Balıq yeməyin 5 faydası

Balıq yeməyin 5 faydası

Əsasən soyuq havalarda yeyilən ət məhsullarından olan balıq bir çox xəstəliklərin dərmanıdır, ancaq bu qidanı doğru qəbul etmək üçün bəzi detallara diqqətlə yanaşmaqda fayda var.

1. Balığın sağlamlılığınız üçün faydalı olmasını istəyirsinizsə onu qızartmayın, çünki qızaran ət daha çox yağ çəkir və vitamin dəyərini itirir.

2. Menyuda balıq varsa, yanına mütləq tərəvəzlərdən bir neçəsini əlavə edin. Balıqda C vitamini çox azdır, və balıqla tərəvəzi birlikdə yesəniz vitamini balansını qoruya bilərsiniz.

3. Ürəyin sağlamlığını qorumaq və omeqa-3 vitamin kompleksin qəbul etmək üçün həftədə 2 dəfə balıq yeməyiniz məsləhətdir.



4. Balığın sümüklərində yüksək miqdarda kalsium və fosfor mövcuddur. Bu maddələr sümüyün möhkəmlənməsində və inkişafında mühüm yer tutur. Bu səbəbdən balaca balıqları sümükləri ilə birlikdə yemək tövsiyə edilir.

5. Balıq yeyən zaman mütləq içinə limon sıxın, çünki limonda olan anti-oksidantlar və C vitamini balıqda olan omeqa-3 kompleksinin orqanizmdə qalmasını təmin edir.
Top