Darçınlı süd

Darçınlı süd

Arıqlamaq bir çox qadının ortaq arzusudur. Xüsusilə yaz və yay aylarının gəlişi çəkisindən narazı olan xanımları təşvişə salır. Daha incə geyimlərin bədən formanızı aydın şəkildə büruzə verməsi ola bilər ki, sizi də narahat edir.

Yay aylarına keçdikcə isə çimərlik mövsümü yaxınlaşacaq. Bu da xanımların ideal bədən quruluşuna sahib olmağı daha çox arzuladığı bir mövsümdür. Elə bunu nəzərə alaraq sizə effektiv arıqlama içkisinin reseptini təqdim edirik.

Tərkibi:
— 1 stəkan az yağlı süd,
— 1 çay qaşığı darçın,
— 1 dənə mixək.

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb istər isti, istərsə də, soyuq şəkildə gecə bir stəkan içirik. Xüsusilə yatmazdan bir neçə saat qabaq içilməsi məsləhətlidir. Əgər mixək yoxdursa, sadəcə darçın və süd içmək də faydalı olacaqdır.
Top