Günümüzün ən böyük sağlamlıq problemlərindən olan artıq çəki hər kəsin başına bəla vəziyyətdədir. Bəs bu qədər çəki artmasının səbəbi nədir? Bu mövzuda aparılan elmi araşdırmalarda çəki artmasının 9 elmi səbəbinin olduğu qeyd edilib.
Ailə ilə yemək yeməmək
Araşdırmalara görə ailə ilə birlikdə yeyilən yeməklərdə daha səmimi bir mühit olur və daha sağlam yemək yemək mövzusu tez-tez gündəmə gələrək sizin düzgün qidalanmağınız üçün xəbərdarlıq edilir. Ailələri ilə birlikdə yemək yeyən uşaqların piylənmə riski çox aşağıdır.
Doğum iliniz
Araşdırmalar doğum ilinizin çəkinizin artmasına səbəb olduğunu deyir. 1942-ci ildən sonra doğulan hər kəsin piylənmə riski var. Bunun səbəbi qidalanma tərzinin dəyişməsidir. Klassik musiqi+ Klassik musiqi ifa olunan restoranlarda daha çox yemək yeyildiyi və içki içildiyi də müşahidə olunur.
Gecələr işləmək
İnsanlar gündüz yaşamağa proqramlaşan canlılardır. Gecə oyaq olan insanlar yemək yemək mövzusunda daha istəkli olurlar.
Az yatmaq
Az yatmaq çəki artmasına səbəblər arasındadır. Bədənimiz yuxuda lazımlı qidaları topladığı üçün oyaq qaldığınız zaman lazımlı qidaları toplaya bilmədiyinə görə yemək yemək istəyi artır.
Tv izləmək
Çox TV izləyən insanların böyük qisminin piylənmədən əziyyət çəkdikləri məlumdur. TV-yə baxmaq bədənin hərəkətini azaldarkən, yemək yemə istəyini artırır. Buna görə TV-yə baxmaq piylənmə riskini 23% artırır.
Ətraf mühitin çirklənməsi
Ətraf mühitin çirkli olması da çəki artmasının səbəblərindən biridir. Elmi olaraq tullantıların yaratdığı çirklilik piylənməni artırır və bədənin yağ təbəqəsinin böyüməsinə səbəb olur.
Stress və depresiya
Stress və depresiya çəki artıran səbəblər arasında yer alır. Depresiya xüsusilə şirin məmulatlar yemək istəyini artırır. Bunu ətrafınızda depresiyaya düşən insanların sürətli çəki artırmasından başa düşə bilərsiniz.
Yüngül və az yağlı qidalar
Araşdırmalar nəticəsində yüngül və az yağlı qida və içkilərin daha çox kaloriyə sahib olduğu bildirilir. Bunun səbəbi də “nə qədər olsa da yüngüldür” deyərək daha çox yeyilməsi ola bilər.