Anoreksiya anormal dərəcədə az bədən çəkisi əlaməti ilə görülən həyatı təhlükəli ciddi yemək pozğunluğudur. Əgər sadə dildə danışsaq, anoreksiya-insan sağlamlığı üçün təhlükəli olan arıqlamaq metodudur. Anoreksiya pozğunluğu olan insanlar incə qalmaq mövzusunda aşırı həsssasdırlar. Hamısı normal çəkilərindən aşağıdırlar. Anoreksiya nevrozu, əsasən, 12-20 yaşlı gənc qızlarda görülür. Anoreksiya olan insanların 90 faizi qadınlardır. Cəmiyyətdə ümumi görülmə nisbəti 1-2 faizdir.
Anoreksiyanın əlamətləri hansılardır?
Fiziki simptomlar:
- Həddindən artıq çəkinin azalması
- Qanın azalması
- Düzensiz ürək ritmi
- Yorğunluq
- Yuxu pozğunluğu (Yuxusuzluq)
- Kişilərdə testis nisbətinin azalması
- Menstruasiya pozuntusu və ya menstruasiya olmama
- Başgicəllənmə və huşunu itirmə
- Dırnaqların mavimsi rəng dəyişməsi
- Saçların incəlməsi və azaldılması
- Qəbizlik
- Quru və ya sarımtıl dəri
- Sümük əriməsi
- Qolların və ya ayaqların şişməsi
- Böyrək problemləri
- Duyğusal və davranış əlamətləri
- Davamlı qidalarla məşğul olmaq
- Aclıq hissini rədd etmə
- Kökəlmək qorxusu
- Sosial həyatdan geri çəkilmə
- Əsəbi olmaq
- Depressiv ruh halı və depresiyaya girmək
Anoreksiya üçün həkimə nə vaxt müraciət etmək lazımdır?
Digər yemək xəstəlikləri kimi, ömür boyu davam edən bir xəstəlikdir. Anoreksiyalı insanlar əvvəldən müalicədən imtina edirlər. İnsanda fiziki və emosional əlamətlərə əlavə olaraq, aşağıdakı vəziyyət də varsa anoreksiyadan şübhələnərək həkimə müraciət etmək lazımdır.
- Yeməy sırasını itirmək
- Yemək porsiyalarını azaltmaq
- Yemək yeməmək üçün bəhanələr eləmək
- Qidaların yağ və kalorilərini daim hesablamaq, ona uyğun qidalanmaq
- Ləzzətli yeməklərdən qaçmaq
- Daim neçə kilo olduğunu hesablamaq
- Güzgü qarşısında özünü tez-tez yoxlamaq,
- Nə qədər incə olmasına baxmayaraq, çox kilolu olduğundan şikayətlənmək
- Bol paltar geyinərək bədəni qorumaq,
- Heç kimin özləri haqqında fikirlərinə məhəl qoymamaq.
Anoreksiyanın səbəbləri
Anoreksiyanın səbəbi bilinmir. Anoreksiya bioloji, psixoloji və ətraf mühit amillərinin birləşməsi ilə yaranır.
Bioloji amillər: Anoreksiyanın səbəbləri arasında genlərin təsiri hələ də təsdiqlənməyib. Ancaq genlər bəzi insanları anoreksiyaya qarşı daha həssas edə bilər. Anoreksiyalı insanlar ümumiyyətlə mükəmməlliyə meyilli, həssas və əzmli insanlardılar.
Psixoloji amillər: Şəxsin bəzi emosional xüsusiyyətləri anoreksiyanın inkişafına təsir göstərə bilər. Daimi depressiya anoreksiyaya təsir göstərə bilər. Bu insanlar çəkilərini problem edərək anoreksiyaya təsir göstərə bilər.
Ətraf mühit amilləri: İncə olmağın cəmiyyət tərəfindən dəbdə olması yeniyetmələrə təsir edir. İncə olmaq üstünlük olaraq görülür. Gənclərin bu düşüncələrini sənətçilərə və modellərə bənzətmək istəyi artırır. Anoreksiya, gənclər arasında ən çox yayılmış 3-cü xroniki xəstəlikdir.
- Anoreksiya zamanı risk faktorlarına aşağıdakılar daxildir:
- Qadın olmaq,
- Yeniyetməlikdə olmaq
- Genetik amillər
- Ailə tarixi
- Sürətli kilo alıb verə bilməmək
- Populyar mədəniyyətin təsiri altında qalmaq
Anoreksiyanın müalicəsi
Anoreksiyanın müalicəsi çətin və uzunmüddətlidir. Anoreksiyalı insanlar ümumiyyətlə müalicəni öz başına almazlar. Digər şöbələrin həkimlərinin rəhbərliyi ilə psixiatrlara gəlirlər.. Anoreksiyanın müalicəsində, ilk növbədə, şəxslə həkim arasında etibar əlaqəsi qurulmalıdır. Daha sonra daimi və fəal əməkdaşlıq aktivləşdirilir. Həkim xəstənin özü və ailəsi ilə sıx əlaqə qurur. Ailənin dinamikası və şəxsin ətraflı hekayəsi götürülür. Ailənin əməkdaşlığı son dərəcə vacibdir. Depressiya anoreksiyası olan insanların 50-60 faizində baş verir. Depressiyanın müalicəsi üçün həkim tərəfindən dərman müalicəsi yazılır. Antidepresan dərmanlardan istifadə olunur. Emosional halların, qayğıların və qorxuların ələ alınması ilə insanla həkim arasındakı əlaqə artır.
Mənbə: topic.az