Şirniyyat kökəldirmi?

Şirniyyat kökəldirmi?

Şirniyyat yeyərkən səhv şirniyyat seçimi etsək, qədərindən çox yesək və şirniyyat yeyərkən nələrə diqqət etməli olduğumuzu bilməsək, əlbəttə kökələcəyik.

Pəhriz saxlayarkən şirniyyat yeyilə bilərmi? Bu sual pəhrizə yeni başlayan hər kəsin ağlına gələn ilk sualdır. Pəhriz saxlayan insan əlbəttə şirniyyat yeyə bilər. Ancaq burada vacib olan məqam şirniyyat deyərkən sizin nəyi nəzərdə tutduğunuzdur. Bəziləri şirniyyat deyərkən meyvəli yoqurt, bəziləri darçınlı süd, bəziləri isə şərbətli şirniyyatları nəzərdə tutur. Şirniyyat yemək insanı xoşbəxt etdiyi üçün pəhriz saxlayanlar da bəzən şirniyyat yeyə bilərlər.

Pəhrizdə olanların yeyə biləcəyi şirniyyatlar hansılardır?
Pəhriz saxlayanların yeyə biləcəyi şirniyyatlar kökəltməyən şirniyyatlar olaraq tanınır. Bunlar, adətən, meyvə və süd tərkibli və ya darçınlı olurlar. Kalorilərinin az olması ilə yanaşı, həm də faydalıdırlar. Eyni zamanda bu cür şirniyyatların həzmi də çox asandır. İçərisində ağ un və şəkər olmayan, marqarinsiz şirniyyatlar pəhrizdə olanlar tərəfindən də yeyilə bilər. Əgər şəkərsiz şirniyyatları sevmirsinizsə, şərbətli şirniyyatlar əvəzinə südlü şirniyyatlara üstünlük verin. Darçının qan şəkərini nizamlama xüsusiyyətinə görə ondan faydalanmaq üçün az miqdarda darçın əlavə edə bilərsiniz.

Şirniyyatların kökəltməməsi üçün nə etməliyik?
— Şirniyyatı ac qarına və ya yeməkdən 2 saat sonra yeyin.
— Südlü və meyvəli şirniyyatlara üstünlük verin.

Burada qeyd etdiyimiz 2 bəndə diqqət etdiyiniz müddətcə şirniyyat yemək sizin üçün kökəlməyə səbəb olan bir peşmançılıq olmaqdan çıxacaq.
Top