İnqridientlər: 
4 yemək qaşığı quru alma 
1 yemək qaşığı quru portağal qabığı
1 çay qaşığı quru limon qabığı
1 yemək qaşığı hibiskus 
1 yemək qaşığı quşburnu
1 çay qaşığı bal 
4 stəkan su. 
Hazırlanması:
Quru meyvələri, hibiskus və quşburnunu bir sos qazanına və ya dəm çaynikinə qoyun. 
Üzərinə 4 stəkan su əlavə edib qaynadın. Qaynadıqdan sonra 2-3 dəqiqə gözlədin. Çayı süzərək içinə bal əlavə edib servis edə bilərsiniz. Nuş olsun!