Sağlamlıq və gözəlliyinə fikir verən insanlar, zamanla orqanizmin detoksikasiyası kursunun keçirilməsinin nə qədər vacib olduğunu anlayırlar.
Bu müasir «detoks» sözünün arxasında ne dayanır və o nə üçün bu qədər vacib sayılır?
İlk öncə bildirmək lazımdır ki, toksinlər — insan orqanizmində ola bilən bakteriya, virus, göbələk və ya parazitlər kimi infeksion agentlər tərəfindən istehsal olunan bioloji mənşəli zəhərdir. Həmçinin havadan, sudan və qeyri sağlam qidadan orqanizmə duşən maddələri toksin adlandırmaq olar. Məhz bunun üçün hər il orqanizm üçün detoksikasiya lazımdır.
Detoksikaiya hansı problemləri həll edir?
Adından bəlli olduğu kimi, ilk növbədə bu orqanizmin təmizlənməsi, onun əsas filtrləri olan: böyrək, ciyər və yoğun bağrsağın işinin normallaşmasıdır. Böyrək və ciyərin vacibliyini tez-tez eşidirik, lakin yoğun bağırsağın vacibliyi haqda çox az məlumat vardır. Lakin, məhz yoğun bağrsaq suyu və qidalı maddələri adsobsiya edərək(udmaq), nəciz kütləsinin formalaşmasında iştirak edir.Yüksək karbohidratlı və yağlı olan, tərkibində az selüüloz olan yeməkləri n qəbulunun nəticəsində yoğun bağırsağın divarlarında özünəməxsus ərp yaranır ki, o da, zamanla nəcis daşının əmələ gəlməsinə səbəb olur. Bununla da orqanizmi toksinlərdən qoruyan yoğun bağrsağın selikli qişasının dağılması baş verir. Beləliklə emal olunan məhsullarla orqanizmin zəhərlənməsi baş verir, belə ki onlar da qidalı maddələr kimi yoğun bağırsağa mənimsənilirlər. Məhz bu hadisənin aradan qaldırılması üçün detoks həyata keçirilir.
- Dərinin təmizlənməsi.Səpkilərdən azad olunma və dəri rəngini yaxşılaşdırılması.
- Ağızdan gələn xoşagəlməz qoxunun aadan qaldırılması(əgər bu yoğun bağırsaqla əlaqəlidirsə).
- Enerji səviyyəsinin artması. Belə ki, təbii təmizlənmə nəticəsində bütün daxili orqanların işi normallaşır.
- Çəkinin stabilləşməsi o səbəbdən baş verir ki, orqanizm normal işlədiyi zaman bütün qidalı maddələr qana rahat daxil olaraq, qidalı maddələr ehtiyacını doldurmaq üçün normdan artıq yeməyə ehtiyac qalmır.
- Detoksikasiyanın müxtəlif növləri vardır. Və hər biri həyata keçəcək prosessdir, lakin, hər zaman asanlıqla alınmır. Belə ki, pəhriz və bitki məhlullarının saat rejimi ilə qəbul olunması bəzi narahatlıqlar yaradır. Unutmayın ki, hidrokolonoterapiyanı mütləq həkim nəzarəti altında həyata keçitmək lazımdır, belə ki, aclıq nəinki yalnız tam sağlam insanlar üçün icazəli sayılır, həmçinin hər insan qidalanma rejiminin bu qədər dəyişməsinə dözə bilməz.
Məhz bu səbəbdən bu kimi prosedura qərar verdikdə mütləq həkimlə məsləhətləşib, prosesi onun nəzarəti altında keçitmək məsləhət görülür.
Mənbə: Saglamolun.Az