Arıqlamaq öncəliklə insanın beynində başlayar. Özünüzü arıqlamağa hazırlamaq üçün bir neçə psixoloji məsləhət verəcəyik. Əgər siz də çəki vermək və incəliyinizi qorumaq istəyirsinizsə, buna mane olan psixologiyanızı dəyişdirməlisiniz. Necəmi?
Doyduğunuz an yeməyi kənara qoyun
Bəslənmə davranışlarınız haqqında qərar vermək və yalnış olanları dəyişdirmək, əlsində yalnız sizə qalmışdır. Bu haqda mütləq şüurlu davranmağa çalışın. Bunu ağlınızdan çıxarmayın, doyduqdan sonra yediyiniz hər tikə bədəninizə çəki olaraq yerləşər. Doyduğunuzda çəngəli əlinizdən kənara qoymağı alışqanlıq halına gətirin. Boşqabınıza yeməyinizi kiçik porsiyalar halına gətirin. Zamanla aldığınız kiçik porsiyalarla doymağa başlayacaq və ikinci bir porsiyanı almağa ehtiyac görməyəcəksiniz.
Üzüntüdən yemək yeməyi dayandırın
Xüsusilə qadınlar qayğı, stress və üzüntü qarşısında özünü yeməklə ovutmağa çalışar. Əslində bilirik ki, bu sonu pis olan alışqanlıqdır. Çünki onsuz da var olan sıxıntımızın üzərinə bir də artıq çəki sıxıntısı gəlmiş olur. Əslində belə hallarda özünüzə əngəl olmağın bir yolu var. Sizə tövsiyəm soyuducu və ya şokolada yönəlmək yerinə, çölə çıxıb təmiz hava almaq ən gözəli. Xəyal qırıqlığı və əsəbinizi, yürüyüş və yaxud qaçaraq ata bilərsiniz. Düşünün tez-tez əsəbləşən birisiniz və hər əsəbləşdiyinizdə yürüyüş edib yaxud qaçırsınız. Bu neqativdən müsbəti əldə etməkdir. Yaxud da rəfiqənizlə görüşə bilərsiniz və sıxıntınızı onunla bölə bilərsiniz. Bunlar sizə yemək yeməyin sizə verdiyi günahkarlıq duyğusundan daha yaxşı təsir edəcəkdir.
Özünüzü qiymətləndirin, ancaq doğru şəkildə
Çətin bir işi bacardınız ya da çox yoruldunuz. Özünüzü belə hallarda yemək yeyərək qiymətləndirirsinizsə, niyə görə əvvəlki çəkinizi bu qədər qısa müddətdə geri aldığınıza təəccüblənməməlisiniz. Əslində bunu edərək özünüzü cəzalandırırsınız. Daha fərqli və faydalı qiymətləndirmə metodlarını sınaya bilərsiniz. Məsələn, yorğunluq qarşısında yaxşı bir vanna qəbul edərək, özünüzə müxtəlif gözəllik maskaları edərək. Bu sizə gözəllik olaraq geri qayıdacaqdır.
Təlaşa qapılmayın, sakit olun
İşlərin çoxluğundan yemək yeməyə vaxt tapmamısınızsa, kalorisi yüksək atışdırmalar etmək yerinə kalorisi az olan qidalar yeməyə çalışın. Belə hallar üçün hər zaman yanınızda meyvə suyu olmalıdır. Yeməklərinizi, normal nahar vaxtlarında kiçik porsiyalar halında və yavaş yeyin. Beləliklə, beyniniz yemək yediyinizi, siz çox kalori almadan öncə anlamış olacaqdır. Xüsusilə stressli zamanlarda yüngül yeməklərlə qidalanmağa diqqət edin ki, bədəniniz həzmi çətin qidalarla bir az daha yormayın.
Şirniyyatdan imtina edə bilmirsinizsə:
Bu hamının qəbul etməyi lazım olan acı bir gerçəkdir. Üstəlik şirniyyat yeməyi sevən birinin bu möhtəşəm ləzzətdən imtina etməyi çətindir. Buna baxmayaraq hər şirniyyat sevən kök olur deyə bir qayda yoxdur. Gün ərzində yediyiniz şirniyyatların miqdarını yazacağınız bir günlük tutun. Eyni zamanda şirniyyat yemə saatlarınızı hər gün bəlli bir saatda konkretləşdirməyə çalışın. Bunun üçün ən uyğun zaman günorta saatlarından sonradır. Çünki bu zaman yediyiniz şirniyyatlar, səhər qəbul edilən şirniyyatlar qədər şirniyyat istəyini qamçılamaz.
Pozulan qaydalar dünyanın sonu deyil
Ən sevdiyiniz yaxınınızı ad günü və ya toyu, özəl günlərdə qarşınıza çıxan qidalar və içkilərdən nə qədər qaça bilərsinizki? Əhvalınızı buna görə pozmağa ehtiyac yoxdur. Üstəlik ara-sıra bunun olması dünyanın sonu deyil, ancaq ertəsi gün dünən onsuz da diyeti pozdum deyib pozmağa davam etmək yerinə, eyni qərarlılıqla diyetinizə davam etməlisiniz.
Səbinə Ələkbərova
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu