Makaron məmulatlarla qidalanma çəki artımına yol açmır və hətta insanın arıqlamasına kömək edir.
Kanadalı tədqiqatçılar belə bir nəticəyə gəlib. Bu haqda elmi məqalə “EurekaAlert” nəşrində dərc olunub.
Alimlər makaronla qidalan 2500 nəfərin iştirak etdiyi 30 araşdırmanın nəticələrini təhlil edib. Könüllülər həftədə üç dəfə yarım boşqab porsiya makaron yeyib.
Maraqlıdır ki, üç ay davam edən eksperimentdən sonra könüllülər orta hesabla 500 qram arıqlayıb.
Mediklərin sözlərinə görə, makaron məmulatlar
balanslaşdırılmış pəhriz ilə qəbul edildikdə çəkinin artmasına və piy qatının yığılmasına yol açmır. Bu sözügedən məhsulun aşağı qlikemik indeksi ilə əlaqədardır.
Alimlərin fikirinə görə, bərk buğda növlərindən hazırlanmış makaronlar insanda tez toxluq hissi yaradır və onları yeyən insan daha gec acır ki, bu da normal çəkinin saxlanılmasına kömək edir.Makaron ekoloji təmiz məhsul sayılır. Bu məhsulların hazırlanması zamanı konservant, rəngvericilər və s. kimi ziyanlı maddələr istifadə olunmur. Tez bişirilən vermişel («lapşa») istisnadır. Bu məhsulun tərkibində külli miqdarda dad və rəngvericilər və s. ziyanlı maddələr var. Bu səbəbdən belə məhsulları qəbul etmək olmaz.
Mənbə: saglamolun.az