Məsələn, diqqətimiz başqa bir yerdə olarkən qida qəbul etmək kimi. Başqa bir işlə məşğul olarkən nə qədər yediyimizə də diqqət etmirik. Diqqətin dağınıq olması doyma siqnallarını da anlamağımıza çətinlik törədir.
 

Müəllif: Röya Rasimqızı
Mənbə: İki sahil
 
Top