Övlad arzulayanlar bu qidaları yesin

Övlad arzulayanlar bu qidaları yesin

Hazırda bütün dünyada sonsuzluq və qadınların hamilə qala bilməməsi problemi geniş yayılıb. Hormonal pozuntu, stress problemə səbəb olan başlıca amillərdəndir. Amma hamilə qalmaq üçün sağlam qidalanma faktoru da çox əhəmiyyətlidir.

1. Avokado
Bu meyvə mükəmməl bir vitamin, lif, essensial yağı, mineral, protein və karbohidrat qaynağıdır. Xüsusilə E vitamini ilə çox zəngindir. Aparılan araşdırmalara görə, döllənmiş yumurtanın uşaqlığa bitişməsində böyük rolu var. Həmçinin fol turşusu ilə də zəngindir.

2. Balqabaq
Balqabaq yeyilə bilən ən sağlıqlı və faydalı tərəvəzlərdən biridir. Vitamin, mineral və lif qaynağıdır. Yaxşı bir antioksidantdır və tərkibində bol miqdarda beta karotin var. Bu isə progesteron hormonunun inkişafına kömək edir. Sperma sayını artırır və keyfiyyətinə yaxşı təsir göstərir.

3. Turp

Turp mükəmməl bir antioksidantdır. Tərkibində qan dövranını tənzimləyən nitrat olduğu üçün idmançılar tərəfindən də çox istifadə edilir. Bu xüsusiyyətinə görə süni mayalanma müalicəsi etdirənlərə bol miqdarda yeyilməsi məsləhət görülür.

4. Qızıl balıq
Qızıl balıq böyük bir protein və Omega-3 qaynağıdır. Araşdırmalar qadın doğumunda omeqanın yüksək səviyyədə olmasının çox əhəmiyyətli olduğunu göstərir. Ümumi sağlamlıq üçün də — ürək-damar, beyin və göz sağlamlığı üçün mükəmməl bir qidadır.

5. Yumurta
Yumurta çox bəsləyici və zəngin bir qidadır. Tərkibindəki kolin maddəsi cinsi inkişafa yaxşı təsir edir. Tərkibi vitamin, mineral və yağla zəngindir. Yumurta mükəmməl bir protein qaynağıdır.

6. Qoz
Qozun ən əhəmiyyətli xüsusiyyətlərindən biri prostat və döş xərçəngi riskini azaltmasıdır. Omega-3 və E vitamini baxımından zəngin olduğu üçün sperma keyfiyyətini də artırır. Gündə bir ovuc qoz yemək spermanın keyfiyyətinə və sayının artmasına səbəb olur.

7. Su tərəsi
Su tərəsinin tərkibində qluten yoxdur, həmçinin vitamin, mineral baxımından çox zəngindir. Bu bitki C, K, kalsium, beta karotin və yod ilə zəngindir. Həmçinin DNA zərərinin bərpası sayəsində anti-xərçəng xüsusiyyətləri var.

8. Nar
Nar başda vitamin C və K olmaq üzrə fol turşusu və digər minerallar baxımından da zəngindir. Anti-xərçəng xüsusiyyətləri var. Hətta qədim zamanlarda vərəm əleyhinə də istifadə olunmuşdur. Ürək-damar və sümük sağlamlığına yaxşı təsir edir. Çox olmamaq şərti ilə içilən nar suyu hamiləlik dövründə çox faydalıdır.

9. Quşqonmaz
Quşqonmaz zəngin bir vitamin qaynağıdır. Tərkibində bol miqdarda C vitamini və fol turşusu var. Yeməklərdə bol-bol istifadəsi məsləhət görülür. Həm qadın, həm də kişilərin reproduktiv sağlamlığına faydalıdır.  

ailem.az
Top