Sərf olunan enerjidən çox kalori qəbul etdikdə insan kökəlir, az qəbul etdikdə isə arıqlayır. İdeal formada qalmaq üçün günlük yediyiniz qidaların kalorilərini hesablamaq tövsiyə olunur.
Orta çəkili insan üçün günlük kalori ehtiyacı 1800-2000-dir. Arıqlamaq istəyirsinizsə, qəbul etdiyiniz kalori miqdarını azaltmalısınız. Bu işdə sizə azkalorili məhsullar kömək edəcək.
Ən az kalorili qidaları təqdim edirik:
* Qarpız ( 100 qr ) — 32 kcal
* Bibər ( 100 qr ) — 25 kcal
* Gül kələmi ( 100 qr ) — 25 kcal
* Pomidor ( 100 qr ) — 18 kcal
* Çiyələk ( 100 qr ) — 32 kcal
* Badımcan ( 100 qr ) — 24 kcal
* Qulançar (100 qr) — 25 kcal