Ət yemək lazımdırmı?

Ət yemək lazımdırmı?

“Onlara arzuladıqları qədər meyvələrdən və ətdən bol-bol verdik” (Tur surəsi, 22)

Bu gün dünyada ət əleyhinə misilsiz bir kampaniya başlamışdır, hətta bəzi elm adamlarımız fəxrlə mən ət yemirəm deyir və geniş təbliğat aparırlar, amma onların hamısı ət yeyir və bunun sübutunu yazacağam. Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) ət haqqında belə deyir: “Ət bizim dünyamızın və cənnətin ən ləziz yeməklərindəndir.”

İnsan bədəninin təməl daşları amin turşularıdır. Amin turşuları bizim məhv olmuş toxumalarımızın yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində iştirak edirlər. Amin turşular zülallardan əmələ gəlir, deməli bizim orqanizmimizə zülallar çox lazımdır, zülalların isə əsas mənbəyi ətdir. Ət orqanizm üçün ən faydalı qidadır. Deyə bilərsiniz ki, zülallar bitkilərdə, əsasən ləpəlilərdə də var. Amma bitkilərdəki zülallar heyvani zülallar qədər tam parçalanmır. Əgər insan uzun müddət ət yeməzsə və bədənin tələb etdiyi zülalları bitkilərdən alarsa, onda həmin insanda ödemlər (şişmələr) əmələ gələcəkdir, bunun səbəbi də bitki zülallarının natamam parçalanması və mənimsənilə bilməməsidir.

Bundan başqa ətin tərkibində dəmir, sink, fosfor, kalium, kalsium və s. minerallar vardır. Həmin minerallar bitkilərin də tərkibində var, lakin liflərlə birgə olduğundan ət qədər sorula bilmir.

Bu gün ən çox əks-təbliğat qırmızı ət üstündə qurulub, yəni qoyun və mal ətləri. Əgər insan qırmızı ət yeməzsə, onda güclü əzələ qıcolmaları baş verəcəkdir. Bu isə qanın birdən-birə sürətlə beyinə yüksək təzyiqlə axması ilə nəticələnəcəkdir, sonda beyin hüceyrələrinin məhv olmasına səbəb olacaqdır. Ən son araşdırmaların nəticəsini nəzərinizə çatdırıram: heyvani mənşəli yağlar beynimizdə dövr edən qanın sürətini tənzimləyir.* Ətin tərkibindəki yağların 96%-i, zülalların isə 95%-i yavaş-yavaş sorulur. Mədəyə düşmüş ət gec sorulduğundan bizim uzun zaman tox qalmamıza səbəb olur.

Hər bir şeyin bir norması olduğu kimi aşırı miqdarda ət yeməyin də fəsadları vardır. Ətin tərkibində lif yoxdur, buna görə də çox ət yeyən insanlarda qəbizlik halları olur, həmçinin şəkərə və təzyiq xəstəliyinə tutulma riski çoxdur. Allahın verdiyi nemətlərin hamısından israf etmədən yemək ən yaxşı qidalanmadır.

Fizuli Hüseynov
Top