Qabaq
Qabağın böyük bir qisminin sudan ibarət olması və çox az kalorili olması onun arıqlamaqda ən təsirli qidalardan biri olmağına şərait yaradır. Qabağı həm rəndələyərək salatlarınıza qatıb, həm də müxtəlif tərəvəz yeməkləri və şorbalarınızın içinə əlavə edərək yeyə bilərsiniz.
Kələm
Kələm çox yararlı və az kalorili olmağına baxmayaraq təəssüf ki, az istifadə olunan tərəvəzlərdəndir. Lakin dolmasının edilməsi, salatlara, şorbalara və bir çox yeməklərə qatıla bilməsi sayəsində kələmin arıqlamaq üçün ideal qidalardan olduğunu deyə bilərik. Tərkibində çox miqdarda vitamin və minerallar olması ilə ümumi sağlamlığınız üçün də olduqca faydalı tərəvəzlərdən biridir. Beləliklə, kələmin günlük qidalanmağınızın bir hissəsi olması çəki atmağınızı asanlaşdıracaqdır.
Kahı
Kələmlə yanaşı, kahı da unutmamalı olduğunuz tərəvəzlərdəndir. Belə ki, o qədər aşağı kaloriyə malikdir ki, onu yediyiniz zaman aldığınızdan daha çox kalori sərf edirsiniz. Lakin bədəninizin enerji ehtiyacının da bir şəkildə qarşılanması lazımdır. Beləliklə, həddindən artıq kahıdan istifadə olunan bir qidalanma rejimi yerinə onu doymuş hiss etmək üçün bir dəstək kimi istifadə etmək lazımdır. Belə olan halda həm daha az kalori alaraq doyduğunuzu hiss edər, həm də ehtiyacınız olan enerjini qarşılamış olarsınız.
Kök
Kökün gözlər üçün faydalı olduğunu balacalığımızdan bəri bilirik. Ancaq sadəcə gözlər deyil, eyni zamanda dəri üçün də böyük faydaları olan, az kaloriyə sahib olan kök salatlar, şorbalar və yeməklərdə çox istifadə olunan tərəvəzlərdən biridir. Ürəyiniz hansısa şirniyyat və ya xəmir yeməyi istədiyi zaman bunların əvəzinə bir dənə kök yesəniz həm kökəlməz, həm də şirin yemək ehtiyacınızı qarşılamış olarsınız.
Cəfəri
Cəfəri salat və yeməkləri bəzəməkdə ən çox istifadə olunan tərəvəzdir. Lakin bəzəməkdə istifadə etməklə yanaşı bir kasa cəfəri yeməyin çox daha sağlıqlı və faydalı olduğunu unutmayın. Çiy olaraq yeyəcəyiniz bir kasa cəfəri həm sizi daha sağlam edəcək, həm də az kalorili olması ilə çəkinizi də nizamlayacaqdır.