Kökəlmək istəmirsinizsə

Kökəlmək istəmirsinizsə

Hazırda dünyada demək olar ki, əksər insanları narahat edən problemlərdən biri də artıq çəkidir.Q
Bunun ən başlıca səbəbi isə qeyri-sağlam qidalanma, hərəkətsiz yaşam tərzidir. Ailem.az sizə ömür boyu bu cür problemlə qarşılaşmamaq üçün faydalı məsləhətlər verir.
Günə səhər yeməyi ilə başlayın Kökəlmək istəmirsinizsə
Günə enerjili və sağlam şəkildə başlamaq üçün yaxşı bir səhər yeməyi vacibdir. Çünki səhər naharı etmədikdə beyninin kalorisi yüksək yeməklərə yönələr və gün boyu onları yemək məcburiyyətində qalarsınız.z
Səhər naharınızı şirni ilə bitirin
Səhər naharınızı şirin bir qida yeməklə bitirin. Tel-Əviv Universitetində aparılan bir araşdırmada məlum olub ki, şirin yeyən qrup karbohidrat yeyən qrupa nəzərən daha çox kalori yandırmağa meyllidir. Təbii ki, şirini də lazımi miqdarda yemək məsləhətdir.
Hər gün 30 qram lif qəbul edin
Pəhriz proqramınız ərzində lifli qidalar yemək çox vacibdir. Ancaq pəhriziniz qurtardıqdan sonra ideal çəkinizi qorumaq üçün də lif almağa davam etməlisiniz. Aparılan araşdırmalara əsasən, hər gün mütəmadi olaraq 30 qram lif istifadə edən şəxslərin 3 ay sonra arıqlamaqda daha müvəffəqiyyətli olduğu izlənilmişdir.
Kola və meyvə şirələrindən uzaq durun
Kola və meyvə şirəsi əslində şirin su kimi bir şeydir. Bir stəkanın tərkibində 240 kalori var və 18 çay qaşığı şəkər tozuna malikdir. Hazırda şişkinliyin ən böyük səbəblərindən biridir. Bu səbəblə susadığınızda susuzluğunuzu əvvəlcə su ilə aparmalısınız. Əgər başqa bir şey içmək istəyirsinizsə, çay və qəhvəyə yönələ bilərsiniz.
Buzxanaya meyvə-tərəvəz yığın
Təbii ki, təzə meyvə-tərəvəz insan sağlamlığı üçün əvəzedilməzdir. Amma alternativ variant kimi dondurulmuş meyvə-tərəvəzlərdən də istifadə faydalı olur. Buna görə fəsil dəyişimləri zamanı həmin məhsulları təmizləyərək buzxanaya yığın.
Kökəlməmək üçün menyudan nəyi çıxartmalıyıq?
“Ümumiyyətlə, çörəyi, duzu menyudan tamamilə çıxartmaq düzgün deyil. Çörəyin də tərkibində orqanizm üçün faydalı maddələr var. Duzu çıxartsaq, maddələr mübadiləsi pozular. Duzdan istifadə 5 qramı keçməməlidir. Hər şeydən tamamilə imtina etmək düzgün deyil, əsas miqdar və yeməyin vaxtına diqqət etmək lazımdır. Məsələn, qarğıdalı, dondurma sizi kökəldirsə, onu günün 1-ci yarısında yemək lazımdır. Yarım qarğıdalı bir dilim çörəyə bərabərdir. 4 dilim çörək yeyənlər 3 dilim çörək yeyəcək ki, qarğıdalı ona artıq çəki kimi dönməsin”.
Həkimin sözlərinə görə, “Fast food”, energetik içkilər, şirin qazlı içkiləri menyudan çıxartmaq lazımdır. Ağ un, ağ şəkərdən mümkün qədər az istifadə edin.
Yayda kökəlməmək üçün nə edək?
Yuxudan tez oyanın. Səhər 09:00-a kimi səhər yeməyini yemək, axşam 20:00-a kimi axşam yeməyini tamamlamaq lazımdır. Gün ərzində çəkinizin 3 faizi qədər su için. Yeməyi yaxşıca çeynəyin, o zaman görəcəksiniz ki, kiçik porsiya da kifayət edir. Gün ərzində 1 saat gəzin ya da rəqs edin. Ən azından yarım saat gəzmək vacibdir.
 

Mənbə: Saglamolun.Az
Top