Sağlam qida yoxdur

Sağlam qida yoxdur


Veysman İnstitutunun yəhudi alimləri 800 könüllü üzərində qanda şəkərin səviyyəsini ölçüb və bir maraqlı nəticəyə gəliblər.

Araşdırmanın nəticələrinə görə, İsraildə Veysman İnstitutunun alimləri qeyri-adi araşdırma aparıb. Alimlər bir neçə il ərzində 800 nəfərdən ibarət könüllülər qrupunu izləyiblər. Eksperiment iştirakçıları iki qrupa bölünüb. İlk qrup yalnız sağlam qidalar qəbul edib, ikincilər isə sağlam hesab edilməyən məhsullarla qidalanıb: Yarımfabrikatlar, çipsi, qazlı içkilər, dondurulmuş məhsullar və s (bütün tədqiqatda təxminən 47 000 məhsul cəlb edilib).

Veysman İnstitunun araşdırmaçıları: Professor Eran Elinav, onun həmkarı Eran Seqal bu araşdırmanı aparan həmkarları ilə birgə qeyri-adi nəticəyə gəlib. Məlum olub ki, orqanizmin qəbul etdiyi qidalara reaksiyası sırf fərdidir. Yəni biz hətta eyni yeməyi yesək də, onun mənimsənilməsi prosesi müxtəlif insanlara çox müxtəlif cür təsir göstərir. Hər iki qrupun iştirakçılarında həm müsbət, həm də mənfi dəyişikliklər müşahidə olunub. Odur ki, kiməsə müsbət təsir göstərən hər hansı faydalı məhsul digəri üçün zərərli ola bilər.

publika.az
Top