Yaşıl pəhriz

Yaşıl pəhriz

Yaşıl pəhriz – yüngül qidalarla qidalanıb, detoks proqramı keçib arıqlamağın ən yaxşı üsuludur. Yaz fəslində də bu pəhriz xüsusilə işə yarayır.

Yaşıl pəhrizin üstünlüyü
Bu pəhrizdə yaşıl rəngli qidalara daha çox üstünlük. Misal üçün:
 Meyvə və giləmeyvələr: Yaşıl alma, avokado, laym, yaşıl armud, yaşıl üzüm, kivi və s.
 Tərəvəzlər: kələmin yaşıl rəngə olan növləri, ispanaq, xiyar, göyərti, zukkini, yaşıl bibər, bütün yaşıl yarpaqlı tərəvəzlər, yaşıl noxud və s.



Niyə məhz bunlar?
Çünki yaşıl rəngdə olan məhsullar özündə daha az kalori cəmləyir, amma buna baxmayaraq daha çox vitaminlərlə zəngindir.

Bir günlük menyu
Çəki atacam, yaya daha gözəl bədən forması ilə qədəm qoyacam deyə pəhrizin “ağını” çıxartmaq lazım deyil. “Tərəvəzlərdir, heç nə olmaz” deyib, qeyri-düzgün pəhriz saxlasanız pəhriziniz işə yaramaz. Buna görə də Yaşıl pəhrizin də öz gündəlik qədəri var.

Səhər yeməyi: 100 qr azyağlı kəsmik, 1 st azyağlı kefir, 2 ədəd yaşıl alma, yaşıl çay.

İkinci səhər yeməyi: Bir ovuc qoz-fındıq.

Günorta yeməyi: İstənilən yüngül şorba (balıq, toyuq və ya tərəvəz), təzə kələm və xiyardan salat ( 1 ç.q. zeytun yağı və soya sousu), 1 saatdan sonra istənilən meyvə.

Şam yeməyi: Buğda və ya qrildə bişmiş istənilən balıq əti, 50 qr brınza pendiri əlavə edilmiş göyərtili salat. Yatmazdan 1 saat əvvəl: 2 ədəd yumurta ağı.

Yaşıl pəhriz tez və çox arıqlamaq vəd etmir – 3 gündə 5 kq çəki atmaq mümkün deyil bir dəfə pəhriz saxlamaqla. Amma 2-3 həftə ərzində istənilən nəticə əldə etmək mümkündür. Eyni zamanda bu pəhrizlə çəki atanda dəri yaxşı vəziyyətdə olur, çəki atdıqdan sonra dəridə sallanma, çatlaq olmur.
Top