
Çin qadınlarının yaş artdıqca dəyişməyən siluetləri, tarım, qamətli və zərif bədənləri onların qidalanmasından qaynaqlanır.
Çinlilər nadir halda piylənmədən əziyyət çəkir. Daha çox düyü və balıq məhsulları yeyirlər. İçki, çörək, şirniyyatdan uzaqdırlar. Bu pəhrizlə siz 10 kq asanlıqla ata biləcəksiz. Pəhriz 50-60 yaşlı xanımlarda da effekt verir. Pəhriz 7 günlükdür. Pəhriz müddətində yalnız adi su və yaşıl çay içmək tövsiyyə olunur. 
Bazar ertəsi:
Səhər – yaşıl çayla suxarı 
Günorta: 150 qr bişmiş balıq, suxarı, 1 stəkan mineral su 
Axşam: kök salatı yağla, 2 bişmiş yumurta Yaşıl çay 
 
Çərşənbə axşamı: 
Səhər: kələm salatı – 150 qr, yaşıl çay, suxarı 
Günorta: 4 xprək qaşığı suda bişmiş düyü, təzə kök salatı zeytun yağı ilə, 1 st mineral su 
Axşam: 150 qr suda bişmiş balıq, bir dilim çörək pomidorla 
Çərşənbə:
Səhər: Sürtgəcdən keçirilmiş kök limon suyu ilə, yaşıl çay 
Günorta: 300 qr balıq, pomidor şirəsi 
Axşam: 150 qr suda bişmiş file, 1 stəkan kefir 
Cümə axşamı: 
Səhər: Alma şirəsi, portağal 
Günorta: 4 x.q bişmiş düyü, göyərti, alma 
Axşam: 2 suda bişmiş kartof, 200 qr balıq, bir dilim çörək
Cümə: 
Səhər: düyü sıyığı, yaşıl çay 
Günorta: Bişmiş balıq, kələm salatı, 1 st. Mineral su 
Axşam: Yalnız alma 
Şənbə: 
Səhər: kök salatı, tost ilə yaşıl çay 
Günorta: yaşıl salat, alma 
Axşam: 150 qr suda bişmiş ət, salat yarpaqları, portrağal 
Bazar: 
Səhər: meyvə salatı, mineral su 
Günorta: bişmiş düyü bal ilə, mineral su 
Axşam: buxarda bişmiş 150 qr balıq, dəniz kələmi salatı.