Dietik şorba

Dietik şorba

Tərkibi:
Yarım stəkan qırmızı mərci
3 yemək qaşığı bulqur
2 yemək qaşığı kətan toxumu
1 ədəd kartof
3 ədəd acı bibər
2 ədəd orta bor soğan
3 diş sarımsaq
1 çay qaşığı zəncəfil tozu
1 yemək qaşığı pomidor tomatı
3 yemək qaşığı ispanaq
2 litr su. 

Sosu üçün:
1 yemək qaşığı quru nanə
1 qaşıq pul bibər
1 qaşıq istiot
1 yemək qaşığı şüyüd toxumu. 

Hazırlanması:
Kartof, soğan və sarımsağı soyub iri-iri dilimləyin. Daha sonra qazana tökün və üzərinə mərci ilə bulquru əlavə edin. Bibər, zəncəfil və ispanağı doğrayıb qazana əlavə edin. Son mərhələdə su ilə tomatı bir qabda qarışdırıb qazana tökün. Orta odda 40 dəqiqə qədər qaynadın. Soyuduqdan sonra blenderdən keçirin. Şorbanı duzsuz şəkildə içə bilərsiniz.
Top