Otuzlu yaşlar, insanın həyatında ən gözəl dövrlərdən sayılır. Ancaq 30 yaşından başlayaraq, ilk artıq kilolar yaranmağa başlayır. Hətta 20 yaşında arıq olmanıza baxmayaraq, 30 yaşlarında çəki artır. Kimi karyera ilə məşqul olduğundan qidalanmasını düşünmür, kimi ana olur və artıq çəki alır.
İlk növbədə qocalma prosesini yavaşlatmaq üçün antioksidantla zəngin qidalara üstünlük verilməlidir. Karbohidratların qəbulu azaldılmalıdır, şirniyyat və unməhsulları balla, quru meyvələrlə, çərəzlə əvəz edin. Qırmızı ət yerinə balıq və quş ətinə üstünlük verilməlidir.
Bu işdə mütəxəssis Dietoloqla bərabər arıqlamaq daha asandır, və Sağlamlığınız üçün daha məqsədə uyğundur.
Və ən vacib məqam, yaş artdıqca daha çox çox hərəkət etmək lazımdır! Yavaş gəzinti əvəzinə daha tez enerjili yürüyüş edin. İdmana həvəsinizi artırın.
Dr. Vüsalə Tağıyeva