Tərkibi:
80 qr xırdalanmış yulaf yarması
1 yumurta ağı
3 xörək qaşığı su
zövqə görə darçın.
İçlik üçün:
250 qr yağsız kəsmik
2 meyvə (alma, armud, gavalı..) və ya 2 ovuc giləmeyvə
1 yumurta ağı
1-2 xörək qaşığı bal
vanil.
Hazırlanma qaydası:
Öncə xırdalanmış yulaf yarmasını yumurta ağı və su ilə qarışdırın. Bərk xəmir yoğurun. Soba formasına xəmiri yayın və öncədən 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.
İçliyi hazırlamaq üçün meyvə ilə birlikdə kəsmiyi blenderdən keçirin. Yumurta ağı, bal və vanil əlavə edib yenə blenderdən keçirin. Alınan içliyi formada bişirdiyiniz xəmirin üzərinə tökün. 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Fitnes-tortu giləmeyvə ilə bəzəyə bilərsiniz. Nuş olsun!