Gündəlik pəhrizdə su

Gündəlik pəhrizdə su

Su bədən çəkisinin 60%-ni əhatə etməklə, bədənimizin ən vacib komponentidir. O, bir çox önəmli bioloji və fizioloji funksiyalar yerinə yetirir. Ona görə də, bədəndə onun səviyyəsini yeniləmək lazımdır.

Su bədəndən müntəzəm olaraq böyrəklər, ağ ciyərlər və dəri vasitəsilə xaric olunur. Su itkisinin əsas yolu böyrəklərdir. Bu xaricolma çox dəyişkəndir və bədənin hidratlaşmasından asılıdır. Gündəlik adətən, 1.4 litrdir.

Ağ ciyərlər alveolda havanı rütubətləndirmək üçün su itirir. Nəfəs alınan hava qurudursa, bu yolla daha çox su itirilir. Bu itkilər fiziki aktivlik və artan bədən temperaturu ilə çoxalır. Buna görə, gündəlik adətən 0.3 litr su itiririk, amma bu rəqəm 2 litrə qədər qalxa bilər! Dəri də həmçinin, su ifraz edir. Bu tərləmə ilə olur. Biz hiss etməsək belə, tərləyirik. Adətən, bu yolla gündəlik 0.5 litr su itiririk. İntensiv fiziki aktivlik və ətraf temperaturun qalxması zamanı bu rəqəm 1.5-2 və ya daha çox litrə qədər arta bilər.

Qəbul edilən mayelər insan bədənində suyun əsas mənbəyidir. İçkilər, xüsusilə mineral su, sıxılmış meyvə və tərəvəz şirələri, çay və kofe gündəlik su qəbulunun 62%-ni əhatə edir. Meyvələr və tərəvəzlər orqanizmin ikinci su mənbəyidir. Onlar gündəlik su qəbulunun 18-20%-ni əhatə edir. Az bir qisim isə, süd və süd məhsulları, ət və hətta un məmulatları ilə qəbul oluna bilər.


Top